Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   30   31   32   33   34   35   36   37   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

74

 



 

№ 1, 2016

 

məlumat  mətnin  strukturundakı  müəyyən  pozisiya  əsasında  verilir.  Mətndəki  pozisiyaların  bir  sıra 



dərəcələri  mövcuddur:  güclü  pozisiya  və  zəif  pozisiya.  Azərbaycan  dilinin  mətnlərində  güclü  akt-

uallaşma mütləq pozisiyada cümlənin emosional xarakterindən irəli gəlir, zəif aktuallaşma isə, təbii 

ki, xəbərin prepozisiyası ilə reallaşır. 

İndi  isə  ayrı-ayrı  cümlə  üzvlərinin  mətn  daxilində  aktuallaşmasını,  yəni  ayrı-ayrı  cümlə 

üzvlərinin  necə  inversiya  yaratdıqlarını  nəzərdən  keçirək.  İlk  öncə  cümlənin  baş  üzvlərindən  olan 

mübtədanın  inversiyaya  uğrayaraq  aktuallaşmasına,  mətn  yaratmasına  nəzər  salaq.  Mübtədanın 

inversiyası  zamanı  mətn  güclü  pozisiyada  yaranır,  mübtəda  həmin  mövqedə  mütləq  cümlənin 

sonunda gəlir və aktuallaşır. Bu zaman remalaşma güclənir. Bunu daha aydın izləmək üçün mütləq 

nümunələrdən istifadə etməliyik. Bunun üçün aşağıdakı bəzi nümunələri gözdən keçirək: 

“Amma  sənə  hardan  deyim,  uşaq  qalmışdı  adsız.  Hərə  onu  bir  cür  çağırırdı.  Bəli,  məclis 

quruldu. Yedilər, içdilər, vaxt çatdı, oğlanı gətirdilər mollanın yanına ki, ad qoysun. Bu heyndə göy 

guruldadı, yer titrədi, qara bulud çökdü həyətə. Həmin qarı buludun içindən çıxdı, gəldi, oğlanı aldı 

qucağına, üzündən öpdü, ağzını qulağına yapışdırıb üç dəfə ucadan dedi: Şahzadə Mütalib!.. 

Bunu deyib yox oldu. 

Oğlanın adı oldu Şahzadə Mütalib” (4, 121). 

Yuxarıda  göstərdiyimiz  nümunədə  mübtəda  mətnin  son  mərhələsində  inversiya  hadisəsinə 

uğrayaraq  mətni  qapanmasına  xidmət  etmişdir.  Burada  mətnin  başlanğıc  mərhələsində  göstərilən 

problemin  (uşaq  qalmışdı  adsız)  həllinin  (oğlanın  adı  oldu  Şahzadə  Mütalib)  son  mərhələdə  daha 

qabarıq şəkildə əks olunması üçün inversiyadan istifadə olunmuşdur.Onu da qeyd edək ki, bu mətn-

də yalnız mübtədanın inversiyası deyil, həmçinin “uşaq qalmışdı adsız”, “oğlanı gətirdilər mollanın 

yanına”  kimi  zərfliklərin,  “qara  bulud  çökdü  həyətə”,  “oğlanı  aldı  qucağına”  kimi  xəbərlərin 

inversiyası özünü göstərir.Ümumiyyətlə. onu deməliyik ki, bu mətn inversiyalar üzərində qurulmuş 

və bu mətnin komponentlərini bir-birinə bağlamaqda inversiya birinci növbəli rol oynamışdır. 

Daha bir nümunəni nəzərdən keçirək: 

“Əbülqasımdı  bı  oğlanın  adı.  Axşam  oldu  Əbülqasım  bir  cüt  alma  çıxartdı  oxudu,  üfürdü, 

ikisin də elədi gül. Bıllar oynadılar, oxudular, çaldılar, çağırdılar. Dərviş də baxırdı. On gün tamam 

oldu, bir kisə pul gətirdi verdi ki, dərviş, sən xərcdə, birdən korrux çəkərsən. Dübara yüz manat da 

verdi  ki,  bı  da  sənin  yol  xərcin.  Kişi  durdu-düşdü  yola.  Günə  bir  mənzil,  tey  mənzil  gəldi,  özün 

yetirdi İsfahana” (3, 334). 

Göstərdiyimiz mətndə mübtədanın inversiyasına məhz başlanğıc mərhələdə rast gəlirik. Bura-

da normal söz sırası “Bı oğlanın adı Əbülqasımdı” pozulur, təyini söz birləşməsi ilə ifadə olunmuş 

mübtəda  inversiya  hadisəsinə  uğrayır.  Mübtədanın  inversiyası  ilə  başlayan  mətnin  orta  mər-

hələsində xəbərin (Axşam oldu Əbülqasım bir cüt alma çıxartdı oxudu, üfürdü, ikisin də elədi gül) 

inversiyasını  izləyirik.  Daha  sonra  isə  həmin  mətn  zərfliyin  inversiyası  ilə  (Günə  bir  mənzil,  tey 

mənzil gəldi, özün yetirdi İsfahana) tamamlanır. 

Baş üzvlərdən digərinin,  yəni  xəbərin  inversiyasının  mətnin komponentləri arasındakı  müna-

sibətlərdə  necə  iştirak  etdiyini  gözdən  keçirək.  Güclü  pozisiyada  xəbər  fikrin  ifadə  tərzindən  asılı 

olaraq  öz  qrammatik  sırasını  dəyişir,  mətnin  əvvəlinə  keçir,  məntiqi  vurğu  ilə  müşayiət  olunaraq 

aktuallaşır, nəzəri daha çox cəlb edir. Fikrimizi nümunələrin köməkliyi ilə izah edək: 

“Şirzad  barıdan  aşıb  girdi  məhləyə.  İməkləyə-iməkləyə  gəlib  çatdı  göyərçinlərin  yanına. 

Baxdı, vallah, bunlar elə göyərçinlərdirlər ki, elə bir cüt göz lazımdı ki, bunlara tamaşa eləsin. Bun-

lardan  bir  cüt tutdu.  İstədi  qayıtsın,  hər  nə  qədər elədi,  ayaqları  getmədi,  gözü  qalmışdı  göyərçin-




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

75

 



 

№ 1, 2016

 

lərdə. Axırda özün saxlaya  bilməyib, bir cüt də tutdu. Elə  bil ki, elə göyərçinlər  buna  bəndmişlər. 



Bir səs-küy qaldırdılar ki, tay nə bilim necə. Divlər oyanıb Şirzadı tutdular” (4, 106). 

Yuxarıdakı mətndə xəbərin inversiyasına bir neçə cümlədə rast gəlirik. İlk növbədə başlanğıc 

mərhələdə işlənən xəbərin (Şirzad barıdan aşıb girdi məhləyə) inversiyaya uğraması digər cümlələ-

rin əksəriyyətində də öz əksini tapır və xəbərlərin belə inversiyalı şəkildə bir-birini izləməsi mətnin 

bir bütöv halına gəlməsinə, onun komponentlərinin əlaqələnməsinə xidmət edir. Belə ki, başlanğıc 

mərhələdə  müşahidə  etdiyimiz  xəbərin  inversiyası  daha  sonra  orta  mərhələdə  (İməkləyə-iməkləyə 

gəlib çatdı göyərçinlərin yanına; gözü qalmışdı göyərçinlərdə) özünü göstərir. 

İkinci dərəcəli cümlə üzvləri də mətnin komponentlərini əlaqələndirməkdə özünəməxsus rola 

malikdirlər. Onların əsas xüsusiyyətlərini nümunələr əsasında nəzərdən keçirək. 

Azərbaycan  nağıllarında  təyinin  inversiyasına  çox  az  rast  gəlinir.  Burada  işlənən  inversiyalı 

təyinlərin hamısı, demək olar ki, eyni tiplidir. Aşağıdakı nümunələrə nəzər salaq: 

“Günlər, aylar keçir. Kiçik qız bir oğlan doğur. Oğlanın alnı ay, dişləri inci, kəkli qızıl. Bacı-

lar  tez  xəbər  tuturlar.  Deyirlər  ki,  vay  padşah  bizi  öldürər.  Kiçik  bacımızın  dediyi  doğruya  çıxdı, 

bizimki yalana” (3, 199). 

Göstərdiyimiz  nümunədə  təyinin  inversiyasına  orta  mərhələdə  (Oğlanın  alnı  ay,  dişləri  inci, 

kəkli  qızıl)  rast  gəlirik.  Burada  işlənən  həmcins  təyinlərin  hamısı  inversiya  hadisəsinə  məruz  qal-

mışdır.  Belə  ki,  başlanğıc  mərhələdə  göstərilən  fikrin  xüsusiyyətləri  orta  mərhələdə  inversiyalı 

təyinlərin köməkliyi ilə açıqlanır. Buradakı yanaşma əlaqəli ismi birləşmələrin birinci tərəfi mənanı 

daha qüvvətləndirmək üçün inversiyalı şəkildə işlənmişdir. 

Başqa bir misala nəzər salaq: 

“Bir gün qız səhər tezdən durub əyləşdi pəncərənin içində. Bu pəncərə də həmin bağa baxırdı. 

Baxdı ki, bir keçəl oğlan gül yığır. Amma hərçənd ki, keçəldi, özü çox gözəl oğlandı. Gözlər qara, 

qaşlar qara, yanaqlar qıpqırmızı lalə kimi, sifət ağappaq, elə bil ki, qaymaqdı. Bir az keçəndən sonra 

oğlan  gülləri  yığdı  hazırladı,  böyük  bacıların  gülünü  sapla  bağladı.  Sonra  bir  o  yana,  bir  bu  yana 

baxdı, başından qarını çıxartdı. Qız baxdı ki, nə... oğlanın başının bir tərəfi qızıldı, bir tərəfi gümüş. 

Qız min ürəkdən bir ürəyə vuruldu oğlana” (4, 86). 

Bu mətndə də işlənən təyinlərin xüsusiyyətləri də, demək olar ki, yuxarıda göstərdiklərimizlə 

eynilik  təşkil  edir.  Burada  da  orta  mərhələdə  işlənən  təyinlər  mənanı  daha  qüvvətləndirmək  üçün 

inversiyalı şəkildə işlənmişdir. “Gözlər qara, qaşlar qara, yanaqlar qıpqırmızı lalə kimi, sifət ağap-

paq, elə bil ki, qaymaqdı” cümləsində işlənən yanaşma əlaqəli ismi birləşmələrdə normal söz sırası 

olan  “qara  gözlər,  qara  qaşlar,  lalə  kimi  qıpqırmızı  yanaqlar,  ağappaq  sifət”  pozulmuş,  yuxarıdakı 

şəkildə işlənərək yalnız cümlənin deyil, ümumiyyətlə, mətnin ümumi mənasına xidmət edərək fikri 

daha qabarıq şəkildə ifadə etməyə xidmət göstərmişdir. Onu da qeyd edək ki, burada təyinin inver-

siyası  ilə  yanaşı  başlanğıc  mərhələdə zərfliyin (Bir gün qız səhər tezdən durub əyləşdi pəncərənin 

içində)  və  son  mərhələdə  tamamlığın  (Qız  min  ürəkdən  bir  ürəyə  vuruldu  oğlana)  inversiyası  ilə 

qarşılaşırıq. Tamamlıq və zərfliyin inversiyası ilə bağlı aşağıda daha ətraflı bəhs olunacaqdır. 

İkinci  dərəcəli  üzvlərdən  tamamlığın  inversiyasının  mətnyaratmadakı  rolunu  nəzərdən  keçi-

rək.  Ümumiyyətlə,  onu  qeyd  edək  ki,  Azərbaycan  nağıllarında  tamamlığın  inversiyası  ilə  tez-tez 

rastlaşırıq və bu da mətnin komponentlərini əlaqələndirməkdə özünəməxsus xüsusiyyətləri ilə fərq-

lənir. Bu xüsusiyyətləri nümunələr əsasında izah edək.Aşağıdakı nümunəyə nəzər salaq: 

“Padşah əmr verdi, öz atını verdilər Şirzada. Şirzad atı minib düşdü yola, atın başın buraxdı. 

At birbaş  yola düşdü, ətrafına heç  fikir verməyib  gedirdi. Beləliklə, düz altı ay  yol getdi, yeddinci 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə