ƏLYAZMALAR YANMIR
4
№ 1, 2016
(1592), Vəli Dəştbəyazi (1571), Vəhşi (1583), Zəmiri (1577), Həkim Şəfai (1628), Ziyai İsfahani
şeirin İraqi üslubunda yazırdılarsa, digərləri, məsələn, Səlim (1647), Zülali (1622), Kəlim (1650),
Şövkət (1695), Şani Təkəllu (1711), Səncər Kaşi (1709), Raqim (1688), Vəhid Qəzvini (1693), Bi-
dil (1721) hind üslub və tərzində yazmışlar. Lakin onların heç biri Dəqiqi və Firdovsi səviyyəsində
epik dastan, “Şahnamə” yarada bilmədilər (2, 2).
Məşhur şairlərdən Hatifi Cami (1521) “Şah İsmayılın fəthləri” adlı bir “Şahnamə” yazmağa
başlasa da, onu sona çadırmadan dünyasını dəyişdi. Qasimi Cənabədi (1574) Şah İsmayıl və Şah
Təhmasib səltənətinin sərəfinə 6300 beytdən ibarət “Şahnamə” yazdı. Həsrəti (1553) Peyğəmbərə
(ə) ithafən “Şahnamə”sini Şah Təhmasibin ünvanına yazmışdır.
Şair Behişti (1577) Şah Abbasın atası Məhəmməd Xudabəndənin Osmanlı hökmdarı III Sul-
tan Muradla baş verən müharibəsindən bəhs edən “Şahnamə”sini qələmə almışdır.
Nizaməddin İşrət Siyalkutinin də Nadir şahın Hindistana qoşun çəkməsi və o ölkəni fəth et-
məsi haqqında “Şahnameye Nadiri” adlı bir mənzuməsi vardır. Bu şair Əhməd şah Dürraniyə həsr
etdiyi “Şahnameye Əhmədi” adlı əsərin də müəllifidir (2, 3).
200 ildən artıq tarix yaratmış Şah İsmayil Xətainin qurduğu Azərbaycan Səfəvilər dövləti
(1501-1736) Şah Sultan Hüseynin (1694-1722) hakimiyyəti dövründə daxili və xarici amillər
nəticəsində sürətlə zəifləməyə başladı. Əfqan, özbək və osmanlıların aramsız hücumları qarşısında
davam gətirə bilməyən şah məğlub oldu. Bu zaman tarix səhnəsində görünən Nadir xan Əfşar tor-
paqları yadellilərdən nəinki təmizlədi, həm də Böyük Əfşarlar imperiyasını yaratmağa nail oldu.
Onun imperiyasına Hindistan və bir-birilə çəkişən Orta Asiya xanlıqları da daxil edildi. Nadir şahın
apardığı müharibələr ədalətli müharibə idi. Əmir Teymur demişdir: “Əgər bir məmləkətdə zülm və
istibdad güclənirsə, o halda asayiş və əmniyyəti-ümumiyyə naminə bu kibi zülm və istibdadın kökü-
nü qazmaq və o məmləkətə hücum etmək hər kəsin vəzifeyi-insaniyyəsidir. Müzəffər və qalib olan
bir cahangir, zülm və təzyiq altında inləyən hər milləti zalım və qəddar müstəbidin əlindən xilas et-
məyə borcludur” (3, 47).
Əbülqasim Firdovsi “Şahnamə”sində təsvir olunan müharibələr iki qismə: ədalətli və ədalətsiz
vuruşmalara ayrılırdı.
“Şahnameye Nadiri” Nadir şah Əfşarın parçalanmış torpaq uğrunda apardığı müharibələri
təsvir edir.
Bu müharibələrin iştirakçısı və əsərin müəllifi Məhəmmədəli Tusi haqqında məlumat isə
cüzidir.
Şübhəsiz ki, Nadirin torpaqların təcavüzünə qarşı illərlə apardığı müharibələr ədəbiyyat, şeir
meydanının daralmasına səbəb olmuşdur. Ona görə də həmin dövrün nəzmlə yazılmış və Nadir şah
Əfşarın ömrünün sonunadək həyatını təsvir edən “Şahnameye Nadiri” epik dastan bizim üçün çox
qiymətlidir. Əsərin müəllifi Nadir şahın yanında olmuş, döyüşlərini izləmiş bir şairdir.
Bu dastanı nəşrə hazırlayan Əhməd Süheyli yazır ki, o, əsərin iki əlyazma nüsxəsini görmüş-
dür.
1908-ci ildə məşhur Azərbaycan alimi, mərhum Məhəmmədəli Tərbiyətin kitabxanası satıldı-
ğı zaman bu kitablardan bir neçəsi, o cümlədən Məhəmmədəli Tusinin də “Şahnamə” əsəri Əhməd
Süheyli Xansari vasitəsilə “Kitabxaneyi-Milliyi-Məlik”ə daxil edilmişdir. Tərbiyət kitabxanasının
siyahısı dəyərli alim Səid Nəfisi tərəfindən tərtib edilmiş və hər bir insan səhv etdiyi kimi, “Şahna-
meyi-Nadiri” əsərinin müəllifinin səhvən Ağayi Sadiq Təfrişi olduğu göstərilmişdir. Sonralar əsəri
nəşrə hazırlayan, ön sözün müəllifi Əhməd Süheyli yazır ki, o, həmin şairə (Sadiq Təfrişiyə - T.H.)
ƏLYAZMALAR YANMIR
5
№ 1, 2016
aid edilən bu mənzum əsərə heç bir təzkirədə təsadüf etmədiyi üçün, mənzumədə olan bir neçə
ifadənin də Sadiq Təfrişi üslubuna aid olduğunu güman edərək Səid Nəfisinin sözlərinə inanıb,
həmin faktı qəbul etmişdi.
Ön söz müəllifi yazır: “Ağayi-Sadiqin epik janrda yazdığını bildiyim üçün hətta Firdovsiyi-
Sani təxəllüsünün də Ağayi-Sadiqə aid olduğunu zənn edirdim. Əsərin nəşri “Əncüməni-asari-
milli” tərəfindən mənə təklif edildikdə, bu əsərin digər nüsxəsinin olduğu barədə möhtərəm alim
Ağayi-Hacı Hüseyn ağa Naxçıvanidən məlumat aldım. Hüseyn Naxçıvani mənim xahişimlə həmin
nüsxəni Təbrizdən mənə göndərdi. Hacı Hüseyn Naxçıvanidə olan nüsxənin əvvəlində yazılmışdır:
Mənzumeye tarixe Nadiri min kəlame Mirzə Məhəmmədəli əl-müləqqəb be Firdovse Sani. Lakin
mən əsla bu adda şair tanımırdım və əlimdə olan, nəzərdən keçirdiyim təzkirələrin heç birində bu
ada rast gəlmədim. Bir gün alim-şair Əhməd Gülçini-Məani mənə məşhur bir beyti oxudu:
Səre-şəb səre-qətl o tarac daşt,
Səhərgəh nə təne-sər, nə səre-tac daşt.
(Gecə baş kəsildi, qətl baş verdi,
Subh nə bədəndə baş, nə də başda tac vardı.)
Sonra dedi ki, onun kitabxanasında olan “Məqalat əş-şüəraye Tətəvvi” (Şairlər haqqında mə-
səllər) adlı kitabda olan məlumata əsasən “Şahnameye Nadiri” müəllifinin çox qısa şərhi-hali veril-
mişdir. (və həmin məlumatı mənə oxudu) Həmin məlumata əsasən bu kitabın Molla Məhəmmədə-
liyə aid olduğu aşkar idi.
Tətəvvidən savayı təzkirə yazanların heç biri Firdovsiyi-Sanidən bəhs etməmişlər. Bu
səbəbdən onun tərcümeyi-halı barədə dürüst məlumat yoxdur.
Tətəvvi “Məqalat əş-şüəra”da yazır: “Firdovsi ləqəbli Mirzə Məhəmmədəli Firdovsiyi-Sani
Xorasani Tusi özünün dediyinə görə “Şahnamə” sahibi Firdovsi nəslindəndir. Allah daha yaxşı bilir.
Nadir şah haqqında Şahnamə müəllifidir. O, Humayunla (Nadir şahla – T.H.) birlikdə Sind ölkəsinə
(indiki Pakistan əyalətlərindən biri – T.H.) daxil oldu”.
Mirzə Məhəmmədəli Tusinin müasirlərindən olan “Məcməlüt-təvarix” əsərinin müəllifi Gü-
lüstanə Nadirin həyatının sonu barədə belə yazır: “Əlqərəz, həmin gündən (Nadir şahın qətli baş
verdiyi gün – T.H.) dörd saata yaxın vaxt keçmişdi ki, şahın çadırından, oradakı əşyalardan əsər-
əlamət qalmadı, hər şey dağıdıldı, yox edildi. Nadir “Şahnamə”sində Nadir şahın cənnət bağı
(Firdovsi) belə sona çatdı:
Səre-şəb səre-qətl o tarac daşt,
Səhərge nə tən-e sər, nə sər-e tac daşt.
Be yek gərdeşe çərxe nilufəri
Nə Nadir be ca mand o nə nadiri.
Bu beytləri Nadir şahın münşisi Mirzə Mehdi xan da özünün “Tarixi-cahanqoşa” əsərinə daxil
etmişdir və bu misraların müəllifi (Firdovsiyi-Sani) haqqında Nadirin həyatının sonunu, onun
ölümünü təsvir etdikdən sonra məlumat vermişdir (2, 10).
Digər bir mənbədən də “Şahnameye Nadiri” müəllifi barədə məlumat ala bilirik: Nadir xan
Əfşarın döyüşlərini izləyən Məhəmməd Kazım Mərvəzi məşhur “Aləmarayi-Nadiri” əsərində h.q.