ƏLYAZMALAR YANMIR
17
№ 1, 2016
müntəhasi oldi” (5, 2b). Şərhin yazıldığı mövzu ilə bağlı isə “işbu kitabln mövzui vücudi-həqdir,
pəs bu elmin mövzui-cəmi elmin mövzuatından əladır və iclaldır” ( 5, 2b).
“Müntəha” strukturuna görə: 1. yayma, döşəmə; 2. hazırlıq, hazırlama; 3. düzəltmə, islah et-
mə, nizama salma mənalarını daşıyan, burada daha çox üçüncüyə uyğun “təmhid”lər üzrə qurul-
muşdur. Onların sayı 13-dür. Məzmunca bu təmhidlərin hər birində müəllif mübahisə doğuran hər
bir şərə müxalif (zahirən və ya həqiqətən) fikirləri elmi əsas və mənbəələrlə islaha çalışır. Məsələn,
üçüncü təmhiddə göstərilir: “Şeyin həqiqi təyini keyfiyyətidir. Elmi-həqqdə və dəxi hər şeyin
vücudi, vücudi-həqqin sifətidir. Pəs eylə ola həqayiqi-təəliqat əşyadır. Netəkim, əşya təyinati-
həqiqətdir, həqayiqi-heysiyyət və dəxi həqayiqi-mütəəssir olmadan əladır.”
Təmhidlərdə hər hansı bir əks fikri sübuta yetirmək üçün Şəmsəddin İsfəhani, Bədrəsti, İmam
Qəzali, Bistami, Cüneyd Bağdadi, Əbu Talib Məkki, Fəxri Razi və b. yanaşı Cəfəri Sadiqin də əsər-
lərinə, fikirlərinə söykənilir: “Həqq-Təala qullarinə kəlamilə təcəlli eylədi və leykən xəlq anı gör-
məzdi...” (5, 7b). Müəllif sual-cavab əsasında qurduğu mətndə sualları və cavabları həm də
“vəchlərə” bölmüşdür: “bir vəchi də budur ki, görəlüm bunlardan sual etmək bunlara fayda verə,
yaxud vermiyə” (5,8b). Təmhidlərin hər birində qoyulan məsələlərlə bağlı güclü məntiq vardır:
“...Həqq-Təalanın vücudi məlumdur və zati qeyri-məlumdur. Elə olsə vücudi zatının qeyridir,
hikmət edər Həqq-Təalanın vücudi mahiyyətinin eynidir. Zira ki, əgər vücudi zayir olicəq məruzi-
möhtac olmaq lazım gəlir” (5, 9a). “Müntəha”da həmçinin islamda şəri baxımdan fikir müxtəlifliyi
doğura biləcək bir çox məsələlər, o cümlədən mövcudat-dünya və kainatın yaranma ardıcıllığı mə-
sələləri şərh olunmuşdur. “Lövh” ilə bağlı izahatı diqqət yetirək: “...Lövh ikidir. Biri fövqanidir
kim, əqli-əvvəldir. Ol əqli-əvvəl lövhi-qəzavat əl-kitab və qələmi-əla derlər. İkinci lövh kim, təhta-
nidir, nəfsi-külliyyətdir və ol nəfsi-külliyyə lövhi-qədr və lövhi-məhfuz və kitabi-mübin derlər”
(5,13a).
“Müntəha”da “Ummul-kitab”, “Qələmi-l-əla”, “Lövhi-məhfuz”, “Kitabi-mübin”lə bağlı mə-
sələlər geniş şərh olunur. Xüsusilə əsmayi və sifati-insani-kamilin 12 sayda verilən konkret şərhi
maraq doğurur (5, 14a). Allahın Adəmi yaratması ilə bağlı, hüsn və cəmal, ruh, əql, iman, həya, ilə
bağlı şərhlər olduqca maraqlıdır.
Əhməd Bican bir tərcüməçi-nasir kimi, XV əsr türk yazı dilinin nümunəvi örnəklərini yarat-
mağa müvəffəq olmuşdur. Bir sıra hallarda təsvir etdiyi səhnələr orijinalın deyil, məhz tərcüməçinin
bacarıq və istedadından xəbər verməkdədir: “Cəbrayil Adəmlə uçmağı təvaf eyləyərək bir lətif
sərayə gəldilər, bir kərpici gümüşdən və biri altundan idi və səqfi misli-zəbərcəddən idi və ol
səraydə bir təxt vardı qızıl-yaqutdan və ol təxtin üstündə bir qübbə var idi nurdən və ol qübbədə bir
lətif surət vardı. Ol surətin başında bir tac vardı, qulağında iki küpə vardı, incülərdən və yulduzdən,
başında bir tövq vardı nurdən. Çün Adəm anı gördi, Həqq anın hüsnünü unutdu və Adəm ayıtdi: Ya
Rəbb, bu nə surətdir? Həqq-Təala ayıtdı: Fatimənin surətidir və başındakı tövq Əlidir (ə.s.) və iki
küpələri biri Həsən və biri Hüseyndir (5, 15 b).
Təmhidlərdən sonra müəllifin İslamala bağlı elmi, bəzən hətta ictimai fikirləri də yer almışdır.
İslamda qəbul olunmuş məsələləri belə çatdırdığı da olur: “Adəm oğullarına beş nəsnə vəsiyyət
eylədi və sən dəxi oğlanlarına vəsiyyət eyləyəsən dedi”. Sonra isə onları sadalayır: “Fani dünyayə
məğrur olmayəsən; Övrət sözinə uymayəsən; Hər nə işlərsən axırına nəzər eylə; Könül hər şeyə
meyl edərsə mən eyləyəsin; Hər nə kim işlərsən tanışıb işlə” (5,16 b). Əqlin zinyətini hilm, səbr və
əqli-can olduğunu yazan alim, mətn daxilində canlı sual-cavablarla mətni daha oxunaqlı-anlaşıqlı
edə bilmiş, can sıxıcılıqdan uzaqlaşdırmışdır: “Həqq-Təala buyurdu: Yaz, şəfaəti-ənbiyayə və
ƏLYAZMALAR YANMIR
18
№ 1, 2016
kəraməti və məhəbbəti-ətqiyayə və uçmaği-cömərdlərə. Qələm ayıtdı: dərvişlərə nə yazayın? Həqq-
Təala ayıtdı:
“ﻢﮭﻟ ﺎﻧا و ﯽﻟ ﻢھ” yəni “fəqir bənimdir, bən dəxi onlarınam”. Bənim aramda hicab
yoqdur. Bənim sevgilü dustim anlərdir, -dedi” (16a). “Heç bir nəsnə su üzərində bünyad olmaz.
Həqq-Təala gör nə qadir padişahdır ki, su üzərində ərşi bünyad eylədi”, -deyən müəllif ərş, kürs,
aləmi-mülk, nar, hava, ma, turab, nəbat, heyvanat, camadat, miadat kimi səkkiz bölgüsünü və s.
şərh etmişdir. İnsana Allahın buyurduqlarını- tövhidi, namazı, zəkatı, orucu, həcci, qəzanı, ixlası,
təqvanı da elmi şəkildə əsaslandırmışdır. Mühyiəddin Ərəbinin “Fusus al-hikam”ına XV əsrdə
Yazıçıoğlu Məhəmməd tərəfindən yazılmış “Müntəhi” adlı şərh və təqrizinin qardaşı Yazıçıoğlu
Əhməd Bican Yazıçıoğlu tərəfindən edilmiş “Müntəha” adlı tərcüməsinin əlyazmasının Azərbay-
canda üzə çıxarılmış yeganə nüsxəsi, sözsüz ki, onların hər ikisi, yəni əsərin orijinalı, şərh və
təqrizilə müqayisəli şəkildə araşdırılmalıdır.
Yazıçıoğlu qardaşlarının əsərlərinin Azərbaycanda üzə çıxararaq, burada haqqında söz açdığı-
mız əlyazmaları, onların irsini tamlıqla əhatə etməyir. Onların sayının daha çox olduğunu düşünərək
axtarışlarımızı davam etdirməkdəyik.
Ədəbiyyat:
1. Banarli N.Sami: Resimli türk edebiyatı tarihi, İstanbul,1947.
2. Bican Ahmed: Dürri-meknun. ƏYİ, B-3858.
3. Bican Ahmed: Ənvari-aşiqin. ƏYİ, B-6412.
4. Bican Ahmed: İslam ansiklopedisi, I c.,İstanbul,1965.
5. Bican Ahmed: Münteha. ƏYİ, B-593.
6. Bursalı M. Tahir. Osmanlı müelifleri, İstanbul, 1333.
7. Çelebioğlu Amil, Erarslan Kemal. Yazıcıoğlu, İA, c.13, İstanbul,1986.
8. Əlyazmalari kataloqu., Bakı, I c.,1963.
9. Gölpinarli A. Mevlana müzesi yazmalar kataloğu (üç cilddə),Ankara,1967-1973.
10. Karatay F. Edhem, Topkapı Sarayı Müzesi türkçe yazmalar kataloqu, İstanbul,1961.
11. Kiliç Erol. İbn-ül Arabi. Türkiye Diyanet Vakfı, İA, c.20, İstanbul,1999.
12. Kocatürk V. Mahir. Türk ədəbiyyatı tarixi, Ankara,1964.
13. Lətifi Kastamonulu. Təzkirəyi-Lətifi, Dərsəadət,1314.
14. Mahmud Kaya. İbn Arabinin islam düşüncəsindəki yeri. TDVİA, 20, İstanbul,1999.
15. Матвиевская Г.П, Розенфельд Б.А. Математики и астрономы мусульманского
средневековья и их труды (VII-XII)(в трех томах) т.2, Mоскв,1983..
16. Musayev C: Muhyiddin Ərəbi əsərinə yazılmış təqriz tərcüməsinin əlyazması. Orta əsr
əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi probremləri. V Respublika elmi-nəzəri konfransın
materialları, Bakı, 1998.
17. Musayeva A. Yazıçıoğlunun "Risaləyi-Məhəmmədiyyə" əlyazmalarının palеoqrafik-
qrafik хüsusiyyətləri və tеkstoloji tədqiqi. Azərb. ЕA-nın Хəbərləri, № 3-4, s.25-31, Bakı, 2000.
18. Musayeva A. "Dürri-məknun"un yеni üzə çıхarılmış əlyazması. Orta əsr əlyazmaları və
Azərbaycan mədəniyyəti problеmləri konfrans matеrialları, s.16-18, Bakı,1998.
19. Musayeva A. "Ənvari-aşiqin" abidəsi, Еlm və həyat , № 1-2, s.41-42 , Bakı, 1999.
20. Musayeva A. Əhməd Bican və onun "Ənvari-aşiqin"in əlyazması, Azərbaycan Dillər
Universiteti, Bakı,2008.