Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   36   37   38   39   40   41   42   43   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
163
A.Vosnesenskidə  olan  bədii  əksetdirmə  tipi  yoxdur. 
Elə 
həmin 
məqalədə 
Anar 
özü 
Ə.Əylisli 
yaradıcılığında  ETT  dövrü  üçün  səciyyəvi  olan 
problemlərdən  birinin  –  şəhərdə  kənd  həsrətinin 
məharətlə  qələmə  alınmasından  söhbət  açır.  Halbuki 
A.Vosnesenskidən  fərqli  olaraq,  Ə.Əylislinin  bədii 
üslubu,  necə  deyərlər, «modernlik»dən  uzaqdır. Əgər 
belədirsə,  onda  biz  bədii  əsərin  məzmun  və 
formasında  ETT-in  nişanələrini  üzdə  yox,  daha  dərin 
qatlarda axtarmalıyıq. 
 
QAYNAQLAR 
 
1. 
В.Ковский. 
Литература-научно-технический 
прогресс-критика.  «Дружба  народов»,  Москва,  1973, 
№10 
2.  А.Бочаров.  А  что  мы  скажем  потом?  «Дружба 
народов», Москва, 1973, №10 
3.  А.Эфендиев.  Вечные  ценности  и  НТР. 
«Дружба народов», Москва, 1973, №10 
4.  Г.Панджикидзе.  О  природе  «наших  возмож-
ностях», «Дружба народов», Москва, 1973, №11 
5.  «В  каждом  человеке  есть  зона  чистоты». 
«Литературная газета», 11 ноября 1987 г. 
6.  Зайцева  И.А.  Особенности  художественного 
психологизма  в  романе  М.Ю.Лермонтова  «Герой 
нашего  времени».  Филологические  науки.  Москва, 
1982, №2 
7.  Бучис  А.  Роман  и  современность.  Москва, 
Советский писатель, 1977 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
164 
8. Чудаков А. П. Поэтика Чехова. Москва, Наука,  
9. Анар. Перемены в вечном. «Дружба народов», 
Москва, 1973, №11 
 
 
 
ÇAĞDAŞ NƏSR VƏ FOLKLOR 
 
Heç 
şübhəsiz,  folklorda, 
qəhrəmanın 
hiss-
həyəcan  və  düşüncələrinin  ifadə  edilməsi  mənasında 
psixologizm var. Özü də bu psixologizm incə duyğular 
üstündə köklənmiş lirik janrlarla məhdudlaşmayıb epik 
janrları  da  əhatə  edir.  Təbii  ki,  psixoloji  nəsr  psixoloji 
folklordan  bəhrələnir.  Lakin  bu  bəhrələnmə  birbaşa 
yox,    dolayı  şəkildə  özünü  göstərir.  Odur  ki, 
özünüdərk anları yaşayan nəsr qəhrəmanlarının nağıl 
və  dastanlarda  sələflərini  tapmağa  səy  göstərmək  az 
səmərə  verərdi.  Psixoloji  nəsrdəki  mürəkkəb  özünü-
təhlil elementləri ilə eposun sadə həsb-hal məqamları 
arasında  birbaşa  əlaqə  yoxdur.  Daha  doğrusu,  əlaqə 
üzdə  yox,  dərindədir,  folkloru  yamsılamada  yox, 
folklorun  ruhunu,  ondakı  arxaik  təsəvvür  və  təfəkkür 
tərzini özünəməxsus şəkildə əks etdirməkdədir. 
Çağdaş  Azərbaycan  nəsrinin  keyfiyyətcə  dəyişib 
yeni  mərhələyə  qədəm  qoymasında,  psixologizm 
istiqamətində  get-gedə  dərinləşməsində  mühüm  rol 
oynayan  lirizm  bu  nəsrin  folklor  ruhuna  qayıtmasında 
xüsusi  əhəmiyyət  daşıyıb.  Predmet  və  hadisələrin 
fərddə  doğurduğu  şairanə  duyğular  ön  plana 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
165
keçdikcə,  yazıçılar  istər-istəməz  qəhrəmanların  ruhi 
aləminin  elə  cəhətlərini  də  əks  etdirməli  olublar  ki, 
həmin  cəhətlər  adi  məntiq,  «real»  düşüncə  ölçülərinə 
sığmayıb. Folklor üçün səciyyəvi olan arxaik düşüncə 
tərzi  –  insanın  təbiətdən  ayrılmaması,  insanın  tə-
biətəxas,  təbiətinsə  insanaxas  əlamətlərlə  təqdim 
edilməsi  poetik  mənzərədə  açıq-aydın  seçilməyə 
başlayıb. 
Lirik-psixoloji 
nəsrin 
səciyyəvi 
nümunələrindən  sayılan  «Adamlar  və  ağaclar» 
romanına  yazılmış  «İlk  söz»ün  (müəllifin  adından 
yazılan,  qəhrəmanların  yox,  məhz  müəllifin    özünün 
duyğularını  ifadə  edən  müqəddimənin)  bu  cür 
başlanması  təsadüfi  deyil:  «Hər  şeydən  çox,  dağlar 
yadımda  qalıb.  Bir  də  orası  yadımdadır  ki,  bir  zaman 
gün  çıxanda  dağlar  gülümsərdilər».  «İlk  söz»də 
dağların  «gülümsəməsi»  ona  görə  təsadüfi  deyil  ki, 
bütövlükdə  romanın,  Ə.Əylisli  yaradıcılığının  insanı 
təbiətə, təbiəti insana yaxınlaşdırmaq kimi  mühüm bir 
cəhətindən  xəbər  verir.  Dağların  işıqlanmağında  bir 
insanaməxsus  üzə  gülümsəmək  görən  müəllif  lirik-
emosional  duyğularına  uyğun  qəhrəmanlar  seçir. 
Ə.Əylislinin  şairtəbiətli  qəhrəmanları  təbiəti,  məsələn, 
konkret  olaraq  ağacları  özlərinə  o  qədər  yaxın  bilirlər 
ki,  bəzən  insan  –  ağac  fərqləri  aradan  götürülür. 
Qəhrəmanın  nəzərində  ağac  tənhalığın  qüssəsini 
çəkir, öz bacı-qardaşlarından ötrü darıxır: «O torpağın 
üstündə nə ot bitirdi, nə tikan cücərirdi; bircə nar kolu 
vardı,  o  da  qüssədən  böyümürdü.  Yazıq  nar  gecə-
gündüz  təkliyinin,  yetimliyinin  dərdini  çəkirdi,  bacı-


Muxtar Kazımoğlu
__________________________________  
 
 
166 
larının,  qardaşlarının  xiffətini  eləyirdi.  Axı,  onun  bacı-
qardaşları  yaşıl-yaşıl  bağlarda,  uca-uca  dağlarda, 
gündüz  günün,  gecə  ayın  altında  xoş  güzəran 
görürdülər,  xoşbəxt  həyat  sürürdülər,  şirin  sular 
içirdilər,  gündən  şirə  çəkirdilər»  (1,  128).
 
Bu  parçada 
lirizmdən  mifologizmə  keçidlə  qarşılaşırıq.  Sadıq  narı 
insana bənzətmir (belə olsaydı «sanki», «elə bil», «ki-
mi»  və  başqa  ənənəvi  bənzətmə  formullarından 
istifadə  edilərdi:  «nar  insan  kimi  dərd  çəkirdi»),  o 
məhz  inanır  ki,  nar  dərd  çəkir,  xiffət  eləyir.  Dağların 
gülümsəməsi  kimi,  narın  dərd  çəkməsi,  xiffət  etməsi 
də təbiətin insan timsalında təqdim olunmasıdır, uşaq 
təsəvvürünə  əsaslanıb  dünyanı  mifoloji  biçimdə  əks 
etdirməkdir.  Sadıq  təkcə  təbiəti  insan  timsalında 
təsəvvür  etmir,  həm  də  insanın  öləndən  sonra  ruha, 
xəyala, kəpənəyə çevrilməsi barədə böyüklərdən eşit-
diklərinə  sidq  ürəkdən  inanır:  «Nənəm  kəpənək  idi, 
otların  üstündə  uçurdu.  Uzaqda  uçanda  qovub 
almanın  dibinə  gətirmək  istəyirdim:  bəlkə,  yadından 
çıxıb,  bəlkə,  maqqacın  yerini  unudub.  Bəzən  nənəm 
tək  gəlmirdi,  yoldaşları  ilə  gəlirdi,  mən  kəpənəklərin 
heç  birinə  əl  vurmurdum;  onlarla  birgə  maqqac 
axtarırdım» (1, 238).
 
Burada kəpənək (təbiət) nənənin 
alleqorik  ifadəsi  deyil,  kəpənək  nənənin  özüdür. 
Qəhrəmanların  duyğu  və  düşüncələrində  arabir 
lirizmin  bu  cür  mifologizmə  yönəlməsi,  təbii  ki,  hə-
yatdan  uzaqlaşmaq  deyil.  Əksinə,  imkan  daxilində 
insanın  psixikasındakı  arxaik  qatları  da  reallığı  ilə 
nəzərə almaqdır. Həyatda bir şeiriyyət axtarmaq və bu 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə