Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   30   31   32   33   34   35   36   37   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

85

 



 

№ 1, 2016

 

 Fiqhin  İlahi  bir  qaynaq  olması  və  həqiqi  qanunvericisi  Allah  olması  onu  digər  hüquqlardan 



fərqləndirən xüsusiyyətlərdən biridir. Fiqh qanunları Qurani - Kərimdə və səhih hədislərdə öz əksini 

tapmışdır.  Beləliklə  fiqh  din,  əxlaq  və  hüquq  sahələrini  əhatə  edərək  fərd  və  cəmiyyəti  inşa  edir. 

Onun  ümumi  xarakteri  mühafizəkarlıqdır.  Meydana  gəlmə  müddətində  yeni  bir  ümmət  yaratmağı 

qarşısına  məqsəd  qoyan  fiqh  eyni  zamanda  təlim-tərbiyə  prosesini  də  əhatə  edir.  Yaşadığımız 

dövrdə bəşəriyyət elmdən daha çox tərbiyəyə ehtiyaclıdır. İstər Şərq, istərsə Qərb alimləri bu fikir-

dədilər ki, insanlar mənəviyyat böhranından daha çox əziyyət çəkirlər. Bu gün peyğəmbər və imam-

ların  olmaması  insanların  təlim-tərbiyyəsinin  başsız  qalması  demək  deyil.  İslam  cəmiyyətində 

insanların bütün davranışlarının qiymətləndirilməsi və təsnifi fiqhə görə müəyyənləşir və cəmiyyət 

üçün doğru yola istiqamətləndirilir. Buna görə insan doğular və müəyyən yaşda ibadətə məsul olar. 

 Bir sözlə fiqhin insan həyatında çox böyük əhəmiyyəti vardır. Cəmiyyətimiz nə qədər inkişaf 

edirsə etsin, bizim yaşamımızın hər bir sahəsini əhatə edən fiqh qaydalarına hörmətlə yanaşmalıyıq.  

 

Ədəbiyyat: 

 

1.  Hayreddin Karaman İslam hukuk tarihi. İstanbul -1989 

2.  İslam Ansiklopedisi. TDV.İstanbul – 1996, c.13  

3.  Mehmet Akif Aydın, Celal Erbay, Mübariz Camalov. İslam hüququ. Bakı - 2013 

4.  Şəmsəddin Sami. Qamus əl-əlam. İstanbul - 1889 

5.  Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Bakı -1997 

  

 

Rukhsara Mammadova 



 

Value and impotance of thelogy in the muslim’s life 

 

SUMMARY 

 

 The Holy Quran is the primary source of Islamic law. The law is beginning personal relation-

ship beetween God and man. It has a great important of humans life. 

 

Рухсара Мамедова 



 

 

Роль и значение фикха в жизни мусульман 

 

РЕЗЮМЕ 

 

Основным источником системы Исламского права является Коран. Фикх основывается 

на построении отношений между Аллахом и его покорным слугой. Фикх имеет очень боль-

шое значение в жизни людей. 

 

 

 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

86

 



 

№ 1, 2016

 

 

 



 

 

 

MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT 

 

  



Əlyazmalar  yanmır”  jurnalında  əyazmaşünaslıq,  mətnşünaslıq,  mənbəşünaslıq, 

dilçilik, elm tarixi, folklor, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, əlyazmala-

rın qorunması ilə bağlı məqalələr dərc olunur. Məqalələrin nəşri ödənişsizdir. 

Məqalələr  müvafiq  şöbənin  iclas  protokolundan  çıxarış,  ixtisaslı  mütəxəssisdən 

alınan rəylə birlikdə həm elektron, həm də çap variantında təqdim olunmalıdır. 

Məqalələrin mətni  A4  formatında,  12  ölçülü  “Times  New  Roman”  şrifti  ilə, 

1,5 intervalda yığılmalı, 5-8 səhifə həcmində olmalıdır. Yuxarı və aşağıdan 2 sm., 

sağdan 1 sm., soldan isə 3 sm. məsafə buraxılmalıdır.  

 

Məqalələr aşağıdakı ardıcıllıqla tərtib olunmalıdır. 

 

  Müəllifin adısoyadı 

  Elmi dərəcəsi, elmi adı 

  Çalışdığı (təhsil aldığı) müəssisə, təşkilat  

  Məqalənin adı  

  Açar sözlər (Azərbaycan, İngilis və Rus dillərində) 

  Məqalənin mətni 

  Ədəbiyyat siyahısı (rəqəmləmə, məqalədə işlənmə sırası ilə) 

  Məqalənin İngilis və Rus dillərində xülasəsi 

 

Məqalələr  İnstitutun  “Əlyazmaların  elmi  ekspozisiyası  və  təqdimi”  şöbəsinə 

(otaq №38) təqdim edilə və  ya  ulker.haciyeva@rambler.ru elektron poçt  ünvanına 

göndərilə bilər. 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

87

 



 

№ 1, 2016

 

 

INSTRUCTIONS FOR AUTHORS 

 

The  Journal  "Manuscripts  don’t  burn"  publishes  the  articles  on  textual  study, 



manuscriptology,  source  study,  history  of  science,  folklore,  theory  of  literature, 

Azerbaijani literature, preservation of manuscripts, library science.  

Publication of the materials is free of charge.  

The  articles  must  be  presented  both  in  the  electronic  and  printed  versions 

followed  by  the  extract  from  the  minutes  of  the  relative  department  and  review  of 

skilled specialist.  



The text of the articles must be presented in A4 format, Times New Roman 

font, letter size of 12, with the following margins: top – 2 cm, bottom – 2 cm, left 

- 3 cm, right - 1 cm.  

 

Articles must contain the following elements: 

 

  Author's first name, last name 

  Scientific degree, scientific title 

  Institution, organization  

  Title of the article 

  Key words (in Azerbaijani, English and Russian) 

  Text of the article 

  References (in numerical an use order) 

  Summary in English and Russian 

 

The  articles  collected  in  the  Department  of  Scientific  exposition  and  presenta-



tion of manuscripts (Room No.38) of the Institute. The materials could also be sent to 

the e-mail address ulker.haciyeva@rambler.ru.  



 

 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

88

 



 

№ 1, 2016

 

 

ИНСТРУКЦИЯ ДЛЯ АВТОРОВ 

 

В  журнале  «Рукописи  не  горят»  публикуются  статьи  по  текстологии,  ис-

точниковедению, истории науки, фольклору, теории литературы, Азербайджан-

ской литературе, сохранности рукописей.  

Публикация материалов бесплатная. 

К статье прилагается выписка из протокола с заседания соответствующе-

го отдела, отзыв специалиста в печатном и электронном вариантах.  

Текст  статьи  должен  быть  в  формате  А  4,  со  шрифтом  «Times  New 

Roman»  в  размере  12,  с  интервалом  1,5,  в  объёме  5-8  страниц.  Расстояние 

сверху, снизу 2 см, справа 1 см, слева 3 см. 

 

Статьи должны содержать следующие элементы: 

 

  Имя, фамилия автора 



  Учёная степень, должность 

  Учреждение, организация 

  Название статьи 

  Ключевые слова (на азербайджанском, английском и русском языках) 

  Текст статьи 

  Список литературы (по порядку нумерация, использование источников) 

  Резюме на английском и русском языках 

 

Статьи собираются в отделе «Научной экспозиции рукописей» (комната № 38) 



Институт. Материалы можно направить по электронному адресу:  

ulker. haciyeva@rambler. ru. 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

89

 



 

№ 1, 2016

 

YUBİLEYLƏR 

 

Mehri Məmmədova-80 



 

lyazma  abidələrinin  görkəmli  tədqiqatçısı,  filologiya  üzrə 

fəlsəfə doktoru, AMEA  Məhəmməd  Füzuli adına Əlyazma-

lar  İnstitutunun  şöbə  müdiri  Mehri  Məmmədovanın  80  yaşı 

tamam olmuşdur. Mehri Qafar qızı Məmmədova 1935-ci ilin 17 dekabrında 

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1961-ci 

ildə  Azərbaycan  Dövlət  Universitetinin  Şərqşünaslıq  fakultəsini  Azərbay-

can  dili  və  fars  ədəbiyyatı  müəllimi  ixtisası  üzrə  bitirib.  O,  həmin  ilin  1 

sentyabrından  ADU-nun  göndərişi  ilə  Əlyazmalar  İnstitutuna  göndərilmiş, 

kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış-

dır. 

M.Məmmədova  1974-cü  ildə  XVIII  əsrin  görkəmli  ədəbiyyatşünası 



və şairi Lütfəli bəy Azərin həyat və yaradıcılığına həsr edilmiş dissertasiya müdafiə edərək filologi-

ya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. O, farsdilli klassik ədəbiyyatın tanınmış nümayən-

dələri barədə çoxsaylı məqalələrın müəllifidir, Bakı, Moskva, Daşkənd, Tehran, Təbriz şəhərlərində 

keçirilən beynəlxalq konfranslarda elmi məruzələri ilə çıxış etmişdir. 

M.Məmmədova  neçə  illərdir  ki,  orta  əsrlər  farsdilli  ədəbiyyatın,  XIX-XX  əsrlərdə  yaşamış 

görkəmli mədəniyyət xadimlərinin irsinin araşdırılması sahəsində məhsuldar fəaliyyət göstərməkdə-

dir. O, Mir Möhsün Nəvvabın “Nəsihətnamə”sini, Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin nəsr 

variantını, “Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı” adlı monoqrafiyasını çap etdirmişdir. Fars-

dilli əlyazmalar kataloqunun I cildinin təsvir müəllifidir. Alimin görkəmli ədiblərimizin şəxsi arxiv-

lərinin  tədqiqi  sahəsində  gördüyü  işlər  xüsusilə  diqqətəlayiqdir.  O,  “Həsən  bəy  Zərdabinin  biblio-

qrafiyası  və  epistolyar  irsi”  kitabını  Əzim  Əzimzadənin  şəxsi  arxivindəki  materialları,  Nəcəf  bəy 

Vəzirovun “Palıd” əsərini, Müslüm Maqomayev, Səməd Vurğun, Nəriman Nərimanov, Mirzə Fətəli 

Axundov və Əbdürrəhim bəy Haqverdiyevin şəxsi arxivlərinin izahlı təsvirini çap etdirmişdir. 

Mehri  Məmmədova  yazılı  abidələrimizin  tədqiqi  sahəsindəki  məhsuldar  fəaliyyətinə  görə 

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” meda-

lına layiq görülmüşdür. O, Əlyazmalar İnstitutu Veteranlar Şurasının sədridir. 

Mehri  Məmmədovanı  yubleyi  münasibəti  ilə  təbrik  edir,  ona  uzun  ömür,  can  sağlığı,  yeni-

yeni yaradıcılıq uğurları arzulayırıq. 

 

 

 



 

 

 

Ə 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

90

 



 

№ 1, 2016

 

MÜNDƏRİCAT 

 

 



MƏNBƏŞÜNASLIQ 

 

Tahirə Həsənzadə 

NADİR ŞAH ƏFŞAR HAQQINDA YENİ BİR MƏNBƏ.................................................................................3 

 

Azadə Musayeva 

XV ƏSR ALİMLƏRİ YAZIÇIOĞLU QARDAŞLARININ 

AZƏRBAYCANDAKI ƏLYAZMALARI.........................................................................................................9 

 

Sonaxanım Hadıyeva 

NİDAİNİN “KİTABİ-TİBBİ-MƏNZUM” ƏSƏRİNİN BAKI NÜSXƏSİNDƏKİ  

XƏSTƏLİKLƏR, MÜALİCƏ ÜSULLARI VƏ DƏRMAN VASİTƏLƏRİ...................................................20 

 

Gülarə Əliyeva  

ARXEOQRAFİK SƏNƏDLƏR XƏZİNƏSİNDƏ...........................................................................................25 

 

Zemfira Məmmədova  

ŞƏRQDƏ TİBB ELMİNİN İNKİŞAFI VƏ TİBB  

ƏLYAZMALARINA MULTİDİSTİPLİNAR BAXIŞ....................................................................................30 

 

 



ƏDƏBİYYATŞÜNASLIQ 

 

Samirə Gəncəli 

Ə.MÜZNİBİN AVTOQRAF ƏLYAZMALARI..............................................................................................35 

 

Nailə Mustafayeva 

ŞAKİR ŞİRVANİNİN “ƏHVALİ-ŞİRVAN” MƏNZUMƏSİ.........................................................................38 

 

Əzizağa Nəcəfzadə 

NİZAMİ İRSİNDƏ TÜRK HƏMLƏSİ, YAXUD TÜRK SAVAŞ ƏNƏNƏSİ...............................................44 

 

Könül Hacıyeva  

NEMƏTULLAH KİŞVƏRİ LİRİKASININ ƏSAS POETİK ÖZƏLLİKLƏRİ..............................................52 

 

Elnurə Babayeva  

CAMİ YARADICILIĞININ TƏDQİQİ TARİXİNƏ DAİR……....................................................................57 

 

Aytən Quliyeva 

CƏLİL MƏMMƏDQULUZADƏNİN EPİSTOLYAR İRSİ….......................................................…………58 

 

 



 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

91

 



 

№ 1, 2016

 

 

 

Rəna İskəndərli 

ŞƏMSƏDDİN SAMİNİN TƏRCÜMƏLƏRİ VƏ ELMİ-KÜTLƏVİ ƏSƏRLƏRİ.........................................67 

 

Aynur Günəşli 

İNVERSİYA MƏTNYARADICI FAKTOR KİMİ (Azərbaycan nağılları əsasında)......................................72 

 

Fəridə Əliyeva 

AZƏRBAYCANLI ŞAİRİN ƏRƏBCƏ ƏLYAZMA “DİVAN”ININ ŞAM NƏŞRİ......................................78 

 

 

DİNŞÜNASLIQ 



 

 

Rüxsarə Məmmədova  

MÜSƏLMANLARIN HƏYATINDA FİQHİN YERİ VƏ ƏHƏMİYYƏTİ....................................................82 

 

 

 

MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT...............................................................................................................86 

 

 



YUBİLEYLƏR 

 

 



Mehri Məmmədova –80..................................................................................................................................89 

 

 



 

 

 



  

 

 



 

 

 



 

 

 

 

 

 



 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

92

 



 

№ 1, 2016

 

 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTU 

 

 



 

ƏLYAZMALAR  

YANMIR 

(elmi məqalələr toplusu) 

 

№1,2016 

 

Eng. Manuscripts Don't Burn 

Rus. Рукописи не горят 

 

 

 

 

 

 

 

 

_________________________________ 

 

Yığılmağa verilmiş: 21.01.2016. Çapa imzalanmış: 28.01.2016. 

Formatı: 60x90 

1

/



8

. Həcmi: 12 f.ç.v. Tiraj: 200.  

Ünvan: İstiqlaliyyət küçəsi 8, AZ 1001, Bakı, 

Tel.: (994-12) 492 - 31 – 97 



E-mail: direction50@mail.ru 

 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə