Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

47

 



 

№ 1, 2016

 

Xanlar xanı Çindən yola düşdü 

Ki, yer üzü şahının mülkünü tutsun. 

Onun rigabında qızmış əjdaha kimi  

Üç yüz min möhkəm oxatan vardı. 

Şahın naiblərindən o, zorla 

Mavəraünnəhr mülkünü başdan-başa aldı. 

Ceyhun çayından keçərək o, tez gəlib 

Xorasanda qiyamət qopardı. 

Şah o türk basqınından xəbər tutaraq 

Öz qoşununa etibar etmədi. (9, 108) 

 

Maraqlıdır ki, filoloji tərcümədə qorunan “türk basqını” ifadəsi həqiqi mənada işlənsə də, po-



etik tərcümədə ya məcaz kimi qəbul edilmiş, ya da dövrün tələbinə uyğun olaraq ixtisar edilmişdir. 

Verilən hissənin son beyti Məmməd Rahimin tərcüməsində belə verilir: 



 

Bu çalıb-çapmaqdan xəbər tutan şah 

Güvənə bilmədi, qoşuna eyvah! (10, 108) 

 

Halbuki  tarixi  xronikalarda  belə  bir  döyüşün  həqiqətən  də  baş  tutduğunun  qeydə  alındığını, 



lakin İran hökmdarı Bəhram Gurla deyil, Xosrovun atası Hörmüzün sərkərdəsi Bəhram Çubinlə Çin 

ordusu arasında olduğunu görə bilərik. 

Nizami özü də “İskəndərnamə”də yazdığı kimi: 

 

Təqdimi-tarixi tutmayın nöqsan, 



Nöqsana məcburdur hər tarix yazan. (6, 54) 

 

Türk həmləsinin nadir halda uğursuzluqla nəticələnməsinin əks olunduğunu göstərən Bəhram 



Çubin və Çin ordusu arasındakı həmin döyüş haqqında Əfzələddin Əsgər və Məmmədəli Qıpçağın 

yuxarıda haqqında danışdığımız “Türk savaş sənəti” kitabında belə məlumat verilir: “Bütöv göytürk 

tarixində 1-2 döyüşü nəzərə almasaq, ağır silahlanmış süvarilərin qarşısı alınmayıb. ... Bu hücumun 

qarşısında  bir  dəfə  Bəhram  Çubinin  sərkərdəlik  etdiyi  fars  ordusu,  bir  dəfə  də  Çin  ordusu  duruş 

gətirə bildi. ... Bəhram Çubinlə vuruşmada (589) məhz  manevr  imkanı  məhdud olduğu üçün onlar 

məğlub oldular”. (1,132-133) 

Bu  döyüşün  təsvirinə  və  “türk  basqını”  ifadəsini  taktiki  termin  kimi  istifadəsinə  Nizaminin 

“Yeddi gözəl” əsərinin yuxarıda adı göstərilən bəhsində belə yer verilir: 

 

Qılınc belə, ox da elə olanda 

Düşməni ondan qorxmaya bilərdimi? 

Türklər bu nagahan türk basqınından 

Və yol kəsmiş elə bir zərbədən 

Hamısı qaçmağa yol axtararkən 

Qılınclar kütləşib, ayaqlar itiləşdi. 

Şahın dəmiri möhkəm qaynadığı üçün 

Türk ordusunun müqaviməti süstləşdi. (9, 110) 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

48

 



 

№ 1, 2016

 

Nizaminin türklüyə rəğbəti, türk savaş sənətinə bələdliyi türkün məğlubiyyətini təsvir edərkən 



də  özünü  büruzə  verir.  Belə  ki,  Bəhram  ordusunun  əvvəlcə  özünü  məğlub  göstərib,  sonra  əsas 

qoşunla gecə xəbərdarlıqsız hücuma keçməsini də eyni terminlə, bu üsulu ilk tətbiq edən xalqın adı 

ilə “türk basqını” adlandırır. 

 Bu əsərin başqa yerlərində də “türk basqını” ifadəsinin işləndiyini görürük. Şair bu ifadədən 

bəzən  sırf  yeri  düşdüyü  üçün,  sadəcə,  taktiki  termin  kimi,  bəzən  də  məcaz  kimi  istifadə  edir. 

Məsələn, “Bəhramın yeddi iqlim şahlarının qızlarını istəməsi” bəhsində: 

 

Sonra o, Ruma türk basqını edib 

O diyara od vurdu. (9, 117) 

 

Və ya “Birinci iqlim padşahı qızının əfsanəsi”ndə məcaz kimi: 



 

Qəribədir, sənin adın Türknazdır, 

Mənim də adım haman Türktazdır. 

Dur, türklər kimi yürüş edək. (9, 140)  

Yaxud, “Yeddinci iqlim padşahı qızının əfsanəsi”ndə: 

O, yenidən bir dəfə də xacəyə türk basqını etdi. 

Onu taparaq könlünü aldı. (9, 253) 

 

Son  iki  nümunədən  də  göründüyü  kimi,  Nizami  “türk  basqını”  ifadəsindən  məcaz  kimi 



istifadə edərkən əksər hallarda qadının kişi qəlbini ovlamasını təsvir etmək üçün bəhrələnir. 

Nizaminin  türk ordu  nizamı,  əski  türk  döyüş  ənənəsi  haqqında  bilgisini  ifadə  edən  element-

lərdən  biri  də  “Xəmsə”yə  daxil  olan  əsərlərdə  “türk  nayı”,  “kərənay”  kimi  tanıtdığı  hərbi  musiqi 

alətinin adını çəkməsidir. Bu musiqi alətinin şairin irsində məhz türk təyini ilə işlənməsi artıq onun 

hansı xalqın hərbi strategiyasının elementi kimi qəbul olunmasından xəbər verir.  

Nizami  “İskəndərnamə”  poemasının  “İskəndərin  Zəngibar  şahına  xəbər  göndərməsi”  adlı 

bəhsində yazır: 

 

İgidlər köksündə çırpınan ürək 



Dərindən inlədi türkün nayı tək. (6, 83) 

 

Yaxud, həmin əsərin “Daranın İskəndərlə müharibəsi” bəhsində oxuyuruq: 



 

Türk nayı qopardı öylə bir şivən, 

İgidlər coşaraq qopdu yerindən. (6, 141) 

 

Arif  Mustafayev  “Azərbaycanın  maddi  mədəniyyət  tarixi  (etnoqrafik  materiallar  əsasında 

tipoloji tədqiqat)” adlı  monoqrafiyasında  nəfəsli  musiqi  alətlərinin tipoloji  xüsusiyyətləri  haqqında 

danışarkən “nay”, “kərənay” aləti barədə də məlumat verir. O, çox gur, uca, zil səsi olan bu musiqi 

alətinin  əmin-amanlıq  dövründə,  toy-düyündə  deyil,  daha  çox  döyüşdə,  təhlükədə  səsləndiyini 

göstərir. Alim  yazır: “Güclü hava axını  nayın  lülə boşluğunda gur və uca titrəyişi əmələ gətirərək, 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə