Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması
[11]
Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən
sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan
sayılır.
Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik
qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.
Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir.
[12]
Maddə 5. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı
tədbirlərin maliyyələşdirilməsi
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı
tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq
Dövlət Proqramına uyğun olaraqmaliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
[13]
Maddə 6. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin
edən dövlət orqanları
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunması
sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların respublika ictimai təşkilatlarının
nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.
Müvafiq icra hakimiyyəti orqanları, əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların ictimai təşkilatları ilə birlikdə əlillər və sağlamlıq imkanları məhdud
uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli
proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.
Müvafiq icra hakimiyyəti orqanı və əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların ictimai təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə
və digər problemlərinə dair təkliflər verirlər. Dövlət əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına
kömək göstərir.
[14]
Maddə 7. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə dair
dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı
Müəssisələr, idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial təminatını yaxşılaşdırmaq
məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların həyatının sığortası və
bədbəxt hadisələrdən sığortası təmin edilir.
Müəssisələrin, idarələrin və təşkilatların əlillər üçün mallar istehsal etməyə və onlara
xidmət göstərməyə, habelə əlillər üçün sosial-mədəni obyektlərə və idman qurğularına
avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün
növlərindən azad edilir.
Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar
və kooperativlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi, habelə müvafiq icra
hakimiyyətiorqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər təyin
edilir.
[15]
Maddə 8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni
mənafelərinin qorunması
Azərbaycan Respublikasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq,
azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda
müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.
Respublika vətəndaşı onun əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılıb-
sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti
orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər.
[16]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların bu Qanunla müəyyən edilmiş
hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə
müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti
daşıyırlar.
[17]
II. ƏLİLLİYİN, UŞAQLARIN SAĞLAMLIQ İMKANLARI
MƏHDUDLUĞUNUN QARŞISININ ALINMASI VƏ ƏLİLLƏRİN, SAĞLAMLIQ
İMKANLARI MƏHDUD UŞAQLARINREABİLİTASİYASI
[18]
Maddə 9. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması
və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin,
sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti sağlamlığın
mühafizəsi, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələrinə və
xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün hüquqi, iqtisadi, sosial şəraitin
yaradılmasında ifadə olunur və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş
verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi, uşaqların
sağlamlıq imkanları məhdudluğunun reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin
edən dövlət proqramları vasitəsilə həyata keçirilir.
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin,
sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarına uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində əlillərin, sağlamlıq
imkanları məhdud uşaqların ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tədbirlər sistemi
hazırlayıb həyata keçirirlər.
Maddə 10. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının
alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət
proqramlarının müəyyənləşdirilməsi
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin,
sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramları, həmçinin
əlillərin, sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
[19]