Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

70

 



 

№ 1, 2016

 

(1893-1894) ildə çap olunub. “Qadınlar” əsərinin böyük bir hissəsi İslamiyyətin qadına verdiyi də-



yərdən və bu məsələ ilə baglı müxtəlif isnad və rəylərdən ibarətdir.  

“Göy”- 1296-cı (1878-1879) ildə çap olunan bu kitabda səma ilə bağlı 34 yazı var. Həcm:112 

kiçik səhifə. Əsər astronomik xarakter daşıyır. 

“Yer”-1296-cı  ildə  (1878-1879)  çap olunan  bu  əsərdə  Yer  Kürəsi  ilə  bağlı  34  yazı  mövcud-

dur. Həcmi:119 kiçik səhifə. 

“İnsan”- Kitab 1296-cı ildə (1878-1879) çap olunan bu əsərdə otuz yazı toplanıb. Əsərdə in-

sanların Yer üzündə göründüyü zamandan etibarən meşələrdə, mağaralarda olan yaşayışlardan, daş-

dan düzəldilmiş ilk alət və silahlardan, ilk əsərlərindən bəhs edir. Əsər antropoloji və təbiətşünaslıq 

baxımından böyük maraq kəsb edir. Həcmi:115 kiçik səhifə. 

“Əmsal”-  Əsər  1296-cı  ildə  çap  olunub  və  özündə  hikmətamiz  qəbildən  olan  2919  misal  və 

lətifələri birləşdirir. Əsər Şərq və Qərb xalqların dillərindən edilmiş tərcümələrdən, qərb filosof və 

ədiblərin  sözlərindən  edilmiş  misallardan  ibarətdir.  Eyni  zamanda  burada  müəllifin  fikirləri  də  öz 

əksini tapmışdır. Həcmi:511 kiçik səhifə. 

“Lətaif”-1300-cü (1882-1883) ildə çap olunan bu kitab 436 parçadan ibarət hikmətamiz və ib-

rətamiz lətifələrdir. Həcmi:224 kiçik səhifə. 

“Yenə İnsan”- Bu əsər 1296-cı ildə “İnsan” başlığı altında çap olunan əsərin ikinci hissəsidir. 

Burada  insanların  irqindən, cinsiyyətindən asılı olmayaraqYer kürəsində  yaşayan  bütün  bəşəriyyət 

haqqında ümumi məlumat var. Bu əsər antropoloji məlumat daşıyır. Əsər 1303-cü (1885-1886) ildə 

nəşr edilib. Həcmi:144 kiçik səhifə. 

“Lisan”( ərəbcə “dil” deməkdir.) – Dil anlayışı ilə bağlı məsələlərə həsr olunmuş əsərdir. XIX 

əsrin  sonu  Türk  ədəbiyyatı  üçün  bu  mövzu  yeni  idi  və  Sami  bu  mövzuda  yazan  ilk  müəllif 

olmuşdur.(6;416)Kitabda  aşağıdaki  mövzular  ardıcıl  sürətdə  şərh  edilir:  Lisan  məfhumu  nədir,  dil 

haqqında alimlərin dəyərli fikirləri, insanlarla heyvanlar aləminin fərqində dilin rolu, dilin meydana 

gəlmə  zərurəti,  dillərin  ömrü,  tərəqqisi,  asan  və  mürəkkəb  dillər,  Afrika  dilləri  və  bu  kimi  digər 

məsələlər  öz  əksini  tapmışdır.  Kitab  1303-cü(1885-1886)  ildə  nəşr  edilmişdir.  Həcmi:128  kiçik 

səhifə. 


“Üsuli tənqid və tərtib”-əsərdə türk dilində işlənən durğu işarələrdən geniş söhbət açan müəl-

lif hətta hər bir işarəni fasilə, müfriz, qatıa, şariha kimi adlandıraraq onların işlənmə qaydalarını da 

açıqlamışdı.  Mövzu  etibarı  ilə  bu  əsər  də  Türk  dilçilik  tarixində  ilk  müstəqil  əsər  sayılır.  Kitabın 

125-ci  səhifəsində  müəllif  əsərin  beş  il  öncə  yazılmasını  deyir  və  son  illərdə  bu  tip  kitabların  çox 

sayda  nəşr  olunduğunu  qeyd  edir.  Kitabın  sonunda  Sami  əsərdə  gətirilən  misalların  hamısı  məhz 

son  illər  ərzində  qrammatikaya  aid  nəşr  olunan  əsərlərdən  götürüldüyünü  yazır.  Kitab  1303-cü 

(1885-1886) ildə çap olunmuşdur. Həcmi:130 kiçik səhifə. 

Şəmsəddin Sami bunlardan savayı İslamiyyətin təbliğatına xidmət edən “Himmat al-himam fi 

naşr al-İslam”adlı daha bir kitab qələmə almışdır. Əsər ərəb dilində yazılmış kiçik bir kitabdır.1302-

ci  ildə  (1884-1885)  yazılan  bu  əsər  Giridli  Mustafa  Nuri  tərəfindən  türk  dilinə  tərcümə  olunaraq 

1305-ci (1887-1888) ildə Hanyada çap olunmuşdur.  

 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

71

 



 

№ 1, 2016

 

Ədəbiyyat: 

 

1.  Bilgin  Azmi.Şemseddin  Saminin  edebiyatla  ilgili  eserleri  ve  görüşleri.Türk  Araştırmaları 



Dergisi.PDF 

2.  Doğramacıoglu  Hüseyin.  Şemseddin  Saminin  kaleminden  dil  ve  edebiyat  meseleleri. 

Uluslararası Sosial Araştırmalar Dergisi.III hissə.2010 

3.  Florida  Kulla.Şemsettin  Sami.Hayatını  Türk  ile  Arnavut  Dil  ve  edebiyatına  adamış 

şahsiyet olaraq.PDF 

4.  Görkəmli  şərqşünas  alim,  filologiya  elmləri  doktoru,  professor  Aida  İmanquliyevanın 

anadan  olmasının  75  illiyinə  həsr  olunmuş  “Şərq  xalqları  ədəbiyyatı:  ənənə  və  müasirlik” 

mövzusunda  Beynəlxalq  Elmi  Konfransın  materialları”.  Bakı,  “Elm”  nəşriyyatı,  2014,  səh.722; 

Tədqiqatçı-alim Şəmsəddin Sami və onun iki tərcümə nüsxəsi haqqında məlumat. Səh.545-549 

5.  Halid Ziya. Qırx Yıl.İstanbul 1936. 3-cü cild. 

6.  İslam  Ansiklopedisi.  İslam  alemi  tarih,  cografya,  etnoqrafya  ve  biyoqrafiya  lügati.c.11, 

İstanbul Milli Egitim Basımevi-1970 

7.  Levend Agah Sirri.Şemsettin Sami. Ankara Universiteti Basımevi-1969 

8.  Türkiye Diyanet Vaqfı. İslam Ansiklopedisi. 38-ci cild. İstanbul-2010 



 

Рена Искендерли 

 

Переводы и научно-популярные произведения Шемседдина Сами 

 

РЕЗЮМЕ 

 

Шемседдин  Сами  выдающийся  деятель  Турецкой  литературы.  Он  является  автором 



очень  известных  научных  и  литературных  произведений.  Данная  статья  посвящена  литера-

турным, научно - популярным произведениям и переводам Шемседдина Сами.  



 

Rana Iskenderli 

  

Shamseddin Sami’s translates and popular scientific works  

 

SUMMARY 

 

 Shamseddin  Sami  was  an  important  figure  of  Turkish  literature.  He  is  the  author  or  well-



known scientific - popular and literary works. This article deals with Sh. Samy’s leterary works and 

translations.  

 

 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə