Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

56

 



 

№ 1, 2016

 

etdiyi  üslub  və  ənənələri  şeirində  tətbiq  edərkən  ona  öz  xarakterik  xüsusiyyətlərini  də  hopdurmuş 



olur.  Məhz  buna  görədir  ki,  Kişvəri  şeirlərində  gördüyümüz  müdriklik  də  Füzuli  yaradıcılığında 

daha təmkinli, səbr dolu və ahılyana müdriklik olaraq qarşımıza çıxır. Şairin özünün və ondan sonra 

gələn  sənətkarların  yaradıcılığı  onu  deməyə  əsas  verir  ki,  Kişvərinin  açdığı  yeni  sənətkarlıq 

cığırında  neçə-neçə  istedadlı  söz ustadı  inamla addımlamağa  başlamış, alovlandırdığı  sənət  məşəli 

onlarla şairin yaradıcılıq yoluna işıq salmışdır. 

 

Ədəbiyyat: 



 

1. 


Ağayev  F.  “Nemətullah  Kişvərinin  həyat  və  yaradıcılığının  öyrənilməsi  tarixindən”. 

Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mərkəzi.Kontekst toplusu.№3, Bakı. 

2. 

Araslı H. “Böyük Azərbaycan şairi Füzuli”. Bakı,1958. 



3. 

Araslı H.Azərbaycan ədəbiyyatı: tarixi və problemləri.Bakı,1998. 

4. 

Azərbaycan ədəbiyyatı tarixi.Bakı,2008. 



5. 

Azərb.klassik ədəbiyyatı kitabxanası.Bakı,1984, III c. 

6. 

R.Eyvazova.Kişvəri  əsərlərində  bədii  ifadə  vasitələri.  “Varlıq”  dərgisi.  Tehran. 



2001,aprel,sentyabr. 

7. 


Kərimov P. XVII əsr anadilli Azərbaycan lirikası. Bakı,2011. 

8. 


Kişvəri. Türk divanı. Bakı, 2010. 

9. 


Kişvəri. Əsərləri.Bakı,2004. www.anl.az/el/k/k_e.pdf 

10. 


Cəfərov N. Azərbaycanşünaslığın əsasları.Bakı,2005 elibrary.bsu.az/kitablar/927.pdf 

 

Konul Hajiyeva 



Basic poetical features of the Nematullah Kishveri lyrics 

 

SUMMARY 

 

The article deals with the main peculiarities in Nematullah Kishveri’s creative work. Here is 



determined his place in our nativelanguaged poetry. At the same time is investigated the influence 

of Kishveri’s poems on the creative works of the next poets. 



Кенуль Гаджиева 

 

Основные поэтические особенности лирики Нематуллах Кишвери 

 

РЕЗЮМЕ 

 

В статье рассматривается главные особенности творчества Нематуллах Кишвери. Здесь 



определяется  его  место  в  нашей  поэзии  которая  создана  на  родном  языке.  В  то  же  время 

исследуется влияние поэзии Кишвери на творчество поэтов следующих век. 

 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

57

 



 

№ 1, 2016

 

UOT: 82(091) 



 

Elnurə Babayeva  

AMEA Məhəmməd Füzuli adına  

Əlyazmalar İnstitutu, elmi işçi  

 

CAMİ YARADICILIĞININ TƏDQİQİ TARİXİNƏ DAİR 

 

Açar sözlər: Əbdürrəhman Cami, yaradıcılıq, tədqiqatçılar 

Ключевые слова:Абд ар-Рахман Джами, творчество, исследователи 

Key words: Abd ar-Rahman Jami, creativity, researchers 

 

Əsl adı Əbdürrəhman olan bu dahi sənətkarın təxəllüsü İmadəddin, məşhur dini ləqəbi isə Nu-

rəddindir. Atası Əhməd ibn Məhəmməd əslən İsfahan şəhərinin Dəşt məhəlləsindən olmuş, Camda 

yaşamışdır.  O,  Cam  vilayətində  anadan  olduğu  üçün  Cami  nisbəsi  ilə  tanınmışdır.  Əbdürrəhman 

Cami  atası  ilə  bərabər  kiçik  yaşlarında  Herata  köçmüş,  əvvəl  Nizamiyyə  mədrəsəsində,  sonra 

Səmərqəndə gedərək Uluğbəy mədrəsəində dövrünün böyük alimlərindən dərs almışdır.  

Əbdürrəhman Cami (1414-1492) Firdovsi, Ömər  Xəyyam, Xaqani Şirvani, Nizami Gəncəvi, 

Cəlaləddin  Rumi,  Hafiz  Şirazi,  Əlişir  Nəvai,  Məhəmməd  Füzuli  kimi  Yaxın  və  Orta  Şərq  ədəbiy-

yatının korifeyləri ilə bir sırada duran müdrik şair və görkəmli mütəfəkkirdir.  

Sadə həyat tərzi keçirmiş şair, böyük sənətkar olmaqla bərabər, xasiyyəti, xeyriyyəçiliyi ilə də 

şöhrət qazanmışdır. (4,107) Şərqşünas alim M.İ.Zənd fars-tacik ədəbiyyatına aid oçerklərinin birin-

də Caminin həyatından bəhs edərkən yazırdı: “Doğrudur, o, onun dövründə də mövcud olan “Mol-

lanın  işlərinin deyil, sözlərinin  ardınca get” - tacik atalar sözünü həyata keçirmiş, nəzərə çarpacaq 

dərəcədə sadə  yaşamış, ən sadə geyimlər geymiş, sadə xörəklərlə qidalanmış, aldığı qədərsiz, zən-

gin bəxşişlər, təqdimatlar hesabına mehmanxanalar, mədrəsələr və s. tikdirmişdir. Onun evinin ye-

ganə  bəzəyi kitablar olmuş; o, açıq - açığına saray  həyatından uzaqlaşmış, ancaq Xorasanın  siyasi 

həyatına  təsirini  vacib  bildiyi  vaxt  öz  yaxın  dostu,  böyük  dövlət  xadimi  olan  müridi  Nəvai 

vasitəsilə, bəzən də bilavasitə Teymuri Hüseyn Bayqaraya (1469- 1506) müraciət etmişdir.( 2,18) 

Öz çoxşaxəli yaradıcılığı ilə seçilən, bütün yaradıcılığı boyu kamil insanın formalaşması üçün 

çalışan şair, filosof, musiqiçi, xəttat, tacik xalqının iftixarı Nurəddin Əbdürrəhman ibn Nizaməddin 

Cami əsərlərinin əsas istiqamətləri vətənpərvərlik, insanpərvərlik, dostluq və qardaşlığın təbliğindən 

ibarət olmuşdur. 

Dahi  fars-tacik  şairinin  yaradıcılığı  həyat,  ədəbiyyat,  fəlsəfə  və  mədəni  epoxanın  ən  ziddiy-

yətli cərəyanlarını özündə birləşdirən XV əsrə təsadüf edir. Onun şöhrəti hələ sağlığında Xorasan və 

Mavərənnəhrdən  (VII-VIII  əsrlərlərdəki  işğalları  zamanı  Amurdəryanın  sağ  sahilindəki  torpaqlara 

ərəblərin  verdiyi  ad)  uzaqlara  -  İran,  Hindistan,  İraq  və  Kiçik  Asiyanın  ucqarlarına  qədər  gedib 

çatmışdı.  Cami  yaradıcılığının  tədqiq  edənlər  mütəfəkkirin  ədəbiyyat  və  mistikaya  aid  50-dən 

yuxarı  əsərinin olduğunu  bildirir. Bu əsərlər arasında  isə Caminin poetika, dilçilik,  fəlsəfə,  musiqi 

və s. elm sahələrinə aid traktatları, elmi - nəzəri əsərləri, yeddi monumental epik - romantik poema-

lar külliyyatı olan “Həft - övrəng” kitabı, üç lirik şeirlər divanı: “Fatihətəş - şəbab” (Gəncliyin baş-

lanğıcı),  “Vasitətül  -  iqd”  (Boyunbağının  orta  incisi),  “Xatimətül  -  həyat”  (Həyatın  sonu),  “Nəfə-

hatül - üns” adlı təzkirəsi, “Baharıstan” adlı didaktik əsəri, “Xirədnameyi - İskəndəri”, ərəb dilinin 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə