Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

37

 



 

№ 1, 2016

 

Ədəbiyyat: 

 

1.  İ.Ağayev. İki rejimin qurbanı – Əlabbas Müznib. Xalq qəzeti, 4 fevral 1998-ci il. 



2.  AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. F-23, s.v.2. 

3.  AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. F-23, s.v.21. 

 

Самира Гянджали 

 

Автографические рукописи А.Музниба 

 

РЕЗЮМЕ 

 

В статье говорится о двух стихотворениях поэта, писателя, литературоведа, переводчи-



ка А.Музниба, потомка последнего бакинского хана Гусейнгулу хана, чей род был истреблен 

во  время  захвата  Баку,  и  являлся  жертвой  репрессий.  Стихотворения  хранятся  в  отделении 

Личных фондов Института Рукописей имени М.Физули. 

 

Samira Ganjali 

 

A. Muznib’s autographic manuscripts 

 

SUMMARY 

 

 The  article  is  about  A.  Muznib’s  two  poems  kept  in  the  “Private  Funds”  department.  Poet, 



writer,  literary  man,  translator  A.Muznib  was  Huseyngulu  khan’s  (the  last  khan  of  Baku) 

descended, whose whole family was killed during the occupation of Baku, victim of repression 

  

 

 



 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

38

 



 

№ 1, 2016

 

 

UOT: 82-16 



 

Nailə Mustafayeva 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 

filologiya üzrə fəlsəfə doktoru 

 

ŞAKİR ŞİRVANİNİN “ƏHVALİ-ŞİRVAN”  

MƏNZUMƏSİ 

 

Аçar sözlər: müxəmməs, ədəbiyyat, Şirvan, İran, Dağıstan 

Ключевые слова: мухаммас, литература, Ширван, Иран, Дагестан 

Кеу words: mukhammas, literature, Shirvan, İran, Dagistan 

 

XVIII  əsr  Azərbaycan  poeziyasında,  klassik  və  folklor  janrlarında  yazılan  əsərlərdə  əvvəlki 

dövrlərdə  olduğu  kimi,  məhəbbət  lirikası  aparacı  mövqeydə  idi,  şeirlərdə  zəmanədən  narazılıq, 

ədalətsizliklərə  etiraz  notları,  hikmətamiz-didaktik  fikirlər  əksini  tapirdi.  Bütün  bunlarla  bərabər, 

yüzilliyin ədəbiyyatında tarixi hadisələrin, konkret tarixi şəxsiyyətlərin əksi mühüm yer tuturdu ki, 

bu da həyat gerçəkliyinin realist təsvirinə meylin artması kimi dəyərləndirilir.  

  Şakir  Şirvaninin  müxəmməs  formasında  yazılmış  “Əhvali-Şirvan”  mənzuməsi1743-cü  ildə 

Şamaxıda  baş  vermiş  qanlı  hadisəni,  tarixi  faciəni  təsvir  etdiyindən  tədqiqatçılar  onu  bədii-tarixi 

oçerk kimi dəyərləndirirlər. 28 bənddən ibarət “Üçün” rədifli bu müxəmməs realist ədəbiyyatımızın 

nümunələrindən sayıla  bilər. 1743-cü ilin  birinci  və dördüncü rüblərində  iki  nəfər özünü Səfəvilər 

sülaləsinin  qanuni  varisi  elan  edərək  Yeni  Şamaxıda-Ağsuda  üsyan  qaldırmış,  Nadir  şah  Əfşarın 

hakimiyyətindən, ağır  vergilərdən  narazı olanları  ətrafında toplamışdı. Bu  işdə Osmanlı dövlətinin 

və Dağıstan hakimlərinin əli olmuşdur. Birinci dəfə şahzadə Nəsrulla Mirzənin başçılıq etdiyi İran 

ordusu  üsyanı  yatırdı,  Yalançı  Sam  Mirzə  edam  edildi.  İran  hakimiyyətini  Yeni  Şamaxıda  bərpa 

edən Nəsrulla Mirzə atasının göstərişi ilə Heydər xanı oraya hakim təyin edib geri döndü (2, s. 382). 

Şakir  Şirvaninin  əsəri  həmin  ilin  sonuncu  rübündə  özünü  Səfəvi  şahzadəsi  Sam  Mirzə  adlandıran 

ikinci bir şəxsin Şirvanda hakimiyyəti ələ almasından sonra baş verən hadisələrə həsr edilib. 

  Nadir şahın əyanlarının özbaşınalıqları, o cümlədən, Şirvan əhalisinin böyük narazılıqlarına 

səbəb  olurdu.  Nadirə  qarşı  Səfəvilər  sülaləsinin  qanuni  hakimiyyətini  qəsb  edən  kimi  də  etiraz 

edənlər  az  deyildi.Vəziyyətdən  istifadə  edib  özlərini  Səfəvi  şahzadəsi  Şam  Mirzə  adlandıraraq 

hakimiyyətə  gəlmək  istəyənlər  belə  bir  dövrdə  meydana  çıxmışdı.  İkinci  Sam  Mirzənin  başçılıq 

etdiyi üsyançılar Heydər xanın qoşununu  məğlub edib, özünü  isə öldürsələr də, Nəsrulla Mirzənin 

qoşunları üsyançıları məğlub etdi. Sonradan ikinci Sam Mirzə də edam edildi (2, s. 382-383). 

  Bu hadisələri təsvir etməyi qərara alan Şakir Şirvani əsərinin birinci bəndində “Ta qılam bir 

nəzm inşa bu sınıq dövran üçün” deməklə, yaşadığı zamana “sınıq dövran” epiteti verməklə əsrinin 

müharibə və çəkişmələrini, faciələrini, sıravi insanların çəkdiyi əzabları çox qısa və yığcam şəkildə 

ifadə edə bilmişdir. Nəzərə almaq lazımdır ki,üsyanın yatırılmasından sonra şirvanlıların məşəqqətli 

vəziyyətini  yüngülləşdirmək  istəyən  şair  bu  şeirini  Nadir  şaha  müraciətən  yazmışdı,  şeir  şaha 

çatdırılmalı  idi  Şairin  məqsədi  şirvanlıların  bu  işdə  günahkar  olmadıqlarını,  bir  dəstə  əşrarın-pis 

adamların-muğanlı əsgərlərin və ləzgilərin Şam Mirzəni taxta çıxardığını, Heydər xanı həbs etdiyini 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

39

 



 

№ 1, 2016

 

(müəllif Heydər xanın öldürüldüyündən danışmır, lakin onun barəsində “var idi” deyir, keçmiş za-



manda danışır), Nadir şah qoşunlarının üsyanı yatırarkən yerli camaata zülm etdiyini sübut etmək-

dən  ibarətdir. Bəlkə də buna görə onun Əfşarlar təxti-tacı, İran dövləti  mövqeyindən çıxış etdiyini 

görürük: 

   


 

Qurdu bünyadi-fəsadı qövmi-tirə ruzigar, 

   

Bu fəsadü fitnədən dövran olubdur tarimar, 

Gör nə ənva ilə qovğa saldılar İran üçün (1, s.288). 

 

Müəllif deyir ki, pis adamların fitnə-fəsadından dövran tar-mar oldu, bütün İrana qovğa düş-



dü. Şakirin üsyançıların başında durmuş yalançı Şam Mirzəyə münasibəti maraq doğurur. Tarixdən 

bilirik  ki,  o,  adlı-sanlı  ailədən  olmadığı  halda  özünü  Səfəvi  şahzadəsi  elan  etmiş  şəxs 

olmuşdur.”Bini-beride” (“Burnu kəsik”) ləqəbi ilə tanınan bu şəxs hələ birinci Sam Mirzə meydana 

çıxandan  öncə  özünü  Təbrizdə  Səfəvi  taxtının  qanuni  varisi  kimi  qələmə  verərək  üsyana  başçılıq 

etmək  istəmiş,  lakin  tezliklə  ələ  keçirilərək  ifşa  edilmiş,  ciddi  qəbul  edilmədiyinə  görə  azadlığa 

buraxılmışdır.  Bundan  sonra  o,  Dərbəndə  gedərək  özünə  orada  müttəfiqlər  tapmışdır.  Nadir  şahın 

oğlu  Nəsrulla  Mirzənin  qoşunları  tərəfindən  məğlub  edildikdən  sonra  Sam  Mirzə  Ağsu  qalasına 

gəlir,  müttəfiqi  Məhəmməd  xan  Dağıstana  qaçır.  “Tezliklə  yeni  qüvvələrlə  İran  ordusu  Ağsunu 

mühasirəyə  aldı.  Labüd  ölüm  qarşısında  qalan  Sam  Mirzə  Şərqi  Gürcüstan  tərəfə  yola  düşdü  və 

burada Givi Amilaxverinin başçılığı altında öz azadlığı uğrunda mübarizə aparan gürcü dəstələrinə 

qoşuldu. Lakin üsyançıların  birləşmiş dəstələri  Kaxeti  hakimi Teymuraz tərəfindən  məğlub edildi. 

Bu döyüşdə Sam Mirzə əsir alınaraq Nəsrulla Mirzənin düşərgəsinə gətirildi və orada edam olundu” 

(2,s.383).  Maraqlıdır  ki,  bundan  sonra  Osmanlı  dövlətinin  əlaltısı  olan  üçüncü  bir  Sam  Mirzə  də 

meydana çıxmış, uğur qazana bilməmişdir. 

  Ş.Şirvani bu əsərində ikinci yalançı Sam Mirzəni əvvəlcə taleyin cəfa oxundan ürəyi kədərli 

ali  nəsil sahibi (“Sam  adlu bir ali təbar”) adlandırır. Onun  burada dostunun, qardaşının olmadığını 

bildirir. Sam Mirzə barədə deyir ki, məhi-tabanın-parlaq ayın mənzili idbar-bəxtsiz, talesiz bir bürc 

olmuşdur.  Sonrakı  bənddə  deyilir  ki, taledən  asılı olaraq  aşağı  təbəqədən  olanlar,  alçaq  və  rəzillər 

də  şah  ola  bilər  və  yaxud  da  bəxti,  taleyi  üz  döndərənlər  hər  şeyi  itirə  bilərlər.  Odur  ki,  dövranın 

gərdişinə etibar etmək səhvdir. “Verdilər o binəvayə təxti- rəxti-şahvar” deyən müəllif, belə çıxır ki, 

Sam  Mirzəni  də  bu  hadisələrin  qurbanı  hesab  edir,  onu  yazıq,  biçarə  adlandırır.  Şirvanın  siyasi 

intriqalardan  əzab  çəkdiyi  maraqlı  bir  obrazla  ifadə  edilmişdir.  Şahzadə  təxtə  çıxan  kimi  ədalət 

ortadan götürüldü, çərxi-fələk bəla qapılarını Şirvanın üzünə açdı: 

   


 

Çıxdı zülmin təxtinə şəhzadeyi-alinəjad, 

   

Yer yüzündən mütləqa rəf oldu rəsmi-ədlü dad, 

   

Açdı əbvabı-bəlasın çərx o dəm Şirvan üçün (1,s.289) 

   


Burda  da  ikinci  Sam  Mirzənin  “şəhzadeyi-alinəijad”  adlandırılması  bir  daha  sübut  edir  ki, 

Şirvan əhlinin onun şəxsiyyəti barədə düzgün məlumatı olmamışdır, hətta üsyan yatırıldıqdan sonra 

da  onu  Səfəvi  nəslinin  nümayəndəsi  hesab  edirdilər.Hökumət  qoşunlarının  məğlubedilməzliyinə, 

üsyançıların  fitnə-fəsad  əhli  olduğuna  əmin  olan  Şakir  “Nadiri  çərx  özü  şəksiz  hökmdar  etmişdir, 

heç kim əbəs yerə onun təxtinə göz dikməsin” deyir: 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə