Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

27

 



 

№ 1, 2016

 

 Qapıçı  (قاپوچی)  səfəvilər  dövründə  şah  sarayına  yaxın  adamlar  (مقربان  دیوان  اعلی) 



içərisində  saray  və  xəlvətxana  qapıçıları  adını  daşıyan  xidmətçilər  də  vardır.  İqamətgah 

meydanında,  mətbəxdə  və  çəhərhovuz  yanında  gözətçilik  etmək  saray  qapıçılarının  (قاپوچیان 

دیوان) şah ailəsinə məxsus yataq yataq otaqlarının qoyulması isə xəlvətxana qapıçılarının( قاپوچیان 

خلوت)  öhdəsinə  düşürdü.  Onlar  bu  yerlarda  şəriətcə  qadağan  olunmuş  kafir,  yəni  ziyanverici 

hərəkətlərin  baş  verməməsinə  səy  göstərirdilər.  İstər  şah  istərsə  də  xəlvətxana  qapıçılarının  hər 

ikisinin  tabeliklərində  çoxlu  mətbəələri  vardır.  Qapıçıların  özləri  isə  Müqərrəbül  Həzrət  (  مقرب 

الحضرت)  titulu  daşıyan  saray  eşikağası  başçılarına  tabe  idilər.  Təkirətül-mülux  əsəri.  Səh.  44-45 

(Bax: sənəd 6)  

 Qozzati-divan (قضاه دیوان) Qozzat ərəb dilində qazı sözünün cəmidir. Şəriət əsasında hökm 

verən dini hakimlər qazı titulu daşıyırdılar.  

 Ərxan  (ارگان)  sözünün  istilahi  mənası  islam  dilinin  rükiləri,  yəni  sütunları  deməkdir.  Dini 

əhkam  və  ayinlər  ayinlər  anlayışını  özündə  cəmləşdirən  bu  rükilər  5qismə  ayrılırlar.  İslamın 

insanlara  inam  və  etiqad  hissələri  aşılayan  əhkamı  birinci  rüki  hesab  olunur.  Həmin  əhkam 

“Quranın, Allahdan başqa sitayiş ediləcək qeyri məbud yoxdur. Məhəmməd onun elçisidir.” ( لااله 

الاله  محمد  رسول  اله  )düsturuna  əsaslanan  ayəsində  öz  əksini  tapmışdır.  Yerdə  qalan  dörd  rüki  isə 

namaz,  oruc,  ziyarət  və  sədəqə  ilə  bağlı  dini  ayinlər  və  mənəvi  göstərişlərdən  ibarətdir.  Adlarını 

çəkdiyimiz  bu  rükilərdən  sədəqə  ruhu  günahlardan  xilas  etmək  üçün  verilən  ehsan  idi.  Belə 

sədəqələr  könüllü  şəkildə  kasıbların,  dərvişlərin  və  məscidlərin  xeyrinə  verilirdi.  Sədəqənin  zəkat 

adlanan məcburi növü də olmuşdu. Zəkat yaşlı müsəlman nəsillərinin həyatyanı mülklərindən tica-

rət və sənətkarlıqdan əldə edilən gəlir vergisi idi. Т.С.Саидбаев, ислам и общество, Издателство 

“Наука” Москва, 1978 стр. 41(Bax: Sənəd№ 6, 9, 10, 13)  

 Əhli-xibrə  (اهل  خبره)  istilahi  ərəb  dilində  səlahiyyətli,  mütəxəssis,  səriştəli,  xəbərdar  və  s. 

kimi  mənalarda  işlədilir.  “Təskirətül-müluk”  əsərindən  əldə  edilən  məlumata  görə  dövlət  ticarət 

idarəsinin (بیوتات) vəziri və naziri ilə birgə iş səlahiyyətinə qadir vəzifə sahiblərindən biri də ( اهل 

خبره) adlanan ekspertlər olmuşlar.  

 İstişhad  (استشهاد)sözü  şəri  hüquqi  mənada  şahidliyə  dəvət  olunma  deməkdir.  Bu  sözün 

xəbər  (استخبار)  və  məlumat  (استعلام)  əldə  etmək  tələbi  kimi  cinonimləri  də  vardır.  Şahidliyə 

dəvət  olunanlar  hər  şeydən  əvvəl  Quranın  “Allah  naminə  əhdə  xəyanət  etməmək”  yəni  dilindən 

doğru  və  düzgün  ifadə  vermək  əhkamını  əldə  əsas  tutmaqla  özlərində  böyük  məsuliyyət  hissini 

daşıyırdılar. Bax: E.Seyidbəyli. Mülki sənədlər və onların tərtib prinsipləri. Əlyazmalar xəzinəsin-

də. Əsərlər V-cild “Elm” nəşriyyatı, Bakı-1979 cəh. 26 (Bax: Sənəd № 12) 

 Yüzbaşı  (یوزباشی)  I  Şah  Abbas  dövründə  İranda  “Xasseyi-şərifənin  qulamları”  adlanan 

xüsusi  qoşun  hissələri  mövcud  idi.  Xasseyi-şərifə  istilahı  Səfəvilər  dövründə  əsas  etibarilə  saray 

əmlakı və təsisatı mənasında işlədilmişdir. Şəxsən Şah sarayına məxsus bu qosun hissələri Qafqazın 

Gürcüstan və sair  məntəqələrindən tutulub qul kimi İrana aparılmış gənclərdən  və eləcə də İranda 

doğulmuş qeyri-müsəlman millətlərindən təşkil olunurdu. (Bax: T.M.Musəvi. Orta əsr Azərbayacan 

tarixinə  dair  fars  dilində  yazılmış  sənədlər,  Bakı  1965,  səh.-42)  Belə  qoşun  hissələrindən  yüz 

nəfərindən  ibarət  bir  dəstəsini  idarə  edən  şəxslər  də  hərbi  rütbə  alaraq  “Yüzbaşıye-qulamani-

xasseyi-şərifə” (یوزباشی غلامان خاصه شریفه)titulu daşıyırdılar. (Bax: Sənəd № 2,3...21) 

 Kələntər (کلانتر) şəhər və şəhər tipli qəsəbə icmalarına başçılıq edən adamlara deyilirdi.  

 Kələntərlər xacə titulu daşıyan ən varlı tacirlər içərisindən seçilirdilər.  



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

28

 



 

№ 1, 2016

 

 Kəndxuda  (کدخدا)  keçmişdə  qəbilə  və  tayfa  başçılarına,  məhəllələrin  rəislərinə,  şəhər 



gözətçilərinə  və  müəyyən  silklərin  ağsaqqalları  kəndxuda  adlanırdılar.  Sənətkar  sexlərinin 

ağsaqqallarına  da  kəndxuda  deyilirdi.  Kəndxudalıq  vəzifə  hesab  olunurdu.  Onlar  bu  vəzifəni 

buraxıb getdikdə belə həmin cəmiyyətin üzvlüyündə qalmaqda davam edirdilər. Musəvi. 1965, səh. 

38. Bax. “Təzkürətül-müluk” səh.-76. 

 Ləşkərnəvis (لشکرنویس) dövlətin saray nəzdindəki mərkəzi maliyyə vergi və ordunun pul 

vəsaitinə nəzarət edən rəhbərliyin (وزیر سرکار) hesabdarı ləşkərnəvis adını daşıyırdı.  

 Mal  (مال)  müxtəlif  malikəna  və  təsərrufat  yerlərindən  (bağ,  zəmi,  meşəlik,  dəyirman  və  s. 

alınan  gəlir  vergisi  mənasında  işlədilirdi.  (T.M.Musəvi.  Bakı  tarixinə  dair  orta  əsr  sənədləri, 

Az.SSR  EA  nəşriyyatı,  Bakı  1965,  səh.56)  Şəriət  məhkəmələrinin  sülh  məclislərində  isə  mal 

sözündən müsalihə pulu mənasında (مال مصالحه) istifadə edilmişdir. (Bax: Sənəd № 4....9,10,11) 

 Mən (من) toxum hesabı çəki və sahə ölçüsüdür. Çəki ölçüsü kimi 26,5 kq.-a, sahə ölçüsü kimi 

isə  4  cəribə  bərabərdir.  (О.Д.Чехович,  Самаркандские  документы  XV-XVI  вв.399.  Bax:  Sənəd 

№ 11,17,20)  

 Mətrukat (متروکات) hər hansı  bir şəxsin  vəfatından sonra öz ailəsinə qoyub getdiyi  mirasa, 

yəni  irsi  əmlaka  mətrukat  deyilirdi.  Şəriət  normasına  görə  məkrukat  ailənin  iqtisadi  vəziyyətindən 

asılı bölgüyə də tərəkə (ترکه) bölgüsü deyilirdi. 

 Bu  zəngin  xəzinənin,  tariximizin  bir  çox  qaranlıq  səhifələrinə  işıq  salacağını  düşünərək 

nəzər-diqqətə çatdırılması zəruridir. Hər bir sənəd xüsusi diqqətlə araşdırılmalı və tədqiqat obyekti 

olmalıdır.  

  

 Ədəbiyyat: 

 

 1. Seyidbəyli E.M. Naxçıvan torpaq mülkiyyətinə aid XVII – XVIII əsr Kəngərli arxeoqrafik 



sənədləri. Bakı, Elm 2000, 229 s. 

 2.  Seyidbəyli.E.M.  Qarabağ  torpaq  mülkiyyətinə  aid  arxeoqrafik  materiallar.  Bakı,  Nurlan 

2002, 146 s. 

 3. Каграманов Дж. В. Описание археографических документов Баку, Элм 1969, 100 с.  

 

Алиева Гюляра Исабала кызы 

 

В сокровищнице археографических документов 

 

РЕЗЮМЕ 

 

В статье говорится об археографических и исторических документах, имеющих значи-



тельную  важность  в  изучении  истории  Азербайджана,  сохранившейся  в  фондах  Института 

Рукописей  имени  М.Физули  Национального  Академия  Наук  Азербайджана.  Среди  этих 

документов  особенно  отмечаются  указы  XVI-XIX  веков  имеющие  научные  и  исторические 

значимость.  

В  статье  описаны  археографические  и  исторические  материалы,  находившиеся  в 

восьми секциях. 



 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə