Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
151
çıxarmaq  müasir  nəsrdə  özünü  tez-tez  göstərir. 
Müasir  dünya  nəsrində  tez-tez  qarşılaşdırdığımız 
Keçmiş  –  Bu  gün  paralelinin  uğurlu  bədii  ifadəsinə  
Y.Səmədoğlunun «Qətl günü» romanında rast gəlirik. 
«Qətl  günü»  romanında  bu  günün  hadisələri  ilə 
yanaşı, 20-ci  illərin,  30-cu  illərin,  daha  uzaq  keçmişin 
(təxminən XVIII əsrin) hadisələrindən də söhbət açılır. 
Zamanca  uzaq  hadisələr  qırılmaz  tellərlə  bir-birinə 
bağlanır  və  bu  bağlılıq  onları  vahid  bir  romanın 
ayrılmaz  tərkib  hissələrinə  çevirir.  Zamanca  müxtəlif 
hadisələr  müəllifin  çatdırmaq  istədiyi  mətləblər 
ətrafında  elə  sıx  birləşir  ki,  keçmişə  aid  əhvalatların 
təsviri  ilə  tanışlıq  bu  günə  aid  əhvalatları  düzgün  an-
latmaqda  xüsusi  əhəmiyyət  daşıyır.  Deyək  ki,  Baba 
Kahanın  partladılmasına  «alqış»  deyib  çal-çağır 
eləyən  kənd  camaatının,  “troxoma  xəstəliyi  sinfi 
düşmənlərin  işidir”  kimi  mənasız  bir  şüarı  fərqinə 
varmadan 
həqiqət 
kimi 
qəbul 
eləyən 
qələm 
sahiblərinin  düçar  olduqları  kor-koranəlik  bəlasının 
səbəbləri, eləcə də deyilən hər sözü qanun saymayan 
və  özünü  oda  atan  Sədi  Əfəndilərin,  Peykanlının  
uryadnikini 
 
öldürmək 
məcburiyyətində 
qalan 
Zülfüqarların  acınacaqlı  taleyinin  səbəbləri  uzaq 
keçmişə aid əhvalatların təsviri fonunda daha qabarıq 
şəkildə  işıqlandırılır.  Sədi  Əfəndi  edam  olunan  şairi, 
Muxtar  Kərimli  şairin  edamına    fitva  verən  qələm 
sahiblərini,  Adil  Salahov  şairi  edam  edən  cəllad  və 
hökmdar obrazlarını tamamlayır. 
«Qətl  günü»ndəki  zaman  keçidləri,  Bu  gün  – 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
152 
Dünən,  İndi  –  Keçmiş  növbələşməsi  heç  də  bir  sıra 
nəsr  əsərlərində  rast  gəldiyimiz  mürəkkəb  daxili 
monoloq,  şüur  axını  üzərində  qurulmur.  «Qətl 
günü»ndəki  zaman  keçidləri  daha  çox  bir  hekayədən 
digərinə  keçmək,  bu  günə  aid  bir  əhvalatı  kəsib 
dünənlə  bağlı  bir  əhvalatı  təsvir  etmək,  eləcə  də 
əksinə,  dünənlə  bağlı  bir  əhvalatı  yarımçıq  saxlayıb 
bu  günə  aid  bir  əhvalatı  təsvir  etmək  şəklində 
meydana  çıxır.  Diqqət  yetirdikdə  əsərin  bir  neçə 
hekayə  əsasında  qurulduğunu  müşahidə  etmək  olar: 
Sədi  Əfəndinin  «Qətl  günü»  əsəri,  Sədi  Əfəndinin 
«Gündəlikləri», Zülfüqar kişi, Mahmud və tatar Temirlə 
bağlı hadisələr, xəstənin həyatı ilə bağlı əhvalatlar və 
s.  Ayrı-ayrı  hekayələr  konkret  zaman  hüdudlarını 
əhatə edir, təhkiyədən hadisələrin baş verdiyi  zamanı 
və  hətta  məkanı  müəyyənləşdirmək  mümkün  olur. 
Hekayələrdə  obrazların  davranışları  ilə  bir  sırada 
danışıq  tərzi  də  xüsusiləşdirilir,  konkret  zaman  və 
məkanın  koloriti  dildə  də  qorunub  saxlanır.  Lakin 
zaman  və  məkan  ayrılıqlarına  baxmayaraq,  bütün 
surətləri vahid İnsan adı birləşdirir. Onlar Yer adlanan 
ananın  övladlarıdır,  onların  başı  üzərində  dünən  də 
göy  qübbəsi  var  idi,  bu  gün  də  var.  Dünənki  ölülərin 
açıq  qalmış  gözlərində  alma  boyda  ulduz  yanırdısa, 
bugünkü ölülərin də açıq qalmış gözlərində eyni ulduz 
yanır.  Uzaqdan  gözə  dəyən  çıraq,  sozalan  lampa, 
«çözəyən»  işıq  ürəklərə  dünən  də  həzinlik  gətirmişdi, 
bu  gün  də  gətirir. Sevgi və  nifrət, inam və  inamsızlıq, 
mərdlik  və  namərdlik,  qadına  hərislik,  qadının  kişiyə, 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
153
kişinin  qadına  vəfasızlığı  dünən  də  olmuşdu,  bu  gün 
də  var.  Dəmir  libaslı,  nizəli-qalxanlı,  aylarla  su  üzü 
görməyən,  kirdən-pasdan  sifətləri  qaralıb  mis  rənginə 
çalan,  əti  çiy-çiy  yeyən,  sonra  qana  bulaşmış 
dodaqlarının  seliyini  sifətlərinə  yayan,  meyitləri  üst-
üstə  qalayıb,  çürüyən  cəsədlərin  üfunətini  hiss 
etməyən  keçmiş  adamlar  qandan  doymurdularsa, 
Mahmud və tatar Temirin sözləri ilə desək, bu gün də 
«dünya  yaman  dəyişib,  hər  yanda  dava  gedir», 
«qaralar 
qaraları 
qırır, 
ağlar 
ağları, 
adamlar 
adamlıqdan çıxıblar, qulyabanı olublar». 
Həm  dünənin,  həm  də  bu  günün  adamlarında 
«mifoloji»  duyğuların  ifadəsi  romanda  Keçmiş  –  İndi 
sərhədlərini  yaxşı  mənada  dağıtmağın  daha  bir 
vasitəsidir.  Əlbəttə,  «mifoloji»  duyğularla  yaşayan 
surətlər,  təbii  ki,  hadisələrə  qədim  mif  dövrünün 
adamları  kimi  baxmırlar.  Həmçinin,  heç  də  bütün 
surətlər  «mifoloji»  duyğularla  yaşamırlar.  Müəllif 
inamla  qovuşuqda  inamsızlığı,  inananlarla  yanaşı, 
inanmayanları  da  qələmə  alır;  «inanan  inansın, 
inanmayan  inanmasın»  kəlamını  əsərin  təkrirlərindən 
birinə  çevirir.  Başlıca  cəhət  budur  ki,  romanda 
canavara,  Baba  Kahaya,  ulduzlara,  işığa,  yuxuya, 
ölümə  mifik  baxış  təbii  insani  bir  keyfiyyət  kimi, 
insanlıq nişanəsi kimi təqdim olunur; insan rəzalətinin, 
eybəcərliyinin  bir  kökü  məhz  inamsızlıqla  əla-
qələndirilir.  Adamların  tapındığı  Baba  Kahanı  partlat-
maq  (deməli,  keçmişə,  ilkinliyə  qarşı  çıxmaq) 
istəyənlər  içərisində  iki  «mötəbər»  adam  varsa,  biri 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
154 
məhz  Adil  Salahovdur  –  əsərin  rəmzi  obrazlarından 
olan Kirlikir demişkən, özündən savayı heç nəyə, heç 
kəsə inanmayan Adil Salahov. 
Baba Kahaya inam hardasa dünyanı nizama salır: 
adamlarda bir Baba Kaha xofu yaranır və bu xof onları 
öz  pis  əməlləri  barədə  düşünməyə,  əzab  çəkməyə, 
qismən də olsa, pis əməllərdən çəkinməyə vadar edir. 
Baba Kahadan əsən soyuq külək ölümdən xəbər verir. 
Adamlar hər addımda bu küləyin hənirini duyurlar, hər 
addımda  bu  küləyin  qorxusu  altda  yaşayırlar.  Dirilər 
tez-tez  yuxularını  qarışdırırlar,  onların  yuxularına  tez-
tez  ölü  girir.  Zülfüqar  kişi  yuxuda  vaxtilə  öldürdüyü 
uryadniki,  hökmdar  anasını,  tatar  Temir  arvadını 
görür.  Başının  üstünü  alacaq  tufanın  hənirini  duyan 
Sədi  Əfəndi  yuxuda  görür  ki,  bir  vaqonun  dar 
dəhlizində  dayanıb  və  bütün  kupelərin  qapıları  kip 
bağlıdır.  Xəstə  də  tez-tez  yuxu  görür,  gördüyü 
yuxulara inanır, onlara ömrünün bir parçası kimi baxır. 
Sədi  Əfəndi və xəstə özləri də öldükdən sonra yaxın 
adamlarının  yuxularına  girirlər.  Romanda  yuxuların 
hamısını  ölüm  qorxusundan,  qəfil  əcəl  təlaşından 
doğan  yuxular  saymaq  düzgün  olmazdı.  Lakin  orası 
var  ki,  ölüm  və  ölülər  romana  xüsusi  obrazlar  kimi 
daxil  olur  və  yuxu,  xəyal  daha  çox  həmin  obrazları 
nəzərə  çarpdırmaq  vasitəsi  kimi  özünü  göstərir,  sırf 
psixoloji mahiyyət daşıyır. 
Ölüm  də  bir  yuxudur  –  bu  qədim  inam  romanda 
özünəməxsus  ifadəsini  tapır.  Personajların  ölüm 
dəqiqələri  yuxuya  bənzəyir.  Bu  dəqiqələrdə  onlar 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə