Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

42

 



 

№ 1, 2016

 

-deyən şairin hökmdarın hüzuruna gəlib, onun iltifatına nail olmaq istədiyi də görünür. Nadi-



rin  bu  mənzum  məktubu  oxuyub-oxumaması,  Şakirin  onun  hüzurunda  olub-olmaması  barədə  heç 

bir  məlumatımız  yoxdur.  Ümumiyyətlə,  Ş.Şirvaninin  həyat  və  yaradıcılığı  barədə  məlumat  azdır. 

Lakin  böyük  ehtimalla  deyə  bilərik  ki,  haqqında  danışılan  hadisə  baş  verən  zaman,  1743-cü  ildə 

həmyerlilərini  belə  bir  fəlakətdən  qurtarmaq  üçün  Əfşarlar  dövlətinin  banisi,  qəddarlığı  ilə  ad 

qazanmış Nadir şaha mənzum məktubla müraciət etməyə, onunla görüşmək arzusunda olmağa, oğlu 

Nəsrulla  mirzənin  qoşunlarının  cinayətlərini  açıb  söyləməyə,  həmyerlilərini  müdafiəyə  qalxmağa 

cəsarət edən şair bu zaman hörmətli bir el ağsaqqalı, əsl vətəndaş qeyrətinə, yüksək insani xüsusiy-

yətlərə malik şəxsiyyət olmuşdur. 

  Şeirin dilinin klassik ənənədən gələn obrazlarla, ərəb-fars söz və ifadələri ilə zəngin olduğu-

nu da qeyd etmək istədik. Dilinin dramatizmi, nağıletmə intonasiyasının qabarıqlığı ilə diqqəti cəlb 

edən bu əsərdə müəllif Şirvan, Muğan, Dağıstan, İran, Şamaxı, Ərəş kimi toponimlərin, Sam Mirzə, 

Nadir  şah  kimi  şəxsiyyətlərin  adlarını  çəkmişdir.  N.Cəfərov  mənzumənin  dilinin  M.P.Vaqifin 

“Görmədim”  müxəmməsindəki  ifadə  tərzini  xatırlatdığını  göstərir  ki,  bunu  da  ədəbi-bədii  dildəki 

varislik əlaqəsi ilə izah edir (3,s.158). 

   

 Ədəbiyyat: 



 

1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. Altıncı cild. Bakı:”Elm”,1988. 

2. Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı:”Elm”,1999. 

3.Cəfərov Nizami. Füzulidən Vaqifə qədər. Bakı: “Yazıçı”,1991. 

  

Наиля Мустафаева 

 

Произведение Шакира Ширвани «Ахвали-Ширван» 

 

РЕЗЮМЕ 

 

В азербайджанской поэзии XVIII века особое место занимают стихи, написанные на ис-



торические темы. Характерно, что многие из этих стихов были написаны в жанре мухаммаса. 

Поэтическое  произведение  Шакира  Ширвани «Ахвали-Ширван»  («Положение  в  Ширване») 

описывает  историческое  событие-поднятие  восстание  в  1743  году  в  городе  Аксу  и  подав-

ление  ее  правительственными  войсками  Надир  шаха.  В  этом  произведении,  адресованном 

Надир шаху. Ш.Ширвани пишет что, местное население, которое страдает от шахских кара-

телей не было главным зачинщиком этих событий.   



 

Naila Mustafaeva 

 

Shakir Shirvani`s works “Ahvali-Shirvan” 

 

 

SUMMARY 

 

 



Poems written in the historical theme took an important place in the Azerbaijani poetry of the 

18th  century.  Most of these  poems  were  written  in  the  genre  of  mukhammas.  The  poetic  work of 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

43

 



 

№ 1, 2016

 

Shakira  Shirvani  "called  Ahvali-Shirvan"  ("Situation  in  Shirvan")  describes  the  historical  event, 



raising a rebellion  in 1743  in the city of  Aksu and  its suppression  by government troops of Nadir 

Shah. In this work addressed to Nadir Shah. Sh.Shirvani writes that, the local population, which is 

suffering from the shah's executioners were not the main instigator of the events. 

 

 



 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

44

 



 

№ 1, 2016

 

UOT: 821.512.162 



 

 

Əzizağa Nəcəfzadə 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,  

filologiya üzrə fəlsəfə doktoru 

 

NİZAMİ İRSİNDƏ TÜRK HƏMLƏSİ,  

YAXUD TÜRK SAVAŞ ƏNƏNƏSİ 

 

Açar sözlər: türk həmləsi, türk nayı, türk savaş sənəti, qurd basqını 

Ключевые  слова:  тюркский  натиск,  тюркская  свирель,  тюркское  военное  искусство, 

волчье нападение. 

Key words: turkish attack, turkish nay, turkish art of war, attack of wolf 

   

Nizami Gəncəvinin əsərlərində bəzən həqiqi, bəzən də məcazi mənada işlənən “türk həmləsi”, 

“türk  basqını”  ifadələrinə,  türkün  döyüşkənlikməharətinə,  türk  hücum  taktikasının  süjet  daxilində 

əks  olunmasına  və  türklərin  döyüşkən  simasının  məcaz  məqamında  istifadəsinə  rast  gəlirik.  Bəs 

“qurd  basqını”  kimi  də  tanınan  ildırım  sürətli  döyüş  taktikasının  türklərlə  bağlı  olması  öz  əsasını 

haradan götürür, nə üçün Nizami cəld həmləni təsvir edərkən və ya cəldlikdən bəhs edərkən məhz 

türk epitetindən bəhrələnir. Bunun tarixi əsası varmı? 

  Bu  suala  cavab  tapmaq  üçün  tarixə  müraciət  etməli,  türk  döyüş  ənənəsinin  xüsusiyyətləri 

haqqında  məlumat  verməliyik.  Əfzələddin  Əsgər  və  Məmmədəli  Qıpçaq  “Türk  savaş  sənəti”  adlı 

kitabın  “Boz  qurd  və  qədim  türk  savaş  ideologiyası”  adlı  bölməsində  ildırım  sürətli  ordu,  ildırım 

sürətli savaş ideyasının türk düşüncəsinə tarixən doğma olduğunu göstərirlər. Onlar ildırım sürəti ilə 

döyüşün  və  ya qurd kimi  savaşmanın düşmənin  canına  vahimə salıb səflərini pərən-pərən salmaq-

dan, düşmən ordusunu qoyun sürüsündəki qoyunlar tək müxtəlif istiqamətlərdə qaçmağa məcbur et-

məkdən ibarət olduğunu və bu taktikanın bozqurdlarda daha intensiv istifadə edildiyini qeyd edirlər. 

(Bax: 1, 29-30)  

  Müəlliflər türklərin bu döyüş tərzini belə təsvir edirlər: “Onlar elə qəzəblə hucuma keçirdilər 

ki, düşmən ordusunun əsəbləri bu psixoloji təsirin qarşısında duruş gətirə bilmirdi. ... İldırım sürətli 

döyüş taktikası türk savaş üsulunun xüsusiyyətlərindən idi”. (1, 132) 

  Maraqlı bir faktdır ki, qəhrəmanlıq dastanlarımızda da, məsələn, “Koroğlu”da orduda xüsu-

silə  düşmənin  nizamını  pozanların  olduğunu  görürük,  hətta  bu  eposda  bir  obrazın  Tüpdağıdan  ad-

landırılmasına da rast gəlirik. Yəqin ki, bu bir qədim ənənənin xatirələrdə qalmış izidir. Belə ki, yu-

xarıda  göstərilən  mənbədə  düşmənin  ordusunda  nizamın  pozulması  belə  təsvir  olunur:  “Ağır 

silahlanmış süvarilərin hücumu ilə düşmənin mərkəz (tüp) hissəsini yarmaq, onları iki hissəyə bölüb 

darmadağın etmək də türk savaş üsulunun tərkib hissələrindən idi. Bu ənənə bütün orta əsrlər boyu 

davam etmişdir”. (1, 132) 

  Türkün bu döyüş taktikası təkcə Azərbaycan və digər türk xalqları ədəbiyyatı nümunələrində 

deyil, digər xalqların ədəbi abidələrində də özünə yer etmişdir. Qədimliyi etibarı ilə türklərlə qonşu 

və ya bağlı olan xalqların ədəbiyyatında bu həmlə üsulunun yer aldığını, bəzən isə izinin qorundu-

ğunu  görürük.  Məsələn,  rus  ədəbiyyatının  ən  qədim  nümunələrindən  biri  sayılan  “İqor  polku  haq-



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə