Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   30   31   32   33   34   35   36   37   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

80

 



 

№ 1, 2016

 

Qaploqrafiya

Kitabın  tədqiq  hissəsindən  öyrəndiyimizə  görə,  Kızılcık,  cəhdlərinə  baxmayaraq  “Divan”ın 

başqa nüsxəsini tapmadığını qeyd edir, lakin şairin əl-Azərbaycani nisbəsiylə mənbələrdə zikr edil-

məsindən yola çıxaraq Azərbaycanda bir araşdırma aparmadığını görürük. Doğrudur, Bakı nüsxəsi 

naqis olsa da  ikinci  nüsxə olma  haqqını qoruyub saxlayır. Təhqiq  hissədə  “Divan”ın  məzmunu  və 

tərtibi ilə bağlı məlumatlar verən alim “Divan”da 2 qəsidə, 51 qəzəl, 156 rübai olduğunu qeyd edir. 

Burada  elementar  diqqətsizlik  xətası  (atlama)  vardır,  əslində  Ankara  nüsxəsindəki  rübailərin  sayı 

159 tam və bir yarımdır. Bakı nüsxəsi ilə tamamlandıqda isə tərtib etdiyimiz mətndə rübailərin sayı 

170 tam  bir  yarımdır. Bu ötürülmələrə  misal olaraq, 52b səhifəsində  bir qəzəl  bütünlüklə ötürülüb 

(5, s.211; 2, 52b), 60b-də 33-cü qəzəlin 5-ci beyti buraxılıb (5, s.244; 2, 60b) və s. 



Vərəq düşümlərinin qeyd edilməməsi:  

Qəzəllərdən 7-ci qəzəl yarımçıqdır, ondan sonra vərəq düşdüyü görülür. (2, 49b) Sonra gələn 

vərəqdə  isə növbəti qəzəlin  iki  beyti  vardır.  Kızılcık  bu  nüansı qeyd etmək ehtiyacı  hiss etməmiş, 

yarımçıq  qəzəli  öncəki  yarımçığın  davamı  kimi  vermişdir,  bu  səbəbdən  sıralamada  da  fərqli  say 

ortaya çıxmışdır. (5, s.200) Bundan başqa, Ankara nüsxəsinin 19-cu qəzəlindən sonra vərəq düşüb 

(2, 53b), sonra gələn vərəqdə 20-ci sıra sayıyla qeyd etdiyimiz qəzəli Kızılcık hər ikisinin yarımçıq 

olduğunu nəzərə çatdırmadan yeni qəzəl olaraq verib. (5, s.216) Yenə eyni şəkildə əlyazmanın 67b 

vərəqində  43-cü  qəzəldən  sonra  vərəq  düşüb,  lakin  qeyd  yoxdur.  (5,  s.273)  Yekunda  isə  51  qəzəl 

olaraq qeyd etdiyi qəzəllərin ümumi sayı əslində 49 olur.  

Yazı xətaları:  

Abdullah bəy ciddi xidmət göstərərək orijinalda sadəcə bəzi qisimləri hərəkəli olan mətni hə-

rəkələmişdir. Bu çox incə iş olduğunda hərəkələmədə bəzi xətalar mövcuddur. Lakin burada müəlli-

fin əlində bir nüsxənin olmasının yaratdığı çətinliyi nəzərə almaq lazımdır. Çünki birdən artıq nüsxə 

olduqda birində oxunmayan hissə digərilə tamamlana bilir.  

Əlyazma  ilə  bağlı  bu qeydlərdən əlavə, ədəbiyyat siyahısının az olması  işin  bir qədər tələsik 

başa çatdırıldığından xəbər verməkdədir. 

Bunları  qeyd  etməkdə  məqsədimiz  tənqid  deyil,  sadəcə  təhlil  və  gözdən  keçirərək  əsərin 

növbəti nəşrlərinin daha kamil şəkildə ortaya qoyulmasına şərait yaratmaqdır.  

  

Ədəbiyyat: 



 

1.  Akimushkin.O.F.  Textological  studies  and  the  “critical  text”  problem.  Manuscripta 

Orientalita. Vol 1, № 2, october 1995. 

2.  Divanu-Həzrəti  Şeyx  İbrahim  Gülşəni.  Ankara  Universiteti  Dil,  Tarix,  Coğrafiya 

fakültəsi kitabxanası, A421 şifrli yazma. 

3.  Gülşeni  M.  Menakıb-ı  İbrahim  Gülşeni.  Haz:  Mustafa  Koç,  Eyyüp  Tanrıverdi,  İstanbul: 

Türkiye Yazma eserler Kurumu Başkanlığı yayınları, 2014. 

4.  İbrahim Gülşəni (Xəlil). Divan. AMEA Əlyazmalar İnstitutu, B-778/I şifrli əlyazma. 

5.  Kızılcık A. Divanu-İbrahim Gülşəni. Dəməşq, 2006. 

6.  Konur H. İbrahim Gülşeni. Hayatı, eserleri, tarikatı. İstanbul: İnsan yay., 2000. 

7.  Musabəyli  A.  Şeyx  İbrahim  Gülşəni  Bərdəi  və  türkcə  “Divan”ı.  Bakı:  Elm  və  təhsil, 

2012, 2 cild. 

8.  Musabəyli A. Mətn bilgisi - Mətnşünaslıq. Bakı: Elm, 2005. 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

81

 



 

№ 1, 2016

 

9.  Musayeva  A.  Əlyazma  kitabı  və  XV-XVI  əsrlər  Azərbaycan  ədəbiyyatı:  problemlər, 



araşdırmalar (tekstoloji-filoloji tədqiqat). Bakı: Nurlan, 2002. 

10.  Kavakçı Y. Z. İslam Araştırmalarında usul. Ankara, 1976. 



Farida Aliyeva 

 

Sham publication of manuscript of Arabic “Diwan” of Azerbaijanian poet 

 

SUMMARY 

 

Turkic Sufi poet of XV-XVI centuries Ibrahim Gulshani (h. 826/830 - 940) had the works in 



three languages. Turkish and Persian works has just attracted the attention of researchers from Tur-

key and Azerbaijan, but poet’s only work in Arabic, his “Diwan” attracted the attention of Abdullah 

Kizilcik. There are two manuscript copies of the Arabic “Diwan” of poet which chosen as topic for 

our Phd dissertation. Abdullah Kizilcik prepared the Ankara copy of “Diwan” for publication. The 

assessments about this research were related to this article. 

 

Фарида Алиева 



 

Шамское издание арабского рукописного «Диван»а Азербайджанского поэта 

 

РЕЗЮМЕ 

 

Тюркский  суфийский  поэт  XV-XVI вв.  Ибрагим Гулшани  (х.826/830-940)  имел  произ-



ведения на трех языках. Турецкие и персидские произведения привлекали внимание исследо-

вателей  из  Турции  и  Азербайджана,  но  единственная  работа  поэта  на  арабском  языке,  его 

Диван  привлек  внимание  только  одного  исследователья  Абдуллах  Кызылчика.  Есть  две 

рукописные копии Дивана, выбранные в качестве темы для нашей докторской диссертации. 

Абдуллах Кызылчик подготовил к изданию копию дивана из Анкаре для публикации. Статья 

включает в себя научные выссказывания об исследовании Абдуллах Кызылчика. 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

82

 



 

№ 1, 2016

 

 

DİNŞÜNASLIQ 

 

UOT: 297.17/18 



 

Rüxsarə Məmmədova  

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi işçi 

 

MÜSƏLMANLARIN HƏYATINDA  

FİQHİN YERİ VƏ ƏHƏMİYYƏTİ 

 

Açar sözlər: Fiqh, İslam, müsəlmanların həyatı, Quran 



Ключевые слова:

 

Фикх, Ислам, жизнь мусульман, Коран 

Key words: Figh, Islam, muslim life, Holy Quran 

 

 



İbadəti,  hüququ,  əxlaqı,  iqtisadi  və  ictimai  münasibətləri  əhatə  edən  fiqh,  müxtəlif  millətlər-

dən  təşkil  olunmuş  İslam  ümmətini,  bir  -  birinə  bağlayan,  birləşdirən  müəssisədir.  Başqa  mənada 

ümmətin həyatıdır. Fiqhin əhatə etdiyi məsələlərə və yaratdığı münasibətlərə nəzər salınarsa olduq-

ca  geniş  və  misli  olmayan  bir  mənzərə  ilə  qarşılaşmaq  mümkündür:  Fiqh  Allah  ilə  qul  arasındakı 

şəxsi münasibəti nizamlamaqla başlar. Namazı, orucu, zəkatı, həcci, görünən və görünməyən natə-

mizlikdən təmizlənməyi öyrədər. Belə bir münasibət daha əvvəl olmadığından müşriklər tərəfindən 

qəbul  olunmurdu.  Fiqh  cəmiyyətin  əxlaq  və  nizamına  diqqət  yetirərək  müəyyən  tədbirlər  görmüş-

dür. Hətta fiqh bayram və cümə günlərində gözəl geyinməyi, gözəl ətirlənməyi, yeyiləcək və yeyil-

məyəcək şeyləri, yemə - içmə ədəbini öyrətmiş, o cümlədən hüquqi və iqtisadi münasibətlərdə doğ-

ruluğu, əqdi, verilən sözün  yerinə  yetirilməsini əmr etmiş, zina,  içki, qeybət, iftira,  yalan şahidlik, 

İslam  hüququna  zidd  olan  davranışları  qadağan  etmişdir.  Bunlara  mane  olan  əsasları  gətirmişdir. 

Fiqh sosial ədaləti təmin etmək üçün zəkat, kəffarə, fitrə, qurban şəklində zənginlərin mallarında fə-

qirlər üçün haqq təyin etmişdir. Müsəlmanların bir yerdə cəm olub toplanmaları, görüşüb problem-

ləri  həll  etmək  üçün  çarə  tapmaları,  elm,  təcrübə,  mədəniyyət  mübadiləsi,  aralarındakı  qardaşlıq 

bağlarının gücləndirmələri üçün həcc, cümə kimi məcburi toplantılar tərtib etmişdir. İctimai bir var-

lıq olan  insanın ehtiyaclarını  nəzərə alan  fiqh alqı - satqı, müamilə, şirkət, ariyə kimi  müqavilələri 

nizamlamış, hüquqda və iqtisadiyyatda hiyləni, xəyanəti, güclünün zəifi əzməsini qadağan etmiş, o 

cümlədən  cəmiyyətin  sağalmaz  bəlası  olan  faizi  haram  buyurmuşdur.  Sonda  bunu  qeyd  etmək  la-

zımdır ki, Fiqh fərdin doğumundan yetkinlik dövrünə, evlənməsinə, uşaqları ilə münasibətinə, məs-

ləyinə, peşəsinə, vəfatına, vəfatından sonra vəsiyyət və mirasına, geridə qalanların qorunmasına qə-

dər həyatın bütün mərhələlərinə nəzər salmış, hər addımında insanla bərabər olmuş, yol göstərmiş-

dir. Bu münasibət cəmiyyət və cəmiyyətlərarası münasibətlər üçün də eynidir. Fiqh cəmiyyətin yal-

nız dünya həyatına aid bir qism münasibətlərini nizama salmaqla kifayətlənməmiş, dünya və axirət 

həyatını birlikdə göz önünə almış, mənfəəti buna görə nizamlamış, xüsusən hüquqi məsələlərdə adət 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə