Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

29

 



 

№ 1, 2016

 

Aliyeva Gulara İsabala kızı 

 

In the treasury of archaeological documents 

 

SUMMARY 

  

The article refers to archeographic and historical documents that have a significant importan-



ce in the study of the history of Azerbaijan, preserved in the collections of the Institute of Manus-

cripts named after M. Fuzuli of Azerbaijan National Academy of Sciences. Among these documents 

are particularly marked decrees XVI-XIX centuries, having scientific and historical significance. In 

the article described archeographic and historical materials that were in eight sections. 

 

 

 

 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

30

 



 

№ 1, 2016

 

UOT: 61:091; 930.272 



 

Zemfira Məmmədova  

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi işçi 

 

 

ŞƏRQDƏ TİBB ELMİNİN İNKİŞAFI VƏ TİBB  

ƏLYAZMALARINA MULTİDİSTİPLİNAR BAXIŞ 

 

Açar sözlər: təbabət, təpitmə, müalicə  

Ключевые слова: медицина, лечение, припарка  

Key words: medicine, treatment, poultic 

 

Dünyada  hər  şey  inkişaf  edir.  Təbiət  daim  qanunauyğun  sürətdə  dəyişir.  İnsan  cəmiyyəti  də 

inkişaf edir. Bunu ən böyük tarixi tərəqqi, misilsiz ictimai dəyişiklər əsri olan bizim əsrimiz xüsu-

silə göstərir. 

Maddi  aləmin  inkişafı  insanların  şüurunu,  onların  ideyalarını,  nəzəri-baxışlarını  təsir  edərək 

dəyişdirir.  Yeni  elm  sahələri  və  elmi  yanaşmalar  meydana  çıxır,  təkminləşir,  köhnələnir  və  yox 

olur. Onların yerinə daha təkminləşmiş yanaşmalar ortaya çıxır. 

Elm - dünyanın dərk olunması prosesinin ən yüksək ifadəsidir. Elm sübut edir ki, bütün kəşf-

lərin  və  yeniliklərin  kökündə  əsrlər  boyu  yoxlanılmış,  təsdiqlənmiş  həqiqətlərin  toplusu  durur.  Bu 

toplunun  əsasını  isə  əsrdən-əsrə,  nəsildən-nəslə  keçərək  bizim  dövrümüzədək  gəlib  çatmış  qədim 

əlyazmlar  təşkil  edir.  Bu  əlyazmaların  hər  biri  ayrı-ayrı  dövrlərin,  bizim  ümumi  tariximizin  və 

mədəniyyətimizin məhsuludur. 

Texnika və yüksək texnologiyalar əsrində bütün elm sahələrində inanılmaz kəşflər və qələbə-

lərin əldə olunmasına baxmayaraq tarixin qaranlıq qalmış səhifələri çoxdur. 

Elmin  nailiyyətlərindən  səmərli  surətdə  istifadə  edə  bilmək  üçün  ən  mühüm  şərt,  onun 

müxtəlif  aspektlərdəki  tədqiqinin  bir-biri  ilə  əlaqəli  şəkildə  aparılması  və  bir-birini  tamamlaya 

bilməsidir. Bu baxımdan,  müasir dövrdə tədqiqat prosesində  multidistiplinar  yanaşmanın  meydana 

gəlməsi zəruridir. 

Tarixə  nəzər  salsaq  görərik  ki,  hələ  ibtidai  icma  dövründə  yaşayan  insanlar  ətrafında  baş 

verən hadisələr və onların səbəbləri ilə maraqlanır və dünya haqqında bilikləri artırmağa çalışırdılar. 

Məsələn,  Göy  cismlərininin  öz  yerini  dəyişməsi  qədim  insanları  maraqlandırırdı.  Hətta  ibtidai 

insanlar dərman bitkiləri haqqında müəyyən biliklərə malik idi.  

E.ə, I minilliyin əvvəllərində Azərbaycan ərazisində ilk dövlətlər meydana gəlmişdi. Bunların 

ən  böyüyü  və  güclüsü  Manna  idi.  Orada  elm  və  mədəniyyətin  inkişafına  böyük  diqqət  verilirdi. 

Tibb, astronomiya və həndəsəyə aid biliklər xüsusi gil lövhəciklərdə, mixi yazılarla (xüsusi heroq-

liflərlə)  həkk  olunurdu.  Mannanıların  minerologiya,  kimya,  riyyaziyyat,  hüquq  və  s.  sahələrdə 

təsəvvürləri  var  idi.  Bu  dövlətdə  elmi  inkişafın  ən  vacib  şərti  olan  yazı  mədəniyyəti  mövcüd  idi. 

Bundan  başqa,  burada  elmi  savad  tələb  edən  sahələrdən  biri  də  kargüzarlıq  olmuşdur.  Əhalidən 

vergilərin  yığılması,  dövlət  büdcəninin  layihələşdirməsi,  gəlirlərin  və  xərclərin  hesablanması  riya-

ziyyata və hüquq elmlərinə aid biliklərin inkişafına təkan vermişdi. 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

31

 



 

№ 1, 2016

 

E.ə. VIII əsrdə Azərbaycan  və İran torpaqlarında  Midiya dövləti  yarandı. Midiya dövlətində 



elmə böyük əhəmiyyət verilirdi. Burada ən qədim əlifbadan istifadə olunurdu. 

Roma tarixçəsi Pini, e.ə. III əsrdə yaşamış yunan alimi Hermippə istinad edərək yazır ki, zər-

düştlərin 2 milyon sətirdən ibarət kitabları var idi.(1;38 ) Təəssüf ki, Avestdan başqa bu kitablardan 

heç birisi günümüzə gəlib çıxmamışdır. 

VII  əsrin  I  yarısında  Şərqdə  İslam  dini  meydana  gəlməsi  elm  və  mədəniyyətin,  o  cümlədən 

tibb  elminin  sürətlə  inkişaf  etməsinə  təkan  vermişdir.  Məhəmməd  Peyğəmbərin  “Bir  saat  elmlə 

məşğul olmaq, altmış il ibadətdən üstündür” hədisi Şərqdə alimlərin yetişməsinə səbəb oldu. 

Ümumiyyətlə Orta əsrlərdə yüksək inkişaf etmiş, Şərq elm və mədəniyyət tarixi, öz əzəməti, 

zənginliyi ilə ümumbəşər mədəniyyətin təkamülünə, formalaşmasına böyük təsir göstərmiş, onun ən 

dolğun  qaynaqlardan  biri  hesab  olunur.  Şərqdə  başqa  elmlərlə  yanaşı  geniş  yayılmış  və  inkişaf 

etmiş elm sahələrindən biri də tibb və əczaçılıqdır (təbaətdir). 

Təbabətin  mənşəyi,  ilk  insanın  narahatlığını dəf etmək  məqsədi  ilə təbiətə müraciət etməsin-

dən  başlanır.  İlk  dərmanlar  isə  bitkilər  olub.  Təbiət  insana  hər  cür  nemət  bəxş  etdiyi  kimi,  hər 

dərdin  dərmanını  da  verib.  Araşdırmalar  göstərir  ki,  hələ  qədim  vaxtlardan  alimlər  anatomiyadan 

xəbərdar  olub,  qan  dövranı  sisteminin  mövcudluğunu  və  funksiyalaşmasını  yaxşı  bilir,  insan 

bədəninin mərkəzi saydıqları beynin rolunu öyrənirdilər.  

Deməli, təbabət tarixi insanın özü ilə yaşıddır və insanın yaşamaq uğrunda mübarizəsinin bir 

qismini təşkil edir. Buna görə də illər, əsrlər boyu xalq təbabəti ilə məşğul olan mütəxəssislər yetiş-

mişdir. Yazı meydana gəldikdən sonra təbabətin təcrübələri qələmə alınmışdır. 

Mənbələrədə  göstərillir  ki,  “Apteklər  ilk  dəfə  olaraq  Şərqdə  yaranmışdır.  Şərq  xalqlarının 

təbabəti  intibah  dövrü  Avropa  tibb  elmini  zənginləşdirmiş  və  onun  qiymətli  mənbələrindən  biri 

olmuşdur”.  (  2;43  )  Elmin  başqa  sahələrində  olduğu  kimi,  tibb  elmi  də  məhz  Şərqdən  Avropaya 

yayılmışdır. Azərbaycanda təbabətin sürətlə inkişafı VII əsrlə bağlıdır.  

Orta əsrlərdə xalq təbabətinin inkişaf etməsində Şərqin məşhur alimi Əbu Əli ibn Sinanın çox 

böyük xidməti olmuşdur. O, çoxlu miqdarda dərman bitkilərini öyrənmiş və onların müxtəlif xəstə-

liklərin  müalicəsində  müsbət  rolunu  göstərmişdir.  İbn  Sina  öz  yaradıcılığında  bütün  elmləri  əhatə 

etməyə  çalışmışdır.  Onun  əsərlərində  məntiq  elmləri,  ilahiyyat,  riyaziyyat,  astronomiya,  musiqi, 

fizika, təbabət, kimya kimi elmlərə rast gəlmək olar. 

Məlum  olduğu  kimi,  Xilafət  dövründə  (VII-IX  əsrlər)  Azərbaycan  ərəb  qoşunları  tərəfindən 

işğal  olunaraq  xilafətin  tərkibinə  qatıldı.  Müxtəlif  xalqların  vahid  bir  dövlətin  tərkibinə  qoşulması 

və  bir-biri  ilə  ünsiyyətdə  olması  elmlərin  və  mədəniyyətlərin  sürətlə  inkişafına  gətirb  çıxartdı.  IX 

əsrdə bünovrəsi qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam edirdi. 

Mübaliğəsiz  demək  olar  ki,  IX-XII  əsrlərdə  İslam  dünyası  bəşəriyyət  sivilizasiyasının 

zirvəsini təşkil edirdi. Ən böyük mədrəsələr rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar 

məhz müsəlman Şərqində yerləşir, ən güclü alimlər burada çalışmışdılar. 

XIII-XIV Azərbaycanda bütün elm sahələri, xüsusilə dəqiq elmlər daha sürətlə inkişaf edirdi. 

Təbriz, Marağa, Urmiya, Xoy, Ərdəbil, Şamaxı, Beyləqan, Gəncə və s. şəhərlərdə görkəmli alimlər 

yaşayıb yaradırdılar. 

XIII-XIV  əsrlərdə  təkcə  Azərbaycanın  cənubunda  67  xəstəxana  var  idi  və  orada  tibb  və 

əczaçılıq  elmləri  üzrə  peşəkar  mütəxəssislər  çalışırdılar.  XIV  əsrin  əvvələrində  Təbrizdə  “Dar  üş-

şəfa” ( “Şəfa evi”) adlı elmi mərkəz təşkil edilmişdi. Mərkəz tədris ilə yanaşı, tibb müəssisəsini və 

xəstəxananı birləşdirdi. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə