Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

40

 



 

№ 1, 2016

 

   


 

Mərd olan min bəd bu dəvayə pərva qılmasın, 

   

Dəhrara bu şüğli-biəncamı peyda qılmasın, 

   

Ta özün bihudə bu aləmdə rüsva qalmasın, 

   

Hiç kim bu səltənət babında dəva qılmasın, 

   

Çərx anı qılmış müsəlləm Nadiri-dövran uçur (1,s.289). 

 

Ş.Şirvani  Şirvan  əhlinin  əzablarını  azaltmaq,vəziyyətin  faciəviliyini  Nadir  şaha  çatdırmaq 



üçün  baş  verənlərdədə  əsas  günahkarların  kənardan  gələnlər,  fitnə-fəsadçılar  olduğunu,  iddia  edir. 

O,  bir  neçə  dəfə  ləzgi  silahlı  dəstələrinin  adını  çəkir,  “Küfrdür  ol  ləzgiyi-bədxişə  qılmaq  etibar” 

(1,s.289)  deyir.  Şeirin  sonunda  isə  şaha  müraciətən  bildirir  ki,  əgər  Dağıstanın  bədəməl  insanları 

cəzalandırılmasa, ölkədə nizam-intizam yaratmaq mümkün olmayacaq: 

   

 

Bilmiş ol kim, həşrdən bir mülk olmaz bər nizam, 



   

Qılmasan tənbih əgər əşrarı-Dağıstan üçün (1,s.291). 

 

Doğma  dili  olan  Azərbaycan  türkcəsini  yaxşı  bilən,  çox  zaman  bu  dildə  danışan  Nadir  şah 



Əfşara  mənzum  məktubunda  “bilmiş  ol”  kimi  felin  əmr  formasında  müraciət  etməsi  Şakirin 

cəsarətindən xəbər verir. Tarixdən məlumdur ki, yalançı Sam Mirzələrin hakimiyyətə gələrək İrana 

qarşı üsyan qaldırmalarında Osmanlı dövlətinin mühüm rolu vardı, bu məsələdə Dağıstan hakimləri 

osmanlılarla  həmrəy  idilər.  Qazıqumuq  xanı  Surxay  xan  osmanlıların  himayəsi  altında  bir  müddət 

Şamaxıda hakimlik etmiş, İran ordusunun yaxınlaşdığını eşidib 1734-cü ildə Dağıstana çəkilmişdi. 

Həmin  ildə  Nadir  şah  Şamaxını  ələ  keçirdi,  səhəri  yerlə  yeksan  edib  əhalini  “Yeni  Şamaxı” 

adlandırdığı  Ağsuya  köçürdü.  Bundan  sonra  da  Şirvanda,  Yeni  Şamaxıda  iğtisarlar  törədilərkən, 

Surxay  xan,  dağıstanlılar  bu  işlərdə  fəal  iştirak  etmişdilər.  Göründüyü  kimi,  Şirvanda  baş  verən 

qanlı hadisələrdə dagıstanlıların da günahkar olduğunu söyləyən Ş.Şirvani haqlı olmuşdur. 

  Şair  Nadir  şahın  göndərdiyi  hərbi  hissələri  “ləşkəri-nüsrətşüar”-  “qalıb  ordu”  adlandırır, 

onların gəlişini klassik ədəbiyyatda ənənəvi olan obrazla təsvir edir, səadət günəşi şıxdıqda ulduzlar 

yox olur-deyir, şeytan firqəsinə bənzətdiyi üsyançıların sonunun çatdığından xəbər verir: 

 

 

 



Çıxdı xurşidi-səadət, əncüm oldu tarımar, 

 

 

Ləfzi-bismillah oxundu firqeyi-şeytan üçün (1,s.289). 

 

“Günəş”  dedikdə  Nadir  şah  və  qoşunları,  “ulduzlar”  dedikdə  isə  üsyançılar  nəzərdə  tutulur. 



Günəş çıxarkən, əlbətdə ki, ulduzlar gözdən itər, yox olar.”Şeytan firqəsi”nin məğlubiyyətini müəl-

lif  başqa  cür  də  şərh  edir,  onların  bismillahı  oxundu-deyir  ki,  bu,  danışiq  dilindən  gələn  ifadədir. 

Xalq  içində  belə  bir  inanış  vardır  ki,  şeytanı  qovmaq  üçün  “bismillah”sözünü  tələffüz  etmək 

kifayətdir. Bundan sonra şair Nəsrulla Mirzənin başçılıq etdiyi şah qoşunlarının yerli əhaliyə etdiyi 

zülmləri  ürək  ağrısı  ilə  təsvir  edir.  Əsas  günahkarların  adlarını  çəkməyə  cəsarət  etməyən  Şakir 

onların əvəzinə çərxdən, dövrandan narazılıq etməyə məcbur olur: 

 

 

 



Əl-əman, fəryad bu zülmündən, ey qəddar çərx, 

 

 

Qıldın islam əhlini pürdərdü pürazar, çərx (1,s.290). 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

41

 



 

№ 1, 2016

 

Şairə ağır təsir edən odur ki, cəza dəstələri günahkar-günahsız bilmədən nahaq yerə insanların 



qanını tökürlər, bu dəhşətli hadisə Kərbəla müsibətini unutdurmuşdur: 

 

 



 

Mücrümü namücrümün fərq etməyib divanını, 

 

 

Filhəqiqət bağladı dövran dəri-ehsanını, 

 

 

Tökdülər nahəq yerə çox bigünahın qanını, 

 

 

Xəlq unutdu bu cəfadən Kərbəla meydanını, 

 

 

Ya kərimi-dadrəs, sən yet bu gün divan üçün (1,s.290). 

 

  Əsərdə  məqamdan  istifadə  edib  Yeni  Şamaxıya  hücum  edən  xristianların,  “kafəristan 



əhlin”in də yerli əhaliyə zülm etmələrindən, adamları öldürmələrindən danışırlır: 

 

 



 

Çünki fürsət düşdi, yaran, kafəristan əhlinə, 

 

 

Çəkdilər tiği-siyasət çox müsəlman əhlinə, 

 

 

Verdilər cami-şəhadət, yəni iman əhlinə (1,s.290). 

 

  Şair ürək ağrısı ilə deyir ki, Şirvan camaatının qanı sel kimi axdı, var-yoxu talan edildi. Bun-



dan  başqa,  deyilir  ki,  Şirvanın  çox  hörmətli,  dərviş  xasiyyətli  iki  kədxudası  da  qətlə  yetirilmişdir. 

Xristianların  bu  hadisədə  iştirakı,  həlak  edilmiş  iki  kədxuda  barədə  tarixdə  bir  məlumata  rast 

gəlmirik.  Bu  fikirdəyik  ki,  XVIII  əsrdə  baş  vermiş  bir  sıra  hadisələri  işıqlandırarkən  tarixi 

mənzumələrin köməyindən də istifadə etmək lazımdır. 

  Mənzumə  boyu  görürük  ki,  müəllif  təsvir  etdiyi  hadisələrə  soyuqqanlı  müşahidəçi  kimi 

deyil,  iştirakçı,  zərər  görmüş,  başı  bəlalı  xalqın  nümayəndəsi  kimi  münasibətini  bildirmişdir.  Bəzi 

bəndlər  “ey  driğa”  (“əfsus”),  “bu  mürüvvətdirmi”  sözləri  ilə  başlanır  ki,  bu  da  şairin  baş  verənlər 

barədə fikirlərinin, hiss və həyəcanlarının ifadəsidir. Şakir bəzi bəndlərin əvvəlində “sanma ki”,”sən 

demə”  kimi  ifadələrlə,  elə  bil  ki,  oxucunu,  Nadir  şahı  dialoqa  çəkir,  onunla  həmsöhbət  olub  əsl 

acınacaqlı  həqiqəti  açıb  göstərmək  istəyir.  Ş.  Şirvaninin  acı  təəssüfünün  həddi-hüdudu  yoxdur,  o, 

baş verənləri  heç  bir  insaf,  mürvət məntiqinə sığdıra bilmir. Axı  belə bir cənnət diyar, dua əhlinin 

vətəni olan Şirvan nə üçün nakəs və nadanların əlindən əziyyət çəkməlidir: 

 

 

 



Bu mürüvvətdirmi, Şirvan cənnətül-məva ikən, 

 

 

Zinəti-ruyi-zəmin, arayişi-dünya ikən, 

 

 

Məlcəi-əhli-dua, fəqr əhlinə məva ikən, 

 

 

Dustlar nüzhətfəza, düşmənləri ə`ma ikən, 

 

 

Cayi-tə`nəndaz ola hər nakəsü nadan üçün (1,s.290). 

 

  “Sanma kim, dövran özü  mundan peşiman olmaya”, ”Çıxsın ol gözlər ki,  bu əhvala giryan 



olmaya” deyən Şakir təsvir etdiyi cinayətləri zamanın  məhkəməsinə  verir, bu hadisələrin dövranın 

özü  tərəfindən  qınanacağını  iddia  edir.  Mənzumənin  son  bəndlərində  müəllif  Ərəşdə  iqamətkah 

qurmuş  Nadir  şahı  tərifləyir,  onu  bənzəri  olmayan  hökmdar,  “şəhriyari-xoşxisal”  adlandırır,  ona 

dualar edir. Şairi sevindirən odur ki, Nadir düşmənləri aradan götürdükdən sonra Ərəşin əyanlarını, 

əhalisini ətrafına toplamışdır (“Astani-pakinə əyanü ətfali Ərəş”...). Deməli, hökmdarın şirvanlılara 

qarşı  qəzəbi  soymaqdadır.  Şeirin  sonunda  Şakir  üzünü  Yaradana  tutur,  sidqini  Allah  ilə  möhkəm 

tutanlar zillət (əziyyət, rəzalət) içində qalmaz-deyir. 

 

 



 

Dövləti-pabusinə min Hatəm eylər iltifat, 

 

 

Məni-sərgərdan gəzər bir loğmeyi-ehsan üçün (1,s.291) 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə