Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

64

 



 

№ 1, 2016

 

rə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayət-



siz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma 

dəxi nə deyim? (6) 

Cəlil Məmmədquluzadənin Məmmədəli Sidqiyə göndərdiyi məktubların bir qismi isə “Molla 

Nəsrəddin”  jurnalı  ilə  bağlıdır.  Bu  tip  məktublarda  yazıçı  Məmmədəli  Sidqiyə  jurnal  ilə  əlaqədar 

müəyyən  məlumatlar  və  ya  məsləhətlər  verir:  “Əzizim  Məmmədəli!  Dünən  ittifaqən  Həmidədən 

bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki 

iki  nömrəni  bir  daşda.  Guya  material  olmamağı  buna  bais  olub.  Heyf  ki,  mənə  bu  əhvalatı  heç 

yazmıyıbsan.  Əgər  bilsəydim,  razı  olmazdım,  çünki  belədə  çap  baha  oturur.  Bu  xüsusda  mənə 

müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox 

təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap 

olunsun.  

Sabirin əhvalından mənə hər dəfə yaz” (5, 25). 

Yazıçının Məmmədəli Sidqiyə göndərdiyi məktublarından onun “Molla Nəsrəddin” jurnalının 

ərsəyə  gəlməsi,  geniş  oxucu  kütləsi  tərəfindən  rəğbət  qazanması  üçün  necə  səylə  çalışdığını 

görürük.  Bu  məktublarda  Cəlil  Məmmədquluzadənin  jurnalın  bütün  işləri  ilə  dərindən  maraqlan-

dığını,  burada  yer  alan  məqalələrin,  felyetonların,  şeirlərin  ədəbi  keyfiyyətinə,  xalqın  maariflən-

məsinə yardımçı olması işində əhəmiyyət daşımasına xüsusi diqqət yetirdiyini görürük. 

Yazıçının məktublaşdığı ziyalılardan biri yazıçı-publisist Eynəli bəy Sultanov olmuşdur. Cəlil 

Məmmədquluzadənin  məslək  yoldaşı  olan  Eynəli  bəy  Sultanov  elm,  təhsil  və  maarifin  intişar 

tapması  üçün  əlindən  gələni  əsirgəməyən  ziyalılardandır.  O,  tələbəlik  illərindən  başlayaraq  xalqın 

maariflənməsi  uğrunda  çalışmışdır.  “Onlar  bir-birlərinin  “səsinə  səs  verən  sirdaşlar”  kimi  vahid 

cəbhədə  birləşmişlər.  Naxçıvan  teatrının  yaradılması  (1886),  müxtəlif  maarifçi-mədəni  tədbirlərin 

həyata  keçirilməsi  onların  hər  ikisinin  birgə  kollektiv  səyinin  nəticəsi  idi”(7,  194). Elm  və  maarif 

işığı  bu  iki  sənətkarı  bir-birinə  bağlamışdır.  Cəlil  Məmmədquluzadənin  Eynəli  bəy  Sultanova 

ünvanladığı məktubunda onların səmimi dostluq münasibətləri öz əksini tapmışdır: “Əzizim Eynəli 

Sultan!  Kağızın  gəldi,  çatdı.  Uşaqların  oraya  salamat  getməklərinə  şad  oldum...  Ancaq  Şuranı  bu 

dəfə  mən  yaxşı  gördüm.  Və  xüsusən  elə  saatlar  olurdu  ki,  onunla  rubəru  oturanda  keçmiş  günləri 

yada  salırdım.  Elə  bilirdim  ki,  haman  Eynəli  qardaşım  qırx  il  bundan  qabaq  yanımda  oturub, 

cavanlıq  həvəsilə  oxuduğu  kitablardan,  rus  maarifindən,  Avropa  əhli-qələmlərindən  şirin-şirin  və 

bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda 

məni  doğrudan  da,  maarif  aləminə  daxil  elədin.  Yəqin  bilirəm  ki,  sən  olmasaydın,  mən  də  qeyri 

sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”(5, 71). 

Cəlil  Məmmədquluzadənin  şəxsi  arxivində  mühafizə  olunan  məktublar  arasında  dövrünün 

ziyalıları tərəfindən ona ünvanlanmış  məktublar xüsusi əhəmiyyət kəsb edir. Bu ziyalılar sırasında 

Əziz Şərif, İsmayıl Qasprinski, Əli Razi Şəmçizadə, Oskar İvanoviç Şmerlinqin və s. adını çəkmək 

olar. Onların məktublarının əsas mövzusu, əlbəttə ki, “Molla Nəsrəddin” jurnalı olmuşdur.  

Məlumdur ki, Azərbaycan satirik şeir məktəbinin banisi Mirzə Ələkbər Sabir ilə Cəlil Məm-

mədquluzadə  dostluğunun  dərin  kökləri  vardır.  Onları  birləşdirən  bir  çox  mənəvi-əxlaqi  keyfiyyət 

var idi. Hər iki sənətkarın yaradıcılığının başlıca qayəsini xalqa xidmət, zəhmətkeş kütlənin başına 

gətirilən müsibətlərin, hakim qüvvələrin özbaşınalığının təsviri təşkil edirdi. Bütün bu xüsusiyyətlər 

Mirzə  Ələkbər  Sabiri  “Molla  Nəsrəddin”  məktəbinə  bağlamışdı.  O,  Cəlil  Məmmədquluzadəyə 

göndərdiyi  məktublarının  birində  yaradıcılığı,  yeni  şeirləri,  səhhəti  haqqında  yazır:  “Möhtərəm 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

65

 



 

№ 1, 2016

 

əfəndi! İki həftə bundan qabaq xüsusi məktubumla bərabər keçənlərdə “İrşad”da çap olunmuş şeir-



lərimdən  bir  dənə  göndərmişdim.  Və  keçən  həftə  Səmədovlara  yazdığım  xüsusi  bir  məktub  ilə 

bərabər Məmdəli  haqqında  yeni dediyim  bir şeiri  dəxi göndərmişdim ki, sizə  yetirsinlər. Ümid ki, 

vüsul olmuşdular. Budur, bu gün də bir şeir göndəriyoram. 

Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çox şeir yazam”(5, 112). 

Bəlli olduğu kimi, ömrünü  xalqına həsr edən Mirzə Ələkbər Sabirin  ağır xəstəliklə üzləşdiyi 

zamanlarda  ona  müalicəsində  məslək  və  əqidə  dostu  Cəlil  Məmmədquluzadə  yaxından  köməklik 

göstərmişdir.  O,  Sabiri  müalicə  üçün  Tiflisə  dəvət  etmiş,  şairi  öz  evində  saxlayaraq  həyat  yoldaşı 

Həmidə xanımla birlikdə ona böyük qayğı ilə yanaşmışdır. 

Həmidə  xanım  Qarabağ  xanlarının  nəslindən  olan  Əhməd  bəy  Cavanşirin  qızı,  dövrünün  zi-

yalı qadınlarından idi. “Həyatlarını, bütün istedad və bacarığını xalqın intibahına, ictimai tərəqqiyə, 

maarif və mədəniyyətin inkişafına həsr etmiş bu iki tanınmış ziyalının səmimi ailə qurması, birlikdə 

fəaliyyətə  başlaması,  eyni  məfkurəyə,  işıqlı  məqsəd  və  mərama  xidmət  etməsi  təkcə  onların  şəxsi 

taleyində deyil, həm də ədəbi-mədəni mühitimiz üçün böyük əhəmiyyətə malik bir hadisə idi”(8, 21).  

Cəlil  Məmmədquluzadənin  şəxsi  arxivində  mühafizə  olunan  məktublardan  bəzilərini  yazıçı 

Həmidə xanıma ünvanlamışdır. Bu məktublar əsasən ailə-məişət mövzusundadır. Bir qisim məktub-

lar  isə Həmidə xanımın  ictimai  fəaliyyəti  ilə  bağlıdır. Cəlil  Məmmədquluzadənin 18  mart 1923-cu 

ildə  Həmidə  xanıma  göndərdiyi  məktub  öz  əhəmiyyəti  ilə  seçilir.  Məktubunun  əvvəlində  məişət 

məsələlərindən  bəhs  edən  yazıçı  sonradan  ədəbi  hadisələr  haqqında  məlumat  verərək  əsərlərinin 

tamaşaya  qoyulması,  “Molla  Nəsrəddin”  gecəsinin  keçiriləcəyi  haqda  yazır:  “Həmidə!  Əbdülkəri-

min oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib 

sənə bir neçə sətirlik məktub yazırıq...  

Bayram münasibəti ilə hamımız səni təbrik eləyirik... Sən çox da işə aludə olub, özünə əziyyət 

vermə.  Elə  ki,  bütün  o  işlər  səni  bezikdirdi,  dərhal  çıxıb  gəl.  Burada  maraqlı  şey  çoxdur.  Teatrın 

qızğın  vaxtıdır.  “Anamın  kitabı”nı  dalbadal  üç  dəfə  tamaşaya  qoydular.  Həmçinin  “Ölülər”i.  Bu 

günlərdə mənim yeni komediyamı, “Danabaş kəndinin məktəbi”ni göstərəcəklər. 

Aprelin  7-də  isə  Ağamalıoğlunun  və  pedaqoji  institutunun  təşəbbüsü  ilə  böyük  bir  Molla 

Nəsrəddin gecəsi keçiriləcək”(9). 

Bütün yaradıcılıq fəaliyyəti ərzində ədalətsizliyə, savadsızlığa, fanatizmə qarşı mübarizə apa-

ran  yazıçı  haqqında  akademik  İsa  Həbibbəyli  yazır:  “Cəlil  Məmmədquluzadə  XX  əsrin  əvvəlləri 

Azərbaycan  ədəbiyyatı,  mətbuatı  və  ictimai  fikrinin  ağsaqqalıdır”(10).  Onun  çoxşaxəli  fəaliyyəti 

nəticəsində Azərbaycan ədəbiyyatı və mətbuatı məzmun və formaca inkişaf edərək yeni mərhələyə 

daxil  olmuşdur.  Zəngin  biliyə,  dünyagörüşünə,  fərqli  yazı  manerasına  malik  olan  Cəlil  Məmməd-

quluzadənin epistolyar irsinin araşdırılması onun ədəbi və ictimai fəaliyyətinin daha dərindən anla-

maq üçün fürsət yaradır. Buna görə də sənətkarın məktublarının elmi təhlili ədəbiyyat tarixi baxım-

dan əhəmiyyət daşıyır. 

 

 



 Ədəbiyyat: 

 

1.  Cəlil Məmmədquluzadə (Məqalələr və xatirələr məcmuəsi) B., AMEA, 1967. 

2.  Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı. N., Əcəmi, 2009. 

3.  Tahirli A. İdrak işığında. B., Ozan, 2010. 

4.  Мушина И.Б. Пушкин и его эпоха в переписке поэта. М., Худ.лит, 1962. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə