Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   2   3   4   5   6   7   8   9   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

13

 



 

№ 1, 2016

 

əlyazma  xəzinələrindəki  məlum  nüsxələrinin  təsvirlərinə,  əlimizdəki  əlyazmanın  müqəddiməsinə 



əsasən  sözügedən  əsərin  beş  babdan  ibarət  olduğunu  aydınlaşdırmışıq.  Aşkarladığımız  “Ənvari-

aşiqin”  nüsxəsi  isə  sözügedən  əlyazmalardan  fərqlənir.  Belə  ki,  əvvəlində  köçürücünün  yazdığı 

kimi,  müqəddimə  bu  əsərin  əlyazması  ilə  bağlı  bəzi  məsələlərə  aydınlıq  gətirir:  “...  Cəmi  mömin 

olan qarındaşlaruma zahir  və  hüveyda olsun ki,  bu nüsxəyi-kamili  cəm edənin  ismi-şərifləri Yazı-

çıoğlu Əhməd Bicandır... Bu kitabın  ismi-şərifi Ənvari-aşiqindir.  Anunçun ki, cəmi zahir və batin 

nurları  bu  kitabda  cəm  olunmuşdur.  Bu  kitab  beş  bab  üzrə  xətm  olunmuşdur...”  Katib  həmçinin 

babaların  başlıqlarını  belə  təqdim  edir:  “Əvvəlinci  bab  cəmi  mövcudatın  vücudə  gəlməgindən 

bəyan  edərdi,  ikinci  bab  ənbiyanın  macəraların  bəyan  edərdi,  üçüncü  bab  məlayiklərin  ovsafin 

bəyan  edərdi,  dördüncü  bab  qiyaməti-əvamin  bəyan  edərdi,  beşinci  bab  uçmaq  və  damu  əhvalın 

bəyan  edərdi”.  Katib  ömrün  vəfa  etməyəcəyindən,  nüsxəni  başdan-başa  köçürə  bilməyəcəyindən 

qorxduğunu bildirir və beş babın hər birinin əhəmiyyətli olduğunu göstərməklə yanaşı, sonuncu iki 

babın  daha  mümkünlüyünü  düşünərək  yazır:  Birisi-qiyamət  babidir,  birisi  uçmaq  və  damu 

babidir...kitabət  etməyə  qəsd  etdüm.  Beləliklə,  Əbdürrəhman  Nuxulu  Yazıçıoğlu  Əhməd  Bicanın 

“Ənvari-aşiqin” əsərinin yalnız iki fəslini - IV və V bablarını köçürmüşdür. Bu iki bab da özlüyün-

də  etiqad,  ehkam,  cihad,  zikr,  səbr,  elm,  üləma,  dünya  və  s.  həsr  edilmiş  bölmələrə  ayrılmışdır. 

Bütün  bu  mövzular  müəllifin  çağdaş  zamanına  uyğun  şərh  olunmuşdur.  Üləma  fəslindən  nümunə 

kimi  bir  neçə  cümləyə  nəzər  salaq:  “Peyğəmbər  (s.ə.)  ayıtdı  bir  kişi  elm  təhsil  eyləsə,  ol  kişi 

ustadinə gedərkən firiştələr qanadların ol kişinin ayağı altına döşərlər... bənüm ümmətümin alimləri 

iki dürlüdür. Biri şol kişidir ki, həq-təala ana elm verdi. Ol elmi xəlqə söylədi, xəlqdən nəsnə təmə 

eyləmədi və elmi bəhayə satmadı. Anın kibi alimlər üçün göydəki quşlar və dənizlərdəki balıqlar və 

yer  üzündəki  canəvərləri...  salavat  verürlər.  Ol  kişi  Həqq-Təala  həzrətlərünə  varurlər  və  biri  şol 

dövlətdən və əcəm səadətindən ki, bən zəifi məhrum etməyüb vəsilə oldu” (Bican: 6412). Xatimədə 

müəllifin  göstərdiyi  kimi  əsər  Geliboluda  tamamlanmışdır;  bu  səbəbdən  də  gelibolulardan  söz 

açmışdır: “Gelibolu qevmi iki dürlüdür. Birisi qazilərdir, birisi ğazilərdir, şəhidlərdir. Amma onlar 

ki, ğazilərdir,  iki  bölükdür. Birisi kafər  ilə ğəza edənlərdir,  birisi  isə ğəza edənlərdir. Amma onlar 

ki,  şəhidlərdir,  dəxi  iki  bölükdür,  birisi  küffar  əlində  şəhid  olanlardır,  birisi  ğəffar  əlində  şəhid 

olanlardır” (3). 

Əhməd  Bican  xatimədə  “Cəmi  aləmin  məşaixi-əsrarini  və  ürəfa  ənvarini  qılbəqıl  aləmin 

əvvəlindən axırınadək üç dürlü ibadət ilə bəyan” eylədiyini, bunlardan birinin “təşrih, biri təhqiq və 

biri  təmsil”  olduğunu,  “nə  dənlü  xitabəti-ilahiyyə  var  isə  Tövratdan  və  Zəburdan  və  İncildən  və 

Qurandan...uşbu  kitaba  cəm  olduğunu”  yazır.  Əlyazmada  İmam  Şafei,  İmam  Razi,  Əbu  Hərirə, 

Şeyx  Sədrəddin  Qunəvi,  İmam  Ğəzali,  Mühyiəddin  Ərəbi,  İbn  Kəsir,  Nəsirəddin  Tusi  kimi  məş-

hurların adı çəkilir, onların əsərləri və fikirlərinə müraciət edilir. Əhməd Bican Yazıçıoğlunun “Ən-

vari-aşiqin”  əsəri  əlyazmasının  Azərbaycan  Əlyazmalar  İnstitutunda  üzə  çıxardığımız  bu  nüsxəsi 

XV  yüzillikdə  Türkiyədə  elm,  ədəbiyyat,  dil  (xüsusilə  nəsr  dili)  və  tərcümə  tarixinin,  eləcə  də 

Azərbaycandakı Türkiyə ilə bağlı əlyazmaların, ümumiyyətlə, orta çağlar Azərbaycan-Türkiyə əla-

qələrinin  xüsusilə  təsəvvüf  tarixinin  daha  dərindən  öyrənilməsi  baxımından  diqqətəlayiq  abidə-

lərdən biridir. 

Əhməd  Bicanın  “Dürri-məknun”  əsərinin  həm  Avropa,  həm  də  Şərq  əlyazma  xəzinələrində 

nüsxələri  mühafizə  olunmaqdadır.  Hanna  Söhrveid,  Barbara  Fleminq,  Manfred  Qetzin  Almaniya-

Marburq  və  Berlin  Dövlət  kitabxanalarında  saxlanan  yeddi  əlyazmasının  təsvirini  vermişlər  (23, 

298-299).  E.Rossi  Vatikan  nüsxəsindən  söz  açmış  (22,258-259),  Q.P.Matviyevskaya  və  B.A.Ro-




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

14

 



 

№ 1, 2016

 

zenfeld  əsərin  Vyana,  Qota,  Drezden,  Paris  əlyazmalarından  məlumat  vermişlər  (  15,II,  503). 



F.Ə.Karatay  Topqapı  Sarayı  Muzeyindəki  1598,  1633,  1636,  1755-ci  illərdə  köçürülmüş  dörd, 

Ə.Gölpınarlı  Konya  Mövlana  Muzeyindəki  yeganə  nüsxəsindən  yazmışlar  (10,  I,  440-441;  9,  III, 

449-450).  Sözsüz  ki,  bütün  bu  əlyazmalar  mövcud  nüsxələrin  hamısını  əhatə  etmir.  Bu  fikrimizi 

“Dürri-Məknun”un  Azərbaycan  Əlyazmalar  İnstitutunda  üzə  çıxardığımız  B-3858  şifrli  nüsxəsi 

təsdiqləməkdədir (18, 16-18). Əlyazma h.1265 (m.1845)-ci ildə Əhməd bin Mahmud bin Bəliğ əlilə 

nəstəliq  xəttilə  köçürülmüşdür.  Ölçüsü  17,5x22,5sm,  sətir  sayı  17,  mürəkkəbi  qara  və  tünd  qırmı-

zıdır.  Cildi  yoxdur.  Həcmi  1+88  vərəqdir.  Bəzi  sətirlərin  altından  qırmızı  mürəkkəblə  xətt  çəkil-

mişdir. 1a vərəqində üçbucaqlı möhür basılmışdır. Mətnin başlandığı vərəq 1-dən əvvəlki vərəqdə, 

1a-da müxtəlif qeyd və tarixlər (h.1278 və 1b-də qırmızı mürəkkəblə əsərin fehristi (Fehrüsti-kitabı 

Dürri-məknun) yazılmışdır. Əsər əlyazmada “Kitabi-Dürri-məknun, müəllifi-l-Bican Əhməd ibn əl-

Katib” kimi təqdim olunur. Araşdırmalar nəticəsində əlyazmanın XV əsrdə yaşamış, “Məlhəmə”silə 

məşhur Saleh və  ya Səlahəddin Əl-Katib Yazıçının kiçik oğlu Əhməd Bicanın əsəri olduğu dəqiq-

ləşdirilmişdir. Əhməd Bican və onun bu əsəri yuxarıda anılan Şərq əlyazma kataloqlarından başqa, 

M.T.Bursalının “Osmanlı müəllifləri”, Kocatürkün “Türk ədəbiyyatı” əsərlərində, İslam ensiklope-

diyasının müvafiq oçerkində və s. yad edilmişdir. Azərbaycanda isə, başqa neçə-neçə türk müəllifi 

kimi Əhməd Bican və onun “Ənvari-aşiqin”, “Əcaibul-məxluqat”, “Müntəha” əsərləri kimi “Dürri-

Məknun”unun əlyazması da əhatəli öyrəniləmdir.  

Əhməd Bican bu əsərin yazılma səbəbi, mövzusu və adı ilə bağlı müqəddimədə aşağıdakıları 

yazmışdır: “Pəs Həqq-Təalanın qüdrətindən və əzəmətindən elmim irdügi qədər bəyan eyliyəyim ta 

kim, həqqin qüdrəti və əzimətin bundan qiyas edəsən. Bu azacıq ömr içində fitnə zamanında cəhanı 

gəşt edüb, gəzməgə ehtiyac olmiyə. Cəm edüb kimi təfasirdən və kimi  hekayətlərdən qəbul etdik-

lərindən gətirib, bir kitab etdim və adını “Dürri-məknun” dedim, ta kim, mütaliə qılanlar Həqq-Tə-

alanın qüdrətin və əzimətin bilələr və fəqiri dua ilə yad edələr” (2,1b-2b). Müqəddimədə həmçinin 

əsərin  fəsillərinin  adları  sadalanır.  Lakin,  nədənsə,  bunlar  mətn  daxilindəki  fəsil  başlıqlarından 

fərqlidir.  Başqa  orta  əsrlər  əlyazma  abidələri  kimi,  bu  əsərdə  də  fəsillərin  adları  onun  məzmunu 

haqqında  təsəvvür  yarada  bilir.  Beləliklə,  “Dürri-məknun”  18  bab-fəsil  üzrə  tərtib  edilmişdir:  Əv-

vəlki  bab  gögləri,  ərşi,  kürsi,  lövhi-Qələmi,  uçmağı,  tamuyi,  Ayı  və  Günəşi  və  məlakiyəyi-Mü-

əzzəni  bəyan edər (3b); Əl-bab əs-sani  yerləri və yerlərdəki əcaibi  və  məxluqatı bəyan edər (14a); 

Üçüncü bab bu yer yüzin və məxluqin bildürir (20b); Dördüncü bab elmi-həndəsə birlə iqlimləri və 

saətləri  bəyan  eylər  (28a);  Beşinci  bab  tağlərin  əcayibin  bildürir  (30b).  Altıncı  bab  dənizləri  və 

cazirələri və onda olan məxluqati bəyan eylər (32b); Yeddinci bab şəhərlər və məscidlər və deyrlər 

və  iqlimlər  bəyanindədir  (36a);  Səkkizinci  bab  məscidlər  və  deyrlər  əcayibin  bəyan  edər  (41b); 

Toquzinci bab Süleyman Peyğəmbərin təxtin və səltənətin bəyan edər (46b); Onuncu bab Bilqeysin 

təxtini və Süleymana gəlüb bulduğunu bəyan edər (49a); On birinci bab ömürlər təqdirin bəyan edər 

(51b);  On  ikinci  bab  xişmindən  həlak  olan  yerləri  bəyan  edər  (53b);  On  üçüncü  bab  hükəma 

quluncə otlar və yemişlər və taşlər xassiyyətin bildürir (62b); On dördüncü bab surətlər və şəkillər 

və  bəzi  şəhərlərdə  hekayətlər  bildürir  (67b);  On  beşinci  bab  quşlar  və  Simurğ,  Ənqa  hekayətin 

bildürir (69b); On altıncı  bab rümuzi-cuğriyə  və  hulusi-kövniyyə bəyanindədir (73b); On  yeddinci 

bab  işarət  səadətinin  bəyanindədir  (77b);  On  səkkizinci  bab  münacati-İlahiyyə  və  bəz  məvaiz  və 

məsayil bəyanindədir (81a). 

Əhməd Bican “Dürri-məknun”da qələmə aldığı mövzular haqqında məlumat verməklə yanaşı, 

onların  maraqlı  və  qeyri-adi  tərəflərini  qabarıq  nəzərə  çatdırmağa  çalışmışdır.  Əsərdə  hekayə  və 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə