Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

22

 



 

№ 1, 2016

 

görür və bildirir ki, üç günə gözün şişi çəkiləcək, qan təmizlənəcəkdir.  



“Digər dəvayi-çeşm”də yazır: 

 

Göz qızara, gicişə, yaşı axa, 



Görə xəlqi dumanlı çünki baxa. 

Bir dirhəm zəncəbil, mazı uni 

Səhəq edib çək gözə ani. 

 

Burada konyuktivit xəstəliyindən söhbət gedir. Bu gün tibbdə müxtəlif göz damcılarından və 



mazlardan istifadə edilir. Nidai də bir dirhəm zəncəfili mazı unu ilə qarışdırıb gözə çəkməyi məslə-

hət görür.  

Gözə  birdən-birə  ağ  düşdükdə  görmə  qabiliyyətinin  tam  itə  biləcəyini  qeyd  edən  müəllif 

növbəti “Digər dəvayi-çeşm”də ağı aradan aparmaq üçün eyni miqdar nişatırla mərzi döyüb hər gün 

mərci miqdarında gözə tökməyi məsləhət görür. 

Növbəti  nəzmdə  isə  gözə  ağ  su  enən  zaman  tez  tədbir  görməyin  gərəkliliyini  qeyd  edən 

müəllif andız, fərfyun, hənadan ibarət yaxma təklif edir.  

“Dəvayi-nəfəs” adlı nəzmdə  

 

Durmaz isə burun qanı,  

Sirkə əsrarı, hazır et ani. 

 

deyən  Nidai  burun  qanaxmasının  qarşısını  almaq  üçün  sadə  bir  vasitə  təklif  edir.  Digər 



nəzmdə isə qulaq karlığında da sirkədən istifadə olunduğunun şahidi oluruq. Müəllif yazır: 

 

Bir qulaq da eşitməz ola müdam, 



Turp yağın damızdıra sübh ilə şam. 

Sirkə buği dəxi münasibdir, 

Elmi-tibdə bu həm müvafiqdir. 

 

Sonra  müəllf  dərmanın  necə  hazırlanmasını  göstərir:  sirkə  bir  qaşıq,  1-2  qaşıq  su,  bir  baş 



sarımsağı qabığı ilə həvəngdə döyüb atəşə qoymaq və alınan suyu qulağa damızdırmaq. 

Nidai  diş  xəstəliklərindən  bəhs  edən  nəzmlər  də  yazmışdır.  Diş  ağrısı  olduqda  məvizi  bir 

qədərin  səhəq  edib  suda  isladıb  bir  saat  saxlayandan  sonra  dişin  üstünə  qoymağın  yaxşı  nəticə 

verdiyini qeyd edən təbib yazır ki, əgər diş çürüsə, kökü qalsa, onun üstünə sarımsaq qoysalar, onu 

çəkib çıxardar. O həmçinin bildirir ki, əgər diş yerində oynayırsa, fil-fili döyüb hər gecə dişin dibinə 

əksən, yaxşı olar, daha oynamaz.  

Nidai  ağız  boşluğunda  baş  verən  xəstəlikləri  bir  neçə  nəzmdə  təqdim  etmişdir.  “Dəvayi-

dilçək” adlı nəzmdə yazır: 

 

Dilçək olsa boğaz içi dolsa, 

Yeməgi yeməgə ziyan olsa. 

Bir yumurda sarısı, bir parə duz, 

Cüzbədairəm qarışdururuz. 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

23

 



 

№ 1, 2016

 

Dilçək üzrə ani yaxi eylə, 

Lazım olursa, bir dəxi eylə. 

 

Təbib yazır ki, boğaz yumrulansa, sarı yumrunu yumşaltmaq üçün fərfyun yağı ilə təla etmək 



lazımdır. Bu mərhəmi bir neçə gün çəksələr, boğaz sağalar, yumru əriyib yox olar.  

Nidai bu mənzum əsərində tənəffüs xəstəliklərinə də yer vermişdir. “Əlaci-vərəm” nəzmində 

yazır: 

 

Bəlğəm ki, dola öykən, 

Ana timar eylə, gəlsin erkən. 

 

Müəllif burada ilkin çiyıərləri bəlğəmdən təmizləməyi məsləhət görür və yazır ki, xəstə gərək 



yüz dirəmdən bir qədər az miqdarda at yağını içməlidir. Əgər ildə bir-iki dəfə içsə, həmin xəstəlik-

dən əsər-əlamət qalmaz. 

“Dəvayi-zeyqən-nəfəs” adlı nəzmdə nəfəs tutulmasından (astmadan) bəhs edən Nidai göstərir 

ki, əgər insanda bu xəstəlik olsa, nəfəs alıb-vermə çətinləşər. çoxları bu xəstəlikdən can vermişlər. 

bu  dərd  üçün  çox  dərmanlar  yazılmışdır.  Müəllif  burada  öz  hazırladığı  göstərir  və  onu  yadda 

saxlamağı tövsiyyə edərək yazır ki, əvvəla xəstəni ishal etdirmək, sonra yüz dirhəm üzərrik toxumu, 

iki  dirhəm  fərfyun,  əfyun  və  aqirqərha  hər  birindən  bir  dirhəm  olmaqla  hazırlanmış  dərmandan 

yatan  vaxtda  yarım  dirhəm  çeynəyib  udmaq  lazımdır.  Üç  dəfə  yesə,  bəlğəmi  həll  edər.  Bunu  öz 

təcrübəmizdə etmişik. 

Əsərdə şəqaq xəstəliyinin müalicəsindən bəhs edən “Əlaci-şəqaq” nəzmi belə başlayır: 

 

Əldə, ayaqda gər şəqaq ola, 

Niyyətin andan ənsəraf ola. 

Ta bunun yetmiş qıl istemal, 

Ta həmişə günün ola xoşhal. 

Bəlğəm zəhməti edər zail, 

İmtəhan eyləyən olur qail. 

 

Müəllif xəstəliyin müalicəsində yazır ki, beş dirhəm ravəndi-Çini, beş dirhəm səlmin, səkkiz 



dirhəm seyq, hərəsindən 25 dirhəm günlük, mazı, aqirqərha, 100 dirhəm buğda unu götürüb, bunları 

limon  suyu  ilə  yoğurub  noxud  qədəri  həblər  etmək  lazımdır.  Gecə  üç,  gündüz  üç  qəbul  etmək  və 

pəfriz saxlamaq lazımdır. 

 Firəng zəhməti xəstəliyin müalicəsini nəzmə çəkən Nidai bir neçə dəva təklif etmişdir. Nəzm 

belə başlayır: 

Gər firəng zəhməti ola düşvar, 

Böylə etdim əlac ana hər bar. 

Övni-Həqq ilə kimsə hiç məhrum 

Qalmadılar ərəb, əcəm, gər rum. 

 

Nidai  yazır  ki,  xəstəyə  beş  gün  beş  firəng  həbi  vermək,  sonra  şərbət  içirdib  ishal  etdirmək 



lazımdır.  Sonra  üç  gün  üç  həb  vermək  və  yenə  də  şərbət  içirtmək  lazımdır.  Bir  xəstəyə  yüz  həb 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

24

 



 

№ 1, 2016

 

kifayət  edər.  Firəng  həbini  hazırlamaq  üçün  12  dirhəm  zeyqi,  iki  dirhəm  səlmini  götürürlər,  otuz 



dəqiqə  limon  suyu  ilə  yoğurub  həblər  düzəldirlər.  Nidai  həmçinin  müalicədə  Allahı  da  unutmur, 

yazır ki, “qurtulur əmri-həqq ilə” yazır.  

Burada  behəq,  müxtəlif  növ  bəvasir  xəstəlikləri,  sarılıq,  səddə,  dalaq  xəstəlikləri  də  nəzmə 

çəlikmiş və müalicəsi verilmişdir. 

  

Ədəbiyyat: 

 

1. Məhəmməd Nidai. Kitabi-tibbi-mənzum. Ə/İ B-6359 

2. Ay Ümran, Nidai, Dürr-i Manzum (İnceleme-Karşılaştırmalı Metin), Marmara Üniversitesi 

Türkiyat araştırmaları Enstitüsü, Yayımlanmamış Yüksek Lisans Tezi, İstanbul 2000, s. 664. 

3.Çankaya  N.  Osmanlılarda  Manzum  tıp  Eserleri.  Hekim  Nidai  ve  Ed-Dürrül-Manzum.  P 

dergisi, sayı:27, Güz 2002, s. 80-91.  

4.Hekim  Derviş  Nidainin  ed-Dürrül-Manzum  Adlı  Eserinin  Türk  Tip  Tarihi  Açısından 

Önemi. Uluslararası Tip Tarihi Konqresi Bildiri Kitabı: 1-6 Eylül 2002, c.II, Ankara 2005, s. 835-

42. 

 5. Nuran Öztürk. 



nrvimaz@cu.edu.tr

 

 



Сонаханум Гамид кызы Гадиева 

 

Заболевания, методы лечения и лекарственные препараты 

в бакинской копии произведения " Китаби-тибби-манзум" Мухаммеда Нидаи 

 

РЕЗЮМЕ 

 

В Институте Рукописей имени Мухамеда Физули НАНА под шифром В-6359 хранится 



произведение  Мухаммеда  Нидаи  "Китаби-тибби-манзум".  Здесь  представлены  описания 

множеств болезней, их симптомы и лечение в стихотворной форме. Каждое стихотворение в 

произведении посвящено отдельной теме. В произведении говорится о заболеваниях ротовой 

полости, зубных и глазных болезнях, дыхательных путей, кожных болезнях, инфекционных 

и других заболеваниях, а также их лечении. 

Sonakhanim Hamid kizi Hadiyeva 

 

Diseases, treatment methods and medicines in the Baku copy of Mahammad Nidai's work 

"Kitabi-Tibbi-Manzum" 

 

SUMMARY 

 

In  the  Institute  of  Manuscripts  named  after  Mahammad  Fizuli  of  ANAS  is  preserved 



Mahammad Nidai's work "Kitabi-tibbi-manzum" under the code В-6359. Here have been presented 

some  diseases,  their  indications  and  treatments  expressed  in  verse.  Each  poem  in  this  work  was 

devoted to the new subject. Here were given in verse mouth cavity, teeth, eye, breath, skin diseases 

and their treatments.  




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə