Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   36   37   38   39   40   41   42   43   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
171
Pencəyin  dəyişməsi  və  qırmızı  ayı  balasının  hərəkəti 
qəhrəmanların  daxili  sarsıntıdan  xilas  olma  anlarını 
göstərən 
bədii 
detallardır. 
«Qatar. 
Pikasso...» 
hekayəsinin  qəhrəmanı  da  vaxtilə  «möcüzə»  ilə 
rastlaşıb 
– 
Pikassonun 
«Kasıbların 
süfrəsi» 
rəsmindəki  obrazlardan  biri  ilə  həmsöhbət  olub,  hətta 
ona  pul  da  verib.  Amma  bu  «möcüzə»  onun 
adamayovuşmazlığını 
aradan 
qaldıra 
bilməyib. 
Özgəsinə  könül  açmaq  və  ürək  qızdırmaq  o  zaman 
mümkün  olub  ki,  qəhrəman  ikinci  bir  «möcüzə»nin 
şahidinə  çevrilib:  Məleykə  xanım  Laturun  «Müqəddəs 
Sebastyan üçün ağlayan müqəddəs İrina» rəsmindəki 
yaralının  köksündən  çıxardığı  oxu  əlində  tutub  ona 
göstərir. 
«Qatar, 
Pikasso...» 
hekayəsinin 
qəhrəmanlarının  ayrı-ayrı  rəsmlərdən  duyduqları 
qeyri-adi  təəssürat,  bir  tərəfdən,  onların  incə 
zövqündən,  həssas  daxili  dünyalarından  xəbər 
verirsə,  digər  tərəfdən  tənhalığın,  özünəqapanmanın 
onları  yaxın  adamlarından  belə  uzaqlaşdırdığını 
göstərir.  Nəhayət  ki,  özünə  həmsöhbət,  həmfikir  tapa 
bilən  və  ən  kövrək  hisslərini  onunla  bölən  qəhrəman 
tənhalıq barədəki ilk qənaətindən uzaqlaşır. Yeknəsəq 
günlərin  sıxıntısını  çəkən  S.Qayıblı,  öz  ailəsindən 
ayrılmağın  əzabı  ilə  yaşayan  C.Səlimov  və  Məleykə 
xanıma 
könül 
açan 
qəhrəman 
son 
nəticədə: 
«adamlarla  ünsiyyət  mənəvi  tələbatdır»  qənaətinə 
gəlir.  Əlbəttə,  Elçinin  toxunduğu  tənhalıq  problemini 
nağıl  və  dastanlarda  axtarmaq  mümkün  deyil.  Çünki 
xalq  epikasında  fərdiləşdirilmə  yox  dərəcəsindədir, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
172 
daim  hərəkətdə,  başqaları  ilə  qarşılıqlı  əlaqədə  olan 
qəhrəmanı  kollektivdən  ayrı  təsəvvür  etmək  çətindir. 
Elçinin 
xatırlatdığımız 
hekayələrinin 
nağıl 
və 
dastanlarla  bağlılığı,  ilk  növbədə,  «ola  bilməz» 
qəliblərinə  sığmayan  xalq  təsəvvürünü  ayrı-ayrı 
obrazların  timsalında  əks etdirməsindədir.  Müəllif  heç 
də  hansısa  folklor  süjetinə  oxşar  olan  fantastik 
lövhələrə  müraciət  etmək  fikrində  olmayıb.  Lakin 
hekayələrdəki fantastik detallarla folklordakı fantastika 
arasındakı  səsləşməyə  göz  yummaq  da  olmaz. 
Pencəyin  dəyişməsi  ilə  folklorda  qəhrəmanın  sehrli 
paltar  geyib  dəyişməsi  arasında  əlaqə  şübhəsizdir. 
Qırmızı  ayı  balası  balaca  Leylanın  çevrilməsidir. 
Folklorda  çevrilmələr  qeyri-adi  işlərin  görülməsi  üçün 
bir  vasitə  olduğu  kimi,  Elçinin  hekayələrində  də  özü-
nəməxsus  şəkildə  meydana  çıxan  dəyişmə  və 
çevrilmələr  insanın  daxilindəki  konfliktlərin  bədii 
cəhətdən  həll  edilməsində  mühüm  rol  oynayır. 
Məleykə  xanım  və  onun  həmsöhbətinin  ayrı-ayrı 
rəsmlərdən  aldıqları  ecazkar  təəssüratın  folklorla 
bağlılığı daha dolayı  şəkildədir. Həmin  təəssüratın  da 
mayasında  xalq  təsəvvüründən  gəlmə  cansızın 
canlıya  çevrilməsi  motivi  durur.  Məleykə  xanım  və 
onun  həmsöhbəti  rəsmlərdəki  obrazları  xəyalən 
dirildirlər  və  onlara  məhz  canlı  adamlar  kimi  öz 
mərhəmətlərini  göstərirlər.  Bildiyimiz  kimi,  daşa 
döndərilmiş  qəhrəmanların  sehrlə  yenidən  dirildilməsi 
motivi  nağıllarda  geniş  yer  tutur.  Folklordakı  daş 
adamla  nəsrdəki  şəkil  adamın  canlanması,  hərəkətə 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
173
gəlməsi  arasında  semantik  bağlılıq  var.  «Dəyişmə», 
«Qatar. Pikasso, Latur. 1968» və «Qırmızı ayı balası» 
hekayələrində  qəhrəmanların  daxili  narahatlığını,  bir 
əhvali-ruhiyyədən 
digərinə 
keçməsini, 
mənəvi 
böhrandan  çıxıb  dəyişməsini  qabarıq  şəkildə  əks 
etdirmək 
məqsədilə 
yazıçı  folklordakı  çevrilmə 
motivindən  istifadə  edir.  Bu  istifadəetmə  zahiri 
əlamətlərdə  yox,  məzmunda,  mahiyyətdə,  xalq 
təsəvvürünə arxalanmaqda özünü göstərir. 
Folklorda qeyri-adi dəyişmə və çevrilmələr heç də 
həmişə 
qəhrəmanlarda 
xoş 
duyğular 
oyatmır. 
Folklorda  gözəllərin  gülüşündən  gül-çiçək  yaranması, 
insanın  quşa,  ceyrana  çevrilib  müəyyən  bir  müşkül 
işin  öhdəsindən  gəlməsi,  daşa  dönmüş  qəhrəmanın 
yenidən  dirilməsi  və  s.-dən  fərqli  olaraq,  elə 
dönərgələrə  də  rast  gəlirik  ki,  onlar  insan  qəlbində 
 
qorxu, vahimə hissi yaradır. Düzdür, heç nədən 
qorxmayan  Məlikməmmədlər,  Keçəl  Məhəmmədlər 
istənilən  qeyri-adi  hadisəni  adi  bir  hadisə  kimi 
qarşılayırlar. 
Qaranlıq 
dünyanın 
divi, 
əjdahası 
Məlikməmməd  üçün  adi  rəqiblərdir,  qorxulu  bir  yer 
sayılan 
Xaraba 
hamama 
mıx 
çalmaq 
Keçəl 
Məhəmməd  üçün  su  içmək  kimi  asandır,  divardan 
qopan  səs,  divardan  çıxan  adam  onu  vahiməyə  sala 
bilmir  («Keçəl  Məhəmməd»  nağılı).  Lakin  folklorda 
qorxaqlara da yer verilir və onlar qarşılaşdıqları qeyri-
adi  vəziyyətlərdən  vahimə  hissi  keçirirlər.  Evdən 
qovulan  Əhməd  susuz  səhrada  bir  qarıya  rast  gəlir, 
nərilti-gurultu  qopur,  zülmət  qaranlıq  çökür,  hava 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
174 
işıqlananda  Əhməd  özünü  bir  mağarada  görür, 
qorxudan  ürəyi  yarılır  («Küp  qarısı»  nağılı).  Qorxu və 
vahimə  doğuran  qeyri-adi  dəyişmə  motivi  Anarın 
«Əlaqə»  povesti  üçün  səciyyəvi  sayıla  bilər.  Elçinin 
möcüzə  ilə  rastlaşan  qəhrəmanlarından S. Qayıblı da 
təlaş hissi keçirirdi. Lakin bu təlaş uzun davam etmirdi 
və  möcüzənin  baş  verməsi  ürəkdə  xoş  əhvali-
ruhiyyənin  doğulması  ilə  nəticələnirdi.  «Əlaqə» 
povestinin  qəhrəmanı  isə  (müəllif  onu  sadəcə  olaraq 
«tələbə»  adlandırır)  əsərdə  əvvəldən  axıra  qədər 
qorxu  içindədir  və  özünü  «dəli  olmaqdan»  qorumaqla 
məşğuldur. 
Tələbə 
də 
Elçinin 
xatırlatdığımız 
qəhrəmanları kimi, adamayovuşmazdır. Onun adama-
yovuşmazlığının  kökündə  ətrafdakılara  inamsızlıq 
hissi  durur.  Həmin  hiss  tələbəni  yataqxanada,  başqa 
yoldaşları  ilə  bir  yerdə  yaşamağa  qoymur, onu  ayrıca 
mənzil 
tutmağa 
məcbur 
edir. 
Adamlara 
ürək 
qızdırmayıb  onlardan  uzaqlaşan  və  təkləndikcə 
ətrafdakı  hər  hansı  bir  hadisədən  şübhəyə  düşən 
tələbənin  psixoloji  gərginliyi  əsərdə  şərti-metaforik 
ifadə  formasına  üz  tutmaqda  başlıca  amilə  çevrilir. 
Kirayə tutduğu evin quruluşu, evin içindəki əşyalar, ev 
sahibi  olan  qarının  davranışı  tələbəyə  qəribə  gəlir. 
Vasvasılıq,  qorxu,  qarabasma  qəribəlikləri  artırır  və 
tələbə  qeyri-adi  dəyişmələrlə  üzləşməli  olur:  evin 
işığını  söndürdüyü  halda,  ona  elə  gəlir  ki,  otaqlardan 
birinin  işığı  yanır;  siqareti  qurtardığı  halda,  külqabıda 
bir  siqaretin  tüstüləndiyini  görür;  fotolardakı  adamlar 
zahiri  görkəmlərini  dəyişir,  üzlərindən  tük  çıxmağa 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə