Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

25

 



 

№ 1, 2016

 

UOT: 902/904;  930.272 



 

Gülarə Əliyeva  

AMEA Məhəmməd Füzuli adına  

Əlyazmalar İnstitutu, elmi işçi 

 

ARXEOQRAFİK SƏNƏDLƏR XƏZİNƏSİNDƏ 

  

Açar sözlər: arxeoqrafik sənədlər, orta əsr, Qarabağ, Naxçıvan, vəqf. 

Ключевые  слова:  археографические  документы,  средневековье,  Карабах,  Нахичевань, 

вакф. 

Key words: archeographic documents, Medieval Century Karabakh, Nakhchivan, vakf. 

 

Orta əsr Azərbaycan tarixinin öyrənilməsində arxeoqrafik və tarixi sənədlərin əhəmiyyəti çox 



böyükdür. Bir çox tədqiqatçılar orta əsr hökmdarları tərəfindən verilmiş fərman və hökmlərin, icarə-

namə, hibənamə, vəsiyyətnamə və digər sənədlərin Azərbaycan tarixini öyrənmək üçün böyük əhə-

miyyəti  olduğunu  qeyd  etmişlər.  Belə  sənədlər  Azərbaycan  Milli  Elmlər  Akademiyası  M.Füzuli 

adına Əlyazmalar İnstitutunda saxlanılır.  

Orta əsr katibləri öz biliklərini nümayiş etdirmək məqsədilə sənədləri mümkün qədər dolaşıq 

dildə oxunması çətinlik törədən şivədə tərtib etməyə çalışmış, digər tərəfdən isə hökmdarların möv-

qeyini yüksək cilvələndirmək xatirinə onun göstərişlərini müvafiq hədislər, quran ayələri və şerlərlə 

asanlaşdırmışlar.  Onlar  qarşıdakı  tərəfi  savadsız  hesab  etməmək  xatirinə  sözlərə  işarə,  hərəkə  və 

nöqtələr qoymaqdan da çekinmişlər.  

Sənədlərin  bir çoxu göstəriş səpgisindədir.  Azərbaycanın orta tarixi  ilə  bağlı olan  sənədlərin 

mətnini düzgün oxuyub açmaq, fərman və sənədlərin məzmununu dövrün ictimai, iqtisadi və siyasi 

hadisələri  ilə  əlaqədar  surətdə  izah  və  tərcümə  etmək  sahəsində  təşəbbüs  göstərən  tədqiqatçılar 

sırasında  elmi  işçilər  Elmira  Seyidbəylinin  və  T.M.Musəvinin  adını  xüsusi  göstərmək  lazımdır. 

Elmira  Seyidbəylinin  2000-ci  ildə  çapdan  çıxmış  “Naxçıvan  torpaq  mülkiyyətinə  aid  XVII–XVIII 

əsr  Kəngərli  arxeoqrafik  sənədləri”,  2002-ci  ildə  “Qarabağ  torpaq  mülkiyyətinə  aid  arxeoqrafik 

materiallar”, 1977-ci ildə T.M.Musəvinin nəşr olunmuş “Orta əsr Azərbaycan tarixinə dair farsdilli 

sənədlər” əsərləri buna sübutdur. Bu sənədlər arasında elmi və tarixi mənasına görə ən dəyərli XVI–

XIX  əsr  şah  fərmanlarıdır.  Arxeoqrafik  və  tarixi  sənədlər  bu  qaydada  düzülmüşdür.  Materiallar  8 

bölmədə saxlanılır: 

 I.Göstəriş səciyyəli birinci bölmədəki ayrıclarda fərmanlar, hökmlər, səcərələr, nəsli cədvəli, 

родословная  древо,  tarixnamələr,  qərardadlar,  əhdnamələr,  fitvalar,  tövsiyyələr,  inabətnamələr, 

müraciətnamələr, tərəqqənamələr, təklifnamələr, təzərrunamələr, istaftalar, məscid camaatının siya-

hısı,  təliqələr,  əmrlər,  приказы,  выписка,  izahnamələr,  surəti-siyahələr,  mühasibeyi  hissə,  nüfus 

siyahıları.  

 II.Mülki  müqavilə  adlanan  II  bölmədəki  ayrıclarda-beynamələr,  запродажная  запис,  дого-

вор о купле продаже surəti-əsmayi-kitabhayi-ibtidayi, mühasibeyi-dükkan, icarənamələr, rəncbər-

lik  müqavilənaməsi, əcirnamə, beyi-şərtnamələr, şrutnamələr, qərardadnamələr, şərtnamələr, пись-

менное  условие,  şərakətnamələr,  арендный  договор,  məavizənamələr,  hibənamələr,  акт  о  даро-

вание, təsdiqnameyi-hibə, vəqfnamələr, bədəlül vəqf, pul siyahısı, ianə vərəqələri, vəsiyyətnamələ-



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

26

 



 

№ 1, 2016

 

ri,  завещание,  məzarıstana  aid  siyahılar,  siyahıye-mali-mətrukat,  siyahıye-mali-əmanət,  təqsim-



namələr, təqsimi hərəkələr, qismətnamələr, təsdiqi qismətnamələr, hisseyi-mənxan əz tərəkə, tərəkə 

bölgüsü qanunları, проект разделного акта, полевой журнал, межевой план, платежное свиде-

тельство. 

 Qanunlar məcəlləsinə əsaslanan sənədlər adlanan III bölmədəki ayrıclarda müsalihənamələr, 

tərkdəvanamələr,  mavəğənamələr, qətdəvanamələr, teydəvanamələr, qətnamələr, bəqavurdnamələr, 

imtinanamələr,  vəkalətnamələr,  доверенность,  qəyyumnamələr,  istişhadnamələr,  siyadətnamələr, 

şəhadətnamələr, şəhadəti-vəladət, gəsəmnamələr, iqrarnamələr, təsdiqnameyi-iqrarlar, məəhhurdna-

mələr, iltizamnamələr, подписка, zaminnamələr, mehrhayi-məclisi şəriət, siyahılar, список, proto-

kollar, исполнительный лист.  

 Vergi  və  pul  sisteminə  aid  sənədlər  adlanan  IV  bölgüdəki  ayrıclarda  boniciəbənd,  töyciye-

padşahı, təhmülati-divani, siyahıye-təfsilatı heyzəm, окладной лист, təməssuknamələr müqa-tiəna-

mələr, veksellər, qəbznamələr, qəbzi-teleqrafi, qəbzi-cəvazlar, raspiskalar, kvitansiyalar. 

 Müxtəlif vəsiqələr adlanan V bölmədəki ayrıclarda nigahnamələr, nigahi-şərt, кебинный акт, 

siyahıye-mali-cəhaz,  siyahıye  sədaq,  təlaqi-rəcəi,  təlaqül-xənvər-rəcəilər,  xənnamələr,  müxaliəna-

mələr,  təsdiqi  müxaliə,  şəhadətnamələr,  attestatlar,  свидетелство,  удостоверение,  icazənamələr, 

mürur  təzkirələri,  pasportlar,  билеты,  сопровождающий  лист,  пропуск,  əmək  kitabçaları,  фор-

тулярный  список  о  службе,  haqq-hesab  kitabçaları,  təqaüd  vəsiqələri,  сберегательная  книжка, 

səsvermə vərəqələri.  

 Mürasiləcatlar adlanan VI bölmədəki ayrıclarda məktublar, ərzdaştlar, ərizətül-ixlaslar, пись-

мо  записка,  dəvətnamələr,  təliqələr,  отношение,  открытый  лист,  elannamələr,  elanlar,  обьявле-

ние, raportlar, рапорты, məruznamələr, məsləhətnamələr, izahnamələr, bəyannamələr, доносение, 

донос,  ərizələr,  xitablar, təvəqqənamələr,  iltimasnamələr,  промешение,  заяавление, объяснение, 

ответы. 

 Müxtəlif sənəd nümunələri adlanan VII bölmədəki ayrıclarda münşəatlar, nigahnamə forma-

ları. 

 Kartoqrafiya  və  inşa  işləri  ilə  əlaqədar  tərtib  olunmuş  materiallar  adlanan  VIII  bölmədəki 



ayrıclarda kartalar, xəritələr, proektlər, planlar, aktlar. 

 Əlyazmalar İnstitutunda  mühafizə olunan arxeoqrafik sənədlər XVI-XIX əsrlər  yazılı abidə-

lərin  leksik cəhətdən öyrənilməsində qiymətli  mənbədir. Bunu  nəzərə alaraq, həmin sənədlərdə öz 

əksini tapmış terminlərdən bir neçə nümunə nəzər-diqqətə çatdırılır. 

 Əlyazmalar  İnstitutunda  saxlanılan  arxeoqrafik  sənədlərdə  olan  terminlərin  lüğətini  hazırla-

mağı qarşımıza məqsəd qoymuşuq. Bu terminlərdən bəzi nümunələr:  

 Bilmünasifə. (بالمناصفه) Bu sözün istilahi mənası yarıbayarı, tən ortadan, şərikli və ortaqlı 

deməkdir. Münaqişələrə səbəb olan bir sıra irsi və şərikli əmlak bölgülərində bu istilahdan istifadə 

olunurdu. Bu növ bölgülərdə şəriətli insaf və ədalət prinsipləri əldə əsas tutulurdu. 

 Vəli.  (ولی)  -  Ərəb  dilində  yaxşı,  doğma,  qohum-əqraba,  hamı,  himayəçi  kimi  mənalarda 

işlədilir.  Bu  istilaha  Astarabad  ölkəsinin  bəylərbəyi  Mürtəzaqulu  xan  Kəngərlinin  vərəsələrinə 

məxsus  təqsimnamədə  təsadüf  olunmuşdur.  Təqsimnamədən  məlum  olur  ki,  vəli  sözünün  əsl 

mənasında  anadan  yetim  qalmış  azyaşlı  uşaqlarını  böyüdüb  bəsləyən  və  onların  irsi  paylarını 

böyüyənə  qədər  öz  təhti-təsərrüflərində  saxlayan  valideynlərə  yaxud  qohum-əqrabaya  deyilirdi. 

(Sənəd № 3)  



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə