Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

68

 



 

№ 1, 2016

 

yazıldığını və hansı dildən tərcümə olunduğu haqqında məlumatın olmadığını yazır. Lakin Saminin 



yaradıcılığını araşdıran bir çox tədqiqatçılar bu faciənin Dumanoir-Ennerinin əsəri olduğunu göstə-

rərək  onun  fransız  dilindən  tərcümə  olunmasını  qeyd  etmişlər.  Əsər  tərcümədən  sonra  Türkiyədə 

dəfələrlə səhnələşdirilmiş və Şəmsəddin Samiyə böyük şöhrət qazandırmışdır.(1;43) Əsərin iç qapa-

ğının üstündə “Birinci dəfə olaraq 19 Zülqəda 1290-cı (1873) ildə axşam vaxtı Osmanlı teatrında ic-

ra  olunmuşdur”  sözləri  yazılmışdır.  Həmin  yerdə  naşirin  adı  qeyd  edilərək  “Sahibi  imtiyaz 

D.Hünkarbəyəndi” cümləsi vardır. Əsərin əvvəlində ön söz yoxdur. Əsər 1290-cı (1873) ildə İstan-

bulda çap olunmuşdur. Həcmi:62 böyük səhifə.  

“Qalatee”-  əsərin  müəllifi  fransız  yazıçısı  Floreandır.  Əsər  fransız  əsatirə  yazılan  mənzum 

pyesdir. 1873-cü ildə bu pyes Sami bəy tərəfindən nəsrlə tərcümə olunmuşdur. Əsərin iç qapağında 

yenə də  naşir kimi D.Hünkarbəyəndinin  adı çəkilir. Əsər 1290-cı (1873) ildə İstanbulda çap olun-

muşdur. Həcmi:40 böyük səhifə.  

“Şeytanın  yadigarları”-1878-ci  ildə  tərcümə  olunmuş  bu  əsər  Fredrik  Sulinin  bir  macəra  ro-

manıdır və Şəmsəddin Saminin ən həcmli tərcüməsidir. Kitabın iç qapağının üstündə kitabın naşiri 

kimi  Mihran  bəy  göstərilmişdir.  Sami  “Sabah”  qəzetində  Mihran  bəylə  iş  birliyi  qurduqdan  sonra 

yazdıgı  əsərlərini  ona  təhvil  verməyə  başlamış,  Mihran  bəy  də  qurduğu  mətbəədə  bu  əsərləri  nəşr 

etdirirdi.Yuxarıda  qeyd  etdiyimiz  kimi,  əsər  1297-ci(1879-1880)  ildə  İstanbulda  “Mihran”  basım-

evində (mətbəəsində) çap olunmuşdur. Həcmi: 595 böyük səhifə.  

“Səfillər”-fransız yazıçısı Viktor Hüqonun “Les Miserables” adlı romanın tərcüməsidir. Əsər 

1880-cı  ildə  tərcümə  olunmuşdur.  Kitabda  əsərdən  əvvəl  23  Şəvval  1296-cı  il  (1878-1879)  tarixli 

“Bir iki söz” başlığı altında həmin əsərdən danışılır. Sami bu əsərin tərcüməsini tamamlamamışdır. 

Onun ölümündən sonra “Səfillər” Həsən Bədrəddin bəy tərəfindən tərcümə olundu. Bu haqda əsərin 

645-ci  səhifəsində  də  “İhtar”  başlığı  altında  məlumat  var:  “Mərhum  Şəmsəddin  Sami  bəy  əsəri 

buraya  qədər  tərcümə  etmişdi.  Sonra  “Sabah”  qəzetinin  müdiri  Həsən  Bədrəddin  bəy  tərəfindən 

tərcümə və ikmal olunmuşdur”. Sami tərəfindən tərcümə olunmuş “Səfillər” əsəri böyük mübahisə-

lərə səbəb olmuşdur. Tərcüməni qəbul etməyənlər onun türk qrammatik qaydalarına zidd olmasını, 

cümlələrin düzqün işlədilməməsi kimi iddialar irəli sürmüşlər. Məsələn, türk alimi, ədəbiyyatçı Sü-

leyman  Nəzif  tərcümə  haqqında  yazaraq  söyləmişdir:  “Bədrəddin  bəyin  tərcüməsi  nə  qədər  vaqi-

fanə və mükəmməldirsə, Şəmsəddin Sami bəyin(tərcüməsi) o qədər xəta-əlud və naqisdir. Mərhum 

mövzu ilə əlaqədar bir çox ibarələri yanlış anlamış və anlaya bildiyi yerlərdə isə bir çox kəlmələrin 

müqabilini  düzgün  tapa  bilməmişdir.”  Həmin  mövzunu  davam  edərək  “Sərvəti  fünun”da  “Sully 

Prudhomme” başlıqlı yazısında eyni düşüncələri davam edir:”...Viktor Hüqonun məşhuri cihan olan 

“Les Miserables”i tərcümə yox, bərbad etmişdi...”. 

 Şəmsəddin  Saminin  tərcümələrinin  bu  tərzdə  etməsinin  səbəbi  özü  yazdıgı  kimi,  orijinalın 

olduğu  kimi  saxlanmasına  can  atması  idi.  Orijinallığı  qorumaq  qayğısı  ilə  mütərcim  kitabı  olduğu 

kimi tərcümə edərək bir çox yerlərdə türk qrammatik qaydalarını pozmuş, fransız cümlə quruluşunu 

mühafizə etmişdi. Halid Ziya öz xatirələrində “Səfillər” əsərinin tərcüməsi ilə bağlı söyləmişdir ki, 

Şəmsəddin Saminin bu tərcüməsi bir çoxlara qərib, yad gəlsə də, sonradan buna alışmağa başladılar. 

(7;75) 


Əsərin yarımçıq tərcümə edilməsinin səbəbinə gəlincə, o, ya qadağa edilmişdir (Agah) ya da 

maliyyə baxımından ödənilməmişdir (5;144). Əsər 1297-ci ildə (1880) İstanbulda “Mihran” mətbə-

əsində nəşr edilmişdir. Həcmi: 899 böyük səhifə.  



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

69

 



 

№ 1, 2016

 

“Robinzon”-1885-ci  ildə  tərcümə  edilən  bu  əsər  Daniel  Defonun  eyni  adlı  romanın  tərcü-



məsidir. Kitabın üzərində “fransızcadan hərfi tərcümə olunmuşdur” cümləsi var. Həqiqətən, orijınal 

ingilis dilində olsa da, əsər uşaqlar üçün qısaldılmış fransız variantından tərcümə olunub. (1;44)  

Sami  “Robinzon”  əsərinə  yazılan  1  Ramazan  1302(1884-1885)-ci  il  tarixli  “İfadəyi  mütər-

cim” başlığı altında ön sözdə soyləmişdir:  “ Əvvəldən oxycularıma  məlumdur ki,  yazarkən birinci 

diqqət etdiyim şey sadə yazmaq və tərcümə edərkən ən ziyadə gözlədiyim şey əslindən fərqləndir-

məməkdir”. Başlıqda verilən bu sözlərlə Şəmsəddin Sami öz tərcümələri ilə bağlı olan müzakirələrə 

bir cavab olaraq son qoymaq  istəmişdir. Kitab 1302-ci  ildə İstanbulda “Mihran”  basımevində  nəşr 

olunmuşdur. Həcmi:136 kiçik səhifə. 

Türk  ədəbiyyatşünası  Nəcib  Asim  Saminin  Aleksandr  Dyumanın  “Üç  müşketyor”  adlı  əsəri 

tərcümə etdiyini söyləsə də, bu barədə heç bir mənbələrdə məlumat yoxdur(7;76).  

Qərb  ədəbiyyatı  ilə  yanaşı  Sami  Şərq  ədəbiyyatına  da  nəzər  salmışdır.  O,  Nacinin  “Hurdef-

üruş”(1885)  əsərinə  oxşar  “Hurdeçin”  adlı  əsər  yazmışdır.  Bu  əsər  farsdilli  təzkirələrdən  seçilmiş 

mənzum parçaların tərcümələrindən ibarətdir. Əsər 1885-ci ildə yazılmışdır.  

Əli bin Əbu Talib “Divan”ından edilmiş seçmə mətnlərə şərh və tərcümələr: 1885-ci ildə ya-

zılan  bu  əsər  iki  kiçik  kitabdan,113  parçadan  ibarətdir.  24  Ramazan  1317(1899-1900)-ci  il  tarixli 

“İfadəyi  məram”  başlığı  altında  yazılan  ön  sözdə  Sami  bu  əsər  haqqında  geniş  izahat  vermişdir. 

Divandan olan seçmə mətnlər mütərcim tərəfindən tərcümə olunaraq altından şərhlər qeyd edilmiş, 

ərəbcə olan mətn isə hərəkələmişdir. 

1878-ci ildə Şəmsəddin Saminin işlədiyi “Tərcümani-Şark” adlı qəzet bağlanır. Müxbirlik fə-

aliyyətinə son qoyan Şəmsəddin Sami ensiklopedik məna daşıyan bir sıra kiçik həcimli əsərlər yazır 

və onları keçmiş “Tərcümani-Şark” qəzetinin sahibi olan Mihran Əfəndi ilə birlikdə qurduğu “ Cib 

kitabxanası”nda nəşr etdirir. Orta səviyyəli oxucu üçün nəzərdə tutulan bu silsilə əsərlərdə bir neçə 

elm sahələri şərh edilir. Maarifləndirmə məqsədilə yazılan bu əsərlərin dili sadə, həcmləri isə daha 

çox  kiçik  olan  kitablardır.  Qeyd  etmək  vacibdir  ki,  “Cib  kitabxanası”  seriyasının  nəşrində  (1879-

1886) Əbu Ziya, Bəşir Fuad, Əhməd Rasim kimi görkəmli türk ədəbiyyatçi və publisistlər də iştirak 

etmişlər. Lakin “Cib kitabxanası”nın böyük bir hissəsi Şəmsəddin Saminin payına düşür. Beləki, 32 

cilddən  ibarət  olan  bu  kitabxananın  15  cildi  Şəmsəddin  Saminin  yaradıcılığını  təşkil  edən  on  bir 

əsərdir. Həmin əsərlərin adları aşağıdakılardır: 

“Mədəniyyət-i  İslamiyyə”-  İslam  dininə  həsr  olunan  bu  kitab  1296-cı  ildə  (1878-1879)  çap 

olunub.  34  yazıdan  ibarətdir.  “Mədəniyyət-i  İslamiyyə”  əsərində  yuxarıda  qeyd  etdiyimiz  kimi, 

İslam dininin yeni elm sahələrinin və incəsənət növlərinin yaranmasına müsbət təsirindən bəhs edən 

əsərdir.  Əsərin  ilk  yazılarında  başlıq  yoxdur.  Bəzi  başlıqların  adları:  “Ulumi  Təbiiyyə”,  “Tibb”, 

“Hikmət”,  “Ədəbiyyat”,  “Tarix”,  “Bəzi  kəşviyyatlar”.  Həcmi:126  kiçik  səhifə.  Kitab  ikinci  dəfə 

1302-ci  (1884-1885) ildə nəşr edilib.  

“Əsatir”-Kitab 1296-cı (1878-1879) ildə çap olunub. Əsərdə bir çox xalqların, o cümlədən qə-

dim Yunan və Roma, assurilərin, asketlərin, fenikiyalıların, iranlıların, hindlilərin, çinlilərin, ərəblə-

rin,  skandinaviyalıların,  peruluların,  meksikalıların,  yaponların  mifoloji  əsərləri  yer  almaqdadır. 

Türk  ədəbiyyatında  Şərq  və  Qərb  xalqlarının  mifologiyası  haqqında  bəhs  edən  ilk  əsərdir.  Həc-

mi:117 kiçik səhifə. Kitab ikinci dəfə 1311-ci (1893-1894) ildə çap olunub. 

“Qadınlar”-1296-cı ildə (1878-1879) çap olunan bu kitab 34 yazıdan ibarətdir. Qadınların cə-

miyyətdəki  yerini  izah  edən  və  içtimai  xarakter  daşıyan  bu  əsər  təkrar  nəşrlə  ikinci  dəfə  1311-ci 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə