57
-
satışın həcmi;
-
reallaşdırılan məhsulun sitrukturu, (onun tərkibində dəyişən xərclərin,
sabit xərclərin və mənfəətin payı);
-
mənfəətin tərkibinə daxil edilən sair gəlir və xərclərin həcmi (alınan və
ödənilən faizlər, sair əməliyyat və satışdankənar gəlirlər və xərclər);
-
vergiyəcəlbedilmə səviyyəsi.
Müəssisənin sərəncamında qalan (xalis mənfəət adlandırılan) mənfəətin
həcminə təsir edən sadaladığımız amillərin xalis mənfəətə təsirinin hesablanması
üçün tələb olunan informasiyalar hal hazırda qüvvədə olan hesabat formalarında
verilmir.
Müəssisə, sahibkar, təsisçilər ümumiyyətlə mənfəəti çoxaltmaq üçün yox
onların sərəncamında qalan xalis mənfəəti çoxaltmaq üçün səy göstərirlər, lakin
buna baxmayaraq qüvvədə olan hesablar planı və onun tətbiqinə dair təlimatda
xalis mənfəəti uçota almaq üçün sintetik hesab nəzərdə tutulsa da subhesab nəzərdə
tutulmamışdır.
Beynəlxalq praktikada sahibkarlığın inkişafında böyük rol oynayan xalis
mənfəətin uçotuna xüsusi diqqət yetərlidir. Bunun üçün Beynəlxalq Maliyyə
Hesabatı Standartlarında 8N°-li «Dövr ərzində xalis mənfəət yaxud zərərlər,
fundamental səhvlər və uçot siyasətində dəyişikliklər» adlı standart nəzərdə
tutulmuşdur (1 yanvar 1995-ci ildən qüvvədə olan). Bu standartda gəlirlər
haqqında hesabatın qurulması prinsipləri, bizim dilimizdə desək mənfəət və
zərərlər haqqında hesabatın qurulması prinsipləri şərh olunur. Hesabatlara
fövqəladə gəlirlər və itkilər aid edilir və əsas fəaliyyətdən alınan mənfəət ayrıca
ə
ks etdirilir. Bu elementlər 1 yanvar 2009-cu ildən Azərbaycanda tətbiq edilən
“Mənfəət və zərərlər” haqqında hesabatda (xərclərin funksiyaları üzrə) (əlavə N4)
öz əksini tapmışdır.
Xalis mənfəət kaptalın həqiqim rentabelliyini təyin etməyə, divident
ödəmələrinə yönəldilən vəsaitin həcmini artırmağa imkan verən başlıca mənbədir.
Lakin xalis mənfəəti tam həcmdə dividentlərin ödənilməsinə, yığım və istehlak
fondverimin tamamlanmasına yönəltmək olmaz. Bazar münasibətləri şəraitində
58
xalis mənfəət hesabına bir sıra yerli vergilər və yığımlır ödənilir, ehtiyat fondlar
yaradılır, xeyriyyə məqsədlərinə ayırmalar edilir, dövriyyə fondların
çatışmamazlığı əsas fondların və digər aktivlərin əldə edilməsi məqsədilə bank
ssudaları üzrə faizlər, habelə digər təşkilatlardan alınan borclar üzrə faizlər
ödənilir.
Xalis mənfətdən eyni zamanda cərimələr və itkilərin ödənilməsi ilə əlaqədar
digər xərclər ödənilir (qüvvədə olan qanunvericiliyə uyğun olaraq büdcəyə
ödəmələr).
Xalis mənfəətə görə kapitalın rentabelliyi və səhmlərə dividentlərin mümkün
səviyyəsini təyin edən zaman bütün (cəmi mənfəət haqqında məlumat yox, ancaq
yuxarıda sadaladığımız bütün məcburi xərclər və tədiyyələr çıxdıqdan sonra qalan
mənfəət haqqında məlumat daha çox praktiki əhəmiyyət kəsb edir. Müəssisədə
imtiyazlı səhmlər mövcud olanhalda onlar üzrə azad mənfəət məbləği onlar üzrə
ödənilən divident məbləğləri qədər az olur.
Kapitalın (səhmdar kapitalın) həqiqi rentabelliyi müəssisənin azad mənfəət
məbləğinin səhmdar kapitalın həcminə nisbəti (faizlə) kimi təyin edilir.
ndi də bu rentabelliyin yuxarıda sadaladığımız amillərin təsiri altında necə
formalaşdığını şərti məlumatlardan istifadə etməklə şərh edək (müasir hesabat
formalarında müvafiq məlumatlar olmadığına görə).
Satışın həcmi və strukturu mənfəətin həcminə eyni zamanda təsir göstərdiyinə
görə hər iki amili birgə araşdıracağıq. Aşağıdakı şərti informasiyalardan istifadə
etməklə tərtib edilən analitik cədvəldə (cədvəl N
Q
3.5) təhlil üçün tələb olunan
məlumatlar, həm də onların bəziləri dəyişilməsinin nəticələri verilir.
59
Cədvəl 3.5
Satış
ın hə
cminin və
reallaş
dırılan mə
hsulun
strukturunun satış
dan alınan mə
nfəə
tə
tə
sirinin tə
hlili
Verilən məlumatlar
və hesablama
göstəriciləri
Ölçü
vahidi
Variantlar
I
II
III
IV
A
B
1
2
3
4
1 .Satışdan pul
man
7108532
7108532
7819385
7819385
gəliri
2.Reallaşdırılan
man
5270929
5270129
5270929
5587185
məhsulun maya
dəyəri
3.Kommersiya
xərcləri
man.
109990
109990
109990
120989
4. darəetmə
man.
1809169
1628252
1628252
1628252
xərcləri
_________
5.Məhsul satışından
mənfəət (zərər),
(1-ci sət-2- ci sət-
man.
-81556
99361
810214
482959
3-cü sət-4-cü sət)
6.ikinci sətirdən:
a)dəyişən xərclər
3162557
3162557
3162557
3478813
b)sabit xərclər
7.
Cəmi dəyişən
xərclər (sət.6-sət.3)
8.
Cəmi sabit xərclər
man.
man.
man.
2108372
3272547
3917541
2108372
3572547
3736624
2108372
3572547
3736624
2108372
3599802
3736624
Verilən məlumatlardan göründüyü kimi hesabat dövründə I variantında
müəssisə satış fəaliyyətindən 81556 manat zərər çəkmişdir. kinci variantda birinci
variantla müqayisədə parametrinin dəyişdirilməsi - idarəetmə xərclərinin 10%
azaldılması zərər məbləği əvəzinə 99361 man. mənfəətin əldə edilməsinə nail
olmuşdur.
Milli uçot və hesabat sistemində sabit və dəyişən xərclər barədə informasiya
ayrı-ayrılıqda toplanmır və hesabatlarda əks etdirilmir. Bununla da kommersiya
xərclərinin 1 manatına, idarəetmə xərclərinin 1 manatına düşən mənfəət məbləğini
təyin və təhlil etmək mümkün olmur.