Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

34

 



 

№ 1, 2016

 

 Земфира Мамедова 

 

Развитие медицины на Востоке и мультидисциплинарный  

подход к изучению древних рукописей 

 

РЕЗЮМЕ 

 

 Анализ  исторических  источников  доказывает,  что  наука  и,  в  частности  медицина,  в 

Азербайджане имеет очень древние корни, а ученые древнего Азербайджана внесли весомый 

вклад  в мировую  науку,  создавая  труды,  в  которых описывались  достижения науки.  Изуче-

ние  этих  рукописей  мультидисциплинарным  методом  позволит  выявить  общую  картину 

предмета  исследования,  в  которой  взаимодействуют  различные  дисциплины,  так  как 

комплексные исследования приводят к более полному и всестороннему изучению объекта. 

 

Zemfira Mammadova 

  

The development of medicine in the East and a multidisciplinary  



approach to the study of ancient 

 

SUMMARY 

 

 Analysis  of  historical  sources  prove, that the  ancient  Azerbaijany  scientists  made  a signify-

cant contribution to world science. 

 The study of ancient manuscripts by  multidisciplinary  method will  lead to a more complete 

and comprehensive study of science 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

35

 



 

№ 1, 2016

 

 

ƏDƏBİYYATŞÜNASLIQ 

 

UOT: 091.5; 094.2 



 

Samirə Gəncəli 

 AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi işçi 

 

 

Ə.MÜZNİBİN AVTOQRAF ƏLYAZMALARI 

 

Açar sözlər: Azərbaycan ədəbiyyatı, Müznib, Sibir, qəzəl, hürriyyət. 



Ключевые слова: Азербайджанская литература, Музниб, Сибир, газель, свобода. 

Кey words: the Azerbayjan literature, Muznib, Sibir, qazel, liberty. 

 

 XX  yüzilliyinin  birinci  yarısında  yaşayıb-yaratmış  istedadlı  şair,  yazıcı,  ədəbiyyatşünas 



Ə.Müznibin Azərbaycan ədəbiyyatı tarixində xidmətləri böyükdür. 

 Ə.Müznibin  əsərlərinin  əlyazmaları,  eləcə  də  onların  nəşr  edilmiş  nüsxələrinin  əksəriyyəti 

hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitu-

tunda, yazıçının şəxsi arxivində mühafizə olunur. 

Onun  dövrümüzə  qədər  gəlib  çatmış  əsərlərinin  avtoqraf  əlyazmaları  deyilən  fikirləri 

təsdiqləmək üçün ən yaxşı sübutdur. 

 F.23,  s.v.2  şifrəsi  altında  saxlanılan  “Bir  dostumun  məzarına”  əlyazması  1918-ci  ilin  mart 

ayının  20-də  yazılmışdır.  Təxminən  otuz  beş  yaşında  olarkən  yazdığı  şeir  bu  vaxta  kimi  nəşr 

edilməmişdir.  Çox  ehtimal  ki,  Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizə  edən  şəxsiyyətlərdən 

birinə ithaf olunmuşdur. Şeirin kimin məzarına ithaf olunduğu açıq-aşkar qeyd edilməsə də, həmin 

şəxsin  hürriyyət  yolundakı  xidmətləri  peyğəmbər  qədər  qiymətləndirilir.  Bundan  əlavə,  şeirdə 

mərhumun mənəvi dəyərləri də təsvir edilir: 

 

 Ey xaki-pak! Aya, möhtərəm məzar, 



 Sənsən ümum aləmə bir Kəbeyi-şüar. 

  

 Bağrında bir cahan yaranıb kürri-fərr ilə, 

 Aç köksüni bir aləmə dəfninlə fəxr eylə. 

 

 Hürriyyətin peyğəmbəri olmuşdu zinətin, 

 Vacib olubdu hər kəsə hər dəmdə hörmətin. 

 

 Sinəndə kim məqam tutub, xaliqi-zəfər, 

 Sanmaqdadır bəşər səni bir qibleyi-bəşər. 

 

 Qiymətli bir dəfinəni aldın quçağına, 

 Mehrabi-həqq deyilməlidir hər bucağına. 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

36

 



 

№ 1, 2016

 

 Ünsiyyətin zamanədə ey ərşi-əzəmi, 

 Feyzinlə feyzdar eylədin, xaki-aləmi. 

 

 Qibtə sənə ki, sən bəşəriyyət cahanısan, 

 Yüksək cahani-mərifətin asimanısan. 

 

 Arxivdə  nəzərimizi  cəlb  edən  materiallardan  biri  də  F.23,  s.v.21  şifrəsi  altında  saxlanılan 



“Yox” rədifli on beytdən ibarət “Hali-zarimə münasib bir qəzəl” sərlövhəli şeirdir. Şeirin sonundakı 

“Sibiriya” sözündən, eləcə də  məzmunundan aydın olur ki, şair Sibir sürgünündə olduğu  vaxt çox 

əziyyət  çəkmiş  və  şikayət  ruhlu  qəzəlini  yazmışdır.  Qəzəli  oxuduqca  şairin  ürək  yanğısı  ilə 

yarından, yurdundan, el-obasından ayrı düşüb, qürbət ölkədə tək-tənha qaldığının şahidi olursan. 

 Adətən klassik  lirikanın əsas  nümunəsi kimi qəzəl  nakam  məhəbbət, hicran vüsal  məzmunu 

daşıyır. Bu qəzəlin forması klassik ənənənin davamı olsa da şairin əhval-ruhiyyəsi, qəzələ verilmiş 

başlıqla səsləşir. Beləliklə, lirik şeirə yenilik gətirilmişdir: 

 

 Yanar qəm atəşinə canım Allah, qəmküsarım yox, 



 Sızıldar ney kimi qəlbim, davamım yox, qərarım yox.  

 

 

 Gözüm giryan, dilim guyan, bədən üryan, ürək büryan, 

 Talanmış bir zəliləm, mal-mülküm yox, mədarım yox. 

 

 Əsiri-dəsti zülm oldum, saraldım, gül kimi soldum, 

 Həzin bülbül kimi öldüm, səsim yox, ahu zarım yox. 

 

 Yemək yox, yuxulamaq yox, qürbət ölkə, istirahət yox, 

 Qolu bağlı, dili bağlı qalıb, heç işdə karım yox. 

 

 Adım aşiq ikən dünyada min-min can arasında, 

 Sevməli nazənim yox, gözəl nazəndə yarım yox. 

 

 Mənə Məcnun dedisə, hər görən sırf iftira etdi, 

 Zibəski bircə Leylavəş nigari-gülüzarım yox. 

 

 Qəribi-dərbədər, bir sərsəri dərvişi-məğbunam, 

 Yerim yox, məskənim yox, hörmətim yox, etibarım yox. 

 

 Mənimlə yar arasında yolu məsdud edib əğyar, 

 Qəmim çox, möhnətim çoxdur, vəli üzzü vüqarım yox. 

 

 Ürək vüslət dilərsə, bixəbərdir zülmi-düşməndən, 

 Fəraq ilə çürür ömrüm, xülasə ixtiyarım yox. 

 

 Səba, ol yari-məhruyə de, əfv etsin məni-zari, 

 Tutulmuş yollarım gəlməkligə bir rəhgüzarım yox. 

 

Göründüyü kimi, ağır sürgün  həyatı da azadlıq, hürriyyət şairi  Müznibi  yaradıcılıqdan uzaq-



laşdıra bilməmişdir. 

 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə