Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   36   37   38   39   40   41   42   43   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
159
nəsrinin poetikasına söykənən yazıçı şərtiliklərə geniş 
yer  verməli  olur,  real  insan  psixologiyasını  daha 
dolğun,  daha  təsirli  qələmə  almaq  üçün  irreal 
lövhələrə  müraciət  edir,  irreallığı  insan  sarsıntılarının, 
insanın  gərgin  hiss-həyəcanlarının  təbii  nəticəsi  kimi 
mənalandırır. 
Məlumdur  ki,  psixologizm  bir  əksetdirmə  prinsipi 
kimi  ilk  növbədə  qəhrəmanların  hiss-həyəcanlarının, 
duyğu  və  düşüncələrinin  qabarıq  ifadəsi  ilə  ortaya 
çıxır.  Müasir  Azərbaycan  nəsrində  psixologizmi  bir 
ünsür,  element  yox,  bədii  sistem  səviyyəsində 
araşdırmağa  imkan  verən  mühüm  cəhətlərdən  biri 
budur  ki,  nəsr  əsərlərində  gerçəkliyi  personajların 
subyektiv  qavrayışında  əks  etdirmək  meyli  güclənir, 
nasirlər  xarakter  yaratmağın  iki  sabit  formasından  – 
xarakteri  hərəkətlərin  və  daxili  düşüncələrin  təsviri 
vasitəsilə  açmaq  formalarından  ikincisinə  daha  çox 
üstünlük  verirlər.  Müasir  Azərbaycan  nəsrinin  bir  çox 
nümunələri  belə  bir  elmi  mülahizənin  doğruluğunu 
təsdiq edir ki, «insanın hərəkəti həmin insan haqqında 
heç  də  həmişə  düzgün  təsəvvür  yaratmır.  İnsanı 
düzgün 
dərk 
etmək 
üçün 
bədii 
əksetdirməni 
hərəkətdən  bu  hərəkəti  doğuran  səbəbə  doğru, 
ətrafdakıların  görə  bildiklərindən  qəlbin  dərinliklərində 
gizlənən  sirrə  doğru  yönəltmək  lazımdır»  (6,  52).  O 
yerdə  ki  hərəkətlər  qəhrəmanın  və  situasiyanın 
mürəkkəbliyi  barədə  dolğun  təsəvvür  yaratmır,  onda 
yazıçı  istər-istəməz  əksetdirmə  prinsipini  dəyişməli, 
insanı  dünyada  göstərmək  prinsipindən  daha  çox, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
160 
dünyanı insanda göstərmək prinsipinə müraciət etməli 
olur.  «Əgər  hərəkətlər  bizə  personajın  necə  adam 
olmasından danışırsa, qəhrəmanın daxili aləmini açan 
təhkiyə xarakterin  üzə  çıxmamış  imkanlarından,  onun 
necə  adam  ola  biləcəyindən  söhbət  açır»  (7,  182). 
Məsələn, əgər hərəkətlər bizə Qədirin (Ə.Əylisli, «Kür 
qırağının  meşələri»)  «xuliqan»  olmasından  danışırsa, 
Qədirin  daxili  aləminin  birbaşa  ifadəsi  üzərində 
qurulan təhkiyə onun ətrafdakılara bəlli olmayan nəcib 
insani keyfiyyətlərindən xəbər verir. Qədirin xarakterini 
oxucuya  olduğu  kimi  çatdırmaq  ehtiyacı  «Kür 
qırağının 
meşələri» 
povestinin 
psixoloji 
təsvir 
prinsipini meydana çıxarır. 
Gerçəkliyi qəhrəmanın qavrayışında təqdim etmək 
xüsusi  təhkiyə  tipinin  təzahürünə  səbəb  olur.  Elə 
təhkiyə  ki  «burada  qəhrəman  nöqteyi-nəzəri  və  sözü 
mətnə  hakim  kəsilir»  (9,  51).  Bu  təhkiyə  tipində 
qəhrəman  nisbi  müstəqillik  qazanır,  öz  yaşantılarını 
təbiiliklə,  birbaşa  olaraq  oxucuya  çatdırmaq  imkanı 
əldə  edir.  Müəllif  qəhrəmana  mane  olmur,  öz 
qənaətlərini  tendensiyalı  şəkildə  onun  dilindən 
səsləndirmir,  əksinə,  müəllif  özü  mümkün  qədər 
predmet  və  hadisələrə  personajların  gözü  ilə  baxır. 
Təhkiyədə  xarici  aləm  ayrı-ayrı  fərdlərin  könül 
aynasında  əks  olunduğuna  görə  «daxili  aləm» 
mahiyyəti  qazanır,  ətrafdakı  predmet  və  hadisələr 
özünütəhlil vasitəsinə çevrilir. 
Əlbəttə, 
müasir 
Azərbaycan 
nəsrində 
psixologizmin  güclənməsindən  xəbər  verən  bütün  bu 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
161
xüsusiyyətlər (qəhrəmanların duyğu və düşüncələrinin 
təcəssümünə  geniş  yer  verilməsi,  hər  hansı  hərəkəti 
doğuran daxili motivlərin ön plana keçməsi, mətnin bir 
və  ya  bir  neçə  personajın  düşüncə  tərzi  üzərində 
qurulması  və  bu  kimi  vasitələrlə  gerçəkliyin  ayrı-ayrı 
subyektlərin 
qavrayışında 
təqdim 
edilməsi) 
Dostoyevski, Tolstoy, Çexov kimi sənətkarların adı ilə 
bağlı  klassik  nəsrdən  gəlmə  ənənələrin  davamıdır. 
Bəs  bu  gün  yaranan  nəsrin  poetikasında  dövrün 
ahəngi 
duyulurmu? 
Bu 
baxımdan 
Anarın 
bir 
müqayisəsi  maraq  doğurur.  O,  belə  şərt  irəli  sürür  ki, 
Yaponiyada  Tolstoy  gücündə  olan  bir  yazıçı  İkinci 
dünya  müharibəsinin  hadisələri  əsasında  yapon 
«Hərb  və  sülh»ünü  yazmaq  fikrinə  düşsə,  o,  bu 
romanı  ritminə  görə  Tolstoydan  fərqli  şəkildə  yazar. 
Anarın  fikrincə,  Tolstoy  «Hərb  və  sülh»ündə  ritm 
zamanın uzanması, hadisələrin epik ardıcıllığı və s. ilə 
səciyyələnirsə,  yapon  “Hərb  və  sülh”ündə  ritm 
zamanın  aniliyi,  hadisələrin  qeyri-ardıcıllığı,  ani 
qavrayışda 
keçmişin 
indiyə, 
indinin 
gələcəyə 
qovuşması  və  s.  ilə  səciyyələnər.  Anar  sonuncu  ritm 
tipinin  mənbəyini  müasir  texnikanın  nailiyyətləri  ilə 
əlaqədar olan hadisələrin ritmində, insan qavrayışının 
ritmində  axtarır  (9,  226-227).  «Anarın  bu  mülahizəsi 
ilə  razılaşırıq  ki,  XX  əsr  hadisələrinin  ritmi  (məsələn, 
bir  göz  qırpımında  atılan  bomba  ilə  Xorasimanın 
tarmar olması) insan psixologiyasına təsirsiz qalmır və 
bu təsir bədii ədəbiyyatda da öz ifadəsini tapır. Anarın 
yapon  «Hərb  və  sülh»ünə  aid  etdiyi  poetika  xəyali 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
162 
poetika  deyil,  bu  poetikaya,  yəni  «şüur  axınında» 
müxtəlif  zaman  və  məkan  çarpazlaşmasına  müasir 
nəsr nümunələrində tez-tez rast gəlmək olar. 
Bu  və  ya  digər  poetik  elementlərin  meydana 
çıxmasında dövrün,  zamanın  əli  olmamış  deyil.  Lakin 
bizcə,  nəsrdə  (ümumiyyətlə,  ədəbiyyatda)  özünü 
göstərən 
forma 
yeniliklərini 
qeyd-şərtsiz 
«ETT 
poetikası» 
saymaq 
düzgün 
olmazdı. 
Anar 
xatırlatdığımız  maraqlı  yazısında  ETT  və  ədəbiyyat 
əlaqələrinin müxtəlif səviyyələrdə özünü göstərməsin-
dən  söhbət  açarkən  qeyd  edir  ki,  ETT-in  empirik 
təsvirini verən əsərlərdə (40-cı illərin sonu, 50-ci illərin 
əvvəllərində  meydana  çıxan  «istehsalat»  əsərlərində) 
ETT-in  poetikası  yoxdur  (9,  226-227).  Anar  «ETT-in 
poetikası»  ifadəsini  ETT-in  doğurduğu  xüsusi  bədii 
düşüncə  tərzi    mənasında  işlədir  və  bu  cür  düşüncə 
strukturuna 
parlaq 
misal 
kimi 
A.Voznesenski 
poeziyasını  nişan  verir.  İstehsalat  prosesini  ön  plana 
çəkən,  insanı  yalnız  işçi  kimi  təsvir  edən,  onun  hiss-
həyəcanlarını,  mənəvi  dünyasını  canlandırmaqdan 
yan  keçən  ədəbi  nümunələrin  həqiqi  sənətdən 
uzaqlığı 
və 
A.Vosnesenski 
poeziyasında 
ciddi 
mətləbin orijinal deyim tərzində ifadəsi şəksizdir. Lakin 
«istehsalat» 
əsərlərinin 
bədii 
gücsüzlüyünü, 
A.Vosnesenski  poeziyasının  isə  bədii  gücünü  ETT 
poetikasının 
olub-olmamasında 
axtarmaq 
bizə 
mübahisəli  görünür.  ETT  dövrünün  problemlərini 
(dırnaqsız)  yüksək  bədii  səviyyədə  əks  etdirən  çoxlu 
nümunələr 
göstərmək 
olar 
ki, 
onlarda 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə