Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
143
ideyasından, 
qəhrəman 
tipindən, 
sənətkarın 
üslubundan  asılı  olaraq,  daxili  monoloq  müxtəlif 
səviyyə və formalarda ortaya çıxır. «Daxili monoloq nə 
kalkadır,  nə  də  ifa  üçün  partitura...  Bu  bədii  ifadə 
formasının  rəngarəng  quruluşu  olur.  Digər  bədii 
formalar  kimi, daxili  monoloq da o  yerdə  məqsədəuy-
ğundur  ki,  konkret  mətləblə  həmahəng  olsun»  (21, 
86).  Nəsrimizdə  insan  mənəviyyatını  dolğun  əks 
etdirmək  məqsədilə  daxili  nitq  prosesinin  müxtəlif 
şəkildə canlandırılmasına maraq get-gedə artır. 
 
QAYNAQLAR 
 
1.  Выготский  Л.С.  Избранные  психологические 
произведения. Москва, Наука, 1956 
2. Əylisli Ə. Adamlar və ağaclar. Bakı, Gənclik, 1970 
3.  Əylisli  Ə.  Bu  kənddən  bir  qatar  keçdi.  Bakı, 
Azərnəşr, 1977 
4.  Краснов  А.А.  Формы 
повествования  в 
современной 
литовской 
литературе. 
(Проза 
внутреннего  монолога).  Автореф.  дис.  ...канд.  фил. 
наук. Москва, 1980 
5.  Qarayev  Y.  Duyğuların  rəngi.  –  Elçinin  «Bu 
dünyada  qatarlar  gedər»  kitabına  ön  söz.  Bakı, 
Azərnəşr, 1974 
6.  Salmanov  Ş.  Müasirlik  mövqeyindən.  Bakı,  Yazıçı, 
1982 
7. Божко Г. Функции внутреннего монолога в прозе 
социалистического реализма. – Концепции человека в  
эстетике социалистического реализма.
 
Москва, Мысль, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
144 
1977 
8.  Бахтин  М.  Проблемы  поэтики  Достоевского. 
Москва, Советская Россия, 1979 
9. Компанеец В. В. Художественный психологизм 
в  советской  литературе  (1920-е  годы).  –  Ленинград, 
Наука, Ленинградское отделение, 1980 
10.  Гусейнов  Ч.  Художественный  тип  и  жанрово-
стилевые 
искания 
в 
современной 
советской 
литературе.  −  Концепция  человека  в  эстетике 
социалистического реализма.
 
Москва, 
 
Мысль,
 
1977 
11.  Anar.  Molla  Nəsrəddin  –  66.    Bakı,  Gənclik, 
1970 
12. Anar. Macal. Bakı, Gənclik, 1978 
13.  Бочаров  А.  Требовательная  любовь.  − 
Концепция личности в современной советской прозе. 
Москва,  Художественная литература, 1977 
14.  Əhmədov  S.  Qanköçürmə  stansiyası.  –  Yaşıl 
teatr. Bakı, Yazıçı, 1978 
15.  Сахарова  Н.  Несобственно-прямая  речь 
авторское 
повествование. 
– 
Ученые 
записки 
Ленинградского  Пед-го  Ин-та.  Ленинград,  1971,  т. 
317 
16.  Talıbzadə  K.  Yazıçı  ideyası  və  təhkiyə.  – 
«Ədəbiyyat və incəsənət» qəzeti, 4 aprel 1980 
17. Лихачев Д. С. Поэтика древнерусской литера-
туры. Москва,  Наука, 1979 
18.  Əfəndiyev  İ.  Sarıköynəklə  Valehin  nağılı.  Bakı, 
Gənclik, 1980 
19. Əhmədov Ş. Toğana. Bakı, Yazıçı, 1981 
20.  Hüseynov  A.,  Yusifli  V.  Nəsr.  –  Ədəbi  proses  –
78. Bakı, Elm, 1980 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
145
21. Слукцис М. Начало всех начал. Москва, Наука, 
1975 
 
ELMİ-TEXNİKİ TƏRƏQQİ VƏ NƏSR 
 
Biz  heç  də  bu  fikirdə  deyilik  ki,  müasir  nəsrin 
qazandığı  nailiyyətlər  elmi-texniki  tərəqqi  (ETT) 
sayəsində  əldə  edilib,  kosmosun  fəth  olunması, 
insanın  Aya  uçması  və  s.  kimi  müasir  elmi  uğurlar 
nəsrin  çiçəklənməsinə  səbəb  olub.  «Odun  əldə 
edilməsi,  elektrikin  kəşf  olunması  bir  zamanlar 
cəmiyyətin  istehsal  gücünün  artmasında  inqilabi  rol 
oynayıb,  amma  ədəbiyyat  bu  enerji  qaynaqları 
hesabına  yox,  Dostoyevski  və  Tolstoyun  əsərləri 
hesabına  hərəkətə  gəlib.  O  əsərlərin  ki,  onlar  insan 
mənəviyyatının  yüksək  ifadəsi  kimi  bütün  keçmiş  və 
gələcək  elmi-texniki  nailiyyətlərdən  asılı  olmadan 
yaşayıb  və  yaşayacaq»  (1,  239-240).  Heç  şübhəsiz, 
yazıçı  dövrün  qabaqcıl  ideyalarından  qidalanır, 
dünyanın, insanın dərk olunmasında elmin  əldə etdiyi 
ən yeni qənaətlərə güvənir, odun əldə edilməsi, buxar 
maşınının  ixtira  olunması,  elektrik  enerjisinin  kəşf 
edilməsi,  eləcə  də  kosmosun  fəth  edilməsi  bədii 
təxəyyüldə  müəyyən  izlər  buraxır.  Lakin  bu,  heç  də 
böyük  ədəbiyyatın  yaranmasında  ETT-in  həlledici 
rolundan danışmağa əsas vermir. 
ETT-in  bir  mövzu  kimi  nəsrdə  (ümumiyyətlə, 
ədəbiyyatda)  bədii  ifadəsinə  birtərəfli  yanaşmaq  da 
yanlış  nəticələrə  gətirib  çıxarır.  Ədəbiyyatşünas 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
146 
A.Boçarovun  sözləri  yada  düşür:  «Nəyə  görə  son 
illərin  ən  qiymətli  və  özünəməxsus  bədii  nümunələri 
«müasir 
dövrün 
baş 
mövzusuna» 
– 
ETT-i 
yaradanların  həyatına  yox,  müharibə  və  kənd 
mövzusuna həsr olunub? Nəyə görə bir nəfər də olsun 
görkəmli  yazıçı  nə  vaxtdan  bəri  filosof,  sosioloq  və 
tənqidçilərin xüsusi  diqqət  yetirdiyi ETT  problemlərinə 
üz  tutmayıb?  Yəqin  ona  görə  ki,  ədəbiyyat  hər  halda 
şəxsiyyət  və  cəmiyyətin  daha  geniş  və  daha  dərin 
məsələləri  aləmində  yaşayır»  (2,  245).  ETT-in  həqiqi 
ədəbiyyata  nə  dərəcədə  dəxli  var?  Bu  suala  70-ci 
illərdə  Sovet  İttifaqı  miqyasında  ETT  və  ədəbiyyat 
problemi 
ətrafında 
gedən 
mübahisələrin 
əksər 
iştirakçıları  (o  sıradan  Azərbaycan  ədəbi  fikrini  təmsil 
edən  yazıçı  Anar  və  tənqidçi  A.Əfəndiyev)  toxunmalı 
olublar. ETT və ədəbiyyat probleminə münasibətdə ən 
sərt  mövqe  tutan,  ilk  baxışda  ETT-in  həqiqi 
ədəbiyyata dəxli olmaması qənaətinin müdafiəçisi kimi 
çıxış  edən  ədəbiyyatşünasların  özləri  belə  əslində 
ETT-in  ədəbiyyata  təsir  etməsi,  ədəbiyyatda  əks 
olunması  əleyhinə  çıxmırlar.  Onlar,  sadəcə  olaraq, 
ETT-in  ədəbiyyata  təsiri  məsələsini  şişirtməyə  etiraz 
edirlər.  Yeri  gəlmişkən  deyək  ki,  “elmi-texniki 
inqilab”dan  daha  çox  «elmi-texniki  tərəqqi»  ifadəsinin 
işlədilməsinin bir səbəbi də, görünür, «inqilab» sözünə 
uyub  ifrata  varmaqdan  çəkinməyimizlə  bağlıdır. 
Əlbəttə,  ETT-in,  neçə  yüz  illik  tarixi və ənənələri  olan 
ədəbiyyata  təsirini  «inqilabi»  təsir  saymaq,  bu  təsiri 
mütləq  dəyişdirici  təsir  adlandırmaq  o  qədər  də 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə