Microsoft Word Elyazmalar yanmir-jurnal No. 2+. docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix11.04.2018
ölçüsü0,95 Mb.
#37912
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

51

 



 

№ 1, 2016

 

Азизага Наджафов 

 

 



Тюркский натиск или тюркская воинская  

традиция в наследие Низами 

 

РЕЗЮМЕ 

 

Низами  Гянджеви,  как  прозаик  обладающий  всесторонними  знаниями  и  богатой  эру-



дицией,  скорее  всего  был  знаком  письменными  источниками  и  материалами  народного 

творчества связанными с тематикой «тюркский натиск», «тюркское нападение»; кроме этого 

изучал систему тюркской армии, следил за боевой тактикой и с умением пользовался этими 

знаниями  в  литературном  наследии.  Слово  «тюрк»  в  наследии  Низами  означает  не  только 

иносказание,  т.е.  не  только  героический  и  случайный  эпитет  в  контексте  рассматриваемой 

темы, но и так же лексем, связанный сугубо с историей одного этноса который указывает на 

тюркское начало.  

 

Azizaga Najafov 

 

 

Turkish attack or Turkish ar tradition in the heritage of Nizami 

 

 

SUMMARY 

 

 



As  the  educated  and  literate  person,  writer  was  familirised  with  the  written  resources  and 

folklore,  as  well  as,  learnt  turkish  army  sistem,  followed  the  battle  tactics  and  applied  it  in  his 

litterary heritage. The word “turk” is used not only as the ephitet unexpected, heroicallyas well as as 

the lexem meaning Turkishness. 



 

 


 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

52

 



 

№ 1, 2016

 

UOT: 821.512.162; 82-14 



 

Könül Hacıyeva  

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, 

filologiya üzrə fəlsəfə doktoru 

 

NEMƏTULLAH KİŞVƏRİ LİRİKASININ 

ƏSAS POETİK ÖZƏLLİKLƏRİ 

 

Açar sözlər: şair, Kişvəri, şeir, ədəbiyyat, rübai, qəzəl 

Ключевые слова: поэт, Кишвери, стихи, литература, четверостишие, газель 

Key-words: poet, Kishvari, poem, literature, quatram, ghazal 

 

Türkdilli ədəbiyyatın Şərq şeir qəliblərində inkişaf etməsi heç də asan proses olmamışdır. Or-



ta əsrlər türkdilli ədəbiyyatına nəzər salsaq üç fərqli türkcədə yaranan poeziyanın bir-birindən təsir-

ləndiyini görərik. Filologiya üzrə elmlər doktoru P.Kərimov bu barədə yazır: “Anadilli ədəbiyyatın 

inkişafına  müsbət təsir edən amillərdən biri də Şərqdə – Orta Asiyada cığatay türkcəsində ədəbiy-

yatın, Əlişir Nəvai  məktəbinin, Qərbdə – Osmanlı dövlətində  yerli türkcədə osmanlı ədəbiyyatının 

tərəqqi  etməsi  idi  (7,354).  Məhz  bu  səbəbdən  Ağqoyunlu  sarayındakı  şeir  məclislərinin  başında 

duran  Nemətullah  Kişvəri  yaradıcılığına  da  cığatay  türkcəsinin  izləri  yol  tapmışdır.  Kişvəri  XV 

yüzilliyin görkəmli ədəbi simalarından olan, anadilli poeziyamızın inkişafında mühüm rol oynamış 

və  bir çox sənətkarların  yaradıcılıq  yoluna  işıq salmış  istedadlı şairlərimizdəndir. Əvvəlki əsrlərdə 

görkəmli  söz  ustadlarının  bədii  irsi  ilə  vusət  tapmış  anadilli  ədəbiyyat  öz  ənənələri  ilə  nə  qədər 

mohkəmlənsə də, Kişvəri şeiri Azərbaycan ədəbiyyatına təzə nəfəs, yeni fərqli ənənələr və xəlqilik 

gətirdi. H.Araslı şairin Əlyazmalar İnstitutunda saxlanılan divanı əsasında araşdırma apararaq dilci 

və  ədəbiyyatçı  alimlərə  yeni  tədqiqat  üfüqləri  acmışdır.  Alim  “Böyük  Azərbaycan  şairi  Füzuli” 

kitabında  yazır: “...Nəsimidən sonra Azərbaycan dilində belə gözəl, aydın  və  maraqlı əsərlər  yara-

dan Kişvəri XV əsr Azərbaycan şeirinin qüvvətli nümayəndələrindən biridir” (2,52-56). Şairin istə-

nilən beyti bu fikri təsdiq edir.  

 

İstəməzdim yar, vallah, yarım olsaydı mənim, 

Basmas irdi qəm məni, qəmxarım olsaydı mənim. 

Sərvü gül yüzinə baxmazdım,gələydi yüz bahar, 

Bir səmən, bir sərvi-gülrüxsarım olsaydı mənim (8,32-33). 

 

Şeir parçasındakı bədii ahəngdarlıq, axıcılıq elə ilk baxışda diqqəti cəlb edir. Misraların özün-



də  əks  etdirdiyi  poetik  dolğunluq,  obrazlı  ifadə  oxucu  ilə  sənətkar  arasında  güclü  bir  yaxınlaşma, 

qüvvətli bir cazibənin yaranmasına səbəb olur. Qəzəllərdəki oxunaqlılıq və oynaqlıq oxucunu şairin 

bədii irsinin dərinliklərinə dalmağa, bu söz xəzinəsinin qiymətli nümunələri ilə daha yaxından tanış 

olmağa cəlb edir. Şair  fikirlərini poetik şəkildə  sanki sohbət edərcəsinə təqdim edir. Buna  baxma-

yaraq,  onun  beytlərində  şeir  sənətinin  qayda-qanunlarının  qətiyyən  pozulmadığını,  həmin  ölçülərə 

rahatlıqla riayət edildiyini görürük. Şairin həyat və yaradıcılığı barədə məqalə ilə cıxış edən fil. üzrə 

f.d. F.Ağayev onun əsərlərinin motivlərindən bəhs edərək yazır: “Kişvəri insan gözəlliklərini bütün 



 

   


 

 

ƏLYAZMALAR YANMIR 



 

53

 



 

№ 1, 2016

 

aləmin  gözəlliklərindən  artıq  tutur.  Onun  şeirinin  qəhrəmanı  gözəl  insandır.  Bu  gözəl  isə  şairin 



nəzərində sədaqətli,  mənəvi cəhətdən təmiz, zahiri cəhətdən  bütün  insanların  nöqsansızıdır”(1,73). 

Məhəbbət  lirikası  şairin  əsərlərində  xüsusi  yer  tutaraq  özünün  mükəmməl  səviyyəsinə  catmışdır. 

Təmiz  eşqin,  saf  məhəbbətin  dolğun  şəkildə  əks  olunduğu  Kişvəri  qəzəlləri  motiv  və  obrazlarına 

görə Nəsimi şeirinə yaxın olsa da ifadə tərzinin sadəliyi,xalqa yaxınlığı ilə seçilir. 

 

Hər kəsin kim, sən təki bir dilbəri-ruhani yox, 

Kafəridir kim,anın bir zərrəcə imanı yox. 

Cövhəridir eşq kim, heç kimsə bilməz qədrini, 

Adəm oğlu eşqsiz bir cismdir kim, canı yox (8,22). 

 

Şair  sanki  eşqin  tərifini  verir.  Tanrının  insan  oğluna  layiq  görüb  bəxş  etdiyi  bu  ali  və  ülvi 



hissin  qədrini  bilməyin  vacib  olduğunu  vurğulayır.  Kişvəri  irsinin  dərinliklərinə  baş  vurduqca 

burada gözəllik, saflıq aşiqi olan müdrik Yunus İmrənin də təsirini sezmək mümkündür. O, bir çox 

şeirlərində insanı mümkün olan hər cür tərifli ifadələrlə, təşbih və istiarələrlə vəsf edir,“öz qəhrəma-

nını həyatın, bəşər düşüncəsinin ən müqəddəs dini obrazlarından da üstün tutur”(1,73). 

 

Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvar tək, 

Dəhanı höqqeyi-mərcan durur,dəndani gövhər tək. 

Saçı sünbül, gözü ceyran, yüzi gülgül, xəti reyhan, 

Rəhü rəftari şirinü ləbü göftari şəkkər tək (5,314). 

 

Şair bir rəssam incəliyi ilə hərtərəfli gözəl olan bir insanın portretini yaradır. Bu surəti mənəvi 



və  zahiri  məziyyətlərin  təsvirinin  əks  olunduğu  bədii  lövhələrlə  bəzəyən  sənətkar  poetik  vasitələri 

son dərəcə səxavətlə, həm də yerli-yerində işlədir. 

 

Muradım, məqsədim, sidqim, şəfiqim, müşfiqim, dustim, 

Təriqim, mürşidim, pirim, yolum, adabü ərkanım. 

Xəlilü Söhvü İncilim, Kəlimim, Turü Tövratım, 

Zəburum, nəğməvü sövt ilə Davudi-xoşəlhanım (5, 320). 

 

Özündə müqəddəslik ifadə edən məfhumlardan istifadə edən, dini dəyərlər daşıyan varlıqların 



adını çəkən şair təsvir etdiyi obyekti bütün bunlara layiq bildiyini dönə-dönə etiraf edir. Beytlərdəki 

daxili qafiyənin isə şeirə necə bir musiqili ifadə, şirinlik, təbii oynaqlıq gətirdiyi göz qabağındadır. 

Kişvərinin  ərəb  və  fars  dillərindən  kecən  tərkiblərdən  bacardıqca  az  istifadə  etməyə  çalışması  qə-

ləmə  aldığı  hər  şeirində,  söylədiyi  hər  beytdə  özünü  qabarıq  şəkildə  göstərərək  onu  bir  çox 

müasirlərindən köklü surətdə fərqləndirir. 

 

Məni kim öynə-öynə öldürürsən 



Aşiq öldürməgin cani bilürsən. 

İki mehman bir evdə çün sığışmaz, 

Mənim canım gedər, çün sən gəlürsən (5,328). 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə