Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   30   31   32   33   34   35   36   37   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

76

 



 

№ 1, 2016

 

aya dönəndə birdən at dayandı, bir fınxırıb ayağın yerə döydü, bir də ki, dönüb dala baxıb kişnədi, 



özün  cəmləşdirdi.  Bəli,  Şirzad  bildi  ki,  at  bundan o  yana  getməyib.  Atın  dəhnə  yüyənindən  dartıb 

başladı  yavaş-yavaş  sürməyə.  Bir  qədər  getmişdi,  bir  də  gördü  yerdə  bir  şey  yanır.  Atı  saxladı, 

düşüb baxdı, gördü bu, öz-özündən yanan bir çıraqdı. Çırağın ora-burasına baxanda gördü bunun bir 

yerində yazılıb ki, “ay bunu tapan adam, bu çıraqdan dünyada iki dənədi”. Şirzad fikirləşdi. Ola bi-

lər  ki,  bunun  birini  də  əmim  tapmış  ola,  ürəyində  qət  elədi  ki,  ikincisini  də  tapmamış  evə  dönəsi 

deyil. Atın qarınaltısın bərkidib yola başladı” (4, 105). 

Bu mətndə tamamlığın inversiyasına həm başlanğıc, həm də orta mərhələdə rast gəlirik. Baş-

lanğıc  mərhələdə normal söz sırası olan “...öz atını Şirzada verdilər” pozulur, “Şirzada” tamamlığı 

inversiyaya uğrayaraq mətnin başlanmasına xidmət göstərir. Daha sonra isə orta mərhələdə məsdər 

tərkibi  ilə  ifadə olunmuş tamamlığın (Atın dəhnə yüyənindən dartıb  başladı  yavaş-yavaş sürməyə) 

inversiyasını  müşahidə  edirik.  Burada  başlanğıc  mərhələdə  rema  kimi  iştirak  edən  inversiyalı 

tamamlıq ikinci elementdə tema kimi çıxış edir və beləliklə, elementlər bir-birini izləyərək bütöv bir 

mətnin yaranmasına xidmət edirlər. 

Başqa bir misala nəzər salaq: 

“Sənə xəbər verim Rum padşahının oğlundan. 

Rum  padşahının  oğlu  Zərğova  xanımın  eşqindən  dəli-divanə  olmuşdu.Ancaq  neçə  kərə  elçi 

göndərmişdisə də, padşah qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşahının oğlu 

qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi.”(4, 192) 

Göstərdiyimiz  mətndə  başlanğıc  mərhələdə  remanın  daha  aydın  nəzərə  çarpdırılması  üçün 

tamamlığın inversiyasından istifadə olunmuş, sonrakı elementlər isə başlanğıc mərhələdə inversiyalı 

şəkildə göstərilmiş fikrin izahına xidmət etmişdir. 

İkinci  dərəcəli  üzvlərdən  sonuncusu  zərfliyin  inversiyasına  nağıllarda  olduqca  çox  rast  gəl-

mək  mümkündür.  Burada  zərfliyin  müxtəlif  məna  növlərinin  inversiyasını  müşahidə  etmək 

mümkündür.  

Belə bir misala nəzər salaq: 

“Mütalib avara-sərgərdan gəzə-gəzə gəlib çıxdı bir şəhərə. Fikirləşdi ki, gedim bazara, görüm 

bu  şəhərdə  lap  qoca  adam  kimdi.  Bəlkə  ondan  mənim  dərdimə  bir  çarə  oldu.  Gəzə-gəzə  gəldi 

meydana. Bir də baxdı ki, ədə, haman bunu nökər götürən kişi burdadı. Görcək tanıdı. Baxdı ki, bu 

həmin  şəhərdi.  Öz-özünə  dedi:  “sən  öləsən,  elə  budu  ki,  tapmışam.  Gedib  buna  nökər  olacıyam. 

Həm gərək bundan intiqamımı alam, həm də mənə əlac olsa, yenə nənəmdən olacaq. O dağa çıxıb 

özümü onun yanına verim.””(4, 133) 

Göstərdiyimiz mürəkkəb sintaktik bütövdə yer zərfliyinin inversiyasına müxtəlif komponent-

lərdə  rast  gəlirik.  İlk  əvvəl  başlanğıc  mərhələdə  müşahidə  etdiyimiz  zərfliyin  inversiyası  (Mütalib 

avara-sərgərdan gəzə-gəzə gəlib çıxdı bir şəhərə) ilə daha sonra orta mərhələdəki komponentlərdən 

ikisində (Fikirləşdi ki, gedim bazara; Gəzə-gəzə gəldi meydana) qarşılaşırıq. Bundan başqa bu mət-

nin komponentlərinin əlaqələnməsində ellipsis də iştirak edir. Belə ki,  mətnin əvvəlində göstərilən 

“Mütalib” obyekti sonrakı mərhələlərdə implisit – gizli mövcudluğa çevrilir. 

Yuxarıda  sadaladıqlarımızı  yekunlaşdıraraq  belə  nəticəyə  gələ  bilərik  ki,  Azərbaycan 

nağıllarının  dilində  işlənən  mürəkkəb  sintaktik  bütövlərin  komponentlərini  əlaqələndirən  müxtəlif 

vasitələr olsa da, burada ən çox istifadə olunanı inversiyadır.Hər şeydən əvvəl ona görə ki, nağıllar 

şifahi xalq ədəbiyyatımızın məhsulu olub canlı danışıq dili üzərində qurulmuşdur.Yalnız canlı danı-

şıq dilinin tələbi ilə deyil, həmçinin tema və rema məsələlərinin, üslubiyyatın, aktuallaşmanın tələbi 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

77

 



 

№ 1, 2016

 

ilə  yaranmış  inversiya  mürəkkəb  sintaktik  bütövün  quruluşuna  daxil  olur  və  bununla  da  mətnin 



bütövlüyünə  xidmət  edən,  onun  komponentlərinin  əlaqələnməsində  geniş  şəkildə  iştirak  edən 

vasitələrdən birinə çevrilir. 



 

Ədəbiyyat: 

 

1.  Abdullayev  K.M.  Azərbaycan  dili  sintaksisinin  nəzəri  problemləri.  Bakı,  “Maarif”,  1999, 

281 s. 

2.  Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. Bakı, "Mütərcim", 2012, 608 s.  



3.  Azərbaycan nağılları. Beş cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005, 360 s 

4.  Azərbaycan nağılları. Beş cilddə, II cild. Bakı, "Şərq-Qərb", 2005, 296 s. 

5.  Məmmədov  A.Y.  Mətn  yaranmasındakı  formal  əlaqə  vasitələrinin  sistemi.  Doktorluq 

dissertasiyası. Bakı, 2002. 

 

 

 



Айнур Гюнашли 

 

Инверсия как фактор создания текста 

(на основе азербайджанских сказок) 

 

РЕЗЮМЕ 

 

В  статье  исследованы  ряд  слов,  а  также,  благосостояния  ряда  слово  –  нарушение,  и 



особенности формирования текста инверсии. Здесь внутритекстовые координационные мето-

ды  разъяснены  в  примерах  на  основе  избранных  сказок  Азербайджана.  Азербайджанские 

сказки  из-за  того  что  были  установлены  над  живым  разговорным  языком  здесь,  часто 

встречаются событиям инверсии. 



 

 

Aynur Gunashli 

 

Inversion as a factor in the creation of the text 

(on the basis of Azerbaijani tales) 

 

SUMMARY 

 

 In this article investigated word order, as well as contravention of word order and text creati-

on features of  inversion. Here interpreted coordinating  methods of text based on chosen examples 

from Azerbaijani tales. Also, can be found often here inversion situation for formulating Azerbaijan 

tales on live spoken language. 

 

 



 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə