Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

72

 



 

№ 1, 2016

 

 

MƏTNŞÜNASLIQ 

 

UOT: 398.2;  81.322.3 



 

Aynur Günəşli 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, dissertant 

 

 

İNVERSİYA MƏTNYARADICI FAKTOR KİMİ 

(Azərbaycan nağılları əsasında)

 

 

 



Açar sözlər: inverisiya, mətn yaradıcılığı, Azərbaycan nağılları, söz sırası 

Ключевые слова: инверсия, создание текста, азербайджанские сказки, порядок слов 

Key words: inversion, text creation, Azerbaijani tales, word order 

 

Mətn  daxilində  onun  komponentlərini  bir-birinə  sıx  bağlayaraq  onun  təşkilinə  xidmət  gös-



tərən əsas vasitələrə söz sırasını misal göstərmək olar. Söz sırasının mətnyaradıcı potensiyasına hələ 

XVIII  əsr  filosof-qrammatistləri  toxunaraq  burada obrazlılıq  amilini  sırf  ənənəvi  struktur  sahəsinə 

nisbətən  önə  çəkmişlər.  Bu  barədə  N.Xomski  özünün  “Kartezian  diçiliyi”  əsərində  bəhs  edərək 

həmin  filosof-qrammatistlərdən Dyu Marsenin  mətndə söz sırasına konsturksiya termini, bu sözlər 

arasındakı mövcud münasibətlərə isə sintaksis termini tətbiq etmək təklifi haqqında məlumat verir. 

Daha  sonralar  isə,  söz  sırasının  həm  dil,  həm  də  üslubiyyat  baxımından  tətbiqinə  bir  çox  elmi 

əsərlər həsr olunmuşdur(5, 134). 

Söz  sırasının  daha  aydın  təhili  üçün  onu  yalnız  cümlə  çərçivəsində  götürmək  əvəzinə  daha 

geniş çərçivəyə müraciət etmək lazım gəlir. Buna görə də, bu problemi daha dərindən anlamaq üçün 

ona müəyyən bir mətn kəsiyində baxmaq daha məqsədəuyğundur. Söz sırasının mətnyaradıcı funk-

siyası daha çox həmin mətnin komponentlərinin qarşılıqlı məna əlaqələri iə bağlıdır. Belə ki, mətn 

daxilindəki  düzgün  söz  sırası  komponentlər  arasında  sadalama,  eyni  zamanlılıq  və  ardıcıllıq 

münasibətlərinin yaranmasına xidmət edir. Belə bir nümunə ilə fikrimizi izah edək: 

“Gülnahar mahalında Şəftən adlı orta sinli  bir kişinin Gülxar adlı  bir arvadı var idi. Şəftənin 

peşəsi naxırçılıq, Gülxarın peşəsi evdarlıq idi. Bu ər-arvad çox zəlil bir halda ömür sürürdülər. Hal 

belə  ikən  Gülxar  barihəmlin  yerə  qoydu.  Bunun  bir  misilsiz  gözəl  oğlu  oldu.  Oğlanın  adını 

Xanoğlan  qoydular.  Xanoğlan  böyüyüb  tainki  on  səkkiz  yaşına  yetişdi.  Günlərin  bir  günündə 

Xanoğlan  Gülnahar  şəhərinə  gəzməyə  çıxmışdı.  Şəhərdə  gəzərkən  güzarı  Gülnahar  şəhərinin  şahı 

olan Qəni şahın qəsrinə düşdü, nə gördü? Qəsirdə Qəni şahın qızı Püstə xanım özünə yeddi qələm 

zinət verib, qızıl sandal üstündə qərar tutubdur. Xanoğlan bir belə mahi-camalı görcək, bir könüldən 

min könülə aşıqı-giriftar oldu” (3, 62). 

Yuxarıda  göstərdiyimiz  mürəkkəb  sintaktik  bütövdə  sözlərin  və  cümlələrin  düzgün 

sıralanması  komponentlər  arasında  ardıcıllıq  münasibətinin  yaranmasına  xidmət  etmiş,  hadisələrin 

müəyyən zaman ardıcıllığında baş verdiyini göstərmişdir. 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

73

 



 

№ 1, 2016

 

Mətn  yaradıcı  vasitələrdən  biri  kimi  söz  sırasının  pozuması  halını,  yəni  inversiyanı  da 



göstərmək olar. İnversiyanın mətnyaradıcı funksiyasını bir çox görkəmi dilçilər öyrənmiş və bir sıra 

fikirlər söyləmişlər. Professor K.Abdullayev  bu  barədə  yazır:  “Mətndə əlaqə  vasitəsi rolunu oyna-

yan  inversiya  söz  sırasının  elə  dəyişməsini  həyata  keçirir  ki,  burada  müəyyən  ümumi  üzv  bütün 

mətnin  əvvəlində  deyil,  mətn  komponentlərinin  arasında  işlənir.  Bunda  əsas  məqsəd  də  o olur  ki, 

ümumi  üzvün  orta  mövqedə  işlənməsi  ilə,  yəni  həm  özündən  əvvəlki,  həm  də  özündən  sonrakı 

komponentlərə aid olmaları ilə bu komponentlərin bir-birinə daha möhkəm bağlanması əldə edilsin” 

(1, 239). 

Mətn daxilində inversiyanın yaranma səbəbləri müxtəlifdir. Tədqiqatçılar inversiyanı yaradan 

başlıca səbəblər kimi əsasən emfatik vurğunu (emosional vurğunu), nitqin stilizasiyasını, üslubiyya-

tını və aktuallaşmanı göstərirlər. 

Hər şeydən əvvəl onu qeyd edək ki, tədqiqatımız şifahi xalq ədəbiyyatı nümunələrindən olan 

Azərbaycan nağılları üzərində qurulmuşdur. Nağıllarda normal söz sırasının pozulması – inversiya 

hadisəsinə çox tez-tez rast gəlirik. Bu ilk növbədə nağılların məhz canlı danışıq dilində yazılmasın-

dan  irəli  gəlir.  Canlı  danışıq  dilində  söz  sırası  normaları  pozulmuş  olsa  da,  nitqin  ritmik-melodik 

axını, fasilə, vurğu fikrin başa düşülməsinə imkan yaradır. Aşağıdakı nümunəyə diqqət yetirək: 

“Göy Mıncıx başdadı odun yığmağa. Gördü kişi arvadına deyir ki, axşam olanda Göy Mıncı-

xın yerin lap dəryanın qırağınnan sal, onnan bəri öz yerini, lap qırağından da mənimkini sal. Gecə 

mən diyəcəyəm, ay arvat, birəz o yana  yat, sən də diyərsən ki, Göy Mıncıx, o yana  yat. Helə-helə 

bını sallıx dəryaya, başımızdan rədd olar” (3, 33). 

Göstərdiyimiz mürəkkəb sintaktik bütövün başlanğıc və son mərhələlərində inversiya hadisəsi 

baş  vermişdir.  Normal  söz  sırası  əvəzinə  inversiyalı  söz  sırası  “başdadı  odun  yığmağa”  və  “bını 

sallıx  dəryaya”  işlənmişdir.  İşlənən  bu  inversiya  canlı  danışıq  dilinin,  nağılların  qayəsinə  uyğun, 

onların başlıca əlaməti kimi özünü göstərmişdir. 

 Söz  sırasının  dəyişdirilməsi  bilavasitə  mətnlə  bağlı  şəkildə  özünü  göstərir.  Cümlə  üzvləri 

mətnin  tələbi  ilə  kontekstdən,  kommunikasiyadan  və  ekspressiv  ifadə  vasitələrindən  asılı  olaraq 

yerlərini dəyişirlər. Bundan əlavə yeni məlumatın – remanın daha aydın nəzərə çarpdırılması üçün 

söz sırasının subyektiv təzahürü meydana çıxır, söz sırası pozulur, inversiya hadisəsi baş verir. Onu 

da  qeyd  edək  ki  mətndə  işlədilən  hər  bir  cümlə  “məlum  olanı”  bildirən  tema  adlı  hissəyə  və 

“yeni”ni  bildirən  rema  adlandırılan  hissəyə  malikdir.  Cümlənin  strukturu  tema  və  remanın  necə 

yerləşdirilməsindən asılı olur. Belə bir misala diqqət yetirək: 

“Əlin  uzadıb  sandıqdan  bir  xalça  çıxartdı,  xalçanı  saldı  həyətə.  Padşahın  bütün  əsgər  və 

cəngavərləri  bu  xalçanın  üstündə  oturdular,  yenə  yer  qaldı.  Dünya  gözəli  bir  yumurta  çıxartdı, 

başladı onun içindən xörək çəkməyə. Hamı yedi, yenə artıq qaldı ” (3, 203). 

Göstərdiyimiz  mətndə  inversiya  özünü  həm  başlanğıc,  həm  də  orta  mərhələdə  göstərmişdir. 

Burada normal söz sırası “xalçanı həyətə saldı” pozulur, əvəzinə inversiyalı söz sırası “xalçanı saldı 

həyətə” ortaya çıxır. Həmçinin orta mərhələdə “onun içindən xörək çəkməyə başladı” əvəzinə “baş-

ladı  onun  içindən  xörək  çəkməyə”  işlənmişdir.Mətnin  komponentlərini  təşkil  edən  bu  cümlələrdə 

“xalça” – tema, “saldı həyətə” – remadır, orta mərəhələdə işlənən “onun içindən” – tema, “başladı 

xörək  çəkməyə”  –  remadır.Bu  cümlələrdə  remanın  daha  qabarıq  şəkildə  göstərilməsi  üçün  inver-

siyadan istifadə olunmuşdur. 

Bundan  əlavə,  inversiyanın  yaranmasına  əsas  səbəb  kimi  aktual  üzvlənməni  göstərə  bilərik. 

Aktuallaşma zamanı mətndə olan üzvlərdən biri mühüm informasiyanı o dəqiqə ötürə bilmir. Yeni 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə