Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   36   37   38   39   40   41   42   43   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
155
özlərindən  qabaq  ölənlərlə  görüşürlər,  onlarla  əl-ələ 
verib,  ölümə  doğru  gedirlər.  Ölüm  astanasında 
olanlarla ölülər bir-birlərini eyni sözlərlə qarşılayırlar: 
« − Ölümün xeyir. 
   − Ölümə qənşər». 
Dirilərin:  «–  Gecən  xeyrə  qalsın.  –  Xeyrə  qarşı» 
sözlərinə  bənzəyən  bu  qəribə  xeyir-duanı  yalnız 
ölülər,  ölüm  ayağında  olanlar  bilirlər,  bu  xeyir-dua 
yalnız  ölülərlə  ölüm  ayağında  olanlar  arasındadır. 
Hökmdar  və  Xacə  Ənvər  öləndə  də  bu  xeyir-duanı 
eşidirik,  Zülfüqar  kişi  və  Mahmud  öləndə  də.  Ölüm 
astanasındakı  adam  təkcə  bir  az  əvvəlin,  yaxın 
dünənin  ölüləri  ilə  yox,  neçə  yüz  il  bundan  qabağın 
ölüləri ilə də görüşə bilir. Ölüm anlarında Dünən – Bu 
gün  sərhədləri  tamamilə  silinir,  keçmişin  adamı  və 
indinin  adamı  bölgüləri  aradan  qalxır.  Zülfüqar  kişi 
ölüm ayağında iyirmi birinci ildə öldürdüyü Sarıca oğlu 
Məhəmmədlə, onun uşaqları ilə görüşdüyü kimi, neçə-
neçə əsr bundan əvvəl bir gavur qızına görə doğmaca 
qardaşının əli ilə öldürülən dəmir dəbilqəli sərbazla da 
görüşür. 
Mahmud ölüm ayağında Xəstə ilə görüşdüyü kimi, 
Baba 
Kahanı 
partlatmaq 
istəyən 
alpinistlərlə, 
hökmdarın  qəzəbinə  düçar  olmuş,  çöllərə  düşüb 
mehrini  canavara  salmış  Gavur  qızı  ilə,  mehr  saldığı 
qadının 
xiffətindən 
quduzlaşan, 
qəfəsdə 
gecə 
ulduzlara  baxıb  ulayan  canavarla  da  görüşür.  Öz 
taleyinə görə Marqonu xatırladan Gavur qızı, ikiayaqlı 
bəndələrin  vəhşilikləri  ilə  müqayisədə  daha  «insani» 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
156 
olan  canavar  Xəstə  üçün  unudulmazdır,  doğmadır. 
Sarıca oğlu Məhəmməd qızları Qərənfil və Yasəmənə 
(Qərənfil  və  Yasəmən  ştrix  –  obrazları  Səlimə  xanım 
obrazında  tamamlanır)  «mənimkilər»  dediyi  kimi, 
Xəstə  də  gavur  qızı  və  canavara  «mənimkilər»  deyir. 
Və  bütün  ölülər  –  taledaşlar  Baba  Kahaya  –  ilkin 
beşiyə doğru gedirlər. 
Romanın  «Qətl  günü»  adından,  «–Yolun  haradır, 
qardaş?  –  Son  mənzilədir,  bacım»  epiqrafından 
tutmuş  son  cümlələrinə  qədər  bütün  mətn  boyu 
qüssəli olduğu qədər də nikbin olan bir Ölüm və Həyat 
nəğməsi  səslənir.  Bu 
nəğmə  əsərdəki 
bütün 
qəhrəmanların – həm ölənlərin, öldürülənlərin, həm də 
qalanların  taleyindən  keçib  gedir.  Yüzlərlə  adamın 
ölümünə bais olan, dünyaya meydan oxuyan hökmdar 
yalnız 
ölüm 
qarşısında 
acizdir. 
Ölümqabağı 
dəqiqələrdə  artıq  hökmdarın  sifətindən  zəhrimar 
yağmır,  gözlərində  əqrəb  kini  yoxdur!  Bu  gözlər  beş 
yaşlı  oğlan  uşağının  gözləri  kimi  dupdurudur:  o  uşaq 
ki  neçə-neçə  illər  bundan  qabaq  bir  zirzəmidə  onu 
bağırda-bağırda 
axtalamışdılar, 
qanını 
üzünə 
yaxmışdılar. Hökmdarın bir insan kimi şəxsi faciəsinin, 
ağrı-acısının  qələmə  alınması  onu  oxucu  gözündə 
miskinləşdirir:  əzazil  bir  qanunverici  məzlum  bir 
məxluq  olur,  milyonlara  qan  udduran  bir  yırtıcı  körpə 
uşaq  kimi  Xacə  Ənvərə  sığınır,  ondan  imdad  diləyir. 
Hökmdarın  bədii  məharətlə  qələmə  alınan  ölüm 
səhnəsi  ilə  tanış  olanda  «hökmdar  gəbərdi»  demək 
mümkün  olmur,  bu  ölüm  bədbəxt,  naçar  bir  insan 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
157
övladının  ölümü  təsiri  bağışlayır.  Paradoksal  bir  hal 
əmələ gəlir: oxucu nə öləni günahkar bilir, nə öldürəni, 
ölənə rəhmi gəldiyi kimi, öldürənə də nifrət edə bilmir. 
Bu,  insana  münasibətdə  müəllifin  tutduğu  mövqenin 
bir sıra  səciyyəvi cəhətlərini nişan verir. Aydın olur ki, 
müəllif  insana  yaxşı  –  pis  ölçüləri  ilə  yanaşmaqdan 
daha çox pisliyin  konkret şəraitdən doğması meyarını 
əsas  tutur.  Yazıçı  pis  əməl  sahibi  olan  hər  hansı  bir 
adama  nifrət oyatmaq  məqsədindən daha  çox,  həmin 
adamın  düşdüyü  vəziyyətə  acımaq,  bu  vəziyyəti 
meydana  çıxaran  sosial-mənəvi  amillər  üzərində 
düşünüb-daşınmaq  məqsədini  güdür.  Müəllif  həm 
mərdlik,  sədaqət,  qorxmazlıq  kimi  müsbət  insani 
keyfiyyətləri,  həm  də  namərdlik,  vəfasızlıq,  qorxaqlıq, 
şöhrətpərəstlik, 
zülmkarlıq 
kimi 
mənfi 
insani 
keyfiyyətləri mütləq mənada götürmür, istər keçmişdə, 
istərsə  bu  gün  insan  düşüncə  və  davranışının  sosial 
şəraitə uyğun şəkildə üzə çıxması qənaətini irəli sürür. 
Diqqət  yetirəndə  aydın  olur  ki,  romanda  hətta  ölüm 
kimi  əbədi  və  əzəli  bir  amil  belə  sosial  şəraitlə 
əlaqələndirilir, qəhrəmanların ölüm səhnələrinin təsviri 
eybəcər 
mühitə 
etirazın 
bir 
forması 
kimi 
mənalandırılır.  Təsadüfi  deyil  ki,  romanda  adi 
ölümdən yox, qətl olunanların və qatillərin ölümündən 
bəhs edilir. Qətl isə irticanın hökm sürdüyü bir şəraitin 
məhsuludur.  Elə  bir  şərait  ki,  həqiqəti  deyənin  dili 
kəsilir,  irticanı  alqışlayanlar,  ona  kor-koranə  bəh-bəh 
deyənlər isə ad-san, şan-şöhrət qazanırlar. 
Əgər  romanda  hər  hansı  psixoloji  amil  sosial 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
158 
mühitlə  qırılmaz  əlaqədə  götürülürsə,  onda  bir-
birindən  uzaq  zamanlarda  yaşayan  qəhrəmanlar 
arasında  oxşarlıq  nə  ilə  izah  oluna  bilər?  Məsələ 
burasındadır  ki,  Y.Səmədoğlu  ayrı-ayrı  dövrlərin, 
sosial-tarixi  şəraitlərin  özündə  bir  yaxınlıq  görür  və 
müxtəlif  zamanlarda  yaşayan  qəhrəmanların  talecə, 
xaraktercə  bir-birini  tamamlamasını  həmin  yaxınlıqla 
əlaqələndirir. İnsan öz dövrünün övladıdır, amma ayrı-
ayrı  dövrlər  bir-birinə  bənzəyirsə,  həmin  dövrlərin 
övladı  olan  insanlar  da  bir-birlərinə  bənzər  şəkildə 
təqdim  oluna  bilərlər  –  roman  belə  bir  məntiqə 
əsaslanıb. Adil Salahovun yaşayıb fəaliyyət göstərdiyi 
dövr  elmi-texniki  inkişaf  səviyyəsinə  görə  hökmdarın 
yaşayıb fəaliyyət göstərdiyi dövrdən zahirən tamamilə 
fərqlidir.  Lakin  müəllif  əsərin  mövzusuna  uyğun 
olaraq,  elmi-texniki  inkişafın  insan  həyatına  bəxş 
etdiyi  mütərəqqi  cəhətlərdən  danışmaqdan  daha  çox 
ETT  dövrünün  ağrı-acısından  söhbət  açır  ki,  həmin 
mənfiliklər  məhz  hökmdar  dövrünün  mənfilikləri  ilə 
səsləşir.  Salahov  dövründə  hökmdar  dövrünün  libası 
geyilməsə  də,  qılınc-qalxanı  qurşanılmasa  da,  ağıla, 
iradəyə  zor  edib  insanları  susdurmaq  «ənənəsi» 
yaşayır.  Belə  bir  «ənənənin»  yaşadığı  şəraitdə  isə 
Adil  Salahovların  psixoloji  aləmi  hökmdarın  psixoloji 
aləmi ilə üst-üstə düşür. 
Y.Səmədoğlunun «Qətl günü» romanı ilə əlaqədar 
təhlillərdən də bəlli olduğu kimi, hər hansı dövrün ab-
havası,  təkcə  problemin  qoyuluşunda  yox,  həm  də 
bədii  ifadə  tərzində  özünü  göstərə  bilir.  XX  əsr 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə