Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə117/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   113   114   115   116   117   118   119   120   ...   124

 Həsənzadə Fərhad 
338 
siniflər (təbəqələr) harmonik şəkildə  fəaliyyət göstərdikdə, siniflər arasında ciddi 
münaqişələr baş vermədikdə və onlar bir birilə qarşılıqlı anlaşma şəraitində yaşadıq-
da ideal dövlət yarana bilər. (6,səh.107). 
Göründüyü kimi Platonun hələ antik dövrdə  səsləndirdiyi bu fikirlər bugün ki 
dövrün vətəndaş  cəmiyyəti anlayışı ilə, xüsusilə  də  vətəndaş  cəmiyyəti ideyasının 
tolerantlıq prinsipi ilə demək olar ki eyniyyət təşkil edir. 
Platon özünün “ideal dövlət” ini qədim yunan şəhər - dövləti olan Spartanın ida-
rəçilik sisteminə baxaraq yaratmışdır. Əsas məşğuliyyətləri döyüş və hərbi yürüşlər 
olan spartalıların idarəetmə sistemi daha çox müasir demokratik idarəçiliyə bənzə-
yirdi. Spartanın idarəçilik sistemi hakimiyyətin bölünməsi prinsipini xatırladan 4 
pilləli aristokratiyadan ibarət idi; Müxtəlif nəsillərdən seçilmiş iki hökmdar, kübar 
təbəqədən seçilmiş ağsaqallar şurası, qanunların qəbulu zamanı bütün vətəndaşların 
iştirak etdiyi xalq toplantısı və hökmdarların fəaliyyətinə nəzarət etmək üçün yara-
dılmış 5 nəfərlik qurum – eforlar. Eforlar mahiyyət etibarilə bugün demokratik döv-
lətlərdə mövcud olan konstitusiya məhkəməsini xatırladır. (9) 
Lakin Platonun ictimai - siyasi görüşlərini daha geniş şəkildə tədqiq etsək görə-
rik ki, o totalitar cəmiyyət modelinin qatı  tərəfdarı olub. O, demokratiyanı qanuni 
dövlət formaları arasında ən pisi hesab edir, xüsusi mülkiyyətin məhdudlaşdırılması-
nı, insanların bütün fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsini təqdir edirdi. 
Onun fikrincə dövlət incəsənət və  ədəbiyyatı da təftiş etməli, uşaqlarda qorxu və 
sentimentallıq yaradan əsərlər qadağan olunmalıdır. Platona görə hətta ailə də döv-
lətin nəzarətində olmalı, kişi və qadın arasındakı münasibətlərdə dövlət tərəfindən 
nizamlanmalıdır. Məhz bu fikirlərinə görə müasir dövrün bəzi filosofları Platonu 
tənqid etmiş, hətta A.Toynbi onu tipik irticaçı utopik, K.Popper totalitarizm nəzəriy-
yəsinin banisi, Rassel isə avtoritar və totalitar dövlət quruluşunun müdafiəçisi kimi 
xarakterizə etmişlər. (3, səh.59) 
Antik dövrün yunan filosofları ilə yanaşı roma filosoflarının da yaradıcılığında 
vətəndaş cəmiyyəti problemi xüsusi əhəmiyyət kəsb etmişdir. Ümumiyyətlə, qədim 
Roma respublikasını vətəndaş cəmiyyətinin qisməndə olsa təşəkkül tapdığı cəmiyyət 
adlandırsaq, yəqin ki yanılmarıq.Vətəndaşlıq institutunun formalaşdığı bu imperiya-
nın təbəəliyində olan şəxslər azad vətəndaşlar hesab olunurdu. Hamının bərabər hü-
quqlara malik olduğu bu respublikada vətəndaşların xüsusi hüquq və vəzifələri haq-
qında təsəvvürlər daha çox inkişaf etmişdi. 
Qədim Roma fəlsəfi fikri yunan mütəfəkkirlərinin təsiri altında formalaşmışdır. 
Xüsusilə də e.ə 146-cı ildə Roma imperiyasının Yunanıstanı işğal etməsilə bu təsir 


 
Antik dövr fəlsəfəsində vətəndaş cəmiyyəti ideyası 
339 
daha da genişlənmişdir.Romaya gələn yunan filosoflar burada öz həmkarları ilə po-
lemikaya girir və onların yaddaşında dərin iz buraxmış olurdular. 
Azərbaycanda vətəndaş  cəmiyyəti probleminin araşdırıcılarından olan Elmira 
Dadaşova özünün “Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşma-
sında demokratik proseslərin rolu” adlı monoqrafiyasında yazır; “Qədim Romada 
vətəndaş cəmiyyət ilə dövlətçilik arasında qarşılıqlı münasibəti araşdıran Z.M.Çerni-
lovski belə bir qənaətə gəlmişdir ki, bəzi prinsipial mühüm xüsusiyyətlərinə görə bu 
cəmiyyət müasir hüquqi dövlətə qarşı irəli sürülən müəyyən tələblərə cavab verir.O, 
bu tələblər sırasında hakimiyyətin səlahiyyət müddəti, hakimiyyət bölgüsü, söz və 
mətbuat azadlığı, dövlət daxilində və xaricində hərəkət, hakimiyyətin əmlak münasi-
bətlərinə qarışmaması və nəhayət, hamının qanun qarşısında bərabər hüquqa malik 
olmasını qeyd edir”. (5, səh.16-17). 
Qədim romada dövlət xadimi, natiq və filosofu kimi taninan Mark Tulli Siseron 
öz əsərlərində vətəndaş cəmiyyəti mövzusuna geniş yer ayırmışdır.Uzun illər roma 
senatının spikeri olmuş, dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə yiyələnmiş fi-
losof öz düşüncələrini əsasən nitq, məktub və traktatlar formasında qələmə almışdır.  
Eklektisizm fəlsəfi cərəyanının nümayəndəsi olan Siseronun ictimai - siyasi gö-
rüşləri “dövlət haqqında” və “Qanunlar haqqında”  əsərlərində öz əksini tapmışdır. 
Onun siyasi baxışları daha çox Platon, Aristotel və yunan stoiklərinin təsiri altında 
formalaşmışdır. 
Siseronun fikrincə insanların birləşməsinin, dövlətin yaranmasının  əsas səbəbi 
onların anadangəlmə təlabatlarıdır. Vətəndaş cəmiyyəti təbiətdən yaranır və mahiy-
yət etibarilə dövlət insanların ümumi mənafeylərinin məhsuludur.Siseron yazırdı ki, 
dövlət xalqın malıdır, xalq isə insanların istənilən şəkildə bir yerə yığıldığı hər hansı 
birliyi deyil, hüquq və  mənafe ümumiliyi məsələsində öz aralarında razılığa gələn 
çoxlu insanların birliyidir. İnsanların belə birliyinin birinci səbəbi onların zəifliyin-
dən daha çox, necə deyərlər, bir yerdə yaşamaq üçün anadangəlmə  təlabatlarıdır. 
Çünki insan təcrid olunmuş şəkildə yaşamağa və tənha, səfil kimi gəzməyə meyilli 
deyil. Hətta zəruri şeylərin bol olduğu şəraitdə də özu kimilərindən qaçmamaq üçün 
yaradılıbdır. (3, səh.65). O, dövlətin əsas məqsədinin xüsusi mülkiyyəti qorumaq və 
vətəndaşların mənafeyini müdafiə etmək olduğunu bildirirdi. 
Qanunların və hüququn mənbəyi məsələsində Siseron yunan stoiklərinin möv-
qeyindən çıxış edərək bildiridi ki, dövlət qanun qoyarkən çalışmalıdır ki, həmin nor-
malar təbiətən mövcud olan ilahi qanunlarla uyğunluq təşkil eləsin, onlara zidd gəl-
məsin. Bu məsələ ilə bağlı o yazırdı. ”Əslində, həqiqi bir qanun, yəni  ədalətli bir 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə