Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   2   3   4   5   6   7   8   9   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

8

 



 

№ 1, 2016

 

   


 

 

 

 

 

 

Tahira Hasanzade 

   

 

 

 

 

 

 

 

The work “Shahnameye-Nadiri” by Muhammadali Tusi 

 

SUMMARY 

 

A  great  poet  and  master  of  the  East,  Abulgasim  Firdowsi  Tusi  is  famous  by  his  epic  work 



“Shahname”. A number of poets including Nizami Ganjavi, Amir Khosrov Dahlavi, Alishir Navoi, 

Abdurrahman Jami and others, being inspired by this work, created heroic dastans. 

The  article  deals  with  the  work  “Shahnameye-Nadiri”  by  Muhammadali  Tusi  -  the 

representative of the great Firdowsi’s generation, famous by pseudonym Firdowsiyi-Sani, dedicated 

to Nadir Shah Afshar. 

 

 



 

 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

9

 



 

№ 1, 2016

 

UOT:


  

03.81.37;  03.81.43 



 

Azadə Musayeva 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,  

filologiya üzrə elmlər doktoru, professor 

 

 



XV ƏSR ALİMLƏRİ YAZIÇIOĞLU QARDAŞLARININ 

AZƏRBAYCANDAKI ƏLYAZMALARI 

 

 

Açar sözlər: Yazıçıoğlu qardaşları, əlyazma irsi, Azərbaycanda üzə çıxarılmış nüsxələr. 

 Ключевые слова: братья Язычыоглу, рукописное наследие, списки выявленные 

 в Азербайджане.  

Key words: brothers Yazichioqlu, handwritten heritage, lists revealed in Azerbaijan. 

 

 Apardığımız araşdırmalar Əlyazmalar İnstitutunda fərqli elm sahələrinə aid orta əsrlərdə ya-



ranmış  olduqca  dəyərli  və  nadir  əlyazmaların  varlığını  üzə  çıxarmışdır.  Bu  yazımızda  isə  məhz 

onların bir neçəsindən - XV əsin görkəmli alimləri Məhməd və Əhməd Yazıçıoğlu qardaşlarının bə-

zi əsərlərinin Azərbaycanda aşkarladığımız əlyazma nüsxələrindən bilgiləri təqdim edirik. 

XV yüzilliklərdə Türkiyədə alim və xəttat kimi tanınan, “Məlhəmə” əsəri ilə məşhurlaşan Sə-

lahəddin Yazıçının (15, II, 583) böyüyü Məhəmməd, kiçiyi fiziki zəifliyinə görə Bican (cansız) lə-

qəbli Əhməd adlı qələm  sahibi  və alim olan  iki oğlu vardı. Yazıçıoğlu və  ya Yazıçızadə kimi təq-

dim olunmuş bu qardaşların və onların əsərlərinin bəzi mənbələrdə dəyişik salındığı hallara da təsa-

düf  edilməkdədir.  Ata  və  oğullardan  tarixin  yaddaşında  daha  çox  qalanı  “Məğarib  əz-zəman”  və 

“əski-türk  evlərinin  çoxunda  başlarında  “Quranın  da  bulunduğu  “müqəddəs  kitablar”  rəfində  yer 

almış”  (1,139)  “Məhəmmədiyyə”nin  müəllifi  Məhəmməd  bin  Saleh  adı  ilə  tanınmış  Məhəmməd 

Yazıçıoğludur.  Məhəmməd  Yazıçıoğlu  Türkiyədə  Malqara  adlanan  bölgədə  doğulmuş,  başlanğıc 

təhsilini orada aldıqdan sonra təhsilini İranda Mavəraüş-şəhrdə dava etdirərək, ərəb və fars dillərini 

kamil  şəkildə öyrənmişdi. Müəlliminin Şeyx Hacı Bayram Vəli olması  məlumdur. Həyatının çoxu 

Geliboluda  keçmiş,  h.855  (m.1451)-ci  ildə  vəfat  etmişdir  və  qəbri  də  oradadır.  Onun  haqqında 

Məhəmməd Tahir Bursalı, Nihad Sami Banarlı, Vəsfi Mahir Kocatürk və b. yazmışlar. “Məhəmmə-

diyyə”sinin bir sıra əlyazma nüsxələri mövcuddur. Onlar dünyanın Topqapı Sarayı, Mövlana, Brita-

niya muzeyləri, Vatikan Apostol kitabxanası, Rusiya Fedeasiyyası Şərqşünaslıq İnstitutu əlyazmalar 

bölməsi  və başqa əlyazma  xəzinələrində saxlanılır. Bu nüsxələr  haqqında  müvafiq olaraq  Karatay, 

Gölpınarlı, Riye, Rossi və Dmitriyeva  məlumat vermişlər. Bu nüsxələr XVIII-XIX əsrlərdə Türki-

yədə  və  Volqaboyunda  köçürülmüşdür.  “Məhəmmədiyyə”  XIX  əsrdən  başlayaraq  “Bulaq”da,  İs-

tanbulda, Qazanda, bir neçə dəfə çap olunmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycanda Yazı-

çıoğlu Məhəmməd, onun  yaradıcılığı, əlyazmaları və  ya çap  nüsxələri  haqqında  heç  bir  söz deyil-

məmiş, tədqiqat aparılmamışdı. Araşdırmalarımız nəticəsində Azərbaycan Əlyazmalar İnstitutunda 

Yazıçıoğlu  Məhəmmədin  “Məhəmmədiyyə”sinin  üç  əlyazma  nüsxəsini  aşkar  etmişik  (17,  25-31). 

Həmin nüsxələrin qısa elmi-paleoqrafik təsvirini ilkin olaraq veririk:  



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

10

 



 

№ 1, 2016

 

 1. B-7480 şifri altında saxlanılır: Həcmi 269 vərəq, ölçüsü 20,5x14,5sm, iki sütun: 15x4,5sm, 



17 sətir, xətti oxunaqlı, zərif, gözəl nəsx. Başlıqlar qırmızı, mətn qara mürəkkəblə yazılmışdır. Qəh-

vəyi dəridən köhnəlmiş cildi qapaqlı, medalyonlu. Vərəq 7a-dan başlayaraq mətn qoşa qırmızı rəng-

lə  haşiyəyə  alınmışdır.  1b-6a  vərəqləri  bundan  fərqli  üslubda-misralar  nəsr  kimi  ardıcıl  yazılmış, 

aralarında  qırmızı  və  qara  dairələr  çəkilmişdir.  Haşiyəsizdir  və  başqa  xətlə  yazılmışdır.  Bizcə,  əv-

vəllər naqis olmuş əlyazmaya bu vərəqlər nə vaxtsa sonradan əlavə edilmişdir. 1603-cü il tarixli fi-

liqranlara  əsasən  nüsxənin  XVII  əsrin  əvvəllərində  köçürüldüyünü  düşünürük.  Müqayisələr  nə-

ticəsində katibinin Təbriz xəttatlıq məktəbinə mənsub, Rövşəni Divanının B-778 şifrli nüsxəsini də 

köçürən  şəxs  olduğu  təxmin  edilir.  Əvvəli  sonradan  bərpa  edildiyindən  başqa  nüsxələrdən  fərqli 

olaraq “Həzə kitabi-Əhmədiyyə və risaleyi-Əhmədiyyə əleyhissəlam” adlandırılmışdır( 28). 

 2. D-994 şifri altında mühafizə olunur: Həcmi 192 vərəq, ölçüsü 31x21sm, sətir sayı 21, cildi 

yoxdur. Başlıqlar qırmızı, mətn qara, əvvəli hərəkəli nəsx (sonralar isə bəzən hərəkəli), 94-cü vərə-

qin  aşağısında  dördkünc  şəxsi,  179a-191b  vərəqlərində  düzbucaqlı  inventar  möhürləri  basılmışdır. 

Bəzi başlıqların yeri ağ buraxılmışdır. Vərəqlərdəki filiqranlara əsasən XVIII əsrdə köçürüldüyünü 

düşünürük . Əlyazmanın əvvəli və sonu naqisdir( 26) 

 3. C-821 şifrlidir: Həcmi 236 vərəq, ölçüsü 25-17sm,  iki sütun, 19 sətir, xətti təliq. Son za-

manlarda bərpa olunaraq boz dermatin cildə salınmışdır. Mətn qara, başlıqlar zəfəranlı su ilə yazıl-

mışdır. Filiqranlarına əsasən, XVIII əsrin sonu XIX əsrin əvvəllərində köçürüldüyü təxmin edilə bi-

lər. Hələ XIX əsrdə görkəmli şərqşünas-alim Mirzə Kazım bəyin Yazıçıoğlunun “Məhəmmədiyyə”-

si  mətni  üzərində  tekstoloji  araşdırmalar  apardığını  əsərin  Sankt-Peterburqdakı  nüsxələri  təsdiqlə-

məkdədir. “Məhəmmədiyyə”nin elmi-tənqidi mətni hazırlanırkən bu nüsxələrin hər üçündən istifadə 

edilməsi  labüddür. Belə ki, özünəməxsus üstün  və dəyərli  xüsusiyyətləri onların  hər birinin əsərin 

mətninin  tərtibində  gərəkliliyini  və  iştirakının  zəruriliyini  təsdiqləməkdədir.  Əlimizdə  olan  əlyaz-

malar əsasında gərgin əmək hesabına tekstoloji baxımdan tamlaşdırılmış mətn bizə “Məhəmmədiy-

yə” ilə əlaqədar bəzi fikirlər yürütməyə imkan verir. Şair özü haqqında bu əsərdə nələri bildirir: Ge-

liboluda arif, aqil bir şeyx kimi yaşayırkən elliləri ondan bir əsər yazaraq, islamı və onun peyğəm-

bərini  vəsf  etməsini  xahiş  edirlər.  Qardaşı  Əhməd  də  ondan  biliyini,  elmini  əks  etdirən  bir  əsər 

yazmasını  istəyir.  Məhəmməd  Yazıçıoğlu  indiyədək  siyər  və  mövlud  kitablarında  bütün  bu 

məsələlərə  toxunulduğunu  bildirir.  Dostlar  təfsir  və  hədisə  söykənən  əsər  yazmasını  təkidlə  xahiş 

edirlər. Allah qismət edərsə, belə bir əsər yazacağını düşünür. Bir gecə yuxusunda Peyğəmbəri (s.ə.) 

görür, onun da belə bir kitab yazması haqqında əmrini dinləyir və qəti qərara gəlir. Əvvəlcə ərəbcə 

yazdığı “Məğarib əz-zəman”ın belə meydana gəldiyini bildirir. Sonralar qardaşının “Ənvari-aşiqin” 

adı ilə tərcümə etdiyi əsərin və özünün “Məhəmmədiyyə”sinin həmin abidədən doğduğunu, beləcə 

yarandığını nəql edir: 

Təmam oldi Kitabi-Məhəmmədiyyə 

 ...O cümlə kainatın afitabi. 

Çün əmr etdi bana düzdüm kitabi (227ab) 

 ...Bu söz ilə “Məğarib” adlu, ey yar, 

Kitab etdüm de, görməmişdən dövran (230a) 

...Buni türki dilində düzdüm imdi, 

 ...İkisi də “məğarib”dən çıqubdur, 

Taşub dərya iki yüzdən aqıbdur. 

Behəmdullah, bu iki qarındaş 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə