Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   2   3   4   5   6   7   8   9   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

11

 



 

№ 1, 2016

 

Ki, bu ikiitabi eylədük faş. 

 ...Anınçun çəkmişüz bu yolda zəhmət,  

Deyərlər Yazıçıoğlu Məhəmməd. 

Əgər zəbt etmək istərsən təvarix,  

Səkiz yüz əlli üçündəydi tarix. 

Cəmadi-l-axirə axir olubdu,  

Kitab axir olub, faxir olubdu. (230b) 

 

Məzmununa və süjetinə gəldikdə isə, əsər Allahın birliyi və vəsfini (tohid), Məhəmməd Pey-



ğəmbərin  (s.ə.)  mədhini  (nət)  əhatə  edən  mənzumələrlə  başlanır.  Xüsusilə  “Zehi-sultani-əzəm 

kim...”  (27,56ab),  “Ey  kamali-qüdrətillah...”  (27,  62b)  sözləri  ilə  başlayan  beytlərin  təkrarlandığı 

mədhiyyələr diqqəti çəkməkdədir. Əsər boyunca “qal Allah-Təala”, “qal ən-Nəbi” başlığı ilə veril-

miş parçalara da təsadüf olunur. Bu parçalarda kainatın yaradılması, yerin, göyün, cənnətin, cəhən-

nəmin, mələklərin, iblisin, peyğəmbərlərin haqqında az qala bütün bilgilər əks olunur və sonra Mə-

həmməd peyğəmbərin (s.ə.) doğuluşu və həyatı tərənnüm edillir. İslamın tarixi Məhəmməd peğəm-

bərin (s.ə.) həyatı ilə əlaqəli şəkildə verilməklə yanaşı, onunla bağlı müxtəlif hadisələrə, möcüzələrə 

yer ayırmaqla təsvir edilir. Məkkənin fəthi ( 27,135a), cihadül-Hüseyn (28, 92a-93a), Hacətül-vida 

(27, 93b-94a), rücu əl-Mədinə (27, 96a-97a), Vəfati-Rəsulullah (27, 105ab), Vəfati-Fatimətil-Zəhra 

rzaullahə (27, 128a), Vəfati-Əliyyül-Murtəza (28,131b), Fəsli-yövmül-qisal (B-7480: 143b), Fəsl fi 

cəhənnəm (27, 155a) və b. kimi  başlıqlar altında  verilmiş  fəsil  və  bölmələrdə Yazıçıoğlu Məhəm-

məd  bütün  bunlara  münasibətini  əks  etditməkdədir.  Oxucusuna  xitabların  geniş  yer  aldığı  həmin 

bölmələrdə, təsəvvüfə münasibəti və nəsihətamiz fikirləri də mühümdür. Əsərin “Məhəmmədiyyə” 

adlandırılmasına  baxmayaraq,  yalnız  Məhəmməd  peyğəmbərin  (s.ə.)  həyatı  ilə  məhdudlaşmamış, 

onun özünün ölümündən sonra İslam aləmində mühüm sayılan bütün hadisələr də əsərdə layiqincə 

təsvir  olunmuşdur.  Daha  sonra  əsərdə  islamda  qiyamət  günü,  cənnət  və  cəhənnəmlə  bağlı  qəbul 

edilmiş  düşüncələrin  poetik  tərənnümü  vardır.  Axırda  qəsideyi-ilahiyyə  ilə  məzmuna  yekun  vuran 

Yazıçıoğlu, yenidən peyğəmbəri (s.ə.) yuxusunda gördüyünü və diz çöküb əlindəki kitabı Ona təq-

dim etdiyini yazır. 

“Türk  şeirində  dini  dastanların  ən  ilahisi”  (12,  279)  sayılan  Yazıçıoğlu  “Məhəmmədiyyə”si 

sənətkarlıq  baxımından  qüdrətli  sayılmasa  da,  dil  baxımından  çox  zəngindir.  Maraqlı  cəhətlərdən 

biri də bu böyük həcmli əsərdə yalnız məsnəvi şəklindən deyil, qəzəl, qəsidə və s. janrlardan, əru-

zun müxtəlif bəhrlərindən də faydalanılmasıdır. Dilinə gəldikdə isə, təbii ki, gah xalqa yaxın-sadə, 

gah da yalnız müəyyən elmi hazırlığı olan şəxslərin başa düşəcəyi səviyyədədir. Mövzunun da buna 

təsiri  danılmaz  bir  həqiqətdir.  Lakin  dilinin  ağır  olmasına  baxmayaraq,  uzun  müddət  məktəblərdə 

klassik  bir  dərs  kitabı  kimi  oxunmuşdur  (1,138).  Yazıçıoğlunun  ən  üstün  cəhəti  “qəlbə  nüfuz  et-

məsindədir” ( 12,279). Bunu doğuran isə özünün saf imanı, yazdıqlarına inamı və təsvir etdiyi hər 

bir  şeyi  görmüş  olması,  aydın  təsəvvür  edə  bilməsi  qüdrətidir.  Cəhənnəm  və  cənnətlə  bağlı  yaz-

dıqları  buna ən dəyərli  nümunə  sayıla bilər (28, 155a). Peyğəmbərə (ə.s.) sonsuz sevgi  ilə  yazdığı 

bu  əsərdəki  qəhrəmanla  bağlı  hər  bir  epizodun,  hadisənin  onu  oxuyacaq  hər  kəsin  sonsuz  sevgi 

doğura  bilməsi  istəyi  müəllifi  daha  da  çılğınlaşdırmış,  həyəcanlandırmış  və  bu  yolda  o,  daha  çox 

səy göstərmişdir. Bu mövzuda bir çox əsərlər yazılmasına baxmayaraq, bu əsəri sayəsində müəllifi 

yalnız  Anadolu  və  Balkan  deyil,  Orta  Asiya  türkləri  arasında  da  geniş  şöhrət  qazanmışdır  (1,138-

139).  Türkdilli  poeziyada  özünəməxsus  yeri  olan  “yaradılış”,  “Məhəmmədin  peyğəmbərliyi”  və 




 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

12

 



 

№ 1, 2016

 

“Qiyamət” kimi üç əsas mövzu ətrafında qələmə alınmış “Məhəmmədiyyə”nin Azərbaycan EA Əl-



yazmalar İnstitutunda üzə çıxardığımız əlyazma və çap nüsxələri əsasında elmi-tənqidi mətninin ha-

zırlanması və tekstoloji tədqiqi XV əsr türkdilli təsəvvüf ədəbiyyatının, xüsusən bədii nəsr tarixinin 

öyrənilməsi baxımından gərəklidir. 

 Əhməd  Bican  Yazıçıoğlunun  (-1454)  Azərbaycanda  “Ənvari-aşiqin”  (  3  ).  “Dürri-məknun” 

(2),  “Müntəha”(  5  )  əsərlərinin  əlyazma  nüsxələri  möbcuddur.  Mənbələrdə  “Əcaibül-məxluqat”, 

“Dürri-məknun” əsərləri  və onların əlyazmaları  haqqında  bilgilərlə rastlaşdığımız Əhməd Bican (-

1454)  Geliboluda  münəccim-alim  Səlahəddin  yazıçının  ailəsində  doğulmuşdur.  Əsasında  yunan, 

daha  sonra  isə  ərəb  mənbələrinin  dayandığını  mütəxəssislərin  üzə  çıxardığı  “Əcaibül-məxluqat” 

adlandırılmış bir çox əsərlər mövcuddur. Bicanın eyni adlı əsərində ilkin qaynaqlara söykənildiyinə, 

onların  bir  növ  türkcəyə  xülasəyə  çalışıldığına  işarələr  vardır.  Lakin  əsərdə  bəzi  tədqiqatçıların 

yazdıqları kimi Zəkəriyyə Qəzvininin eyni adlı əsərindən tərcümə edildiyi göstərilməmişdir. Xatır-

ladaq  ki,  həmin  əsərin  məzmunu  əsasən  dünyanın  yaranışı,  göylər,  ulduzlar,  mələklər,  aylar,  illər, 

dənizlər, yerlər, bitkilər, heyvanlarla bağlı müşahidə, əfsanə, öyüd və s. üzərində qurulmuşdur. Əh-

mədin bu əsəri sırf elmi xarakter daşımasa da, uzun illər maraqla oxunmuş, zamanın dünyagörüşünü 

əks etdirmişdir. 

XV əsr türk nəsrinin dəyərli bir örnəyi olan “Ənvari-aşiqin” Əhməd Bicanın ən məşhur əsəri-

dir. Bu kitab türk xalqı arasında XV əsrdən bəri ən çox oxunan, xalqa dini-əxlaqi tərbiyə və mədə-

niyyət  vermiş  olan  kitablardan  biridir  (12).  “Məhəmmədiyyə”si  ilə  şöhrətlənmiş  böyük  qardaşı 

Məhəmməd Yazıçının ərəbcə yazdığı “Məğaribu-z-zəman”ından h.850-55 (1446-51)-ci illərdə türk-

cəyə  çevirmişdir.  Bu  haqda  “Məhəmmədiyyə”nin  xatiməsində  maraqlı  bilgilər  üzə  çıxarmışıq. 

Əhməd  Bican  “Ənvari-aşiqin”in  xatiməsində  həmçinin  bu  fikri  təsdiqləməkdədir:  “...bən  miskin 

həqir  və  fəqir  Əhməd  Bican  ana  (qardaşı  Məhəmmədə-A.M.)  edərdüm  ki,  dünyanın  bəqası  və 

ruzigarın  vəfası  yoxdur.  Elə  olsa  bir  yadigar  düzünə  aləmdə  oxunsun.  Bənüm  sözüm  ilə  ol  dəxi 

“Məğaribü-z-zəman”  adlu  bir  kitab  düzdi  və  andan  sonra  bana  ayıtdı:  ...  ey  Əhmədi  Bican,  işdə 

sənin sözünə cəmi mövcudatın lətayifin və şeirin bir yerə cəm eylədüm, imdi sən dəxi bir kitab ki, 

“Məğaribu-z-zəman”dır,  türki  dilinə  döndərgil,  ta  kim,  bizüm  yerin  xəlqi-türki  dəxi  maarifdən  və 

ənvari elmdən fayidə götürələr. Eylə ola bəni-miskin Əhməd Bican dəxi anın mübarək sözilə uşbu 

kitab kim, “Ənvari-aşiqin” ad qoydum” (3, Xatimə). 

Araşdırmalar  nəticəsində  “Ənvari-aşiqin”in  İstanbul  Topqapı  Sarayı  muzeyində  7,  Vatikan 

Apostol kitabxanasında 3 nüsxəsinin varlığını müəyyənləşdirmişik. XVI-XVIII əsrlərdə köçürülmüş 

bu əlyazmalar Karatay və Rossi tərəfindən təsvir olunmuşdur. Rossi əsərin həmçinin Vyana, Brita-

niya  muzeyi,  Kotha,  Berlin,  Bodlean  nüsxələrinin  mövcudluğunu  qeyd  edirsə  də,  göstərilən  mən-

bələrə  əsasən  onların  “Ənvari-aşiqin”in  deyil,  “Məğaribu-z-zəman”ın  əlyazmaları  olduğunu  düşü-

nürük. 

Azərbaycanda indiyədək Əhməd Bican və onun “Ənvari-aşiqin”indən yeganə dəfə bu sətirlə-



rin  müəllifi  söz  açmışdır  (:19,  41-42).  Bu  baxımdan  əsərin  Əlyazmalar  İnstitutunda  üzə  çıxardı-

ğımız əlyazması  maraq doğurmaqdadır. Həcmi 110 vərəq, ölçüsü 21,5x18,5 sm, xətti nəstəliq, ka-

tibi  Hacı  Kərim  oğlu  Əbdürrəhim  Nuxuludur.  Əlyazmada  onun  köçürülmə  tarixi  qeyd  edilməmiş-

dir.  Paleoqrafik  xüsusiyyətlərinə,  kağızındakı  filiqranlara-su  nişanlarına  əsasən  nüsxənin  XVIII 

əsrin ortalarında köçürüldüyünü təxmin edirik. 

Qeyd edək ki, “Ənvari-aşiqin”in İstanbul, Bulaq, Misir nəşrləri vardır. Əlyazmalar İnstitutun-

da  əsərin  3  nəşr  nüsxəsini  də  aşkarlamaq  bizə  nəsib  olmuşdur.  Abidənin  bu  nəşrlərinə  və  dünya 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə