Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   2   3   4   5   6   7   8   9   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

6

 



 

№ 1, 2016

 

1145-ci  (1732)  il  hadisələrindən  bəhs  etmiş  və  o  vaxt  Təhmasibqulu  xan  kimi  tanınmış  Nadirin 



Topal Osman paşa ilə müharibələrini və onun Kirmanşaha yola düşməsi, oradan qayıtmasını təsvir 

etdikdən  sonra  yazmışdır:  “Döyüşdən  qələbə  ilə  qayıdan  Nadir  əsgər  və  sərkərdələrini  təhsin  edə-

rək, Kirmanşah istiqamətinə yola düşdü. Yolda onun gözü döyüşdəki qələbələrini, baş verən hadisə-

ləri qələmə alan Molla Məhəmmədəli Firdövsiyə sataşdıqda gördü ki, o, qum təpəsinin altında da-

yanaraq, qalib gəlmiş əsgərlərə tamaşa edir. Nadir onu yanına çağırıb soruşdu: 

“Bu səfər zamanı ruzgarın göstərdiyi namünasib işlər, taleyin əzablı qayğıları barədə nə deyə 

bilərsən?” 

Şair bədahətən bu iki beyti söyləmişdir: 

   

 

 



 

 

Əz in rəftən o amədən ar nist, 



 

 

 

Ke bi cəzr o mədd bəhr zəxxar nist. 

 

 

 

Şekəste sədəf ta nəşod aşikar 

 

 

 

Hoveyda nəşod qouhər-e şahvar. 

Tərcümə: 

 

 

 



Bu gediş-gəlişdən ar etmək olmaz, 

 

 

 

Coşqun dəniz qabarıb-çəkilməlidir. 

 

 

 

Necə ki, sədəf sınmayınca 

 

 

 

Qiymətli mirvarini görmək olmur. 

 

“Bu beytlərin müqabilində Molla Məhəmmədəli Nadirin tərifini, alqışını eşitdi. Sonra buradan 



hərəkət edərək yollarına davam etdilər” (2, 8). 

Bu  qısa  məlumatdan  sonra  anadan  olduğu  il,  vəfar  tarixi  məlum  olmayan  bu  şair  haqqında 

onu bilirik ki, Molla Məhəmmədəli əslən Tusdandır və özünün Əbülqasim Firdovsi Tusinin nəslin-

dən  olduğunu  bildirmiş,  bu  səbəbdən  də  Firdövsiyi-Sani  təxəllüsünü  qəbul  etmişdir.  “Şahnameyi-

Nadiri”  əsərinə  ön  sözün  müəllifi  Əhməd  Süheyli  Xansari  yazır  ki,  Nadir  şah  öz  varlığını  təsdiq 

edəndən  etibarən  (1728-ci  il)  apardığı  müharibələr  zamanı  Məhəmmədəli  onun  döyüşləri  zamanı 

daima  yanında  olmuş,  bu  döyüşkən  sərkərdə  tərəfindən  qayğı  ilə  əhatə  olunmuş,  Nadirin  fəthləri 

zamanı  baş  vermiş  hadisələri  nəzmə  çəkmiş,  “Şahnamə”ni  ona  həsr  etmişdir.  Onun  əksər  vaqiə, 

cəng  və  fəthlərini  qələmə  almışdır.  Lakin  heç  bir  XVIII  əsr  təzkirə  müəllifi,  o  cümlədən  Azər, 

Valeh  Dağıstani,  sonralar  müasiri  olduqları  Nəvvab,  Əxtər,  Fazil  xan  Gorusi,  Əbdürrəzzaq  bəy 

Dünbuli, şaha yaxın olan, onun yanında olan və fəthlərini qələmə alan şöhrətli şairi yad etməmişlər. 

Bu, bəlkə də böyük sərkərdəyə qarşı qısqanclıqdan yaranmışdır. Bu səbəbdən onun həyat və yaradı-

cılığını araşdırmaq mümkün olmamışdır. Əldə edilən məlumatı isə onun beytlərindən öyrənmişlər. 

Məhəmmədəli  məddah  şair  olmamışdır,  özünün  dediyindən  bu  qənaətə  gəlmək  olar  ki, 

qənaətcil  olmuş,  heç  kəsə  əl  açmamış,  çörəyini  həmişə  Allah  yetirmişdir.  Heç  kəsdən  mərhəmət 

gözləməmiş, heç kəsin də boynuna minnət qoymamışdır. 

Molla  Məhəmmədəli  Nadir  şaha  həsr  etdiyi  “Şahnameyi-Nadiri”  əsərini  Nizami  Gəncəvinin 

“İskəndərnamə”  əsəri  vəznində  yazmışdır  və  dastandakı  hər  beyt  böyük  mütəfəkkirin  “Saqina-

mə”lərini  xatırladır.  Burada  Nadirin  əksər  müharibələrində  baş  verən  hadisələrdən  bəhs  olunur  və 

qazandığı qələbələri tərənnüm edilir.  

Kitaba ön söz  yazmış Əhməd Süheyli göstərir ki, şübhəsiz onun  Firdovsiyi-Sani kimi tanın-

masına  səbəb  heç  də  təbinin  qüdrətindən  deyil,  Firdovsi  nəslindən  olmasıdır.  Nizamidən  sonra 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

7

 



 

№ 1, 2016

 

mütəqarib bəhrində yazılan əksər məsnəvilər Hatifi və Qasimi şeirindən aşağı səviyyədə olmuşdur. 



Molla Məhəmmədəli isə yazır: 

   


 

 

Hər an kəs ke, nəzm-e məra quş kərd, 



   

 

 

Kəlam-e Nezami fəramuş kərd. 

 

Şübhəsiz ki, bu sözləri haqlı, ədalətli hesab etmək olmaz və təvazökarlıqdan kənardır. Bunun-



la belə mənzumədə qeyri-kamil, zəif beytlər olsa da, Məhəmmədəli Firdovsi-Saninin “Şahnamə”si-

ni faydasız əsər hesab etmək ədalətsizlik olardı. Çünki o, ən azı gördüklərini, real hadisələri qələmə 

almış, Nadirin döyüşlərinin şahidi olmuşdur. Əsər Nadir şahın  hərbi  yürüşləri, keçdiyi döyüş  yolu 

barədə ətraflı məlumat əldə etməyə imkan verir. 

Kitab nəşrə hazırlanarkən, deyildiyi kimi, mövcud iki nüsxədən istifadə olunmuşdur. 

Birinci  nüsxə  “Kitabxaneyi-milliyi-Məlik”də saxlanılır, h.q. 1213-cü (1798-99) ildə, o qədər 

də gözəl olmayan şikəstə xəttilə köçürülmüşdür. Ölçüsü: 29,4x20,2. 

2-ci  nüsxə  nəsx  xəttilə  1260-cı  (1844)  ildə  Əli  Əşrəf  tərəfindən  Urmiya  bəylərbəyisi  Yəhya 

xanın sifarişi ilə yazılmış, Hac Hüseyn Ağa Naxçıvaniyə məxsusdur. Ölçüsü 13,5x21,5. Əsər bu iki 

nüsxəyə əsasən təshih edilmiş və çap olunmuş, 5310 beytdən ibarətdir.  

Şairin başqa bir əsərinə təsadüf edilməmişdir.  

 

 Ədəbiyyat: 

 

1.  Firdovsi Əbülqasim. Şahnamə 2 cilddə. Cild 1. Azərbaycan dilinə tərcüməsi  və  müqəddi-

mə  M.M.Əlizadənindir.  tərtib  və  çapa  təqdim  edəni:  f.e.n.  Əlizadə  Lalə  Məmməd  Mübariz  qızı. 

Bakı: “Nurlar”, 2005, 992s, şək-li. 

2.  Məhəmmədəli Tusi Frdovsiyi-Sani. Şahnameye Nadiri. Be təshih və ehtimami-Əhməd Sü-

heyli Xansari. Tehran, “Taban”, 1339/1960, 241s., fars dilində. 

3.  Vamberi  Herman.  Əmir  Teymur.  Bakı,  Orucov  qardaşlarının  elektrik  mətbəəsi,  1916, 

159s., (ərəb əl.). 

 

   


 

Тахира Гасанзаде 

   

 

 

 

 

 

 

  

Произведение Мухаммадали Туси Фирдовсийи-Сани 

«Шахнамейе-Надири» 

 

РЕЗЮМЕ 

 

Великий поэт и мастер слова Востока, Абульгасим Фирдовси Туси известен своим эпи-



ческим  произведением  «Шахнаме».  Многие  поэты,  в  том  числе,  Низами  Гянджеви,  Амир 

Хосров Дехлеви, Алишир Навои, Абдуррахман Джами и другие, вдохновившись этим произ-

ведением, создали героические дастаны. 

В статье повествуется о произведении «Шахнамейе-Надири» представителя рода вели-

кого  Фирдовси, известного под  псевдонимом Фирдовсийи-Сани-Мухаммедали  Туси,  посвя-

щенном Надир шах Афшару.  



 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə