Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
127
«Ağzıgöyçəklər»  bu  fikirdədir  ki,  Hüsənin  cəzasını 
anası çəkir, heyvanın ahı anasını tutub. Hüsən qohum-
əqrabanın  məsləhətinə  qulaq  asıb  anasını  məscidə, 
pirə  aparmağa  və  onu  davasız-dərmansız,  xərcsiz 
sağaltmağa  hazırdır.  Lakin  bununla  «ağzıgöyçəklərin» 
dediklərini  təsdiq  edəcəyindən  ehtiyatlanır.  Cöngə 
əhvalatında  «günaha  batmadığına»  əmin  olmayan 
Hüsən  qan  məsələsi  ortaya  çıxarkən  qeyri-ixtiyari 
olaraq  qan  verməyi  «can  vermək»  kimi  mənalandırıb 
həyəcanlanır, psixoloji gərginliyə düşür, beləliklə, daxili 
monoloqlar üçün əlverişli  bədii situasiya  yaranır. Daxili 
monoloqlarında  Hüsən  «ağzıgöyçəklərin»  əsas  nüma-
yəndəsi  saydığı  Zili  oğluna  müraciət  edir.  Cöngənin 
əldən  buraxılmasında  qəssab  yoldaşının  baiskar  oldu-
ğunu  sübuta  çalışmaqla  öz  «günahı»nı  azaltmaq 
istəyir.  Başqaları  yanında  etiraf  etməsə  də,  anasının 
xəstəliyində cöngə əhvalatının başlıca səbəb olduğuna 
daxilən  inanan  Hüsən  «mərdimazar»  Zili  oğlunu  ifşa 
edəcəyini bildirir: «Qurğu vardı bu işdə! Sən ol Zili oğlu 
Vəli, mən Hüsən! Sənin aşının suyunu verdim, verdim, 
vermədim,  onda  mən  mən  döyüləm.  Bu  hayıfı  səndə 
qoysam  məni  yandırar.  Görmürsən  ə,  imansız,  mən 
hardayam, haralara gəlib çıxmışam?...» (14, 201) 
Hüsənin 
daxili 
monoloqları 
özgələri 
ilə 
mübahisədən daha çox özgələrinə xitabdır. Bu xitablar 
Hüsənin 
mərdimazarlığa 
qarşı 
dözümsüzlüyünü 
oxucuya çatdırmaqda mühüm rol oynayır. 
Müasir  Azərbaycan  nəsrində  daxili  monoloq 
ideya-məzmun yükünü və bu  yükə daxil olan psixoloji 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
128 
aləmi  ifadə  edərkən,  əsasən,  müəllif  təhkiyəsi  ilə 
haşiyələnir və öz funksiyasını onunla vəhdətdə yerinə 
yetirir.  Müəllif  təhkiyəsi  ilə  daxili  monoloqun  qarşılıqlı 
əlaqəsi,  əsasən,  iki  şəkildə  özünü  göstərir:  1) 
hadisələr  müəllifin  dilindən  nağıl  olunur  və  qəhrəman 
səsinin  qarışmadığı  «xalis»  müəllif  səsindən  sonra 
daxili  monoloq  başlayır;  2)  hadisələr  müəllif  dilindən 
nağıl  olunsa  da,  müəllif  səsi  qəhrəman  səsi  ilə  qo-
vuşur,  təhkiyənin  xüsusi  tipi  –  vasitəli  nitq  yaranır  və 
daxili  monoloq  vasitəli  nitq  formasında  ifadə  olunur. 
Vasitəli  nitqdə  müəllif  sözünə  qəhrəmanın  əhvali-
ruhiyyəsi  hopdurulduğundan  deyilən  sözün,  ifadə 
olunan  nöqteyi-nəzərin  müəllifə,  yoxsa  qəhrəmana 
məxsusluğunu  aşkar  etmək  çətinləşir.  Bu  halda 
«müəllif  artıq  qəhrəmanın  hərəkətinin  və  nitqinin 
kənar  müşahidəçisi  yox,  qəhrəmanın  hərəkət  və 
nitqinə  şərik  olan  bir  şəxsdir.  Müəllif  dünyaya 
personajın  gözü  ilə  baxmağa  başlayır,  onunla 
qaynayıb-qarışır; bu ona bənzəyir ki, stereoskopda iki 
şəkil  qovuşur  və  dərin  bir  təəssürat  yaranır,  yaxud 
eyni musiqi əsərində iki mövzu səsləndirilir» (15, 114). 
Təhkiyədə 
qəhrəman 
səsi 
ilə 
müəllif 
səsinin 
qovuşması  xalis  daxili  monoloqlara  keçidlərin  təbiiliyi 
və hissolunmazlığını təmin edir; qəhrəmanın duyğu və 
düşüncələri dırnaq işarəsi vasitəsilə ayrılan xalis daxili 
monoloqlarla yanaşı, dırnaqsız yazılan vasitəli nitq ilə 
də 
təqdim 
oluna 
bilir. 
Xalis 
daxili 
monoloq 
parçalarında  danışan  bilavasitə  qəhrəman  özüdürsə, 
vasitəli  nitqdə  həm  qəhrəman,  həm  də müəllif danışır 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
129
və  «mən»  ifadə  formasının  yerini  «o»  ifadə  forması 
tutur.  «Macal»  povestində  Fuadın  Oqtayla  bağlı 
düşüncələri  vasitəli  nitqdə  aşağıdakı  şəkildə  verilir: 
«Oqtay  başqa  ritmdə  yaşayır.  Tələsmədən  sərgiləri 
gəzməyə,  arxayın-arxayın  kitab  oxumağa,  küçələri 
seyr  eləyə-eləyə  piyada  addımlamağa  vaxtı  var. 
Dostlarıyla  şirin  və  qızğın  mübahisə  eləyir,  rastına 
çıxanlarla  müfəssəl  hal-əhval  tutur,  telefonla  yerli-
yataqlı  danışır.  Elə  sadəcə  olaraq  öz  içinə  qapılıb 
arxayın-arxayın  hər  şeyi  düşünüb-daşınır.  Halal  xoşu 
olsun,  vaxtı  var,  amma  Fuadın  yoxdur  axı»  (12,  26-
27). Göründüyü kimi, burada müəllif sözü qəhrəmanın 
danışıq  və  düşüncə  tərzi  üzərində  köklənir,  vasitəli 
nitq  yaranır  və  bu  nitq  Fuadın  daxili  monoloqlarından 
zahirən  fərqlənir.  «Fuad»  ifadəsinin  yerinə  «mən» 
yazıb, III şəxs formasını I şəxsə keçirməklə zahiri fərqi 
asanlıqla  aradan  götürmək  mümkündür.  Qəhrəmana 
məxsus  xüsusi  ifadələrin  ara-sıra  işlədilməsi  vasitəli 
nitqdə qəhrəman səsinin koloritini gücləndirir və onun 
ayırd 
edilməsini 
asanlaşdırır. 
Yuxarıda 
misal 
gətirdiyimiz parçada «halal xoşu olsun» ifadəsi Fuada 
məxsus  xüsusi  ifadədir.  Həmin  ifadə  ilə  oxucuda  tam 
yəqinlik  yaranır  ki,  Oqtay  barədə düşüncələr  müəllifin 
yox, Fuadın düşüncələridir. 
Müəllif  sözü,  təbii  ki,  qəhrəmanın  duyğu  və 
düşüncələrini  əks  etdirməklə  məhdudlaşmır,  eyni 
zamanda,  duyğu  və  düşüncələri  doğuran  hadisələrin 
təsvirini  təmin  edir.  Bu  mənada  daxili  monoloq 
üzərində  qurulan  nəsr əsərlərində  müəllif təhkiyəsinin 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
130 
xüsusi  rolu  vardır.  Müəyyən  situasiyadan  sonrakı 
monoloqu,  eləcə  də,  müəyyən  monoloqun  real 
nəticəsi  olan  hər  hansı  hərəkət  və  hadisəni  qələmə 
almaqla  müəllif  qəhrəmanın  daxili  aləmi  ilə  əsərin 
süjet  xətti  arasında  əlaqə  yaradır.  Həm  daxili 
monoloqları  doğuran  konkret  əhvalatların  müstəqil 
təsviri,  həm  də  yeri  gəldikcə  monoloqlara  verilən 
müəllif 
şərhləri 
(özünütəhlili 
təhlil) 
qəhrəmanın 
subeyktiv  aləminin  müəyyən  ideya  istiqamətində dərk 
olunmasına kömək edir. 
Monoloqların 
müəllif 
təhkiyəsi 
çərçivəsində 
yerləşdirilməsi  əsərin  əhatə  dairəsini  daha  da 
genişləndirir: bir tərəfdən, baş qəhrəmanın daxili aləmi 
incəliklərinə  qədər  işıqlandırılır,  digər  tərəfdən, 
qəhrəmanın  yaşayıb  fəaliyyət  göstərdiyi  mühit, 
münasibətdə  olduğu  adamlar  psixoloji  təhlillərə  cəlb 
edilir.  «Hər  şeydən  agah»  müəllif  baş  qəhrəmanla 
bərabər,  digər  obrazların  da  hiss-həyəcanlarını  əks 
etdirmək  imkanı  qazanır.  Birinci  şəxsin  dilindən  olan 
nəsr  nümunələrində  təhkiyəçinin  belə  geniş  ifadə 
imkanı  yoxdur.  O,  başqalarının  daxili  aləminin  yalnız 
zahiri  əlamətlərini  görə  və  oxucuya  çatdıra  bilər, 
başqalarının  hiss-həyəcanını  təfərrüatı  ilə  qələmə  ala 
bilməz.  Fikrimizi  əsaslandırmaq  üçün  misallara 
müraciət  edək.  «Adamlar  və  ağaclar»  romanında 
Sadıq  Müküşlə  söhbət  edən  atasının  hirsli  və  acıqlı 
olduğunu  onun  çəkmələrinin  hərəkətindən  hiss  edir. 
Bibisinin  kədərli  olduğunu  Sadıq  onun  qaşqabağının 
tutqunluğunda, saatlarla dinib-danışmamasında görür. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə