Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   2   3   4   5   6   7   8   9   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

4

 



 

№ 1, 2016

 

(1592),  Vəli  Dəştbəyazi  (1571),  Vəhşi  (1583),  Zəmiri  (1577),  Həkim  Şəfai  (1628),  Ziyai  İsfahani 



şeirin  İraqi  üslubunda  yazırdılarsa,  digərləri,  məsələn,  Səlim  (1647),  Zülali  (1622),  Kəlim  (1650), 

Şövkət (1695), Şani Təkəllu (1711), Səncər Kaşi (1709), Raqim (1688), Vəhid Qəzvini (1693), Bi-

dil (1721) hind üslub və tərzində yazmışlar. Lakin onların heç biri Dəqiqi və Firdovsi səviyyəsində 

epik dastan, “Şahnamə” yarada bilmədilər (2, 2). 

Məşhur  şairlərdən  Hatifi  Cami  (1521)  “Şah  İsmayılın  fəthləri”  adlı  bir  “Şahnamə”  yazmağa 

başlasa  da,  onu  sona  çadırmadan  dünyasını  dəyişdi.  Qasimi  Cənabədi  (1574)  Şah  İsmayıl  və  Şah 

Təhmasib  səltənətinin  sərəfinə  6300  beytdən  ibarət  “Şahnamə”  yazdı.  Həsrəti  (1553)  Peyğəmbərə 

(ə) ithafən “Şahnamə”sini Şah Təhmasibin ünvanına yazmışdır. 

Şair Behişti (1577) Şah Abbasın atası Məhəmməd Xudabəndənin Osmanlı  hökmdarı III Sul-

tan Muradla baş verən müharibəsindən bəhs edən “Şahnamə”sini qələmə almışdır. 

Nizaməddin İşrət Siyalkutinin də Nadir şahın Hindistana qoşun çəkməsi  və o ölkəni  fəth et-

məsi haqqında “Şahnameye Nadiri” adlı bir mənzuməsi vardır. Bu şair Əhməd şah Dürraniyə həsr 

etdiyi “Şahnameye Əhmədi” adlı əsərin də müəllifidir (2, 3). 

200  ildən  artıq  tarix  yaratmış  Şah  İsmayil  Xətainin  qurduğu  Azərbaycan  Səfəvilər  dövləti 

(1501-1736)  Şah  Sultan  Hüseynin  (1694-1722)  hakimiyyəti  dövründə  daxili  və  xarici  amillər 

nəticəsində sürətlə zəifləməyə  başladı. Əfqan, özbək və osmanlıların aramsız hücumları qarşısında 

davam gətirə bilməyən şah məğlub oldu. Bu zaman tarix səhnəsində görünən Nadir xan Əfşar tor-

paqları  yadellilərdən  nəinki  təmizlədi,  həm  də  Böyük  Əfşarlar  imperiyasını  yaratmağa  nail  oldu. 

Onun imperiyasına Hindistan və bir-birilə çəkişən Orta Asiya xanlıqları da daxil edildi. Nadir şahın 

apardığı müharibələr ədalətli müharibə idi. Əmir Teymur demişdir: “Əgər bir məmləkətdə zülm və 

istibdad güclənirsə, o halda asayiş və əmniyyəti-ümumiyyə naminə bu kibi zülm və istibdadın kökü-

nü qazmaq və o məmləkətə hücum etmək hər kəsin vəzifeyi-insaniyyəsidir. Müzəffər və qalib olan 

bir cahangir, zülm və təzyiq altında inləyən hər milləti zalım və qəddar müstəbidin əlindən xilas et-

məyə borcludur” (3, 47). 

Əbülqasim Firdovsi “Şahnamə”sində təsvir olunan müharibələr iki qismə: ədalətli və ədalətsiz 

vuruşmalara ayrılırdı.  

“Şahnameye  Nadiri”  Nadir  şah  Əfşarın  parçalanmış  torpaq  uğrunda  apardığı  müharibələri 

təsvir edir. 

Bu  müharibələrin  iştirakçısı  və  əsərin  müəllifi  Məhəmmədəli  Tusi  haqqında  məlumat  isə 

cüzidir. 

Şübhəsiz ki, Nadirin torpaqların təcavüzünə qarşı illərlə apardığı  müharibələr ədəbiyyat, şeir 

meydanının daralmasına səbəb olmuşdur. Ona görə də həmin dövrün nəzmlə yazılmış və Nadir şah 

Əfşarın ömrünün sonunadək  həyatını təsvir edən “Şahnameye Nadiri” epik dastan bizim üçün çox 

qiymətlidir. Əsərin müəllifi Nadir şahın yanında olmuş, döyüşlərini izləmiş bir şairdir. 

Bu dastanı nəşrə hazırlayan Əhməd Süheyli yazır ki, o, əsərin iki əlyazma nüsxəsini görmüş-

dür. 


1908-ci ildə məşhur Azərbaycan alimi, mərhum Məhəmmədəli Tərbiyətin kitabxanası satıldı-

ğı zaman bu kitablardan bir neçəsi, o cümlədən Məhəmmədəli Tusinin də “Şahnamə” əsəri Əhməd 

Süheyli  Xansari  vasitəsilə  “Kitabxaneyi-Milliyi-Məlik”ə  daxil  edilmişdir.  Tərbiyət  kitabxanasının 

siyahısı dəyərli alim Səid Nəfisi tərəfindən tərtib edilmiş və hər bir insan səhv etdiyi kimi, “Şahna-

meyi-Nadiri” əsərinin müəllifinin səhvən Ağayi Sadiq Təfrişi olduğu göstərilmişdir. Sonralar əsəri 

nəşrə hazırlayan, ön sözün müəllifi Əhməd Süheyli yazır ki, o, həmin şairə (Sadiq Təfrişiyə - T.H.) 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

5

 



 

№ 1, 2016

 

aid  edilən  bu  mənzum  əsərə  heç  bir  təzkirədə  təsadüf  etmədiyi  üçün,  mənzumədə  olan  bir  neçə 



ifadənin  də  Sadiq  Təfrişi  üslubuna  aid  olduğunu  güman  edərək  Səid  Nəfisinin  sözlərinə  inanıb, 

həmin faktı qəbul etmişdi. 

Ön  söz  müəllifi  yazır:  “Ağayi-Sadiqin  epik  janrda  yazdığını  bildiyim  üçün  hətta  Firdovsiyi-

Sani  təxəllüsünün  də  Ağayi-Sadiqə  aid  olduğunu  zənn  edirdim.  Əsərin  nəşri  “Əncüməni-asari-

milli”  tərəfindən  mənə  təklif  edildikdə,  bu  əsərin  digər  nüsxəsinin  olduğu  barədə  möhtərəm  alim 

Ağayi-Hacı Hüseyn ağa Naxçıvanidən məlumat aldım. Hüseyn Naxçıvani mənim xahişimlə həmin 

nüsxəni Təbrizdən mənə göndərdi. Hacı Hüseyn Naxçıvanidə olan nüsxənin əvvəlində yazılmışdır: 

Mənzumeye  tarixe  Nadiri  min  kəlame  Mirzə  Məhəmmədəli  əl-müləqqəb  be  Firdovse  Sani.  Lakin 

mən əsla  bu adda  şair tanımırdım  və əlimdə olan, nəzərdən keçirdiyim təzkirələrin heç  birində  bu 

ada rast gəlmədim. Bir gün alim-şair Əhməd Gülçini-Məani mənə məşhur bir beyti oxudu: 

 

   


 

 

Səre-şəb səre-qətl o tarac daşt, 



   

 

 

Səhərgəh nə təne-sər, nə səre-tac daşt. 

   

 

 

(Gecə baş kəsildi, qətl baş verdi, 

   

 

 

Subh nə bədəndə baş, nə də başda tac vardı.)  

 

Sonra dedi ki, onun kitabxanasında olan “Məqalat əş-şüəraye Tətəvvi” (Şairlər haqqında mə-



səllər) adlı kitabda olan məlumata əsasən “Şahnameye Nadiri” müəllifinin çox qısa şərhi-hali veril-

mişdir. (və həmin məlumatı mənə oxudu) Həmin məlumata əsasən bu kitabın Molla Məhəmmədə-

liyə aid olduğu aşkar idi. 

Tətəvvidən  savayı  təzkirə  yazanların  heç  biri  Firdovsiyi-Sanidən  bəhs  etməmişlər.  Bu 

səbəbdən onun tərcümeyi-halı barədə dürüst məlumat yoxdur. 

Tətəvvi  “Məqalat  əş-şüəra”da  yazır:  “Firdovsi  ləqəbli  Mirzə  Məhəmmədəli  Firdovsiyi-Sani 

Xorasani Tusi özünün dediyinə görə “Şahnamə” sahibi Firdovsi nəslindəndir. Allah daha yaxşı bilir. 

Nadir şah haqqında Şahnamə müəllifidir. O, Humayunla (Nadir şahla – T.H.) birlikdə Sind ölkəsinə 

(indiki Pakistan əyalətlərindən biri – T.H.) daxil oldu”. 

Mirzə  Məhəmmədəli  Tusinin  müasirlərindən  olan  “Məcməlüt-təvarix”  əsərinin  müəllifi  Gü-

lüstanə  Nadirin  həyatının  sonu  barədə  belə  yazır:  “Əlqərəz,  həmin  gündən  (Nadir  şahın  qətli  baş 

verdiyi  gün  –  T.H.)  dörd  saata  yaxın  vaxt  keçmişdi  ki,  şahın  çadırından,  oradakı əşyalardan  əsər-

əlamət  qalmadı,  hər  şey  dağıdıldı,  yox  edildi.  Nadir  “Şahnamə”sində  Nadir  şahın  cənnət  bağı 

(Firdovsi) belə sona çatdı: 

   

 

   



 

Səre-şəb səre-qətl o tarac daşt, 

   

 

Səhərge nə tən-e sər, nə sər-e tac daşt. 

   

 

Be yek gərdeşe çərxe nilufəri 

   

 

Nə Nadir be ca mand o nə nadiri. 

 

Bu beytləri Nadir şahın münşisi Mirzə Mehdi xan da özünün “Tarixi-cahanqoşa” əsərinə daxil 



etmişdir  və  bu  misraların  müəllifi  (Firdovsiyi-Sani)  haqqında  Nadirin  həyatının  sonunu,  onun 

ölümünü təsvir etdikdən sonra məlumat vermişdir (2, 10). 

Digər  bir  mənbədən  də  “Şahnameye  Nadiri”  müəllifi  barədə  məlumat  ala  bilirik:  Nadir  xan 

Əfşarın  döyüşlərini  izləyən  Məhəmməd  Kazım  Mərvəzi  məşhur  “Aləmarayi-Nadiri”  əsərində  h.q. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə