Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

17

 



 

№ 1, 2016

 

müntəhasi  oldi”  (5,  2b).  Şərhin  yazıldığı  mövzu  ilə  bağlı  isə  “işbu  kitabln  mövzui  vücudi-həqdir, 



pəs bu elmin mövzui-cəmi elmin mövzuatından əladır və iclaldır” ( 5, 2b). 

“Müntəha” strukturuna görə: 1. yayma, döşəmə; 2. hazırlıq, hazırlama; 3. düzəltmə, islah et-

mə,  nizama  salma  mənalarını  daşıyan,  burada  daha  çox  üçüncüyə  uyğun  “təmhid”lər  üzrə  qurul-

muşdur. Onların sayı 13-dür. Məzmunca  bu təmhidlərin  hər birində  müəllif  mübahisə doğuran hər 

bir şərə müxalif (zahirən və ya həqiqətən) fikirləri elmi əsas və mənbəələrlə islaha çalışır. Məsələn, 

üçüncü  təmhiddə  göstərilir:  “Şeyin  həqiqi  təyini  keyfiyyətidir.  Elmi-həqqdə  və  dəxi  hər  şeyin 

vücudi,  vücudi-həqqin  sifətidir.  Pəs  eylə  ola  həqayiqi-təəliqat  əşyadır.  Netəkim,  əşya  təyinati-

həqiqətdir, həqayiqi-heysiyyət və dəxi həqayiqi-mütəəssir olmadan əladır.”  

Təmhidlərdə hər hansı bir əks fikri sübuta yetirmək üçün Şəmsəddin İsfəhani, Bədrəsti, İmam 

Qəzali, Bistami, Cüneyd Bağdadi, Əbu Talib Məkki, Fəxri Razi və b. yanaşı Cəfəri Sadiqin də əsər-

lərinə,  fikirlərinə  söykənilir:  “Həqq-Təala  qullarinə  kəlamilə  təcəlli  eylədi  və  leykən  xəlq  anı  gör-

məzdi...”  (5,  7b).  Müəllif  sual-cavab  əsasında  qurduğu  mətndə  sualları  və  cavabları  həm  də 

“vəchlərə”  bölmüşdür:  “bir  vəchi  də  budur  ki,  görəlüm  bunlardan  sual  etmək  bunlara  fayda  verə, 

yaxud  vermiyə”  (5,8b).  Təmhidlərin  hər  birində  qoyulan  məsələlərlə  bağlı  güclü  məntiq  vardır: 

“...Həqq-Təalanın  vücudi  məlumdur  və  zati  qeyri-məlumdur.  Elə  olsə  vücudi  zatının  qeyridir, 

hikmət edər Həqq-Təalanın  vücudi  mahiyyətinin  eynidir. Zira ki, əgər vücudi zayir olicəq  məruzi-

möhtac olmaq lazım gəlir” (5, 9a). “Müntəha”da həmçinin islamda şəri baxımdan fikir müxtəlifliyi 

doğura biləcək bir çox məsələlər, o cümlədən mövcudat-dünya və kainatın yaranma ardıcıllığı mə-

sələləri  şərh  olunmuşdur.  “Lövh”  ilə  bağlı  izahatı  diqqət  yetirək:  “...Lövh  ikidir.  Biri  fövqanidir 

kim, əqli-əvvəldir. Ol əqli-əvvəl lövhi-qəzavat əl-kitab və qələmi-əla derlər. İkinci lövh kim, təhta-

nidir,  nəfsi-külliyyətdir  və  ol  nəfsi-külliyyə  lövhi-qədr  və  lövhi-məhfuz  və  kitabi-mübin  derlər” 

(5,13a). 

“Müntəha”da  “Ummul-kitab”,  “Qələmi-l-əla”,  “Lövhi-məhfuz”,  “Kitabi-mübin”lə  bağlı  mə-

sələlər  geniş  şərh  olunur.  Xüsusilə  əsmayi  və  sifati-insani-kamilin  12  sayda  verilən  konkret  şərhi 

maraq doğurur (5, 14a). Allahın Adəmi yaratması ilə bağlı, hüsn və cəmal, ruh, əql, iman, həya, ilə 

bağlı şərhlər olduqca maraqlıdır. 

Əhməd Bican bir tərcüməçi-nasir kimi, XV əsr türk yazı dilinin  nümunəvi örnəklərini  yarat-

mağa müvəffəq olmuşdur. Bir sıra hallarda təsvir etdiyi səhnələr orijinalın deyil, məhz tərcüməçinin 

bacarıq  və  istedadından  xəbər  verməkdədir:  “Cəbrayil  Adəmlə  uçmağı  təvaf  eyləyərək  bir  lətif 

sərayə  gəldilər,  bir  kərpici  gümüşdən  və  biri  altundan  idi  və  səqfi  misli-zəbərcəddən  idi  və  ol 

səraydə bir təxt vardı qızıl-yaqutdan və ol təxtin üstündə bir qübbə var idi nurdən və ol qübbədə bir 

lətif surət vardı. Ol surətin başında bir tac vardı, qulağında iki küpə vardı, incülərdən və yulduzdən, 

başında bir tövq vardı nurdən. Çün Adəm anı gördi, Həqq anın hüsnünü unutdu və Adəm ayıtdi: Ya 

Rəbb, bu  nə  surətdir? Həqq-Təala ayıtdı: Fatimənin surətidir  və  başındakı tövq Əlidir (ə.s.) və  iki 

küpələri biri Həsən və biri Hüseyndir (5, 15 b). 

Təmhidlərdən sonra müəllifin İslamala bağlı elmi, bəzən hətta ictimai fikirləri də yer almışdır. 

İslamda  qəbul  olunmuş  məsələləri  belə  çatdırdığı  da  olur:  “Adəm  oğullarına  beş  nəsnə  vəsiyyət 

eylədi  və sən dəxi oğlanlarına  vəsiyyət eyləyəsən dedi”. Sonra isə onları  sadalayır: “Fani dünyayə 

məğrur  olmayəsən;  Övrət  sözinə  uymayəsən;  Hər  nə  işlərsən  axırına  nəzər  eylə;  Könül  hər  şeyə 

meyl edərsə mən eyləyəsin; Hər nə kim işlərsən tanışıb işlə” (5,16 b). Əqlin zinyətini hilm, səbr və 

əqli-can  olduğunu  yazan  alim,  mətn  daxilində  canlı  sual-cavablarla  mətni  daha  oxunaqlı-anlaşıqlı 

edə  bilmiş,  can  sıxıcılıqdan  uzaqlaşdırmışdır:  “Həqq-Təala  buyurdu:  Yaz,  şəfaəti-ənbiyayə  və 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

18

 



 

№ 1, 2016

 

kəraməti və məhəbbəti-ətqiyayə və uçmaği-cömərdlərə. Qələm ayıtdı: dərvişlərə nə yazayın? Həqq-



Təala  ayıtdı:  “ﻢﮭﻟ  ﺎﻧا  و  ﯽﻟ  ﻢھ”  yəni  “fəqir  bənimdir,  bən  dəxi  onlarınam”.  Bənim  aramda  hicab 

yoqdur.  Bənim  sevgilü  dustim  anlərdir,  -dedi”  (16a).  “Heç  bir  nəsnə  su  üzərində  bünyad  olmaz. 

Həqq-Təala  gör  nə  qadir  padişahdır  ki,  su  üzərində  ərşi  bünyad  eylədi”,  -deyən  müəllif  ərş,  kürs, 

aləmi-mülk,  nar,  hava,  ma,  turab,  nəbat,  heyvanat,  camadat,  miadat  kimi  səkkiz  bölgüsünü  və  s. 

şərh  etmişdir.  İnsana  Allahın  buyurduqlarını-  tövhidi,  namazı,  zəkatı,  orucu,  həcci,  qəzanı,  ixlası, 

təqvanı  da  elmi  şəkildə  əsaslandırmışdır.  Mühyiəddin  Ərəbinin  “Fusus  al-hikam”ına  XV  əsrdə 

Yazıçıoğlu  Məhəmməd  tərəfindən  yazılmış  “Müntəhi”  adlı  şərh  və  təqrizinin  qardaşı  Yazıçıoğlu 

Əhməd  Bican  Yazıçıoğlu  tərəfindən  edilmiş  “Müntəha”  adlı  tərcüməsinin  əlyazmasının  Azərbay-

canda  üzə  çıxarılmış  yeganə  nüsxəsi,  sözsüz  ki,  onların  hər  ikisi,  yəni  əsərin  orijinalı,  şərh  və 

təqrizilə müqayisəli şəkildə araşdırılmalıdır.  

Yazıçıoğlu qardaşlarının əsərlərinin Azərbaycanda üzə çıxararaq, burada haqqında söz açdığı-

mız əlyazmaları, onların irsini tamlıqla əhatə etməyir. Onların sayının daha çox olduğunu düşünərək 

axtarışlarımızı davam etdirməkdəyik.  

 

Ədəbiyyat: 

 

1.  Banarli N.Sami: Resimli türk edebiyatı tarihi, İstanbul,1947. 



2.  Bican Ahmed: Dürri-meknun. ƏYİ, B-3858.  

3.  Bican Ahmed: Ənvari-aşiqin. ƏYİ, B-6412. 

4.  Bican Ahmed: İslam ansiklopedisi, I c.,İstanbul,1965. 

5.  Bican Ahmed: Münteha. ƏYİ, B-593. 

6.  Bursalı M. Tahir. Osmanlı müelifleri, İstanbul, 1333. 

7.  Çelebioğlu Amil, Erarslan Kemal. Yazıcıoğlu, İA, c.13, İstanbul,1986. 

8.  Əlyazmalari kataloqu., Bakı, I c.,1963. 

9.   Gölpinarli A. Mevlana müzesi yazmalar kataloğu (üç cilddə),Ankara,1967-1973. 

10.  Karatay F. Edhem, Topkapı Sarayı Müzesi türkçe yazmalar kataloqu, İstanbul,1961. 

11.   Kiliç Erol. İbn-ül Arabi. Türkiye Diyanet Vakfı, İA, c.20, İstanbul,1999. 

12.  Kocatürk V. Mahir. Türk ədəbiyyatı tarixi, Ankara,1964. 

13.  Lətifi Kastamonulu. Təzkirəyi-Lətifi, Dərsəadət,1314. 

14.  Mahmud Kaya. İbn Arabinin islam düşüncəsindəki yeri. TDVİA, 20, İstanbul,1999. 

15.  Матвиевская  Г.П,  Розенфельд  Б.А.  Математики  и  астрономы  мусульманского 

средневековья и их труды (VII-XII)(в трех томах) т.2, Mоскв,1983.. 

16.  Musayev  C:  Muhyiddin  Ərəbi  əsərinə  yazılmış  təqriz  tərcüməsinin  əlyazması.  Orta  əsr 

əlyazmaları  və  Azərbaycan  mədəniyyəti  tarixi  probremləri.  V  Respublika  elmi-nəzəri  konfransın 

materialları, Bakı, 1998. 

17.  Musayeva  A.  Yazıçıoğlunun  "Risaləyi-Məhəmmədiyyə"  əlyazmalarının  palеoqrafik-

qrafik хüsusiyyətləri və tеkstoloji tədqiqi. Azərb. ЕA-nın Хəbərləri, № 3-4, s.25-31, Bakı, 2000. 

18.   Musayeva A. "Dürri-məknun"un  yеni üzə çıхarılmış əlyazması. Orta əsr əlyazmaları  və 

Azərbaycan mədəniyyəti problеmləri konfrans matеrialları, s.16-18, Bakı,1998. 

19.  Musayeva A. "Ənvari-aşiqin" abidəsi, Еlm və həyat , № 1-2, s.41-42 , Bakı, 1999.  

20.  Musayeva  A.  Əhməd  Bican  və  onun  "Ənvari-aşiqin"in  əlyazması,  Azərbaycan  Dillər 

Universiteti, Bakı,2008. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə