Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   30   31   32   33   34   35   36   37   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

83

 



 

№ 1, 2016

 

-  ənənə  və  məsləhətlərə  yer  vermiş,  hətta,  dövlət  rəhbərlərini  cəmiyyətin  dini  həyatında  da  rəhbər 



olaraq təqdim etmişdir. 

Fiqh elminin əsas mövzusu insanın öz iradəsi ilə etdiyi hərəkətlərdir. Ancaq insanın öz ixtiya-

rında olmayan davranışları da fiqhin sahəsinə daxil olunur. Məsələn insan nəfəs olmaq kimi ixtiya-

rında  olmayan  hərəkətlərindən  məsul  deyil.  Eyni  şəkildə  insan  yuxuda  olarkən  şüursuzca  etdiyi 

hərəkətlərdən  də  məsuliyyət  daşımır.  Lakin  yuxuda  olarkən  (şüursuz  halda)  etdiyi  hərəkətlə  bir 

başqasının malına və canına zərər verərsə, buna təzminat ödəməlidir. 

Fiqh Hz. Peyğəmbər və Səhabə dövründə bir elm kimi sistemə salınmamışdır. Fiqhin lüğətdə 

mənası “anlamaq”, “qavramaq”, “dərk etməkdir”. Eyni mənanı ifadə edən kəlimələrdən fiqhin fərqi 

ondadır  ki,  buradakı  anlayışlar  səthi  deyil,  daha  dərindir  və  müəllifin  fikirlərini  əhatə  edir.  Əbu 

Hənifənin verdiyi tərifə əsasən fiqhin terminoloji mənası “İnsanın əməl baxımdan lehinə və əleyhi-

nə  olan  şəri  hökmləri  bir  bacarıq  halında  bilməsi”dır.  [1,24]  Ancaq  bu  elm  etiqad,  əxlaq,  nikah, 

miras, ticarət, alqı – satqı və bu kimi gündəlik həyat tərzi ilə bağlı məsələlərə şamil edilmişdi. Ta-

nınmış  fiqh  alimi  Xeyrəddin  Qaraman  isə  öz  “İslam  hüquq  tarixi”  kitabında  fiqhi  aşağıdakı  kimi 

açıqlamışdır:  “Dinin  əməli  hökmlərini,  müəyyən  dəlil  və  qaydalarından  alaraq  əldə  edilən  məlu-

mat”dır. 

 Hz. Peyğəmbər (s.a.s.)-in dövrü fiqhin yaranması üçün ən önəmli dövr sayılır. Fərdi və icti-

mai  həyatın  müxtəlif  sahələrini  nizamlayan qayda və  hökmlər o zamanlar  iki  şəkildə  yaranırdı: 1) 

Bir hökmü vacib edən hadisə baş verərkən, Hz. Peyğəmbər (s.a.s.)-ə ayə nazil olur, o da öz üslubu 

ilə hökmü və ya mənanı izah edirdi. Bu məsələ ilə bağlı Qurani - Kərimdə nazil olan ayələr ya “sən-

dən soruşurlar” ifadəsi ilə ya da “səndən fətva istəyirlər” sözləri ilə zikr edilmişdir.  

2)  Hökmün  əsasını  təsis  edərkən,  bir  sual  meydana  çıxmamışdan  əvvəl  belə  vaxtı  -  zamanı 

çatdıqca  hökm  və  qayda  yaradılırdı.  Çünki  İslam  sadəcə  lazım  olan  ehtiyacları  təmin  etmək  üçün 

deyil, eyni zamanda yeni bir cəmiyyət, dövlət yaratmaq üçün gəlmişdir. Xüms, zəkat, ailə və miras 

hüququ ilə əlaqəli bəzi qaydalar bu qismin içində yer almaqdadır.  

İstər Qurani - Kərim, istərsə də onun ən sağlam təfsiri və tamamlayıcısı olan sünnətin hüquqi 

nizamlanması 23  ilə  yaxın  bir dövrü əhatə etmişdir. İslamın əsasını təşkil edən bu qaynaqlar,  yəni 

qanunlar toplusu yavaş – yavaş tamamlanarkən, insanların onu daha yaxşı başa düşüb qavramaları-

na və eyni zamanda həyatlarında tətbiq etmələrinə səbəb olmuşdur.  

VII əsrin sonu  ilə VIII əsrin əvvəllərində  fiqhə dair  ilk əsərlər  yazılmışdır. Lakin, bunlardan 

yalnız Süleyman bin Qeys əl - Hilalinin bir əsəri, Qatadə bin Diamə və Zeyd bin Əlinin həclə bağlı 

risalələri,  yenə  Zeyd  bin  Əlinin  müxtəlif  məsələləri  əhatə  edən  “əl  -  Məcmu”  adlı  əsəri  bu  günə 

qədər  gəlib  çatmışdır.  (2,4)  VIII  əsrin  I  yarısından  etibarən  fiqhi  məzhəblərin  yaranması,  məzhəb 

imamlarına  aid  fikir  və  görüşlərin  müəyyən  şəkildə  fiqh  qanunlarına  təsir  etmiş  və  sistem  halına 

salmışdır.  

 Klassik fiqh kitablarında müsəlman hüququ üç yerə bölünür: İbadətlər, müamilə (alış- veriş) 

və  uqubət  (rəftar,  hərəkət,  cəza).  Klassik  fiqhin  əhatə  etdiyi  mövzuları  dərindən  öyrənmək  üçün 

Hənəfi  məzhəbindən  Əbul  -  Həsən  əl  -  Bağdadinin  (428/1036)  “Muxtəsərul  -  Quduri”  və  Cəfəri 

məzhəbindən Nəcmüddin Cəfər ibn Həsən əl - Hillinin (676 /1277) “əl - Muxtəsərin - nafi” adlı fiqh 

kitablarına müraciət etmək daha münasib olardır. 

 Müasir dövrdə fiqh elmini əhatə edən bir sıra ədəbiyyatlar yazılmışdır. Bu elm yazılmış ədə-

biyyatlar sayəsində inkişaf etmişdir. “Əhkami - Sultaniyyə”, “Xərac”, “Əmval”, “Hisbə” və “Niza-

mul – hükm” adı ilə yazılan kitablar bu ədəbiyyatın əsasını təşkil edir. Hətta müasir İslam hüququ 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

84

 



 

№ 1, 2016

 

alimləri,  İslam  hüququnu  Qərb  mənşəli  hüquqlarla  klassik  İslam  hüququ  təsnifini  birləşdirərək 



yenidən təsnif etmişdirlər. Əbdürrəzzaq əs - Sənhurinin  “Məsadirul -  haqq”, Subhi  Məhmasaninin 

“ən - Nəzəriyyətul - ammə lil - mucəbat vəl - uqud”, Mustafa Əhməd əz - Zərqanın “əl - Mədxəlu-

lamm (əl - Fifqul - İslami fi səvbihil - ədid)”, Xayrəddin Qaramanın “Müqayisəli islam hüququ” və 

Züheylinin “əl - Fiqhul - İslami və ədillətuhu” adlı əsərlər bu şəkildə yazılmışdır. Bu ədəbiyyatlarda 

təsnifat təkminləşərək aşağıdakı hissələ bölünmüşdür:  

1. İbadət - namaz, oruc, həcc və zəkat kimi ibadətləri əhatə edir. İbadət, Allaha təzim və hör-

mət göstərmək və onun bizə verdiyi saysız nemətlərə şükran borcunu yerinə yetirməkdir. İbadətlər 

ruhumuzu  yüksəldir,  bizi  pisliklərdən  çəkindirir,  əxlaqımızı  gözəlləşdirir  və  nəhayət  ən  dəyərli 

varlığımız olan imanımızı qoruyur. 

 2. Əhvali - şəxsiyyə (Ailə və miras hüququ) : Ailə - kişi, qadın və usaqlardan meydana gələn 

ən kiçik insan toplusudur. Bir millətin milli və mənəvi dəyərlərini öyrənildiyi bir məktəbdir. Hüquq 

tarixinin ən qədim dövrlərindən başlayaraq evlilik bağı ilə aralarında qohumluq əlaqəsi olan şəxslər 

müəyyən  qayda  və  qanunlara  riayət  etməlidirlər.  Miras  hüququ  da  ailə  hüququnun  içərisinə  daxil 

olur. 


 3. Müaməlat (şəxs və əşya hüququ) - borc və ticarət hüququ kimi çox geniş bir sahədir. Müa-

məlat alış – veriş, kirayə, şirkət kimi borclar və ticarət hüququ, itkin şəxs kimi şəxs hüququ, girov 

kimi  əşya  hüququ  mövzuları,  yəni  xüsusi  hüquqa  daxil  olan  və  gündəlik  həyatda  digər  insanlarla 

əlaqələr ələ alınır və daha çox prinsiplər səviyyəsində işlənir.  

 4. Uqubət (cəza və mühakimə hüququ) - başqa birinin canına və malına qarşı işlənmiş cina-

yətlər və bunlara nəzərdə tutulan cəzalar, iddia, mühakimə etmə kimi daha çox ümumi hüququ ma-

raqlandıran mövzular ilə insanın ölümü, vəsiyyət və miras başlıqları altında işlənir. İnsanların canı-

na, malına, azadlığına, namus və şərəfinə təcavüz etmək dinimizdə qadağandır. Bunlar hər bir insa-

nın toxunulmaz haqlarıdır.  

5. Əhkami - sultaniyyə (Konstitusiya və idarə hüququ) – Canımızı, malımızı, dinimizi, namus 

və  şərəfimizi  daxili  və  xarici  düşmənlərə  qarşı  qoruyan  dövlətdir.  Dövlətin  qoyduğu  qayda  və 

qanunları yerinə yetirməkdir.  

6.  Siyər (Dövlətlər hüququ) - Dövlətə və millətə qarşı borclar nəzərdə tutulur. 

7. Ədəb (dini - hüquqi hökmlərin hikmətləri) – İnanc əsasına uyğun davranış qaydaları və qə-

libləri meydana gətirərək, din-əxlaq və hüquq birliyini təmin etməkdir. (3,22)  

 Klassik fiqh kitablarında mövzular “kitablar”a, kitablar “bablar”a, bablar isə “fəsillər”ə ayrı-

lır.  Fiqh  kitabları  ibadətə  hazırlıq  mahiyyəti  daşıyan  “Təharət”  (paklıq)  mövzusu  ilə  başlayır  və 

“Miras” mövzusu ilə sona çatır. İbadətlər, müqavilələr, borc münasibətləri, ticarət, evlənmə, boşan-

ma,  cinayət,  cəza,  mühakimə,  yemə  -  içmə,  geyim  kimi  məsələlər  bunların  arasında  yer  alır.  Bu 

şəkildə bölünmənin özlüyündə tutarlı  bir  məntiq  və  izah var. Bu təsnifi edənlər  fiqhin  bütün  insan 

həyatını əhatə etdiyini düşünürlər. Çünki  insanın  heç  bir hərəkəti  fiqhin  hüdudları  xaricində deyil. 

İslami cəmiyyətlərinin həyat tərzini formalaşdıran fiqhin ən əsas və əhəmiyyətli məqsədi insanların 

zərərinə olacaq, onları dünya və axirətdə peşiman edəcək xüsusları aradan qaldırmaq və onlar üçün 

faydalı  olan  məsələləri  təmin  etməkdir.  Fiqhin  özünəməxsus  bir  sıra  vəzifələri  var.  Bu  vəzifələr 

insanın Allaha qulluq inancını həyat tərzinə çevirərək məcburi qulluqdan könüllü qulluğa çatmanın 

yollarını  yaradır.  Həmçinin,  müsəlmanlara  faydalı  və  zərərli  olan  məsələləri  təyin  edərək,  axirət 

dünyasında insanları xoşbəxt bir həyata sövq edir. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə