ƏLYAZMALAR YANMIR
15
№ 1, 2016
mənqəbələrə geniş yer verildiyindən, ümimiyyətlə, daha çox bir hekayə xarakteri daşımaqdadır.
Təbiətin və insan ruhunun bir dastanı sayıla biləcək (Kocatürk) bu əsər ərş, meşə, cənnət, yer altı,
yer üzü, dəniz içi aləmlər, adalar, dağlar, şəhərlər və s. haqqında bəlkə də nağıllardır, deyə bilərik.
Bican burada söz gedən mövzularla bağlı özünə qədər islam aləmində mövcud olmuş kainatla bağlı
mənqəbələri toplamışdır. Nəsihətamiz hekayələrin bol-bol yer aldığı “Dürri-məknun”da müəllif
“Quran”la bağlı məqamlarda belə oxucunu orta çağlar, xüsusilə XV əsr türkcəsinin şirinliyi ilə
heyrətləndirə və cazibəsinə sala bilir: “Kövsər suyu kim, anı Həqq-Təala “Quran”da ögmüşdür.
Netə kim, buyurur... Rəsulullah (ə.s.) ayıtdı: Həqq-Təala bana vədə eyləmişdir-sudan aqdır, qardan
savuqdur, sağrıqları gümüşdəndir, yulduzlar sağuşincə andan içsə qəniməti yoqdur, içdükcə içməgü
gəlür. Andə bir irmaq dəxi vardır...” (10b). Əsər boyunca hekayətlərdə sujetlər real və ya əfsanəvi
xarakterindən asılı olmayaraq konkret mövzularda, aydın məzmunda verilir: “Əbu Əli Sina bir
xatunun evinə müsafir olur. Baqar görür övrətin üzərinə fəqr qələbə eyləmiş. Yeyəcəgi yoq. Əbu
Əli Sina bu övrətə rəhm edüb, evün divarından bir taş qoparur, yenə yerinə qor... Edür: Ey xatun,
qaçan bəkməz kim, həcətin olur, şol ləvləciki açərsən, hacətin qədəri bəkməz alarsın, yenə tıqıyasın.
Amma zinhar taşi qoparıb içində nə var-görmiyəsin, -dedi. Və kəndi neçə zaman böylə etdi.. Bir
gün açayın, görəyin, taşı yenə yerinə qoyayın, -der”( 30b-31a). Qeyd edək ki, bir çox halda orta
çağlar nəsr abidələrindəki nəsr və nəzmin növbələşməsinə bu abidədə çox cüzi -bir beyt və s.
şəklində təsadüf olunur. Əhməd Bicanın başqa əsərləri kimi, Əlyazmalar İnstitutunda üzə
çıxardığımız “Dürri-məknun”un əlyazması da təcrübəli nasir qələmindən çıxmış maraqlı bir abidə
tək xüsusilə dilçilik, türk dillərinin tarixi inkişaf yolunun müəyyən bir mərhələsinin əhatəli araş-
dırılması üçün əhəmiyyətlidir.
Müntəha. Azərbaycan Əlyazmalar İnstitutunda araşdırmalar apararkən “Məcmuəyi-ilahiyyat”
adlandırılmış toplunun haşiyəsində “Müntəha” əsərilə rastlaşdıq. Əsər “Həzə kitəbi-Müntəha tərcü-
məyi-Əhməd Bican rəhmətullahi ileyh” başlığı altında yazılmışdır. M.T.Bursalı Bicanın əsərləri
arasında anılan əsərin adını çəkmiş, “Müntəha” təsəvvüf, kəlam və mühaziratından bahis (bəhs
edən) bir cildi-kəbir türkcə əsəri olub, bir nüsxəsi Xalis əfəndinin xüsusi katabxanasında mövcud-
dur,-qeydini etmişdir (6). Müvafiq mənbələr, tədqiqat əsərləri və Şərq əlyazma kataloqları vasitəsilə
əsərin əlyazma nüsxəsilə bağlı axtarışlarımız heç bir nəticə vermədi. Beləliklə, Bursalının yazduğı
cümlə “Müntəha”nin əlyazma nüsxələri ilə bağlı hələki yeganə məlumat olaraq qalırdı. Lakin
Əlyazmalar İnstitutunda B-593 şifri altında qorunan sözügedən əlyazamanın tədqiqi sevindirici nəti-
cələr verdi ( 16, 84-86). Sonradan mavi karton cildə tutulmuş nüsxənin kağızı XVIII əsr Avstriya
istehsalı, ölçüsü 16x24 sm, xətti çox sıx yazılmış olduqca xırda təliq, sətir sayı müxtəlif, mürəkkəbi
qara və qırmızıdır. “Müntəha” əsəri yuxarıda qeyd etdiyimiz əlyazma toplumun 2b-17a vərəqlərinin
haşiyəsinə köçürülümüşdür. Əvvəlində ənənəvi olaraq ərəbcə xeyli həmd və səna yazılmışdır.
Türkcə mətn “
...
ﺮﻟ ﺪﺷﺮﻣ نﻮﺴﻟوا ﮫﻨﯾزوا ﯽﺑﺎﺤﺻا لا ﮏﻧآ
... هﺪﻘﺣ قﺮﻃ” (2b) ilə başlayır. Son ifadələr isə
belədir: “رﺪﺋﺎﻗ ﮫﻠﯾا ﮫﺑﺎﺠﯾا ﯽﮑﻟوا رد ﮫﺒﺗ ﺮﻣ ﯽﮑﯾا نوﺮﻣا ﻢﻟﺎﻋ ﮫﮑﻠﺑ ﻞﮔد ... ” (17b). Təəssüflə etiraf etməliyik ki,
əsərin sonu naqisdir. Onu da qeyd edək ki, məzmununa görə heç də yarımçıq sayıla bilməz,
çatışmayan cüzi bir hissəsidir, deyə bilərik. Əsərin əvvəlində onun yazılma səbəbi şərh olunmuşdur.
Haqqında bilgi çatdırmağa çalışdığımız əsərlə bağlı bir çox məqamların məhz buradan öyrənildiyi-
nə baxmayaraq, bu şərhin özündə belə bir qədər izahata ehtiyacı olan dolaşıq fikirlər vardır: “Səbə-
bi-təlifi-kitab budur ki, bir gün ulu qarındaşım Yazıçıoğlu könlünün ona uca mərtəbə olmasına bax-
mayaraq, “Fusus”da bəzi sözlərin şərə müxalifliyini bildirir, bəzilərini izah edir. Bir gün Əcəmdən
əlində bir kitab tutmuş biri gəlir. O, kitabı mütaliə edərkən Bicana aşikar olur ki, Cəlaləddin Xucən-
ƏLYAZMALAR YANMIR
16
№ 1, 2016
di Əvzəxidən (?) nəql edər, o dəxi Müvəhhid Cindidən nəql edər. Belə rəvayət edilir ki, Mühyiəddin
Ərəbi bəzi əshabinə demişdir: “Fusus” və s. kitablarımda bəzi sözləri şərə müxalif söylədim”. Hə-
min dərviş deyir “bilməzəm Şeyx etdi anunçundur kim, Həzrəti Rəsul (ə.s.) elmi bənə iştə rəhmət
və bəla üçün veribdi. Ta kim, bunların etiqadlarını sınayayım...” Bu fikirlərə aydınlıq gətirmək
məqsədilə ümumilikdə “Fusus”un müvafiq yeri, tarixən bu əsərə münasibət kimi məsələlərə nəzər
salmaq zərurəti yaranır. İbn Ərəbinin yaradıcılığı əsasən təsəvvüfi və digər mövzularla yanaşı hədis
və fiqhə dair olmaqla iki zümrəyə ayrılır. Ən çox “Fusus” və ya “Fususu-l-hikam” kimi tanınmış,
tam adı “Fusus al-hikam va xusus al-kalim” (“Hikmətlərin gövhəri və müsahib xüsusiyyətləri”) olan
əsərində Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə (ə.s.) qədər 28 peyğəmbərin dərəcəsinə
görə təmsil etdikləri gerçəklər, hikmətlər şəklində anladılır. Qeyd olunan bu təlif M. Ərəbinin bütün
düşüncələrinin xülasəsi olan ən dolğun əsəridir. Bir çox şərhli nəşirləri və müxtəlif tərcümələri
vardır. “Fusus”a tarixən 35-ə qədər şərh yazıldığı bəllidir. Ona Sədrəddin Qunəvinin, Əbdürrəzzaq
Kaşaninin, Əbdürrəhman Caminin, Abdullah Bosnəvinin, Yazıçıoğlunun və başqalarının şərhləri
vardır. Şərhlərdən əlavə “Fusus”a neçə-neçə rəddiyyə və müdafiənamələr yazılmışdır ki, bütün bun-
lar onun ümumiyyətlə mübahisə doğuran məzmunundan xəbər verməkdədir. M.Ərəbi nəfs və ruh
eşqlərini bir-birindən ayrı iki şey olaraq göstərirsə də, “Fusus”da onları açıqca bir-birinə qarışdır-
maqadadır. İbn Xəldun ( -1490) İbn Ərəbinin təsəvvüfi fikirlərini əsaslı şəkildə təhlil edərək,
əsərlərinin küfr, çirkin bidətlərlə dolu olduğunu, “Fusus” və “Futuhat”ının “atəşdə yaxılmalı, suda
yıxanmalı” olduğunu qeyd etmişdur. Bu səbəblərdən bəzi fəqih və qazilər İbn Ərəbi və xüsusilə
“Fusus-al-hikam” haqqında bir sıra suallar tərtib edərək, İslam ölkələrindəki böyük alimlərə
göndərmiş, bu xüsusda fikirlərini bilmək istəmişlər. Hətta Azərbaycan ərazisində kafir mənasına
uyğun “Fususi” təbiri də ortaya çıxmışdır. “Fusus”u oxuyub izah edən Şeyx İbrahim Gülşəni Bərdəi
(1428-1533) ilə müridləri haqqında çeşidli ittihamlar irəli sürülmüşdür ki, buna Mühyi Gülşəninin
“Mənaqibi-İbrahim Gülşəni” əsərində işarələr vardır. İbn Ərəbi tədqiqatçılarının yekun qənaəti
belədir: Daha sonrakı dövrlərdə ardıcılları və tələbələri onun fikirlərini təbliğ etmiş, əsərlərini yeni
qurulmaqda olan Osmanlı mədrəsələrində oxutmuşlar. Anadoluda M.Ərəbinin fikirlərinə yalnız
Mövlananın fikirləri qarşı qoyula bilmişdir. XX əsrin başlanğıcında Türkiyədə Avropa təsiri
yayıldıqda belə İbn Ərəbi etibarı azalmadı, çünki o, islam fikir tarixində daima mümtaz (seçilmiş)
bir yerə sahib olacaqdır. İbn Ərəbi əhli-sünnət və Zahiriyyə məzhəbinə məxsus olmuşdur. Onun
əsərlərində, xüsusilə “Fusus” və “Futuhat”ında zahiri mənası açıqca küfr olan şeylərin varlığını
obyektivcə etiraf edənlərlə də rastlaşırlır.
Yuxarıda göstərildiyi kimi Əhməd Bicanın böyük qardaşı Məhəmməd Yazıcıoğlu da
“Fusus”a şərh yazmışdır və sözsüz ki, bu şərh ərəbcə olmuşdur. Bizcə, üzə çıxardığımız sözügedən
əlyazma məhz həmin şərhun tərcüməsidir. Belə ki, əlyazmadakı “Ərəbcə “ﺎﮭﺘﻨﻣ” (Müntəha) adlu bir
kitab düzdi və “Fusus” kitabini şər üzərunə təqriz (bir əsər haqqında yazılan rəy) eylədi və bən
duaçi dəxi anı türkiyə çevirdim və bu kitabın adını “ﯽﮭﺘﻨﻣ”(müntəhi) deyü ad verdim” (5,2b). Qeyd
edək ki, “ﺎﮭﺘﻨﻣ” (müntəha) –sona çatan; bitən, “ﯽﮭﺘﻨﻣ” (müntəhi) son dərəcə; son nəhayət, axır
mənalarında işlənir. “Müntəha” ilə bağlı əlyazmada daha belə bir qeyd vardır: “Zira ki, “Fusus” dan
və istilahati-sufiyədən və mənazil ət-təsayirdən və “Təfsiri-kəbir”dən və qeyri təfasirdən və dəxi nə
dənlü xitabəti-ilahiyyə var isə Tövratdan və Zəburdan və İncildən və Qurandan və nə dənlü kəlima-
ti-zəbaniyyə var isə səhfəyi-ənbiyadən və təzkirəyi-övliyadən ta aləmi-cəbərrütdən aləmi-mələkə və
mələkutə, hətta irsati-məfadə, cənnati-abadə varınca uşbu kitabdə cəm olundi. Eylə olsa cəmi xəlqin