Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
147
düzgün  deyil.  Görünür,  V.Kovskinin  «elmi-texniki 
nailiyyətlərdən asılı olmadan yaşayan» ədəbi sərvətlər 
barədə  mülahizələri  də  ETT-in  həyat  və  ədəbiyyata 
təsirini  mütləqləşdirməyə  etirazdan  doğulub.  Tənqidçi 
A.Əfəndiyev  ETT  və  ədəbiyyat  məsələsi  ilə  bağlı 
birtərəfli  münasibətlərin  bir  kökünü  ETT-ə  birtərəfli 
yanaşmaqda, onun mahiyyətini düzgün anlamamaqda 
görür:  «Belə  düşünmək  sadəlövhlükdür  ki,  elmi 
rasionalizmi  tamamilə  rasional  insan  meydana  gətirir, 
kibernetik  maşın  cəmiyyətdə  kibernetik  düşüncə  tərzi 
yarandığını  təsdiq  edir,  həyatın  iti  inkişaf  tempi  insan 
hiss-həyəcanlarının  iti  axınını  ortaya  çıxarır»  (2,  260-
261).  Deməli,  məsələyə  üzdən  yanaşanda  ETT-in 
çoxlu  «problemlərini»  sadalamaq  olar:  elmin  inkişafı 
və  insanda  ağlın  hissi  üstələməsi;  elmi-texniki  inkişaf 
və  insanda  kibernetik  düşüncə  tərzi;  kibernetik  maşın 
və  lirika;  həyatın  sürətlə  dəyişməsi  və  insan 
duyğularının  mütəhərrikliyi  və  s.  Görünür,  A.Boçarov 
«bir nəfər də olsun görkəmli yazıçı ETT problemlərinə 
üz  tutmadı»  –  sözlərini  söyləyərkən  ETT-in  məhz  bu 
cür  «problemlərini»  nəzərdə  tutur.  Heç  şübhəsiz, 
A.Boçarova,  eləcə  də  ETT  və  ədəbiyyat  məsələlərini 
təmkinlə,  yüksək  estetik  ölçülərlə  araşdıran  digər 
ədəbiyyatşünas  və  yazıçılara  bəllidir  ki,  müasir 
görkəmli yazıçılardan biri yox, çoxunun müraciət etdiyi 
problemlərin  bədii  ifadəsində  ETT  dövrünün  koloriti 
var 
– 
necə 
ki, 
F.Dostoyevski, 
L.Tolstoy, 
C.Məmmədquluzadə  yaradıcılığında  bu  sənətkarların 
yaşayıb  yaratdığı  zamanın  ab-havası  duyulmaqdadır. 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
148 
C.Məmmədquluzadənin  «Poçt  qutusu»  hekayəsində 
Novruzəlinin  post  qutusu  qarşısında  çaşıb  qalması, 
elmi-texniki  inkişafın  ən  adi  normasından  belə 
xəbərsiz olması XIX əsrin sonu, XX əsrin əvvəllərində 
yaşamış  Azərbaycan  kəndlisinin  həyatını  doğru-
düzgün  əks  etdirən  bir  süjetdir.  Belə  bir  süjet,  deyək 
ki, Elçinin «Poçt şöbəsində xəyal» dramatik povestinin 
qəhrəmanı Ədilənin  həyatını  doğru-düzgün əks  etdirə 
bilməzdi.  Ədilə  XX  əsrin  ikinci  yarısında  yaşayır. 
Novruzəli  poçt  qutusundan  istifadə  etməyin  ən  adi 
qaydalarını  bilmədiyi  halda,  Ədilə  poçt  şöbəsində 
işləyir.  Amma  bu  qəhrəmanlar  arasında  dövrdən 
gəlmə  başlıca  fərq  təkcə  Ədilənin  poçt  şöbəsində 
işləməsində  deyil.  Başlıca  fərq  ondadır  ki,  Novruzəli 
taleyinin 
qəm-qüssəsi 
poçt 
qutusuna 
– 
ETT 
təzahürünə  avam  münasibətdən  doğursa,  Ədilənin 
ömür-günündəki ağrı-acı ETT-in əmələ gətirdiyi sosial 
şəraitə  aşina  münasibətdən  doğur.  Poçtun,  o sıradan 
yeni  üsullu  məktəbin,  dəmiryolunun  və  s.  həyat  və 
məişətə  daxil  olduğu  dövrlərdə  Novruzəli    geriliyini 
təsvir etmək nə qədər müasir səslənirdisə, kino, teatr, 
televiziya 
və 
s. 
kimi 
ümumi 
kommunikasiya 
vasitələrinin  geniş  yayıldığı  və  adamların  bir-birindən 
uzaq  düşdüyü  bir  dövrdə  Ədilə  tənhalığını  təsvir 
etmək də bir o qədər müasir səslənir. 
Bəs 
Novruzəli 
ilə 
Ədilənin 
xarakterində, 
psixologiyasında oxşar cəhətlər necə, varmı? 
Sualı  təsadüfi  vermədik.  Məsələ  burasındadır  ki, 
ETT və ədəbiyyat ilə bağlı müzakirə və mübahisələrin 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
149
mərkəzində  duran  problemlərdən  biri  məhz  zaman 
keçdikcə 
insan 
xislətinin 
dəyişib-dəyişməməsi, 
keçmişlə müqayisədə ETT-in insan psixologiyasına nə 
dərəcədə  təsir  etməsi  məsələsi  olub.  Bu  məsələ 
ətrafında  fikir  bölüşdürənlərin  bir  çoxu  ETT-in  insana 
təsirini,  daha  doğrusu,  insanın  ETT  dövrünün  ab-
havasına  uyğunlaşmasını  təsdiq  etməklə  yanaşı, 
insan xislətinin mahiyyətcə dəyişməsi, sevgi və nifrət, 
dostluq  və  düşmənçilik,  xeyirxahlıq  və  amansızlıq  və 
s.  kimi  keyfiyyətlərin  uzaq  zamanlarda  oxşar  şəkildə 
özünü  göstərməsi  məsələsi  üzərində  dayanmalı 
olurlar.  Gürcü  yazıçısı Q.Pancikidzenin fikrincə,  insan  
əvvəl necə var idisə, indi də mahiyyətcə elədir. Ancaq 
hər  dövrün  davranış  qanunları  var  və  insan  psixikası 
bu  qanunlara  uyğunlaşır  –  sərnişin  təyyarənin 
hərəkətinə  uyğunlaşan  kimi  (4,  245).  Daha  çox 
yazıçıların  irəli  sürdüyü  və  müdafiə  etdiyi  belə 
qənaətlərə  bu  günün  özündə  də  tez-tez  rast  gəlmək 
mümkündür.  «Literaturnaya  qazeta»nın  əməkdaşı 
İrina  Xuzeminin  Uruqvay  yazıçısı  Xuan  Karlos  Onneti 
ilə  müsahibəsində  ona  öz  əsərlərində  insan  qəlbini 
araşdırdığını  xatırladır  və  soruşur  ki,  ötən  bu  müddət 
ərzində 
insan 
qəlbinin 
dəyişdiyini 
söyləmək 
mümkündürmü?  X.K.Onetti  suala  belə  cavab  verir: 
«Yox,  təəssüf  ki,  qətiyyən  mümkün  deyil.  Tərəqqi 
insanı formalaşdırır, onun həyatının axarına təsir gös-
tərir. Lakin insan qəlbinə inqilab gətirmək mümkün de-
yil.  Tarixi  öyrənməyə  başlayanda  belə  bir  nəticəyə 
gəlməli  olursan:    dünyada  çox  az  şey  dəyişilib»  (5). 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
150 
Bu baxımdan yanaşanda müasir Azərbaycan nəsrində 
Novruzəlinin  xələflərini  tapmaqda  o  qədər  də  çətinlik 
çəkmirik:  Feyzulla  Kəbirlinski  (Anar,  «Dantenin 
yubileyi»),  Mirzə  Manaf  (Ə.Əylisli,  «Büllur  külqabının 
nağılı»), Qürbət Əzizov (Ə.Əylisli, «Bağdada putyovka 
var»),  Cəlil  müəllim  (M.İbrahimbəyov,  «Ondan  yaxşı 
qardaş  yox  idi»),  Kərim  kişi  (Elçin,  «Qış  nağılı»), 
Zülfüqar  kişi  (Y.Səmədoğlu,  «Qətl  günü»)  və  s. 
Mənəvi  təmizlik,  sadəlövhlük,  inam,  sədaqət  – 
Novruzəlini səciyyələrindən bu cür xüsusiyyətlər bu və 
ya  digər  şəkildə  həmin  qəhrəmanlara  da  aiddir. 
Axtarsan  lap  Ədilənin  (Elçin,  “Poçt  şöbəsində  xəyal”) 
özündə  də  Novruzəli  ilə  «qan  qohumluğu»  tapmaq 
olar.  Ədilə  Novruzəlidən  savadlı  və  ayıq  olsa  da,  bu 
savad  və  ayıqlıq  onu  üzdə  bir  cür,  ürəkdə  başqa  cür 
olmağa sövq edə bilmir. Ədilə mənəviyyatca cılız olan 
Xəlil  kimi  adamlarla  barışmır  və  bununla  özünə,  özü-
nün  daxili  təmizliyinə  sadiq  qalır.  Vəli  xana  axıracan 
sadiq 
qalan  və  ağasının 
məktubunu 
götürüb 
apardığına  görə  poçtxana  işçisinə  divan  tutan 
Novruzəli  gülünc  vəziyyətdə  qaldığı  kimi,  Ədilənin 
Xəlil kimi üzüyola və maddi cəhətdən imkanlı ərdən üz 
döndərməsi də ətrafdakılara qəribə görünür, ən yaxın 
rəfiqələri  belə  onu  xəyalpərəstliyə  görə  məzəmmət 
edirlər.  Riyakarlığı  bacarmamaq,  özünə  və  özgələrə 
xəyanət  nədir  bilməmək  ayıq  Ədiləni  avam  Novru-
zəliyə yaxınlaşdırır. 
Zamanca bir-birindən uzaq olan adamlar arasında 
paralellər  aparıb,  tarixi  və  psixoloji  əlaqələri  üzə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə