Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə19/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

 
69
yayılmasında böyük əhəmiyyəti olmuşdur. Tərcümənin geniş-
lənməsində ən azı iki mühüm amil əsas rol oynamışdır.  
Birinci,  Ərəbistanda  İslam dininin təsbitindən sonra və 
ərəblərin qeyri-ərəb xalqlarla mədəni  əlaqə yaratdığı zaman 
Qurani-Kərimin tərcüməsi  İslam dininin əsas mənbəyi kimi 
başqa dillərə tərcümə edilməsi zərurəti ön plana salınmışdır.  
İkinci, Qərb və xristian dünyasının İslam maarifini hansı 
hədəf məqsədilə öyrənməsi və ona görə  də Quranın tərcüməsi 
ilə məşğul olmasıdır. Bu tərcümələr bir tərəfdən müsəlmanların 
tərəfindən edilən zəif tərcümələr, ikinci tərəfdən xristianların 
qərəzli tərcümələri Quranın tərcüməsi sahəsində böyük prob-
lemlərə səbəb oldu. Buna görə də bəzi alimlər Qurani-Kərimin 
tərcüməsinə maneçilik törətdilər. Bir sıra din alimləri də “Alla-
hın kəlamını tərcümə etmək mümkün deyildir” – deyə Quranın 
tərcüməsinə icazə vermədilər. Quranın tərcümə tarixində biz iki 
mühüm nəzəriyyə ilə üz-üzə gəlirik. Birinci nəzəriyyəyə əsasən 
Quranın tərcüməsinə icazə verilmir. İkinci nəzəriyyəyə  əsasən 
Quranın tərcüməsinin zərurətini təkidlə xatırlayır. Məhz bu 
səbəbə görə  də görürük ki, bəzi dövrlərdə Quranın tərcüməsi 
ləngiyir, bəzi dövrlərdə isə çox genişlənir. 
Bu günə qədər edilən tərcümələr dil üslubu, metod və şivə 
baxımından 5 növə bölünürlər: 
1. Hərfi və ya sətiraltı tərcümələr. Bu şivə ən qədim tər-
cümələrdə görünür və ilk mütərcimlər çalışmışlar ki, ayələrin 
sözlərinin tərcüməsini və qarşılığını orijinal sözün altında ver-
sinlər. Bu növ tərcümədə cümlədən əsər-əlamət yoxdur, sadəcə 
sözlər bir-birinin yanında sıralanmışdır. 
2. Təfsir yönlü tərcümələr. Bu növ tərcümədə ayələrin 
tərcüməsindən əlavə qısaca olsa da, təfsirinə də yol verilmişdir. 
3. Məna və məali tərcümələr. Bu növ tərcümələr Qura-
nın tərcüməsinə icazə verilmədiyi dövrlərdə yaranmışdır və 
mütərcimlər iddia etmişlər ki, Quranın özünü tərcümə edə bil-
məsələr də, ən azı onun mənasını anladıqları şəkildə başqa dil-
lərə tərcümə etməyə cəhd göstərmişlər. 


 
70
4. Akademik tərcümələr. Bu növ tərcümədə mütərcimlər 
çalışırlar ki, Quranın hər bir sözünə ikinci dildə qarşılıqlı söz 
tapa bilsinlər və elə bir tərcümə etsinlər ki, onda Quranın heç 
bir sözü və  hərfi tərcümədən yayınmasın, tərcüməyə heç nə 
əlavə edilməsin. 
5. Yeni sətiraltı tərcümələr. Bu növ tərcümə qədimki sə-
tiraltı  tərcümədən fərqli olaraq cümlə quruluşu müntəzəm ol-
masa da, az-çox mövcuddur. 
Mütərcim çalışır ki, sözlərin 
mənasını orijinal sözün al-
tında verərək, həm də ikinci 
dilin qanun-qaydalarına ria-
yət etsin və cümlə quruluşu-
na zərər toxunmasın. Türk 
dillərində türkiyəli alim xa-
nım Mədinə Balcının türk 
dilinə etdiyi tərcümə və fars 
dilində  İlahi Qumşeyinin etdiyi tərcüməsi həmin tərcümə nö-
vündən sayılır. 
 
Dünyada Quranın tərcümələri 
 
Qurani-Kərim birinci dəfə fars dilinə  tərcümə edilmişdir 
və ondan sonra türk dilinə tərcüməsinə başlanmışdır.  
Bugünə qədər Qurani-Kərim 106 dilə tərcümə edilmişdir 
və bu tərcümələr Qum şəhərində yerləşən Qurani-Kərimin Bü-
tün Dillərə  Tərcüməsi Mərkəzinin Kitabxanasında saxlanılır. 
Əlbəttə, tərcümələrin sayı dünyada bundan çoxdur. Burada ve-
rilən məlumat ancaq həmin mərkəzdə saxlanılan tərcümələrin 
əsasında verilir. Bu mərkəzdə 5087 cilddə tərcümə mövcuddur 
və 1166 Quran mütərciminin bioqrafiyası hazırlanmışdır.  
Quran latın dilinə birinci dəfə 1156-cı ildə tərcümə edilmiş-
dir. Bugünə qədər Quranın latın dilinə bir neçə tərcüməsi mövcud-
dur. İngilis dilində 756 cilddə 148 növ tərcümə edilmişdir. Onlar-
dan  ən mühümü Məhəmməd Faruq Əzəm tərəfindən edilən tər-


 
71
cümədir. Bundan başqa, Məhəmməd Marmaduq, Uilyam Piktal, 
Corc Sil, Edvard Palm, Can Radvell, Şakir Əbdülhəkimxan, Mirzə 
Əbülfəz, Məhəmmədəli Lahuri və Heyrət Dehləvi Quranı ingilis 
dilinə  tərcümə etmişlər. Xanım doktor Səffarzadənin Quranın 
ingilis dilinə tərcüməsi isə İranda çap olunmuşdur. 
Quranın Andre Druye tərəfindən fransız dilinə edilən tər-
cüməsi daha qədim və məşhurdur. Bu günə qədər fransız dilinə 
189 cilddə 51 tərcümə edilmişdir. Sonuncu tərcümə doktor Hə-
didi və Yəhya Bonon tərəfindən edilən tərcümədir.  
Bundan başqa, Qurani-Kərim Qərbin başqa dillərinə, o 
cümlədən alman (30 dəfə), ispan (19 dəfə), italyan (14 dəfə), 
isveç (7 dəfə), holland (6 dəfə), portuqal (4 dəfə), norveç (4 
dəfə) və fin (2 dəfə) dillərinə  tərcümə edilmişdir.  
Rus dilinə 12 dəfə, bolqar dilinə 5 dəfə, alban dilinə 6 də-
fə, esepranto dilinə 1 dəfə, polyak dilinə 3 dəfə, macar dilinə 2 
dəfə tərcümə edilmişdir.  
Şərq dillərindən urdu dilinə 206 dəfə, Benqal dilinə 83 də-
fə, Çin dilinə 24 dəfə, yapon dilinə 13 dəfə, İndoneziya dilinə 
13 dəfə, Puştu dilinə 12 dəfə, hind dilinə 11 dəfə, sindi dilinə 
10 dəfə, Kəşmir dilinə 5 dəfə, malay dilinə 5 dəfə, assam dilinə 
4 dəfə, Koreya dilinə 3 dəfə tərcümə edilmişdir. 
Müsəlman xalqları arasında fars dilinə 162 dəfə, türk dil-
lərinə 146 dəfə, Azərbaycan dilinə 12 dəfə, kürd dilinə 12 dəfə, 
özbək dilinə 5 dəfə, qazax dilinə 5 dəfə, qırğız dilinə 5 dəfə, 
türkmən dilinə 5 dəfə, uyğur dilinə 2 dəfə, tatar dilinə 1 dəfə 
tərcümə edilmişdir. 
 
Azərbaycan dili və  
Quranın tərcümələri 
 
Azərbaycan dilində olan ən qədim tərcümə Məşhəd şəhə-
rində  İmam Rza Əleyhissəlamım muzeyində saxlanılan bir əl-
yazmadır. Çox ehtimala görə, bu əlyazma Uzun Həsən Ağqo-
yunlunun göstərişi ilə toplanmış və tarixi məlum olmayan Oğuz 
– Kaşqar dillərində olan tərcümədir. Bu tərcümə  sətiraltı  tər-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə