Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

19

 



 

№ 1, 2016

 

21.  Rieu Ch. Catalogue of the Turkish manuscripts British museum, London, 1888. 



22.   Rossi Ettore, Elengo dei manoscritti Turchi della bibliotheca Vaticana, Vaticana,1953. 

23.  Sohrweid H. Turkiche Handschriften, XIII 3, Wiesbaden,1974. 

24.   Yaziçioğlu  Ahmed  Bican.  Dürri-meknun.  (İnceleme-Çevriyazı  Dizin-Tıpkıbasım), 

Hazırlayan: Ahmet Demirtaş, İstanbul, 2009. 

25.  Yaziçioğlu  Ahmed  Bican:  (2010). Envari-l-aşikin,  Sadeleştiren:  A.Lütfi  Aydın,  Ankara. 

və s.  


26.  Yaziçioğlu: Risaleyi-Mühemmediye. ƏYİ, D-944. 

27.  Yaziçioğlu: Risaleyi-Mühemmediye: ƏYİ, S-821. 

28.  Yaziçioğlu: Risaleyi-Mühemmediye: ƏYİ, B-7480. 

 

Азада Мусаева 

 

Рукописи ученых XV века 



братьев Язычыоглу в Азербайджане 

 

РЕЗЮМЕ 

 

В  Азербайджане  выявлены  уникальные  рукописи  братьев  Язычыоглу,  живших  и 



творивших в Турции в XV веке. 

 В  статье  даются  тема,  содержание, научно-палеографическое описание  списков  руко-

писей братьев Язычыоглу Мехмеда «Рисалейи- Мухаммадийе» и Ахмед Биджана «Анвари –

ашикин», «Дурри –мeкнун», «Мунтеха», имеющихся в Азербайджане. 



 

Azada Musayeva 

 

The scientists of XV century the brothers Yazichioqlu`s 



manuscripts in Azerbaijan 

 

SUMMARY 

 

Azerbaijan  reveals  unique  manuscripts  of  brothers  Yazichioqlu  who  lived  and  worked  in 



Turkey in XV century. 

The article provides the theme, content, scientific-paleograthicdescription of the lists the ma-

nuscripts of brother`s Yazichioglu Mehmed "Risaleyi - Muhammadiye" and Ahmed Bijan "Anvari -

ashikin", "Durri -meknun", "Munteha" available in Azerbaijan. 



 

 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

20

 



 

№ 1, 2016

 

UOT: 61:091 



 

Sonaxanım Hadıyeva 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, böyük elmi işçisi 

 

 



NİDAİNİN “KİTABİ-TİBBİ-MƏNZUM” ƏSƏRİNİN  

BAKI NÜSXƏSİNDƏKİ XƏSTƏLİKLƏR, MÜALİCƏ  

ÜSULLARI VƏ DƏRMAN VASİTƏLƏRİ 

 

 



Açar sözlər: Məhəmməd Nidai, tibb, xəstəlik, müalicə, dərman vasitələri. 

Ключевые  словы:  Мухаммед  Нидаи,  медицина,

  болезнь,

 

лечение,  лекарственные 

препараты. 

 

Key words: Mahammad Nidai, medisin, diseases, treatment methods, 

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 500-ə yaxın tibbi əlyazma sax-



lanılır  ki,  son  zamanlar  onların  bir  neçəsi  insitutyumuzun  əməkdaşları  tərəfindən  nəşrə  hazırlanıb 

çap olunmuşdur. Əlyazma xəzinələrimizdə XVI əsr türk şairi  və təbibi  Məhəmməd Nidainin  “Mə-

nafeünnas” və “Kitabi-tibbi-mənzum” adlı iki əsəri saxlanılır ki, onlardan birinci transliterasiya olu-

nub nəşrə hazırlanmış, haqqında dissertasiya yazılmış və onlarla məqalə dərc edilmişdir. Müəllifin 

ikinci əsəri üzərində də hal-hazırda transliterasiya işi gedir.  

Azərbaycanda Nidainin həyat və yaradıcılığı bu vaxta kimi öyrənilməmişdir, lakin Türkiyədə 

digər tibbi əsərlər və onların müəlliflərinin həyat və yaradıcılığı ilə yanaşı Nidai yaradıcılığı tədqiq 

olunmuşdur. Belə ki, Nidainin  yaradıcılığı  həm  bir şair kimi, həm də alim təbib kimi  araşdırılmış, 

haqqında  xeyli elmi  məqalə  yazılmışdır. Onun  “Dürri-mənzum” adı altında tədqiq olunan  “Kitabi-

tibbi-mənzum” haqqında da geniş tədqiqat işi aparılmışdır. Misal olaraq “Dürri-mənzum” əsəri üzə-

rində araşdırma apararaq, onun mətnini tədqiq edən, digər mətnlərlə müqayisə edərək yüksək lisans 

tezi  hazırlayan  Ümran  Ayın,  “Hekim  Nidai  ve  Ed-Dürrül-manzum”,  “Hekim  Derviş  Nidainin  Ed-

Dürrül-Manzum Adlı Eserinin Türk Tıp Tarihi Açısından Önemi” adlı məqalələrində Nidai və onun 

bu  tibbi  əsəri  haqqında  bir  çox  dəyərli  məlumatlar  vermiş  Nurten  Çankayanın  və  başqalarının 

zəhmətlərini qeyd etmək olar. 

Məhəmməd  Nidainin  “Kitabi-tibbi  mənzum”  əsərinin  Bakı  nüsxəsi  AMEA-nın  Məhəmməd 

Füzuli adına Əlyazmalar İnstitutunda B-6359 şifrəsi altında saxlanılır. Əlyazma 51 vərəq həcmində 

və 22x17 sm ölçüdədir, adından göründüyü kimi mənzumdur və qara mürəkkəblə yazılmışdır. Əsər 

“Bismilləhir-rəhmənir-rahim  və  be  nəstəin”  ilə  başlayır.  Girişdə  Allah-Təalanın  vəsfini  verən 

müəllif bu əsəri yaza bilməsi üçün peyğəmbər və övliyalar xatirinə Ondan qüvvə istəyir:  

 

Müstəfa hörməti, inayət qıl,  

Rəhmətindən bizə hidayət qıl.  

Ənbiya, övliya həqqi, yarəb,  

Qıl səid, eyləmə şəqqi, yarəb. 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

21

 



 

№ 1, 2016

 

 

Əsərdə insan bədəninin xəstələnməsi səbəblərindən bəhs edən Nidai pəhrizi əsas götürür. Özü 



də  təkcə  yemək-içməkdə  deyil,  yatmaq  və  oyaq  qalmaqda,  cinsi  məsələdə  də  diqqətli  olmağın 

gərəkliliyini  bildirir.  Müəllif  özündən  əvvəlki  həkimlərin  elminə  müraciət  edir  və  xəstəliklər  üçün 

altı səbəb göstərir:  

 

Hükəmayi-əcəmü hindlə rum  



Əl-ittifaq etdilər ki, cümlə ülum,  

Yəni əmrazi-müxtəlifə nə ki var,  

Altı işdəndir, bil ki, hər bar”. 

 

Məhəmməd Nidai hər şeiri bir mövzuya həsr etmiş, əxlaqdan, mərifətdən də söz açmış, daha 



sonra müxtəlif xəstəliklərin etimologiyasını, patogenezini və müalicəsini nəzmə çəkmişdir. Burada 

zökəm, nəzlə, sərh kimi xəstəliklər, müxtəlif göz xəstəlikləri, üzdə olan patoloji hallar, diş xəstəlik-

ləri, vərəm, astma, şəqaq (əldə-ayaqda olan dəri xəstəliyi), firəng xəstəliyi (zöhrəvi xəstəliklər) və s. 

haqqında məlumat almaq və bu xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələri ilə tanış 

olmaq olar.  

“Dər  bəyani-müaliceyi-zökam”  adlı  nəzmdə  “Əgər  inayət  edərsə  məbud”  deyərək,  başın  so-

yuqlaması  zamanı  əmələ  gələn  zökəm  xəstəliyinin  müalicəsi  üçün  burun  damcısının  hazırlanma 

qaydasını və lazım olan dərman vasitəsini göstərir. 

Nidai “Müaliceyi-nəzlə”də yazır:  

 

Nazlə kim, ğida binarından 



Ələmi-subdur bu varından, 

Gözü qulaqü dişin bu həlak eylər, 

Sağ olanları dərdnak eylər. 

 

Daha  sonra  dərmanını  göstərərək  yazır  ki,  yarpızı  döyüb  sıxıb  suyun  almaq,  ona  bir  miqdar 



sirkə qatmaq, sonra həna  ilə  yoğurub su ilə durulaşdırmaq  lazımdır. Xəstə hamama girib bir qədər 

oturmalı, təraş olmalı, çıxıb tez geyinməli və həmin yaxmanı başına vurub bürünüb yatmalıdır. 

Əlyazmada  bir  neçə  göz  xəstəliyinin  müalicəsi  ilə  qarşılaşırıq.  “Müaliceyi-çeşm”  belə  baş-

layır: 


 

Göz buxarilə şişə, qan dola, 

Gecə uyu qılmaz, ağrısı ola. 

Çox yeməkdən gərək edə pərhiz, 

Zəncəbilü qərənfilü şuniz. 

İkişər dirəm onları dəq et, 

Başqa-başqa dögüb, ani səhəq et. 

 

Göründüyü kimi, göz şişib qanla dolarsa, Nidai bu xəstəliyi sağaltmaq üçün ilk növbədə pəh-



riz təyun edir. sonra zəncəfil, qərənfil və şunizin hərəsindən iki dirhəm götürərək, onları ayrı-ayrı-

lıqda döyüb qarışıq hazırlayır. Bu dərman vasitəsini gözə çəkib hamamda xeyli oturmağı məsləhət 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə