Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

32

 



 

№ 1, 2016

 

Burada  Azərbaycan  alimləri  və  müəllimləri  ilə  birlikdə  Çindən,  Hindistandan,  Suriyadan  və 



Misirdən dəvət edilmiş mütəxəssislər işləyirdi. 

Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da orta əsrlərdə fəlsəfə, təbiətşünaslıq elm-

ləri  (tibb,  meterologiya,  minerologiya,  kimya),  riyaziyyat,  yunan  fəlsəfəsi,  teologiya,  əxlaq  (etika) 

və siyasət elmləri mövcud idi. Azərbaycanın qədim şəhəri Təbriz elm ocağı sayılırdı. Orta əsrlərdə 

Təbrizdə bir sıra məşhur alimlər yaşayıb yaradırdılar.  

Azərbaycanda  ilk  akademiya  sayılan  İslam  Akademiyası  Şamaxıda  yaradılması  bu  dövrləri 

əhatə  edir.  Onun  banisi  məşhur  Azərbaycan  həkimi  və  alimi  Ömər  Osman  oğlu  idi.  O  özü  həkim 

olduğu üçün akademiyanın nəznində böyük tibb məktəbi də açmışdır. Burada bir çox əcnəbi alimlər 

də işləyirdilər. Şamaxının Məlhəm kəndi həmin akademiyanın dərmanlarını hazırlayan əsas yer idi. 

Əfsuslar  olsun  ki,  zəlzələlər  və  hücumlar  nəticəsində  Şamaxı  Akademiyasından  bizə  gəlib-çatan 

əsərlər və abidələr məhduddur. 

Orta əsrlərin II yarısında (XIII əsr) dahi Azərbaycan tarixçisi və məhşur həkimi Rəşiddəndin 

Təbrizdə  ikinci  böyük  İslami  Elmlər  Akademiyasını  təşkil  edir.  Burada  da  dünyanın  müxtəlif 

yerlərindən toplanmış alimlər işləyirdilər. Burada 67 müalicə evi və bir neçə aptek fəaliyyət göstə-

rirdi. Azərbaycan Akademiyaları sırasında Təbriz şəhərində dahi Azərbaycan münəccimi və həkimi 

Nəsirəddin Tusinin yaratdığı Böyük Akademiya xüsusi yer tutur. Burada müxtəlif fənlərin mütəxəs-

sisləri çalışmışdılar. Tibbi sahəyə o vaxtın görkəmli Azərbaycan həkimi Əbdülməcid Talib başçılıq 

edirdi. 


Tusinin  təşkil  etdiyi  Akademiyanın  bəzi  hissələri  digər  şəhərlərdə  yerləşmişdir.  Buna  misal 

olaraq bütün dünyada məşhur olan Marağa rəsədxanasını göstərmək olar. Bir çox müasir alimlərin 

fikirncə  yeni  riyaziyyat,  astronomiya,  həndəsə,  fizika  istiqamətlərinin  yaranmasında  Tusinin  rolu 

olduqca böyükdür. 

Bütün  bu  biliklər  qələmə  alınaraq  nəsildən-nəsilə  ötürülüb  bizim  günlərə  gəlib  çıxmışdır. 

Zəngin  əlyazma  kitabları  xəzinəsindən  sayılan  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Məhəmməd 

Füzuli  adına  Əlyazmalar  İnstitutunda  elmin  müxtəlif  sahələrini  əhatə  edən  türk,  ərəb  və  fars 

dillərində  yazılımış  əlyazmalar  qorunub  saxlanır.  Onların  arasında  qədim  dövrlərdə,  Orta  əsrlərdə 

Azərbaycan ərazisində təbabətə və tibbə dair olduqca dəyərli əsərlər var. Bir çox Şərq xalqlarından 

fərqli  olaraq  burada  xalq  təbabəti  istiqaməti  daha  sürətlə  və  geniş  inkişaf  etmiş,  bir  çox  elm 

xadimləri,  şair  və  yazçılar,  loğmanlar,  türkəçarələr,  sadə  insanlar  tibbin  inkişafında  böyük  xidmət 

göstərmişdilər. Təcrübi və nəzəri biliklər, məsləhətlər çarələr müxtəlif müəlliflər tərəfindən qələmə 

alınmışdır. 

Orta  əsrlərin  zəka  sahibləri  müxtəlif  elmləri  əhatə  edən  əsərlər  yaradırdılar.  Onların  riyaziy-

yat, tibb,  tarix,  hüquq  və  digər  elmlərdən  xəbərləri  var  idi.  Onlar  hər  bir  fənn  üzrə  həmin  dövrdə 

məlum  biliklərin  icmalını  verməklə  kifayətlənməyərək  öz  şəxsi  tədqiqatlarını  da  bildirirdilər. 

Müasir  dövrdə,  əlbəttə  bir  alimin  bu  qədər  müxtəlif  elm  sahələrini  bilməyi  və  tədqiq  etməsi  qeyri 

etməsi qeyri-mümkündür. 

AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  “Beynəlxalq  əlaqələr”  şöbəsinin 

müdiri,  Azərbaycan  Tibb  Tarixçiləri  birliyinin  rəhbəri,  tarix  elmləri  doktoru,  təbabətə  dair  qədim 

əlyazmaların  ölkəmizdə  ilk  tədqiqatçılarından  biri  Fərid  Ələkbərlinin  apardığı  tədqiqatlar  nəticə-

sində bu əlyazmaların arasında təbabətə və tibb elminə aid əlyazmların mövcudluğu aşkarlanmışdır. 

Bu əlyazmalardan üçü xüsusi əhəmiyyət kəsb edərək 2005-ci ilin iyununda YUNESKO-nun Dünya 

Yaddaşı  Proqramının  Beynəlxalq  reqstrinə  daxil  edilmişdir.  Bunlar  XI  əsrdə  yaşamış  Əbdülqasim 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

33

 



 

№ 1, 2016

 

Zəhrəvinin  “Əl-Məqalət  əs-Səlasun”  (“Cərahiyyə  və  alətlər  haqqında”)  çoxcildlik  əsərinin  13-cü 



hissəsi,  Əbu  Əli  ibn  Sinanın  XIII  əsrdə  Bağdadda  üzü  köçürülən  “Əl-Qanun  fit-Tibb”  (“Tibb 

qanunları”)  kitabının  2-ci  cildi  və  Rüstəm  Curcaninin  XIII  əsrdə  yazdığı  və  XVII  əsrdə  üzü 

köçürülmüş, “Zehireyi-Nizamşah” (Nizamşahın xəzinəsi”) əlyazmalarıdır. 

Fərid  Ələkbərli  YUNESKO-nun  Dünya  Yaddaşı  Proqramına  Azərbaycan  müəlliflərindən 

Həsən  ibn  Rza  Şirvaninin  “Şiracüt-tibb”  Hacı  Süleyman  İravaninin  “Fəvaidül-Hikmət”,  Yusif  ibn 

İsmail Xoyinin  “Cəmeyi-Bağdadi”, Məhəmməd Yusif Şirvaninin  “Tibbnamə” əsərlərini də təqdim 

etdiklərini  bildirmişdir.  Hazırda  onların  hər  biri  araşdırılır.  Ümid  edirik  ki,  həmin  əsərlər  də 

proqrama  daxil  edirlər.  Ana  dilimizdə  yazılmış  Orta  əsr  tibb  əlyazmalarından  birini  nümunə 

gətirmək istəyirik. Əlyazma XVIII əsr Azərbaycan dilini öyrənmək baxımından da çox maraqlıdır. 

Bu  XVIII  əsrdə  naməlum  müəllif  tərəfindən  qələmə  alınmış  və  XX  əsrin  əvvələrində  köçürülmüş 

“Nüsxəcat” əsəridir. Əsər Fərid Ələkbərlinin doktorluq dissertasiyasında da təhlil olunub. 

Müəllifi  anonim  olan  bu  kitab,  Azərbaycan  xalq  təbabətinin  müxtəlif  mənblərdən  toplanmış 

ayrı-ayrı  nümunələrindən  ibarətdir.  Müxtəlif  otlardan,  meyvələrdən  və  s.  yeyinti  məmulatlardan 

müalicəvi dərmanların hazırlanmasından bəhs olunur. Kitabda xəstəliklərin müalicə yolları haqqın-

da  bir  sıra  dərmanların  və  məcunların  hazırlanması,  onların  tərkibi  təsviri  haqqında  qısa  məlumat 

verilir.  Eyni  zamanda,  “Nüsxəcat”  insan  orqanizmiinin  müxtəlif  orqanlarının  üzvləri  xəstəliklərin-

dən bəhs edir. Bundan əlavə, bəzi orqanların iltihabı, şişlərin, yaraların təbii bitkilərdən və heyvan-

ların müəyyən orqanlarından hazırlanmış dərmanlarla müalicəsi təsvir olunur. Əsərdə bir sıra bitki, 

ağac, heyvan və mineralların adlarına rast gəlinir. 

Kitabda  xalq təbabəti  ilə  yanaşı,  magiya  və cadugərliyə aid çoxsaylı  nümunələr də verilmiş-

dir. Məsələn, burada qurdun, göreşənin (kaftarın) və başqa heyvanların ayrı-ayrı hissələrindən cadu-

tilsim  məqsədi  ilə  istifadə olumasından xəbər verilir. Cadu və tilsimə aid parçalara gəldikdə, onlar 

Azərbaycan folklorunu öyrənmək baxımından maraqlı olduğunu görürük. 

Beləliklə,  bunların  hamısını  nəzərə  alaraq  bu  əsərin  tərcüməsini  tibb,  elm  tarixi,  dilçilik  və 

folklor üzrə mütəxəssislərin ixtiyarına vermək olduqca zəruridir. Bu da əlyazmanın multidistiplinar 

tədiqaqatına zəmin yaradır. 

Ümumiyyətlə,  Orta  əsrlərdə  yüksək  inkişaf  etmiş  Şərq  elmi  və  mədəniyyəti  elmin  təka-

mülünə, formalaşmsına böyük təsir göstərmişdir.  



 

Ədəbiyyat: 

 

1.  Fərid Ələkbərli. Azərbaycanda tibb tarixinin araşdırmasına dair. Azərbaycan Tibb Elminin 

tarixi problemləri. 1-ci Respublika elmi konfransının. Bakı, 1-2 fevral 2005. Materialları. 

2.  Фарид Алекперли. Тысяча и один секрет Востока. Баку, Турал, 1999г. 

3.  Фон Грюнебаум Н. Основные черты арабо-мусульманской культуры. Москва, Наука, 

1986г. 


4.  Авеста. Священная книга зороастрийского учения. Тегеран, 1967г. 

5.  A.L.Rüstəmov. Orta əsr şərq təbabətinin inkişaf tarixindən. Təbib. Bakı. 1993. 

6.  Основы трансдисциплинарности. В.С.Мокий, 2009г. ГПКБР, Нальчик, Россия. 

7.  Fərid  Ələkbərli.  Vatikan  arxivlərində  saxlanılan  Azərbaycana  aid  əlyazmalar.  Elm  və 

təhsil. Bakı. 2014. 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə