Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

15

 



 

№ 1, 2016

 

mənqəbələrə  geniş  yer  verildiyindən,  ümimiyyətlə,  daha  çox  bir  hekayə  xarakteri  daşımaqdadır. 



Təbiətin və  insan ruhunun bir dastanı sayıla  biləcək (Kocatürk) bu əsər ərş, meşə, cənnət, yer altı, 

yer üzü, dəniz içi aləmlər, adalar, dağlar, şəhərlər və s. haqqında bəlkə də nağıllardır, deyə bilərik. 

Bican burada söz gedən mövzularla bağlı özünə qədər islam aləmində mövcud olmuş kainatla bağlı 

mənqəbələri  toplamışdır.  Nəsihətamiz  hekayələrin  bol-bol  yer  aldığı  “Dürri-məknun”da  müəllif 

“Quran”la  bağlı  məqamlarda  belə  oxucunu  orta  çağlar,  xüsusilə  XV  əsr  türkcəsinin  şirinliyi  ilə 

heyrətləndirə  və  cazibəsinə  sala  bilir:  “Kövsər  suyu  kim,  anı  Həqq-Təala  “Quran”da  ögmüşdür. 

Netə kim, buyurur... Rəsulullah (ə.s.) ayıtdı: Həqq-Təala bana vədə eyləmişdir-sudan aqdır, qardan 

savuqdur, sağrıqları gümüşdəndir, yulduzlar sağuşincə andan içsə qəniməti yoqdur, içdükcə içməgü 

gəlür. Andə bir irmaq dəxi vardır...” (10b). Əsər boyunca hekayətlərdə sujetlər real və ya əfsanəvi 

xarakterindən  asılı  olmayaraq  konkret  mövzularda,  aydın  məzmunda  verilir:  “Əbu  Əli  Sina  bir 

xatunun  evinə  müsafir  olur.  Baqar  görür  övrətin  üzərinə  fəqr  qələbə  eyləmiş.  Yeyəcəgi  yoq.  Əbu 

Əli Sina  bu övrətə rəhm edüb, evün divarından bir taş qoparur, yenə  yerinə qor... Edür: Ey xatun, 

qaçan bəkməz kim, həcətin olur, şol ləvləciki açərsən, hacətin qədəri bəkməz alarsın, yenə tıqıyasın. 

Amma  zinhar  taşi  qoparıb  içində  nə  var-görmiyəsin,  -dedi.  Və  kəndi  neçə  zaman  böylə  etdi..  Bir 

gün  açayın,  görəyin,  taşı  yenə  yerinə  qoyayın,  -der”(  30b-31a).  Qeyd  edək  ki,  bir  çox  halda  orta 

çağlar  nəsr  abidələrindəki  nəsr  və  nəzmin  növbələşməsinə  bu  abidədə  çox  cüzi  -bir  beyt  və  s. 

şəklində  təsadüf  olunur.  Əhməd  Bicanın  başqa  əsərləri  kimi,  Əlyazmalar  İnstitutunda  üzə 

çıxardığımız  “Dürri-məknun”un  əlyazması  da  təcrübəli  nasir  qələmindən  çıxmış  maraqlı  bir  abidə 

tək  xüsusilə  dilçilik,  türk  dillərinin  tarixi  inkişaf  yolunun  müəyyən  bir  mərhələsinin  əhatəli  araş-

dırılması üçün əhəmiyyətlidir. 

Müntəha. Azərbaycan Əlyazmalar İnstitutunda araşdırmalar apararkən “Məcmuəyi-ilahiyyat” 

adlandırılmış toplunun haşiyəsində “Müntəha” əsərilə rastlaşdıq. Əsər “Həzə kitəbi-Müntəha tərcü-

məyi-Əhməd  Bican  rəhmətullahi  ileyh”  başlığı  altında  yazılmışdır.  M.T.Bursalı  Bicanın  əsərləri 

arasında  anılan  əsərin  adını  çəkmiş,  “Müntəha”  təsəvvüf,  kəlam  və  mühaziratından  bahis  (bəhs 

edən)  bir cildi-kəbir türkcə əsəri olub, bir  nüsxəsi Xalis əfəndinin  xüsusi katabxanasında  mövcud-

dur,-qeydini etmişdir (6). Müvafiq mənbələr, tədqiqat əsərləri və Şərq əlyazma kataloqları vasitəsilə 

əsərin əlyazma  nüsxəsilə bağlı axtarışlarımız  heç  bir nəticə  vermədi. Beləliklə, Bursalının  yazduğı 

cümlə  “Müntəha”nin  əlyazma  nüsxələri  ilə  bağlı  hələki  yeganə  məlumat  olaraq  qalırdı.  Lakin 

Əlyazmalar İnstitutunda B-593 şifri altında qorunan sözügedən əlyazamanın tədqiqi sevindirici nəti-

cələr  verdi  (  16,  84-86).  Sonradan  mavi  karton  cildə  tutulmuş  nüsxənin  kağızı  XVIII  əsr  Avstriya 

istehsalı, ölçüsü 16x24 sm, xətti çox sıx yazılmış olduqca xırda təliq, sətir sayı müxtəlif, mürəkkəbi 

qara və qırmızıdır. “Müntəha” əsəri yuxarıda qeyd etdiyimiz əlyazma toplumun 2b-17a vərəqlərinin 

haşiyəsinə  köçürülümüşdür.  Əvvəlində  ənənəvi  olaraq  ərəbcə  xeyli  həmd  və  səna  yazılmışdır. 

Türkcə  mətn  



  ...

ﺮﻟ  ﺪﺷﺮﻣ  نﻮﺴﻟوا  ﮫﻨﯾزوا  ﯽﺑﺎﺤﺻا  لا  ﮏﻧآ

...  هﺪﻘﺣ  قﺮﻃ”  (2b)  ilə  başlayır.  Son  ifadələr  isə 

belədir: “رﺪﺋﺎﻗ ﮫﻠﯾا ﮫﺑﺎﺠﯾا ﯽﮑﻟوا رد ﮫﺒﺗ ﺮﻣ ﯽﮑﯾا نوﺮﻣا ﻢﻟﺎﻋ ﮫﮑﻠﺑ ﻞﮔد ... ” (17b). Təəssüflə etiraf etməliyik ki, 

əsərin  sonu  naqisdir.  Onu  da  qeyd  edək  ki,  məzmununa  görə  heç  də  yarımçıq  sayıla  bilməz, 

çatışmayan cüzi bir hissəsidir, deyə bilərik. Əsərin əvvəlində onun yazılma səbəbi şərh olunmuşdur. 

Haqqında bilgi çatdırmağa çalışdığımız əsərlə bağlı bir çox məqamların məhz buradan öyrənildiyi-

nə baxmayaraq, bu şərhin özündə belə bir qədər izahata ehtiyacı olan dolaşıq fikirlər vardır: “Səbə-

bi-təlifi-kitab budur ki, bir gün ulu qarındaşım Yazıçıoğlu könlünün ona uca mərtəbə olmasına bax-

mayaraq, “Fusus”da bəzi sözlərin şərə müxalifliyini bildirir, bəzilərini izah edir. Bir gün Əcəmdən 

əlində bir kitab tutmuş biri gəlir. O, kitabı mütaliə edərkən Bicana aşikar olur ki, Cəlaləddin Xucən-



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

16

 



 

№ 1, 2016

 

di Əvzəxidən (?) nəql edər, o dəxi Müvəhhid Cindidən nəql edər. Belə rəvayət edilir ki, Mühyiəddin 



Ərəbi  bəzi əshabinə demişdir: “Fusus” və s. kitablarımda bəzi sözləri şərə  müxalif  söylədim”. Hə-

min dərviş deyir  “bilməzəm Şeyx etdi anunçundur kim, Həzrəti Rəsul (ə.s.) elmi  bənə  iştə rəhmət 

və  bəla  üçün  veribdi.  Ta  kim,  bunların  etiqadlarını  sınayayım...”  Bu  fikirlərə  aydınlıq  gətirmək 

məqsədilə ümumilikdə  “Fusus”un  müvafiq  yeri, tarixən  bu əsərə  münasibət kimi  məsələlərə  nəzər 

salmaq zərurəti yaranır. İbn Ərəbinin yaradıcılığı əsasən təsəvvüfi və digər mövzularla yanaşı hədis 

və  fiqhə dair olmaqla  iki zümrəyə ayrılır. Ən çox “Fusus”  və  ya  “Fususu-l-hikam” kimi tanınmış, 

tam adı “Fusus al-hikam va xusus al-kalim” (“Hikmətlərin gövhəri və müsahib xüsusiyyətləri”) olan 

əsərində  Adəm  peyğəmbərdən  Məhəmməd  peyğəmbərə  (ə.s.)  qədər  28  peyğəmbərin  dərəcəsinə 

görə təmsil etdikləri gerçəklər, hikmətlər şəklində anladılır. Qeyd olunan bu təlif M. Ərəbinin bütün 

düşüncələrinin  xülasəsi  olan  ən  dolğun  əsəridir.  Bir  çox  şərhli  nəşirləri  və  müxtəlif  tərcümələri 

vardır. “Fusus”a tarixən 35-ə qədər şərh yazıldığı bəllidir. Ona Sədrəddin Qunəvinin, Əbdürrəzzaq 

Kaşaninin,  Əbdürrəhman  Caminin,  Abdullah  Bosnəvinin,  Yazıçıoğlunun  və  başqalarının  şərhləri 

vardır. Şərhlərdən əlavə “Fusus”a neçə-neçə rəddiyyə və müdafiənamələr yazılmışdır ki, bütün bun-

lar  onun  ümumiyyətlə  mübahisə  doğuran  məzmunundan  xəbər  verməkdədir.  M.Ərəbi  nəfs  və  ruh 

eşqlərini  bir-birindən  ayrı  iki  şey  olaraq  göstərirsə  də,  “Fusus”da  onları  açıqca  bir-birinə  qarışdır-

maqadadır.  İbn  Xəldun  (  -1490)  İbn  Ərəbinin  təsəvvüfi  fikirlərini  əsaslı  şəkildə  təhlil  edərək, 

əsərlərinin küfr, çirkin  bidətlərlə dolu olduğunu, “Fusus”  və  “Futuhat”ının  “atəşdə  yaxılmalı, suda 

yıxanmalı”  olduğunu  qeyd  etmişdur.  Bu  səbəblərdən  bəzi  fəqih  və  qazilər  İbn  Ərəbi  və  xüsusilə 

“Fusus-al-hikam”  haqqında  bir  sıra  suallar  tərtib  edərək,  İslam  ölkələrindəki  böyük  alimlərə 

göndərmiş,  bu  xüsusda  fikirlərini  bilmək  istəmişlər.  Hətta  Azərbaycan  ərazisində  kafir  mənasına 

uyğun “Fususi” təbiri də ortaya çıxmışdır. “Fusus”u oxuyub izah edən Şeyx İbrahim Gülşəni Bərdəi 

(1428-1533) ilə  müridləri haqqında çeşidli  ittihamlar  irəli  sürülmüşdür ki,  buna Mühyi Gülşəninin 

“Mənaqibi-İbrahim  Gülşəni”  əsərində  işarələr  vardır.  İbn  Ərəbi  tədqiqatçılarının  yekun  qənaəti 

belədir: Daha sonrakı dövrlərdə ardıcılları və tələbələri onun fikirlərini təbliğ etmiş, əsərlərini yeni 

qurulmaqda  olan  Osmanlı  mədrəsələrində  oxutmuşlar.  Anadoluda  M.Ərəbinin  fikirlərinə  yalnız 

Mövlananın  fikirləri  qarşı  qoyula  bilmişdir.  XX  əsrin  başlanğıcında  Türkiyədə  Avropa  təsiri 

yayıldıqda belə İbn Ərəbi etibarı azalmadı, çünki  o, islam  fikir tarixində daima  mümtaz (seçilmiş) 

bir  yerə  sahib  olacaqdır.  İbn  Ərəbi  əhli-sünnət  və  Zahiriyyə  məzhəbinə  məxsus  olmuşdur.  Onun 

əsərlərində,  xüsusilə  “Fusus”  və  “Futuhat”ında  zahiri  mənası  açıqca  küfr  olan  şeylərin  varlığını 

obyektivcə etiraf edənlərlə də rastlaşırlır. 

Yuxarıda  göstərildiyi  kimi  Əhməd  Bicanın  böyük  qardaşı  Məhəmməd  Yazıcıoğlu  da 

“Fusus”a şərh yazmışdır və sözsüz ki, bu şərh ərəbcə olmuşdur. Bizcə, üzə çıxardığımız sözügedən 

əlyazma məhz həmin şərhun tərcüməsidir. Belə ki, əlyazmadakı “Ərəbcə “ﺎﮭﺘﻨﻣ” (Müntəha) adlu bir 

kitab  düzdi  və  “Fusus”  kitabini  şər  üzərunə  təqriz  (bir  əsər  haqqında  yazılan  rəy)  eylədi  və  bən 

duaçi dəxi anı türkiyə çevirdim və bu kitabın adını “ﯽﮭﺘﻨﻣ”(müntəhi) deyü ad verdim” (5,2b). Qeyd 

edək  ki,  “ﺎﮭﺘﻨﻣ”  (müntəha)  –sona  çatan;  bitən,  “ﯽﮭﺘﻨﻣ”  (müntəhi)  son  dərəcə;  son  nəhayət,  axır 

mənalarında işlənir. “Müntəha” ilə bağlı əlyazmada daha belə bir qeyd vardır: “Zira ki, “Fusus” dan 

və istilahati-sufiyədən və mənazil ət-təsayirdən və “Təfsiri-kəbir”dən və qeyri təfasirdən və dəxi nə 

dənlü xitabəti-ilahiyyə var isə Tövratdan və Zəburdan və İncildən və Qurandan və nə dənlü kəlima-

ti-zəbaniyyə var isə səhfəyi-ənbiyadən və təzkirəyi-övliyadən ta aləmi-cəbərrütdən aləmi-mələkə və 

mələkutə, hətta irsati-məfadə, cənnati-abadə varınca uşbu kitabdə cəm olundi. Eylə olsa cəmi xəlqin 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə