Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
155
oxumurlar. Bunun bir neçə obyektiv və subyektiv səbəbi
vardır. Obyektiv səbəbi onunla bağlıdır ki, mövcud test
sistemi imkan vermir ki, şagirdlər dərslikdə olan bədii
əsərlərin məzmununu, təhlilini, ideyasını öyrənsinlər və
mənimsəsinlər. Başqa bir tərəfdən isə informasiya kom-
munikasiya texnologiyaları vasitələrinin məişətimizə
daxil olması şagirdlərin böyük əksəriyyətinin vaxtını
əlindən alır. O mənada əlindən alır ki, şagirdlər infor-
masiya kommunikasiya texnologiyaları vasitələrinin
əsirinə çevrilir, onun imkanlarından istifadə qaydalarını
xeyirlərinə istifadə edə bilmirlər. Şagirdlərin böyük
əksəriyyəti informasiya kommunikasiya texnologiyaları
vasitələrindən bilgi əldə etmək əvəzinə, daha çox vaxt
itirmək, gününü ötürmək, oyun oynamaq və s. məqsədi
ilə istifadə edirlər. Bu da nəticə etibarilə şagirdlərin vax-
tını alır, onların bədii əsər oxumaq imkanını məhdud-
laşdırır. Ona görə də yaxşı olar ki, orta məktəbdə oxu-
yan şagirdlər üçün bədii ədəbiyyat oxumaq barədə vahid
tələblər qoyulsun. Həmin tələblərə görə, proqramda olan
bədii əsərləri oxumayan, şeir parçalarını əzbərdən bil-
məyən şagirdlərə qiymət vermək olmaz. Necə ki, keç-
mişdə ən zəif şagird belə Nizamidən, Nəsimidən, Fü-
zulidən, Xətaidən, Səməd Vurğundan və digərlərindən
müvafiq şeir parçalarını əzbərdən bilirdilər. Həm də
proqramda olan nəsr əsərlərini oxuyur, məzmununu bilir
və ideyasını anlayırdılar. İndi isə ən güclü hesab olunan,
yüksək qiymət alan şagird hər hansı bir şairin istənilən
bir şeirini başdan ayağa qədər əzbər bilmir. İstənilən bir
yazıçının hər hansı bir əsərini başdan ayağa qədər oxu-
B U L U D X A N X Ə L İ L O V
156
mur. Necə ki biz oxu mədəniyyətini bərpa etməmişik,
oxu vərdişini yaratmamışıq, onda bədii zövqü və
intellektual səviyyəsi olan şagirdlərdən, gələcəyin bədii
təfəkkürə malik vətəndaşlarından danışmaqda ehtiyatlı
olmalıyıq. Biz robot deyil, vətəndaş hazırlayırıq. Həmin
vətəndaş isə bədii əsər oxumasa, onda quru,
humanistlikdən uzaq, dünyagörüş baxımından zəif,
insani hislərdən məhrum olar. Bu haqda hər bir kəs,
xüsusilə mütəxəssislər, ziyalılar fikirləşməli və çıxış
yolu istiqamətində əlindən gələni əsirgəməməlidir. Bir
daha qeyd edirəm ki, orta məktəb proqramında olan
bədii əsərləri oxumayan şagirdə orta məktəb attestatının
verilib-verilməməsi barədə düşünmək lazımdır. Orta
məktəbdə işi elə qurmalıyıq ki, şagird heç olmazsa,
proqramda olan bədii əsərləri oxusun və mənimsəsin.
Ona görə də hazırda orta məktəbdə dil-ədəbiyyat
müəllimlərinin öhdəsinə düşən vəzifələr birə-beş qat
artır. Onlar indi şagirdlərə bədii əsərlər oxutmaq
yolunda müxtəlif vasitələrə əl atmalıdırlar. Disputlar,
diskusiyalar, müzakirələr təşkil etməlidirlər. Yaxşı olar
ki, orta məktəblərdə fəaliyyət göstərən ədəbiyyat
dərnəklərinə geniş meydan verilsin. Ədəbiyyat
dərnəklərinə ən fəal, bacarıqlı, işgüzar ədəbiyyat
müəllimləri rəhbərlik etməlidir. Eyni zamanda yaxşı
nəticə əldə etmək üçün onların əməyi lazımi səviyyədə
stimullaşmalıdır.
Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müs-
təqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Ona
görə ki, bədii əsər oxumayan şagirdin lüğət tərkibi də
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
157
kasad olur. O, danışanda çətinlik çəkir, fikrini ifadə et-
mək üçün sözlər tapa bilmir. Bir sözlə, şagirdin şifahi
nitqi qüsurlu olur. Bədii əsər oxumayan şagirdin bədii
zövqü zəif olduğundan o, yazı mədəniyyətində də qü-
surlu olar. Fikrini yazılı şəkildə ifadə edə bilmir. Bədii
zövq olmadan şagird fikrini bədii şəkildə ifadə edə
bilməz. Daha doğrusu, yazılı nitqini qura bilməz. Ümu-
miyyətlə, bədii zövqü bədii əsərlər formalaşdırır. Bədii
əsərləri oxumayan şagirdlərin isə şifahi və yazılı nitqi
qüsurlu olur. Məhz bu ciddi qüsurları aradan qaldrmaq
istiqamətində görüləcək bəzi işləri vacib sayırıq.
Birincisi, ibtidai siniflərdə tədris olunan bədii
əsərlərin standartları elə asan və sadə olmalıdır ki, onu
hər bir ibtidai sinif şagirdi mənimsəmiş olsun.
İkincisi, ibtidai siniflərdən yuxarıda, yəni yuxarı
siniflərdə ən vacib bədii əsərlər dərsliklərə salınmalıdır.
Üçüncüsü, dərsliklərə salınmış bədii əsərlərin şa-
girdə milli ruhda, vətəndaş kimi, dünyagörüş əldə etmə-
si istiqamətində nə verəcəyini nəzərə almaq lazımdır.
Mövzu dairəsi üzrə ən vacib ədiblər və onların əsərləri
dərsliklərdə özünə yer almalıdır.
Dördüncüsü, həm ibtidai siniflərdə, həm də yuxarı
siniflərdə şagirdlərin bədii ədəbiyyata marağını artırmaq
üçün bədii qiraətlər keçirilməlidir. Bu gün bədii qiraət
müsabiqələrinə çox böyük ehtiyac var.
Beşincisi, vaxtilə orta məktəblərdə fəaliyyət göstə-
rən dərnəklərdən biri də özfəaliyyət dərnəkləri idi. Bu
dərnəklərdə səhnəciklər hazırlanır və şagirdlərin ifasın-
B U L U D X A N X Ə L İ L O V
158
da təqdim olunurdu. Məhz bu özfəaliyyət dərnəklərinin
işini gücləndirmək lazımdır.
Altıncısı, yaradıcılıq fəaliyyəti olan şagirdlərin
(şeir, hekayə və s. yazan) həvəsini artırmaq üçün divar
qəzetlərinin işini fəallaşdırmaq olduqca vacibdir.
Yeddincisi, respublikada uşaqlar üçün çap olunan
qəzet və jurnalların sayının və tirajının çoxalması işin
xeyrinə olar.
Səkkizincisi, orta məktəb uşaqları üçün çap olunan
kitablara – bədii əsərlərə xüsusi yer ayrılmalıdır.
Doqquzuncusu, şair və yazıçılarla görüşlərə xüsusi
fikir verilməlidir. Bu görüşlərin sayı artırılmalıdır.
Onuncusu, ali məktəblərin filologiya fakültələrin-
də oxunması məcburi olan bədii əsərlərin siyahısı tərtib
olunmalı və tələbələrin həmin bədii əsərləri oxuması
məcburi sayılmalıdır və s.
30.09.2014
Dostları ilə paylaş: |