ƏLYAZMALAR YANMIR
19
№ 1, 2016
21. Rieu Ch. Catalogue of the Turkish manuscripts British museum, London, 1888.
22. Rossi Ettore, Elengo dei manoscritti Turchi della bibliotheca Vaticana, Vaticana,1953.
23. Sohrweid H. Turkiche Handschriften, XIII 3, Wiesbaden,1974.
24. Yaziçioğlu Ahmed Bican. Dürri-meknun. (İnceleme-Çevriyazı Dizin-Tıpkıbasım),
Hazırlayan: Ahmet Demirtaş, İstanbul, 2009.
25. Yaziçioğlu Ahmed Bican: (2010). Envari-l-aşikin, Sadeleştiren: A.Lütfi Aydın, Ankara.
və s.
26. Yaziçioğlu: Risaleyi-Mühemmediye. ƏYİ, D-944.
27. Yaziçioğlu: Risaleyi-Mühemmediye: ƏYİ, S-821.
28. Yaziçioğlu: Risaleyi-Mühemmediye: ƏYİ, B-7480.
Азада Мусаева
Рукописи ученых XV века
братьев Язычыоглу в Азербайджане
РЕЗЮМЕ
В Азербайджане выявлены уникальные рукописи братьев Язычыоглу, живших и
творивших в Турции в XV веке.
В статье даются тема, содержание, научно-палеографическое описание списков руко-
писей братьев Язычыоглу Мехмеда «Рисалейи- Мухаммадийе» и Ахмед Биджана «Анвари –
ашикин», «Дурри –мeкнун», «Мунтеха», имеющихся в Азербайджане.
Azada Musayeva
The scientists of XV century the brothers Yazichioqlu`s
manuscripts in Azerbaijan
SUMMARY
Azerbaijan reveals unique manuscripts of brothers Yazichioqlu who lived and worked in
Turkey in XV century.
The article provides the theme, content, scientific-paleograthicdescription of the lists the ma-
nuscripts of brother`s Yazichioglu Mehmed "Risaleyi - Muhammadiye" and Ahmed Bijan "Anvari -
ashikin", "Durri -meknun", "Munteha" available in Azerbaijan.
ƏLYAZMALAR YANMIR
20
№ 1, 2016
UOT: 61:091
Sonaxanım Hadıyeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, böyük elmi işçisi
NİDAİNİN “KİTABİ-TİBBİ-MƏNZUM” ƏSƏRİNİN
BAKI NÜSXƏSİNDƏKİ XƏSTƏLİKLƏR, MÜALİCƏ
ÜSULLARI VƏ DƏRMAN VASİTƏLƏRİ
Açar sözlər: Məhəmməd Nidai, tibb, xəstəlik, müalicə, dərman vasitələri.
Ключевые словы: Мухаммед Нидаи, медицина,
болезнь,
лечение, лекарственные
препараты.
Key words: Mahammad Nidai, medisin, diseases, treatment methods,
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 500-ə yaxın tibbi əlyazma sax-
lanılır ki, son zamanlar onların bir neçəsi insitutyumuzun əməkdaşları tərəfindən nəşrə hazırlanıb
çap olunmuşdur. Əlyazma xəzinələrimizdə XVI əsr türk şairi və təbibi Məhəmməd Nidainin “Mə-
nafeünnas” və “Kitabi-tibbi-mənzum” adlı iki əsəri saxlanılır ki, onlardan birinci transliterasiya olu-
nub nəşrə hazırlanmış, haqqında dissertasiya yazılmış və onlarla məqalə dərc edilmişdir. Müəllifin
ikinci əsəri üzərində də hal-hazırda transliterasiya işi gedir.
Azərbaycanda Nidainin həyat və yaradıcılığı bu vaxta kimi öyrənilməmişdir, lakin Türkiyədə
digər tibbi əsərlər və onların müəlliflərinin həyat və yaradıcılığı ilə yanaşı Nidai yaradıcılığı tədqiq
olunmuşdur. Belə ki, Nidainin yaradıcılığı həm bir şair kimi, həm də alim təbib kimi araşdırılmış,
haqqında xeyli elmi məqalə yazılmışdır. Onun “Dürri-mənzum” adı altında tədqiq olunan “Kitabi-
tibbi-mənzum” haqqında da geniş tədqiqat işi aparılmışdır. Misal olaraq “Dürri-mənzum” əsəri üzə-
rində araşdırma apararaq, onun mətnini tədqiq edən, digər mətnlərlə müqayisə edərək yüksək lisans
tezi hazırlayan Ümran Ayın, “Hekim Nidai ve Ed-Dürrül-manzum”, “Hekim Derviş Nidainin Ed-
Dürrül-Manzum Adlı Eserinin Türk Tıp Tarihi Açısından Önemi” adlı məqalələrində Nidai və onun
bu tibbi əsəri haqqında bir çox dəyərli məlumatlar vermiş Nurten Çankayanın və başqalarının
zəhmətlərini qeyd etmək olar.
Məhəmməd Nidainin “Kitabi-tibbi mənzum” əsərinin Bakı nüsxəsi AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda B-6359 şifrəsi altında saxlanılır. Əlyazma 51 vərəq həcmində
və 22x17 sm ölçüdədir, adından göründüyü kimi mənzumdur və qara mürəkkəblə yazılmışdır. Əsər
“Bismilləhir-rəhmənir-rahim və be nəstəin” ilə başlayır. Girişdə Allah-Təalanın vəsfini verən
müəllif bu əsəri yaza bilməsi üçün peyğəmbər və övliyalar xatirinə Ondan qüvvə istəyir:
Müstəfa hörməti, inayət qıl,
Rəhmətindən bizə hidayət qıl.
Ənbiya, övliya həqqi, yarəb,
Qıl səid, eyləmə şəqqi, yarəb.
ƏLYAZMALAR YANMIR
21
№ 1, 2016
Əsərdə insan bədəninin xəstələnməsi səbəblərindən bəhs edən Nidai pəhrizi əsas götürür. Özü
də təkcə yemək-içməkdə deyil, yatmaq və oyaq qalmaqda, cinsi məsələdə də diqqətli olmağın
gərəkliliyini bildirir. Müəllif özündən əvvəlki həkimlərin elminə müraciət edir və xəstəliklər üçün
altı səbəb göstərir:
Hükəmayi-əcəmü hindlə rum
Əl-ittifaq etdilər ki, cümlə ülum,
Yəni əmrazi-müxtəlifə nə ki var,
Altı işdəndir, bil ki, hər bar”.
Məhəmməd Nidai hər şeiri bir mövzuya həsr etmiş, əxlaqdan, mərifətdən də söz açmış, daha
sonra müxtəlif xəstəliklərin etimologiyasını, patogenezini və müalicəsini nəzmə çəkmişdir. Burada
zökəm, nəzlə, sərh kimi xəstəliklər, müxtəlif göz xəstəlikləri, üzdə olan patoloji hallar, diş xəstəlik-
ləri, vərəm, astma, şəqaq (əldə-ayaqda olan dəri xəstəliyi), firəng xəstəliyi (zöhrəvi xəstəliklər) və s.
haqqında məlumat almaq və bu xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələri ilə tanış
olmaq olar.
“Dər bəyani-müaliceyi-zökam” adlı nəzmdə “Əgər inayət edərsə məbud” deyərək, başın so-
yuqlaması zamanı əmələ gələn zökəm xəstəliyinin müalicəsi üçün burun damcısının hazırlanma
qaydasını və lazım olan dərman vasitəsini göstərir.
Nidai “Müaliceyi-nəzlə”də yazır:
Nazlə kim, ğida binarından
Ələmi-subdur bu varından,
Gözü qulaqü dişin bu həlak eylər,
Sağ olanları dərdnak eylər.
Daha sonra dərmanını göstərərək yazır ki, yarpızı döyüb sıxıb suyun almaq, ona bir miqdar
sirkə qatmaq, sonra həna ilə yoğurub su ilə durulaşdırmaq lazımdır. Xəstə hamama girib bir qədər
oturmalı, təraş olmalı, çıxıb tez geyinməli və həmin yaxmanı başına vurub bürünüb yatmalıdır.
Əlyazmada bir neçə göz xəstəliyinin müalicəsi ilə qarşılaşırıq. “Müaliceyi-çeşm” belə baş-
layır:
Göz buxarilə şişə, qan dola,
Gecə uyu qılmaz, ağrısı ola.
Çox yeməkdən gərək edə pərhiz,
Zəncəbilü qərənfilü şuniz.
İkişər dirəm onları dəq et,
Başqa-başqa dögüb, ani səhəq et.
Göründüyü kimi, göz şişib qanla dolarsa, Nidai bu xəstəliyi sağaltmaq üçün ilk növbədə pəh-
riz təyun edir. sonra zəncəfil, qərənfil və şunizin hərəsindən iki dirhəm götürərək, onları ayrı-ayrı-
lıqda döyüb qarışıq hazırlayır. Bu dərman vasitəsini gözə çəkib hamamda xeyli oturmağı məsləhət
Dostları ilə paylaş: |