Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   30   31   32   33   34   35   36   37   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

78

 



 

№ 1, 2016

 

UOT: 821.512.162:   821.411.21 



 

Fəridə Əliyeva 

Qafqaz Universiteti, doktorant  

 

AZƏRBAYCANLI ŞAİRİN ƏRƏBCƏ ƏLYAZMA 

“DİVAN”ININ ŞAM NƏŞRİ 

 

Açar sözlər: Abdullah Kızılcık,“Divan”, İbrahim Gülşəni, təsəvvüf 

Ключевые слова: Абдулла Кызылчык, диван, Ибрагим Гюльшани, суфизм 

Keywords: Abdullah Kızılcık, diwan, Ibrahim Gulshani, Sufism 

 

Orta  əsrlər  Şərq  mədəniyyəti,  xüsusilə,  ədəbiyyatı  ilə  bağlı  tədqiqatlar  dünya  miqyasında 

müxtəlif  sahə  mütəxəssisləri  tərəfindən  aparılmaqdadır.  Bu  mədəniyyətin  parlaq  simaları  dəfələrlə 

tədqiq obyekti olsa da, bir çoxları hələ də üzə çıxarılmağı, yaxud da hərtərəfli araşdırılmağı gözlə-

yir.  XV-XVI  əsr  türk təsəvvüf  ədəbiyyatının  məhsuldar  nümayəndələrindən  olan  İbrahim  Gülşəni 

Bərdəi (h. 826/830 - 940) yaradıcılığı da ikinci qrupa aid mədəni irsimizdəndir.  

Ədib,  qaynaqların  məlumatına  əsasən,  Diyarbəkir,  yaxud  Bərdədə  doğulmuş,  ömrünün  bir 

hissəsini Təbrizdə Ağqoyunluların hakimiyyəti dövründə, qalan 30 ilini isə Misirdə - Qahirədə ke-

çirmişdir.  Xəlvətiyyə  təriqətinə  intisab  edən  İbrahim  Gülşəni  Qahirə,  Babüz-Züveylədəki  xanəga-

hında yetişdirdiyi müridləri ilə öz adına nisbətlə Gülşəniyyə qolunun əsasını qoymuşdur. Özü Xəl-

vətiliyin ikinci qurucu piri sayılan Seyid Yəhya Bakuvinin (v: 1466) müridi Dədə Ömər Rövşəninin 

(v:  1487)  yetirməsi  olmuş,  ona  dərin  bir  məhəbbətlə  bağlanmış  və  “Divan”ı  boyunca  onu  anacaq 

qədər sədaqət göstərmiş, beləcə tarixdə vəfalı tələbə-sevilən ustad örnəklərindən birini yaratmışdır.  

İbrahim  Gülşəninin  türk,  fars  və  ərəb  dillərində  divanları  və  10-dan  artıq  başqa  əsəri  vardır. 

Şairin türkcə əsərləri Türkiyədə və Azərbaycanda tədqiqə cəlb edilmişsə də, farsca və ərəbcə yara-

dıcılığı uzun müddətdir insaflı bir tədqiqatçının əməyi sayəsində oxucusuna qovuşacağı günü gözlə-

məkdədir. Türkiyədə Gülşəninin həyatı və ümumi yaradıcılığı ilə bağlı məlumatlar yaxud müstəqil 

tədqiqatlar, daha öncəki əsrlərdə qarşımıza çıxsa da (bax: 7) orta əsrlərdən sonra XIX-XX əsrlərdə 

şairin həyatı, fikirləri, təriqəti barədə və əsərlərinin tədqiqi ilə bağlı müstəqil əsərlər yazılmağa baş-

lanılmışdır. Bunlara  misal olaraq, Xocazadə Əhməd Hilminin  “İbrahim Gülşəni” adlı  əsəri, qardaş 

ölkədə şairlə bağlı ən geniş tədqiqat aparmış Təhsin Yazıçının doktorluq dissertasiyası və Muhyinin 

mənaqibini nəşrə hazırlaması, bir sıra məqalələri şairin həyat və yaradıcılığına işıq tutmuşdur. Daha 

sonra Himmet Konur Gülşəninin  həyatı, təsəvvüfi və ədəbi  fəaliyyəti haqqında kitab çap etdirmiş-

dir. Bilavasitə türkcə “Divan”ı və digər məsnəvilərilə bağlı isə Mehmet Akayın, Mehmet Şahinalan, 

Neriman Şimşek, İbrahim Fəzlan və başqalarının çalışmaları vardır. Farsca “Divan”ı və “Məsnəvi-

yi-Mənəvi”si ilə əlaqədar sadəcə Mehmed Ləli Fənayi əfəndinin əsərin bir hissəsini şərh etdiyi mə-

lumdur. Azərbaycanda Gülşəni ilə bağlı ilkin və daha sonra geniş araşdırmalar professor Azadə Mu-

sabəylinin səyləri  nəticəsində üzə çıxmışdır. Alim, şairin türkcə “Divan”ını  və  məsnəvilərini  nəşrə 

hazırlamışdır.  

Məqaləmizin  mövzusu  ilə əlaqədar olaraq, Gülşəninin ərəbcə  yaradıcılığı  isə  indiyə kimi sa-

dəcə Türkiyəli alim Abdullah Kızılcıkın adı ilə bağlıdır. İstanbul Universitetinin professoru olan ali-

mi bu “Divan”ı dissertasiyamıza mövzu seçdikdən sonra tanıdıq. Belə ki, iki əlyazma nüsxəsini təs-




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

79

 



 

№ 1, 2016

 

bit edə bildiyimiz ərəbcə “Divan”ın indiyə kimi tədqiq edilməmiş əlyazma olduğu qənaətilə işə baş-



ladıqdan  sonra  alimin  əsəri  əlimizə  keçdi.  Qeyd  etdiyimiz  iki  nüsxənin  biri  Təhsin  Yazıçının  bu 

“Divan”ın  yeganə  nüsxəsi  olaraq  qeyd  etdiyi  Ankara  Universiteti  Dil,  tarix,  coğrafiya  fakültəsi 

kitabxanasında  saxlanılan  kitabçı  Cevat  Purdan  satın  alınmış  nüsxə  -Üniversite  A  421  şifrli  daha 

sağlam  əlyazma,  digəri  isə  Azadə  Musabəylinin  AMEA  Əlyazmalar  İnstitutunda  B-778/I  şifrli  əl-

yazmada Rövşəninin “Külliyyat”ı ilə birlikdə üzə çıxardığı nisbətən natamam nüsxədir. Təəssüf ki, 

kataloqlara düşməsə  belə  Misirdə  bir  nüsxəsinin tapılacağına dair ümidimiz  yerində aparılan araş-

dırmalar nəticəsində özünü doğrultmadı.  

Abdullah Kızılcık “Divan”ın Türkiyədəki bütün tədqiqatçıların yekdil qənaətlə bircə nüsxəsi-

nin varlığından xəbərdar olduqları Ankara nüsxəsini çapa hazırlamışdır. Qeyd etdiyimiz kimi, Gül-

şəni və Gülşəniliklə yaxın-uzaq əlaqədar olan qaynaqlarda şairin ərəbdilli yaradıcılığı barədə iki-üç 

cümlədən  qeyri  heç  bir  şey  tapılmamasına  müqabil,  Abdullah  Kızılcıkın  fəaliyyəti  təqdirəlayiq 

olub,  bu  əsəri  çapa  hazırlaması  əlyazmaşünaslıq  və  mənbəşünaslıq  elmi  tarixi  üçün  də  önəmli  bir 

hadisədir. Bu sahədə ilk cığırın sahibi olaraq çətin bir yükü çiyinlərinə almışdır. 

Alim  2006-cı  ildə  Dəməşqdə  “Divan”ın  Ankara  nüsxəsini  “Divanu-İbrahim  Gülşəni”  adı  ilə 

tənqidli mətn (text-kritik) formatında çapa hazırlamışdır. Kitabın giriş qismində 50 səhifəlik ərəbcə 

tədqiq yazısı vardır. Bu çalışma hazırda Avropada yayğın olan tənqidli mətn tipli nəşr sayılsa da bir 

nüsxə əsasında tərtib edilməsi mətinşünaslıq baxımından dəyərini bir qədər zəiflədir. Lakin bir ərəb 

ölkəsində  nəşrə  hazırlanması  və  tədqiq  hissəsinin  ərəb  dilində  olması  daha  geniş  tədqiqlərə  rəvac 

verməsi baxımından təqdir edilməlidir. 

Müəllif kitaba yazdığı müqəddiməsində onu bu tədqiqata cəlb edən səbəb olaraq, ərəb şeirinin 

eşq qəsidələrinə müqabil bir türk şairinin də sultanül-aşiqin İbn Fariz (v: 1235) kimi rəmzi üslubda 

eşq şeirləri yazmasını göstərir. (5, s.3) Lakin əsərin yeganə nüsxə olmasının bu işi çətinləşdirdiyini 

– düşmüş vərəqlərin, pozuq yerlərin, ümumən əlyazmanın naqis olmasının oxuma prosesini ləngit-

diyini qeyd edir. (5, s.4)  

Alim kitabı iki bölüm şəklində tərtib etmişdir. Birinci bölüm - tədqiqat hissə üç fəsildən ibarət 

olub birinci fəsildə şairin yaşadığı dövr, müasiri olan türk şairlər; ikinci fəsildə ərəb ədəbiyyatında 

qəsidə,  qəzəl,  rübai  janrlarının  inkişafı;  üçüncü  fəsildə  Gülşəninin  həyatı  və  əsərləri;  sonuncu 

fəsildə  isə  Gülşəni  və  İbn  Farizin  ərəb  şeirindəki  mövqeyinə  qısaca  təmas  etmişdir.  İkinci  bölüm 

“Divan”ın mətni olub qəsidələr, qəzəllər və rübailər olmaqla üç fəslə ayrılmışdır. Müəllif kitabı ha-

şiyələr, ədəbiyyat və fehristlə tamamlamışdır. Alim “Divan”ın mətnində qəsidə və qəzəllərin əruzun 

hansı bəhrlərində işləndiyini də göstərmişdir. Kitabın tədqiq hissəsində tənqidli mətn tipli nəşrlərin 

xüsusiyyətlərinə əməl edərək müxtəsər şəkildə açıqlamalar vermiş, şairin yaşadığı dövrün onun hə-

yat və yaradıcılığına təsirlərini göstərmiş;  “Divan”dakı şeirlərin  məzmun  və üslub xüsusiyyətlərini 

şərh  etmişdir  ki,  bu  fəaliyyəti  ərəbcə  “Divan”  üzərində  ilk  müstəqil  tədqiqat  olması  baxımından 

əhəmiyyətlidir. Belə ki, o, Diyarbəkir, yaxud Bərdədən Təbrizə, oradan da Qahirəyə uzanan mədə-

niyyət körpüsünün müəyyən mənada, indiyə qədər yada düşməmiş Qahirə qolunu gündəmə gətirmiş 

və şairin yaradıcılığının bütünlüklə öyrənilməsinə vasitə olmuşdur.  

Abdullah  Kızılcıkın  “Divan”la  bağlı  çalışmasını  yüksək  qiymətləndirsək  də,  əsərin  növbəti 

tədqiqlər,  eləcə  də  bizim  tədqiqat  üçün  ilk  çap  mənbə  olduğunu  nəzərə  alaraq  tədqiqatdakı  bəzi 

əksiklikləri  diqqətə  çatdırmaqda  fayda  görürük.  Tədqiqatçının  kitabda  bilərək,  yaxud  bilməyərək 

yol verdiyi bəzi “xətalar”ı üç qrupda incələmək mümkündür.  

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə