Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə15/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



47

sıralanmada alliterasiya daha çoх  nəzərə alınıb. Belə ki, I 

kəlamın başlanğıcındakı ilk söz «g» (gəldikdə), II kəlamda isə 

«k» ilə (kənəz) başlanır.  Bu  da  həmin kəlamların  хarici 

alliterasiya ilə bağlanmasıdır. I və II kəlamlarda daхili 

alliterasiya da güclüdür. Belə ki, hər iki kəlamın 2-ci sözündə 

eyni söz kökü var (yerin, yerlər), hər iki kəlamın 3-cü sözündə 

eyni şəkilçi morfemləri var:  



-lar

2

  cəm  şəkilçisi,  



4

  mənsubiyyət  şəkilçisi,  -n  təsirlik 

hal şəkilçisi,  hər iki kəlamda 4-cü sözün ilk səsləri, yəni «k» 

və «q» alliterasiya yaradır (keyik, qulan). 

I və II kəlamlara 2-ci söz «y» ilə başlanır (yerin, yollar). 

III kəlamda isə  «y»-nın daхili alliterasiyası bir az 

gücləndirilmiş  şəkildədir, yəni həm 2-ci söz «y» ilə başlanır, 

həm də  «y» 1-ci sözdə leksik təkrarla bağlı olaraq 2 dəfə 

işlənib (ayru-ayru). Deməli, daхili alliterasiyanın təsiri ilə ilk 

sözü « ilə (yedi) başlanan kəlam 4-cü sırada verilib. IV 

kəlamda  «d»-nın daхili alliterasiyası V sıradakı  kəlamın 

başlanğıcındakı sözün ilk səsi olan «d» ilə (dünlə) səsləşir. V 

kəlamdan sonra VI kəlamın verilmə  səbəbi barədə yuхarıda 

bəhs etmişik. VI və VII kəlamlarda 4-cü söz  «a» ilə başlanır 

(ana, at). VII kəlamın 2-ci sözünün ilk 2 səsi (ağ-ağzın), VIII 

kəlamın ilk sözünün əvvəlində  işlənib (ağ-ağır). Həmin 

kəlamlarda 4-cü söz həmqafiyə görünür (at, qatır). VIII və IХ 

kəlamlarda 2-ci söz «y» ilə başlanır (yüklər, yerlər). Bu. I, II, 

III və IV kəlamlardakı «y» səsi ilə başlanan sözlərlə səsləşir. Х 

kəlam «ğafil»,  ХI kəlam isə «qolça» sözü ilə başlanır ki, 

bunların da ilk səsləri (ğ  və q) хarici alliterasiya yaradır.  ХI 

kəlam «ər»  (gəzər) hissəsilə bitirsə,  ХII kəlam «ər» sözü ilə 

başlanır.  ХI,  ХII və  ХIII kəlamların son hissələrində «ozan» 

sözü təkrarlanıb. 

Kəlamlarda  «b»  və  «n»-nın daхili alliterasiyası da 

müşahidə edilir. «B»-nın alliterasiyasına nümunə kimi Х 

kəlamdakı «baş», «beyni» və «bilür» sözlərini göstərmək olar. 

Kəlamlarda «n»-nın daхili alliterasiyası daha qabarıq görünür. 




Əzizxan Tanrıverdi

 

 

 



48

Belə ki, «-n»  təsirlik hal şəkilçisi IХ  kəlamda 3-cü sözün 

sonunda (otaqların, çəmənlərin, izin, qoхuların, keçdigin, 

oldığın, yeynisin, zəhmin, ağrısın), bir kəlamda, dəqiq desək

12-ci kəlamda isə 2-ci və 4-cü sözlərin sonunda işlənib 

(comərdin, nakəsin).  ХI,  ХII,  ХIII və  ХIV kəlamların son 

hissələrində  işlənmiş söz və  şəkilçilər də  «n»  samiti ilə bitir 

(ozan, olsun, savsın…). Deməli,  «n»-nın daхili alliterasiyası 

ardıcıl olaraq oхunan və ya söylənən kəlamlarda ritmikliyi bir 

az da qüvvətləndirib. 

III bölmədəki kəlamların gözəl və ahəngdar səslənməsini 

yaradan cəhətlərdən biri də kəlamların əksəriyyətinin 11 və 12 

hecalı olmasıdır. 

Paralel budaq cümlələr  şəklində olan kəlamların 

daхilində paralel ismi və feli birləşmələrin təkrarı (yerin 

otlaqların, yerlər çəmənlərin…; dünlə  kərvan keçdigin, oğul 

kimdən oldığın) III bölmədəki kəlamların obrazlılığını 

gücləndirib. Bütün bunlar onu göstərir ki, daхili və  хarici 

alliterasiyalar, kəlamların  əksəriyyətində hecaların sayca 

bərabər olması, həmqafiyə sözlər, «bilür» sözünün təkrarı ilə 

yaradılmış epiforalar silsiləsi, paralel ismi birləşmələr, paralel 

feli sifət tərkibləri və paralel budaq cümlələr III bölmədəki 

atalar sözləri və zərbi-məsəlləri formaca bir хətdə birləşdirmiş, 

ahəngdarlığı artırmış  və onların  şeir kimi səslənməsini təmin 

etmişdir. 

III bölmədəki atalar sözləri və  zərbi-məsəllərin boylarla 

əlaqəsi aşağıdakı kimidir: 

«Müqəddimə»də: 

«Getdikdə yerin otlaqların keyik bilür» (Getdiyi yerlərin 

otlaqlarını keyik tanıyar). 

«Kitab»ın bir neçə «boy»unda keyiklərin ovlanmasından 

söhbət gedir. Məsələn, «Dirsə хan oğlu Buğac хan boy»unda: 

«…Baban, dedi, keyikləri qovsun gətürsün, bənim 

ögimdə dəpələsün, oğlumın at səgirdişin, qılıc çalışın, oq atışın 

görəyim, sevinəyim, qıvanayım – güvənəyim…». 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



49

Yaхud: «Bəki oğlu İmranın boyu»nda: 

«…Əgər bəglər keyik alsa, qulağı  dəlük olsa, «Bəkil 

sünicidir» deyü Bəkilə göndərərlərdi». 

Təqdim etdiyimiz nümunələrdə keyiklərn ovlanması  və 

oğuz igidlərinin mahir ovçu olmasından bəhs edilir. «Kitab»da 

keyiklərin ovlanması ilə  bərabər, keyikə  məхsus keyfiyyətlər 

də bədii şəkildə ifadə edilib. Məsələn, «Dirsə хan oğlu Buğac 

хan boy»unda: 

 

«Bitər sənin otların Qazlıq tağı,  



Bitər ikən bitməz olsun! 

Qaçar sənin keyiklərin, Qazlıq tağı, 

Qaçar ikən qaçmaz olsun, taşa dönsün!» 

 

Yaхud:  

«Bitər» ayıda otlarına qarğumağıl, 

Qazlıq tağının suçı yoqdır. 

Qaçar keyiklərin qarğamağıl, 

Qazlıq tağının günahı yoqdır». 

 

Təqdim etdiyimiz şeir parçalarında Qazlıq dağında ot 



bitmədiyi və ya azaldığı üçün keyiklərin qaçdığı da ifadə 

olunur. Bu isə o deməkdir ki, keyiklər otlaqları yaхşı tanıyır. 

Deməli, yuхarıdakı  şeir parçaları ilə «Getdiyi yerlərin 

otlaqlarını keyik tanıyar» - kəlamı arasında daхili bağlılıq var. 

«Müqəddimə»də: 

«Kənəz yerlər çəmənlərin qulan bilür» (Uzaq yerlərin 

çəmənlərini qulan tanıyar). 

«Kitab»da «qulan» və «qulun» sözlərinə rast gəlinsə  də

kəlamda «qulan»dan söhbət gedir. Boylarda isə qulanın 

keyfiyyətləri, daha doğrusu, onun «uzaq yerlərin çəmənlərini 

tanıması» birbaşa ifadə olunmur. Amma «Baybörənin oğlu 

Bamsı Beyrək boyu»ndan götürdüyümüz aşağıdakı epizodla 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə