ƏLYAZMALAR YANMIR
32
№ 1, 2016
Burada Azərbaycan alimləri və müəllimləri ilə birlikdə Çindən, Hindistandan, Suriyadan və
Misirdən dəvət edilmiş mütəxəssislər işləyirdi.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da orta əsrlərdə fəlsəfə, təbiətşünaslıq elm-
ləri (tibb, meterologiya, minerologiya, kimya), riyaziyyat, yunan fəlsəfəsi, teologiya, əxlaq (etika)
və siyasət elmləri mövcud idi. Azərbaycanın qədim şəhəri Təbriz elm ocağı sayılırdı. Orta əsrlərdə
Təbrizdə bir sıra məşhur alimlər yaşayıb yaradırdılar.
Azərbaycanda ilk akademiya sayılan İslam Akademiyası Şamaxıda yaradılması bu dövrləri
əhatə edir. Onun banisi məşhur Azərbaycan həkimi və alimi Ömər Osman oğlu idi. O özü həkim
olduğu üçün akademiyanın nəznində böyük tibb məktəbi də açmışdır. Burada bir çox əcnəbi alimlər
də işləyirdilər. Şamaxının Məlhəm kəndi həmin akademiyanın dərmanlarını hazırlayan əsas yer idi.
Əfsuslar olsun ki, zəlzələlər və hücumlar nəticəsində Şamaxı Akademiyasından bizə gəlib-çatan
əsərlər və abidələr məhduddur.
Orta əsrlərin II yarısında (XIII əsr) dahi Azərbaycan tarixçisi və məhşur həkimi Rəşiddəndin
Təbrizdə ikinci böyük İslami Elmlər Akademiyasını təşkil edir. Burada da dünyanın müxtəlif
yerlərindən toplanmış alimlər işləyirdilər. Burada 67 müalicə evi və bir neçə aptek fəaliyyət göstə-
rirdi. Azərbaycan Akademiyaları sırasında Təbriz şəhərində dahi Azərbaycan münəccimi və həkimi
Nəsirəddin Tusinin yaratdığı Böyük Akademiya xüsusi yer tutur. Burada müxtəlif fənlərin mütəxəs-
sisləri çalışmışdılar. Tibbi sahəyə o vaxtın görkəmli Azərbaycan həkimi Əbdülməcid Talib başçılıq
edirdi.
Tusinin təşkil etdiyi Akademiyanın bəzi hissələri digər şəhərlərdə yerləşmişdir. Buna misal
olaraq bütün dünyada məşhur olan Marağa rəsədxanasını göstərmək olar. Bir çox müasir alimlərin
fikirncə yeni riyaziyyat, astronomiya, həndəsə, fizika istiqamətlərinin yaranmasında Tusinin rolu
olduqca böyükdür.
Bütün bu biliklər qələmə alınaraq nəsildən-nəsilə ötürülüb bizim günlərə gəlib çıxmışdır.
Zəngin əlyazma kitabları xəzinəsindən sayılan Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda elmin müxtəlif sahələrini əhatə edən türk, ərəb və fars
dillərində yazılımış əlyazmalar qorunub saxlanır. Onların arasında qədim dövrlərdə, Orta əsrlərdə
Azərbaycan ərazisində təbabətə və tibbə dair olduqca dəyərli əsərlər var. Bir çox Şərq xalqlarından
fərqli olaraq burada xalq təbabəti istiqaməti daha sürətlə və geniş inkişaf etmiş, bir çox elm
xadimləri, şair və yazçılar, loğmanlar, türkəçarələr, sadə insanlar tibbin inkişafında böyük xidmət
göstərmişdilər. Təcrübi və nəzəri biliklər, məsləhətlər çarələr müxtəlif müəlliflər tərəfindən qələmə
alınmışdır.
Orta əsrlərin zəka sahibləri müxtəlif elmləri əhatə edən əsərlər yaradırdılar. Onların riyaziy-
yat, tibb, tarix, hüquq və digər elmlərdən xəbərləri var idi. Onlar hər bir fənn üzrə həmin dövrdə
məlum biliklərin icmalını verməklə kifayətlənməyərək öz şəxsi tədqiqatlarını da bildirirdilər.
Müasir dövrdə, əlbəttə bir alimin bu qədər müxtəlif elm sahələrini bilməyi və tədqiq etməsi qeyri
etməsi qeyri-mümkündür.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin
müdiri, Azərbaycan Tibb Tarixçiləri birliyinin rəhbəri, tarix elmləri doktoru, təbabətə dair qədim
əlyazmaların ölkəmizdə ilk tədqiqatçılarından biri Fərid Ələkbərlinin apardığı tədqiqatlar nəticə-
sində bu əlyazmaların arasında təbabətə və tibb elminə aid əlyazmların mövcudluğu aşkarlanmışdır.
Bu əlyazmalardan üçü xüsusi əhəmiyyət kəsb edərək 2005-ci ilin iyununda YUNESKO-nun Dünya
Yaddaşı Proqramının Beynəlxalq reqstrinə daxil edilmişdir. Bunlar XI əsrdə yaşamış Əbdülqasim
ƏLYAZMALAR YANMIR
33
№ 1, 2016
Zəhrəvinin “Əl-Məqalət əs-Səlasun” (“Cərahiyyə və alətlər haqqında”) çoxcildlik əsərinin 13-cü
hissəsi, Əbu Əli ibn Sinanın XIII əsrdə Bağdadda üzü köçürülən “Əl-Qanun fit-Tibb” (“Tibb
qanunları”) kitabının 2-ci cildi və Rüstəm Curcaninin XIII əsrdə yazdığı və XVII əsrdə üzü
köçürülmüş, “Zehireyi-Nizamşah” (Nizamşahın xəzinəsi”) əlyazmalarıdır.
Fərid Ələkbərli YUNESKO-nun Dünya Yaddaşı Proqramına Azərbaycan müəlliflərindən
Həsən ibn Rza Şirvaninin “Şiracüt-tibb” Hacı Süleyman İravaninin “Fəvaidül-Hikmət”, Yusif ibn
İsmail Xoyinin “Cəmeyi-Bağdadi”, Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərlərini də təqdim
etdiklərini bildirmişdir. Hazırda onların hər biri araşdırılır. Ümid edirik ki, həmin əsərlər də
proqrama daxil edirlər. Ana dilimizdə yazılmış Orta əsr tibb əlyazmalarından birini nümunə
gətirmək istəyirik. Əlyazma XVIII əsr Azərbaycan dilini öyrənmək baxımından da çox maraqlıdır.
Bu XVIII əsrdə naməlum müəllif tərəfindən qələmə alınmış və XX əsrin əvvələrində köçürülmüş
“Nüsxəcat” əsəridir. Əsər Fərid Ələkbərlinin doktorluq dissertasiyasında da təhlil olunub.
Müəllifi anonim olan bu kitab, Azərbaycan xalq təbabətinin müxtəlif mənblərdən toplanmış
ayrı-ayrı nümunələrindən ibarətdir. Müxtəlif otlardan, meyvələrdən və s. yeyinti məmulatlardan
müalicəvi dərmanların hazırlanmasından bəhs olunur. Kitabda xəstəliklərin müalicə yolları haqqın-
da bir sıra dərmanların və məcunların hazırlanması, onların tərkibi təsviri haqqında qısa məlumat
verilir. Eyni zamanda, “Nüsxəcat” insan orqanizmiinin müxtəlif orqanlarının üzvləri xəstəliklərin-
dən bəhs edir. Bundan əlavə, bəzi orqanların iltihabı, şişlərin, yaraların təbii bitkilərdən və heyvan-
ların müəyyən orqanlarından hazırlanmış dərmanlarla müalicəsi təsvir olunur. Əsərdə bir sıra bitki,
ağac, heyvan və mineralların adlarına rast gəlinir.
Kitabda xalq təbabəti ilə yanaşı, magiya və cadugərliyə aid çoxsaylı nümunələr də verilmiş-
dir. Məsələn, burada qurdun, göreşənin (kaftarın) və başqa heyvanların ayrı-ayrı hissələrindən cadu-
tilsim məqsədi ilə istifadə olumasından xəbər verilir. Cadu və tilsimə aid parçalara gəldikdə, onlar
Azərbaycan folklorunu öyrənmək baxımından maraqlı olduğunu görürük.
Beləliklə, bunların hamısını nəzərə alaraq bu əsərin tərcüməsini tibb, elm tarixi, dilçilik və
folklor üzrə mütəxəssislərin ixtiyarına vermək olduqca zəruridir. Bu da əlyazmanın multidistiplinar
tədiqaqatına zəmin yaradır.
Ümumiyyətlə, Orta əsrlərdə yüksək inkişaf etmiş Şərq elmi və mədəniyyəti elmin təka-
mülünə, formalaşmsına böyük təsir göstərmişdir.
Ədəbiyyat:
1. Fərid Ələkbərli. Azərbaycanda tibb tarixinin araşdırmasına dair. Azərbaycan Tibb Elminin
tarixi problemləri. 1-ci Respublika elmi konfransının. Bakı, 1-2 fevral 2005. Materialları.
2. Фарид Алекперли. Тысяча и один секрет Востока. Баку, Турал, 1999г.
3. Фон Грюнебаум Н. Основные черты арабо-мусульманской культуры. Москва, Наука,
1986г.
4. Авеста. Священная книга зороастрийского учения. Тегеран, 1967г.
5. A.L.Rüstəmov. Orta əsr şərq təbabətinin inkişaf tarixindən. Təbib. Bakı. 1993.
6. Основы трансдисциплинарности. В.С.Мокий, 2009г. ГПКБР, Нальчик, Россия.
7. Fərid Ələkbərli. Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar. Elm və
təhsil. Bakı. 2014.