Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə42/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   36   37   38   39   40   41   42   43   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
167
şeiriyyətin  havasına  yaşamaq  Sadıqlar  üçün  təbii 
insani  keyfiyyət  olduğu  kimi,  onların  ağaca,  işığa 
tapınması,  insanın  ruha,  xəyala,  kəpənəyə  çevril-
məsinə  inanmaq  da  eyni  dərəcədə  mənəvi-əxlaqi 
saflıq  nişanəsidir.  Təsadüfi  deyil  ki,  həyata  şairanə 
münasibətlə 
bərabər, 
«mistik» 
münasibət 
də 
xarakterlərin  seçilməsində  bir  göstəriciyə  çevrilir: 
yazıçı  «mistik»  düşüncəli  Sadıqları  nağıldan,  mifdən 
uzaq  olan  Zinyət  Şəkərək  qızı  kimi  obrazlarla 
qarşılaşdırır. Yarıciddi, yarızarafat bir ahənglə qələmə 
alınan Zinyət  Şəkərək  qızı (müəllif  bu  obrazdan  digər 
əsərlərində  də  istifadə  edir)  zorakı  siyasi  rejimin  tipik 
bir  yetirməsi,  ucqar  dağ  kəndindəki  nümayəndəsidir. 
Bir  məktəb  direktoru  kimi  onun  təlim-tərbiyəsi  istər 
formasına (şagirdləri döymək, qorxutmaq, «ar olsun!» 
nidaları  ilə  kollektiv  qarşısında  tənbeh  etmək  və  s. 
cəhətinə)  görə,  istərsə  də  məzmununa  (yoxsulluq, 
ehtiyac  içində  olan,  yeməyə  çörək,  geyməyə  paltar 
tapa  bilməyən  uşaqlara  pioner  qalstuku,  komsomol 
nişanı  aldırmaq,  «əsl  sovet  vətəndaşı»  yetişdirmək 
cəhətinə)  görə  zorakılıqdan  xəbər  verir.  Şagirdləri 
siyasi  cəhətdən  «ayıq-sayıq»,  ətraf  hadisələrə  «fəal 
müdaxilə» ruhunda yetişdirmək Zinyət Şəkərək qızının 
başlıca  müəllim  amalıdır.  Siyasi  ayıq-sayıqlıq,  onun 
nəzərində,  yuxarıdan  gələn  qərarların  sözsüz  yerinə 
yetirilməsinə  hər  vasitə  ilə  çalışmaqdır.  Kəndin  yerli 
şəraitini,  camaatın  dolanışığının  pisləşəcəyini  nəzərə 
alıb  yuxarıların  kolxozları  birləşdirmək  barədəki 
qərarını  yerinə  yetirməyən  Əlmurad,  heç  şübhəsiz, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
168 
Zinyət Şəkərək qızının gözündə «sinfi düşmən»dir. Bu 
«sinfi 
düşmən»ə 
qarşı 
uşaqlarda 
nifrət 
hissi 
oyatmaqdan  ötrü  məktəb  direktoru  dəridən-qabıqdan 
çıxır.  «Almas»,  «Yaşar»,  «Həyat»  pyeslərindən  mi-
sallar  gətirməklə  Sadığı  inandırmağa  çalışır  ki, 
Əlmurad  kimi  düşmənlər  üzlərinə  maska  taxmışlar. 
Zinyət  Şəkərək  qızı  tipli  quru  müqəvvaların,  buyruq 
qullarının yaratdığı rəsmiyyətçilik iqlimində təbii insani 
meyllərə  zəruri  ehtiyac  duyulur.  Məktəb  direktorunun 
hər  cür  əsaslandırılmış  təbliğatından  daha  çox 
nənəsinin,  bibisinin  nağıllarına  inanan  Sadığın  daxili 
aləmini incəliklə əks etdirmək bir də həmin ehtiyacdan 
doğur.  Zinyət  Şəkərək  qızının  «real»  düşüncələri  nə 
qədər insandan uzaq təsir bağışlayırsa, Sadığın «mis-
tik»  düşüncələri  bir  o  qədər  insana  yaxın  və  doğma 
görünür. 
Xalq  təfəkkürünün,  arxaik  bədii  düşüncə  tərzinin 
müasir  ədəbiyyatda  öz  əksini  tapması  insan  –  təbiət 
yaxınlığının  qələmə  alınması  ilə  məhdudlaşmır. 
Yazıçılar,  yeri  gəldikcə  fantasmoqoriyaya  üz  tutur, 
qeyri-adi  dəyişmə  və  çevrilmələrə  xüsusi  yer  verirlər. 
Arzu  olunanın,  fikrə,  xəyala  gələnin  xalq  bədii 
təfəkküründə  möhkəm  yer  tutması  yazıçılar  üçün 
mühüm istinad mənbəyi olur. Fantastika folklorda xalq 
təfəkkürünün  müxtəlif  cəhətləri  ilə  bağlı  olduğu  kimi, 
nəsrdə  də  qəhrəmanların  mənəvi-psixoloji  aləminin 
ayrı-ayrı tərəflərini üzə çıxarmaqda mühüm əhəmiyyət 
daşıyır.  Nağıllarda  insanın  müxtəlif  heyvanlara 
çevrilməsi  arxaik  görüşləri  əks  etdirirsə,  deyək  ki,  F. 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
169
Kafkanın  «Çevrilmə»  hekayəsində  qəhrəmanın  əcaib 
həşərata dönməsi insanın özünə, ən yaxın adamlarına 
yadlaşması  psixologiyasını  işıqlandırmaqda  əlverişli 
bədii 
motiv 
kimi 
ortaya 
çıxır. 
Qidasını 
xalq 
yaradıcılığından 
alan 
fantastik 
dəyişmə 
və 
çevrilmələrdən  60-70-ci  illər  Azərbaycan  nəsrində  də 
məqsədəuyğun 
şəkildə 
istifadə 
edilir. 
Elçinin 
«Dəyişmə»,  «Qatar.  Pikasso.  Latur,  1968»,  «Qırmızı 
ayı  balası»  hekayələri,  Anarın  «Əlaqə»  povesti  bu 
baxımdan maraq doğurur. 
Elçinin  yuxarıda  adları  çəkilən  hekayələrinin 
qəhrəmanları 
müasir 
ziyalılardır. 
Peşə 
və 
sənətlərindən  (bəstəkar,  sənətşünas,  mühəndis),  ailə 
vəziyyətlərindən  («Dəyişmə»  hekayəsinin  qəhrəmanı 
subay, o birilər isə evlidir) asılı olmayaraq, onların hər 
üçü  tək-tənhadır.  «Neftçi»nin  gözəl  oyun  göstərərək 
rəqib  komandanın  qapısından  dörd  cavabsız  top 
keçirməsinin  qonum-qonşuda  oyatdığı  böyük  ruh 
yüksəkliyinin  bəstəkar  S.Qayıblıya  heç  bir  dəxli 
yoxdur.  Arvadı  və  qızı  evi  tərk  edib  getsə  də, 
mühəndis  C.Səlimov  halını  pozmamağa  çalışır. 
«Qatar. Pikasso. Latur. 1968» hekayəsinin qəhrəmanı 
yol  yoldaşı  Məleykə xanımla (Məleykə xanım  həm də 
onun  iş  yoldaşıdır)  kəlmə  kəsməkdənsə,  qəzet 
oxumağı  üstün  tutur.  Bu  ziyalıların  tənhalığı  Laçın 
(S.Əhmədov, 
«Yamacda 
nişanə») 
və 
Qədirin 
(Ə.Əylisli,  «Kür  qırağının  meşələri»)  tənhalığından 
deyil.  Laçınla  Qədir  ətrafdakıların  nəvazişinə  böyük 
mənəvi  ehtiyac  duyurlar,  amma  bu  mənəvi  ehtiyacı 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
170 
anlamaq 
istəyən 
yoxdur. 
Elçinin 
yuxarıda 
xatırlatdığımız  qəhrəmanları  isə adamlardan  qaçıb  öz 
aləminə  qapılmağa  mənəvi  tələbat  kimi  baxırlar.  Bu 
cəhət  «Qatar.  Pikasso...»  hekayəsinin  qəhrəmanında 
xüsusilə  qabarıqdır:  «...tənhalıq  –  təkbətəklikdir, 
insanın  özü  ilə  özü  arasındakı  təkbətəklik;  mən  bu 
təkbətəklikdən  zövq  alıram,  çünki  mənim  ən  yaxşı 
müsahibim  mən  özüməm;  çünki  özümdən  başqa  heç 
kim məni başa düşməz, necə ki mən başqalarını özləri 
kimi  başa  düşə  bilmirəm;  tənhalıq  deyilən  anlayış 
insan ömrünün tələbatıdır...» (2, 237). Elçin «tənhalığı 
insan  ömrünün  tələbatı»  kimi  qəbul  edən  qəhrə-
manların  əslində  təkliyə  dözməmələrini,  başqası  ilə 
qarşılıqlı 
anlaşmadan 
xoşbəxtlik 
duyğusu 
keçirmələrini 
oxucuya 
çatdırmaq 
üçün 
fantasmoqoriyaya  üz  tutur.  S.Qayıblının  yeknəsəq, 
adi,  darıxdırıcı  günlərinin  rəmzi  olan  sarı  pencək 
rəngini  dəyişir,  gah  yaşıl,  gah  göy,  gah  da  boz  rəngli 
pencəyə  çevrilir.  C.Səlimovun  qızı  Leylanın  nişanəsi 
olan  qırmızı  ayı  balası  oyuncağı  vağzala  gəlir, 
C.Səlimovu baş alıb uzaqlara getməkdən – öz ailəsinə 
qovuşmaq  ehtimalını  daha  da  azaltmaqdan  saxlayır. 
Pencəyin dəyişməsi – S.Qayıblının adilik, yeknəsəqlik 
sarsıntısından  qurtarmaq  istəyinin  və  bu  istəklə  real 
imkan  arasında  təzaddan  doğan  narahatlıq  hissinin 
əyani,  görümlü  təsviridir.  Qırmızı  ayı  balasının 
vağzala  gəlib  C.  Səlimovun  əllərini  yalaması  – 
qəhrəmanın,  qızı  Leyla  ilə  əlaqədar  düşündüklərinin, 
ağlına,  xəyalına  gətirdiklərinin  qələmə  alınmasıdır. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə